Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-79/2021 13.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 “cavabdehlərin İddiaçı MMC-yə məxsus olan torpaq sahələrindən məcburi qaydada çıxarılması, dəymiş ziyana görə 2020- ci ilin yaz və yay mövsümləri üzrə 41936 AZN, 2021-ci ilin yaz mövsümü üzrə 19971,28 AZN, mütəxəssis rəyinin alınmasına görə 500 manat olmaqla, ümumilikdə 62407,28 AZN pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-2(117)- 29/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və cavabdehlərin nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyana görə 10000 manat, əldə çıxmış faydaya görə 33000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 43030 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Oğuz rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 14.010.2020-ci il tarixli 2(054)-231/2020 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi E.Bayramov sonuncu olaraq 23.04.2021-ci il tarixdə məhkəməyə “iddia tələbinin artırılması barədə” ərizə təqdim edərək “cavabdehlərin İddiaçı MMC-yə məxsus olan torpaq sahələrindən məcburi qaydada çıxarılması, dəymiş ziyana görə 2020-ci ilin yaz və yay mövsümləri üzrə 41936 AZN, 2021-ci ilin yaz mövsümü üzrə 19971,28 AZN, mütəxəssis rəyinin alınmasına görə 500 manat olmaqla, ümumilikdə 62407,28 AZN pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-2(117)-29/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X6 və Cavabdeh2 İddiaçı MMC-yə məxsus olan Oğuz şəhəri ərazisində yerləşən 15,1461 hektar torpaq sahəsindən çıxarılmaları, cavabdehlər X6 və Cavabdeh2 2020-ci ilin yaz mövsümü üzrə 13631,49 manat, 2021-ci ilin yaz mövsümü üzrə 6876,33 manat olmaqla, cəmi 20507,82 manat pul və ödənilmiş dövlət rüsumunun 9,86 manat məbləğində hissəsinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun 20,14 manat məbləğində hissəsinin iddiaçıya aid edilməsi, mütəxəssis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 250 manat pulun 125 manatı İddiaçı MMC-dən və 125 manatı cavabdehlər X6 və Cavabdeh2 tutularaq "xxxx" MMCnin hesabına ödənilməsi qət edilmişdir. Bundan sonra Şəki Kommersiya Məhkəməsinin 18.06.2021-ci il tarixli, 2-2(117)- 29/2021 nömrəli əlavə qətnaməsi ilə mübahisəli torpaq sahəsinin inventarlaşması üzrə keçirilmiş tədqiqatın aparılması işə bağlı 1341,46 manat xərcin 670,73 manat hissəsi İddiaçı MMC-dən və 670,73 manat hissəsi cavabdehlər X6 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" ASC-nin Xətai filialında olan bank hesabına köçürülməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-2(117)-29/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və cavabdehlərin nümayəndəsi və vəkili X7 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tərəfindən iddianın təmin edilməyən hissəsinə münasibətdə maddi və prosesual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuş, nəticədə əsassız qətnamə çıxarılmışdır. Belə ki, birinci hal ondan ibarətdir ki, "FORTİS AGRO” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus cavabdehlər tərəfindən istifadə olunan torpaq sahələrinin həcminin müəyyən edilməsi üçün 2 dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 1) ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 14.08.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, "FORTİS AGRO” MMC-ə məxsus 19,8622 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 Kamil oğlu və Cavabdeh2 tərəfindən istifadə olunur. 2) ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23.04.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, “FORTİS AGRO" MMC-ə məxsus ümumilikdə 15,1461 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 Kamil oğlu və Cavabdeh2 tərəfindən istifadə olunur. Məhkəmə yuxarıda göstərilən mütəxəssis rəylərindən yalnız sonuncusunu mötəbər sübut qismində qəbul etmiş və hər iki il üzrə (2020 və 2021) iddiaçıya dəymiş ziyanın məbləği həmin mütəxəssis rəyinə uyğun hesablanmışdır. Bununla sübutlara lazımi qiymət verilməmiş, iddiaçıya dəymiş ziyan düzgün hesablanmamışdır. Belə ki, 14.08.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2020ci ilin yaz və payız mövsümləri üzrə cavabdehlər tərəfindən "xxxx" MMC-ə məxsus 19,8622 ha torpaq sahəsi zəbt olunmuşdur. Növbəti ildə (2021 -ci il) cavabdehlər torpaq sahəsindən çıxmadığı və əkin işlərini davam etdirdiyi üçün yeni mövsüm üzrə istifadə olunan torpaq sahəsinin həcminin və əlavə dəymiş ziyanın müəyyən edilməsi zərurəti yaranmışdır. 2021-ci il üçün alınan mütəxəssis rəyindən isə görünür ki, cari il üzrə cavabdehlər tərəfindən Cəmiyyətə məxsus 15,1461 ha torpaq sahəsi istifadə olunmaqdadır. Alınan mütəxəssis rəylərindən aydın şəkildə görünür ki, cavabdehlər tərəfindən 2020-ci ilin yaz və payız mövsümlərində 19,8622 ha, 2021-ci ilin yaz mövsümündə 15,1461 ha torpaq sahəsi əkilmişdir. Yəni cavabdehlərin 2021-ci ildə 15,1461 ha torpaq sahəsindən istifadə etməsi məhkəməyə 2020-ci ildə də eyni miqdarda torpaqdan istifadə etməsi qənaətinə gəlməyə heç bir əsas vermir. Məhkəmənin qətnaməsindən isə görünür ki, 2020-ci ilin rəyi nəzərə alınmadan hər iki əkin ili üçün 2021-ci ilin mütəxəssis rəyi əsas götürülmüşdür. 2020-ci ilin mütəxəssis rəyini şübhə altına alan və ya mübahisələndirən heç bir əsas olmadan mötəbər sübut qismində qəbul edilməmiş və qəbul edilməməsi əsaslandırılmamışdır. Bununla da istifadə olunan torpaq sahəsinin həcmi azalmış və iddiaçıya dəymiş ziyanın məbləği düzgün müəyyən edilməmişdir. Halbuki həm yazılı müraciətlərimizdə həm də şifahi nitqimizdə 2020 və 2021-ci illər üzrə zəbt olunan torpaqların həcminin fərqli olduğunu məhkəmənin nəzərinə çatdırmışıq. İkinci hal ondan ibarətdir ki, 2020-ci ilin payız mövsümü üzrə iddiaçıya dəymiş ziyan ümumiyyətlə nəzərə alınmamışdır. Buna səbəb olaraq "xxxx" MMC-nin 21.05.2021-ci il tarixli ekspert rəyi göstərilmişdir. Belə ki, adı çəkilən ekspert rəyinə görə vələmir bitkisi həm yazlıq, həm də payızlıq bitki olmasına baxmayaraq Oğuz rayonu ərazisində yalnız fevral-mart aylarında əkilir. "xxxx" Qiymətləndirmə Şirkəti tərəfindən 2020-ci ilin sentyabr ayında verilmiş mütəxəssis rəyindən isə görünür ki, 2020-ci ilin payız mövsümü üzrə iddiaçıya 30 190,52 AZN məbləğində ziyan dəymişdir. Bununla bağlı Məhkəmə Kollegiyasının nəzərinə çatdırılır ki, AR Kənd Təsərrüfatı Nazirliyinin dənli bitkilərin əkini və aqrotexniki qulluq qaydalarına dair dərc olunmuş şərhlərində qeyd olunur ki, saxlanma şərtləri və qulluq vasitələri nəzərə alınmaqla dənli bitkilər, o cümlədən vələmir Azərbaycan Respublikası ərazisində həm yaz, həm də payız mövsümü üzrə əkilir. Bundan əlavə olaraq cavabdeh öz izahatlarında da dəfələrlə qeyd etmişdir ki, 2020-ci ilin payız mövsümü üzrə Cəmiyyətə məxsus olan istifadə etdiyi torpaqlardan qarğıdalı əkmişdir. Bu xüsusatla birbaşa Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbləri pozulmuş hesab olunur. Lakin bu hal nə məhkəmə qətnaməsində öz əksini tapmış, nə də buna qiymət verilmişdir. İşin hallarından da aydın olduğu kimi 2020-ci ilin payız mövsümü üzrə "FORTİS AGRO” MMC-ə məxsus torpaqlar cavabdehlərin qanunsuz istifadəsində olmuş və ondan müəyyən gəlirlər əldə etmiş, lakin buna baxmayaraq iddiaçıya dəymiş ziyan nəzərə alınmamışdır. Halbuki bu kimi hallar nəzərə alınaraq iddiaçıya payız mövsümü üzrə dəymiş ziyan cavabdehlərdən tutulsa idi həm Cəmiyyətin pozulmuş hüquqları bərpa olunar, həm də cavabdehlərin gələcəkdəki mülki hüquq pozuntularının qarşısı alınardı. Üçüncü hal ondan ibarətdir ki, vələmir bitkisinin məhsuldarlığı hər iki rəydə qeyd olunaraq dəyərləndirilmişdir. "xxxx" Qiymətləndirmə Şirkəti tərəfindən 2020-ci ilin sentyabr ayında verilmiş mütəxəssis rəyində Oğuz rayonu ərazisində 1 ha torpaqdan alman vələmirin miqdarının 3,8 ton olduğu halda, "xxxx" MMC-nin 21.05.2021-ci il tarixli mütəxəssis rəyində bu rəqəm 2 (iki) dəfə azaldılaraq 2 ton qeyd olunmuşdur. 2-ci rəydə məhsulun 2 ton olması ilə bağlı hər hansı bir əsaslandırma və ya dəlil olmadan məhkəmə yalnız öz mülahizələrinə əsaslanaraq 2-ci rəyi mötəbər sübut qismində qəbul etmişdir. Lakin qətnamədə 3,8 ton məhsul yığımını təkzib edən və ya əksini göstərən hər hansı bir əsaslandırma qeyd olunmamışdır. Burdan sual yaranır ki, məhkəmə hansı meyarları əsas götürərək vələmir bitkisinin məhsuldarlığını 3,8 ton deyil 2 ton olduğunu qərara almışdır. Baxmayaraq ki, rəylər arasında şübhə yaradacaq dərəcədə fərq var lakin bu fərq əsaslandırılmamışdır. Həmçinin "xxxx" Qiymətləndirmə Şirkəti tərəfindən 2020-ci ilin sentyabr ayında verilmiş mütəxəssis rəyinin niyə mötəbər sübut kimi qəbul edilməməsi də qətnamədə öz əksini tapmamışdır. Bundan başqa 1 ha torpaq sahəsi üzrə 20 sentner məhsul yığımı nə Oğuz rayonu üzrə torpaqların məhsuldarığına nə də iddiaçının torpaqlarının məhsuldarlıq xüsusiyyətlərinə uyğun deyil. Bu səbəbdən hesab edir ki, rəylər arasında yaranan ziddiyyətli fərq aradan qaldırılaraq torpaqların məhsuldarlığı düzgün müəyyən edilməli və iddiaçıya dəymiş ziyan dəqiq hesablanmalıdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən dənli bitkilərin məhsuldarlıq üzrə dərc olunmuş məlumatlarından da görünür ki, ölkə ərazisi üzrə 2011-ci ildən 2019-cu ilədək vələmir bitkisinin illik məhsuldardlığı 24,7 ha/sen - 27,5 ha/sen olaraq artan fərqlə qeyd olunmuşdur. Statisik hesabatlar ölkə ərazisi üzrə orta məhsuldarlığı göstərdiyi üçün, hazırki mübahisə ilə əlaqədar Oğuz rayonuna dair məhsuldarlıq araşdırılmalı idi. X10 Komitəsinin ortalama göstəriciləri əsas götürülsə belə məhkəmənin 2 tonla bağlı gəldiyi nəticə yenə də əssasız olur. Qeyd edilənlərə əsasən Şəki Kommesiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-2(117)-29/2021 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tərəfindən maddi və prosesual hüquq normativlərinin tələbləri kobud şəkildə pozulmuş, işin faktiki hallarına obyektiv hüquqi qiymət verilməmiş, işə birtərəfli baxılmış, maddi hüquq normaları səhv təsvir edilmiş nəticədə də əsassız qətnamə çıxarılmışdır. Bu səbəblərdən də şikayət edilən məhkəmə qətnaməsi ləğv edilməlidir. Belə ki, məhkəmə iş üzrə alınmış qeyri-obyektiv ekspert rəylərinə əsaslanmaqla iddiaçının heç bir mötəbər sübutla öz təsdiqini tapmayan iddiasını qismən təmin etmişdir. İddianın predmetini təşkil edən və iddiaçının mülkiyyətində olması bildirilən torpaq sahələrinə baxış keçirilməsi birtərəfli qaydada aparılmış və ekspertiza zamanı cavabdehlərin iştirakı təmin edilməmişdir. Mütəxəssislər yalnız torpağa baxmaqla hazırkı əsassız rəyi vermişdir. Torpağa faktiki olaraq baxdıqda hər hansı sərhəd cizgilərinin olmadığı, topağın faktiki olaraq kimin tərəfindən istifadə olunmasını müəyyən etmək mümkün deyil. Deməli veilən rəylər həqiqəti əks etdimir və mötəbər sübut kimi qəbul edilə bilməzdi. İddiaçı tərəfindən həmin sahədə 2020-2021-ci ildə cavabdehlərin onlaa məxsus ərazidə əkin işləri apaması o halda öz təsdiqini tapardı ki, 2019-2021-ci illər ərzində Oğuz rayonu Bayan kəndində əkin subsidiyası ilə bəyannamə verməsi, S ubsidiya İnformasiya Sistemində qeydiyyatdan keçməsi, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsaletdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə DAİM-ə hər hansı məlumatlar verməsi, DAİM mütəxəssisləri tərəfindən hansı nəzarət və qiymətləndirmə tədbirləri(yerində müşahidə) həyata keçirilməsi barədə sübutlatəqdim etmiş olsun. İşmateiallarındaisə bu barədə hər hansı bir sübut mövcud olmadığı halda məhkəmə iddianı təmin etmişdir. Qeyd edilənlərə əsasən Şəki Kommesiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-2(117)- 29/2021 saylı qətnaməsi ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətlləri təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-2(117)-29/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Şəki Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə tikintitexniki ekspertizası təyin edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23.04.2021-ci il tarixli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı MMC-yə məxsus olan torpaq sahələri **********85 nömrəli çıxarışda 26278 kv.m, **********86 nömrəli çıxarışda 25750 kv.m, **********88 nömrəli çıxarışda 17114 kv.m, **********90 nömrəli çıxarışda 20772 kv.m, **********15 nömrəli çıxarışda 3500 kv.m, **********68 nömrəli çıxarışda 268 kv.m, **********13 nömrəli çıxarışda 4931 kv.m, **********17 nömrəli çıxarışda 399 kv.m, **********21 nömrəli çıxarışda 2,0038 kv.m, **********22 nömrəli çıxarışda 17179 kv.m, **********23 nömrəli çıxarışda 1372 kv.m, **********91 nömrəli çıxarışda 319 kv.m cavabdehlər X6 və Cavabdeh2 tərəfindən istifadə olunur. **********00 nömrəli çıxarışda göstərilən torpaq sahəsi cavabdehlər tərəfindən istifadə olunmur. "xxxx" Qiymətləndirmə Şirkətinin 2020-ci ilin sentyabr ayında verdiyi rəyə əsasən, Oğuz şəhərində yerləşən İddiaçı MMC-yə məxsus olan və cavabdehlər tərəfindən zəbt edilmiş 19,8622 ha ərazidə 2020-ci ilin yay və payız mövsümləri üzrə İddiaçı MMC-yə dəymiş ziyanın məbləği 30190,52 manat (19,8622 ha), 2021-ci ilin yay mövsümü üzrə 11745,50 manat( 7,7273 ha) olmaqla, ümumilikdə 41936 manat təşkil edir. "xxxx" MMC-nin 21.05.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, Oğuz rayonu ərazisində 1 ha torpaq sahəsindən 2000 kq vələmir məhsulu əldə olunmaqla, 1 kq-ın dəyəri 0,45 manat olmaqla 900 manat təşkil edir. 1 hektara əkilən vələmir bitkisi üçün çəkilən xərclər (əkin, biçin, gübrə və.s) 446 manat, əldə edilən gəlir 454 manat təşkil edir. X15 İnkişaf Mərkəzinin 07.10.2020-ci il tarixli 81 nömrəli məktubuna əlavə edilmiş Rəyə əsasən, bir hektar torpaq sahəsinin əkilib becərilməsi üçün 446 manat vəsait tələb olunur, 20 sen/ha məhsul əldə edilir və vələmir sahəsinin hər hektarına 160 manat subsidiya hesablanır. Həmçinin, qeyd edilmişdir ki, Oğuz rayonunda vələmir payızlıqyazlıq bitki olmasına baxmayara, fevral-mart aylarında əkilir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilir ki, iddiaçıya məxsus ümumilkdə 151461 kv.m (15,1461 hektar) torpaq sahəsi cavabdehlər X6 və Cavabdeh2 tərəfindən istifadə olunur. Həmin torpaq sahələri 2020-ci ildə və 2021-ci ildə cavabdehlər tərəfindən əkilmiş və məhsul götürülmüşdür. Həmin torpaq sahələrində iddiaçı təşkilat mütəmadi olaraq vələmir bitkisi əkmiş və vurulmuş ziyanı da vələmir bitkisinə çəkilən xərclər və əldə olunan gəlirə uyğun hesablanmasını tələb edir. Bundan əlavə cavabdeh etiraf etmişdir ki, 2020-ci ilin yaz mövsümünda iddiaçı təşkilat tərəfindən həmin torpaq sahəsində artıq əkin işləri aparılaraq səpilmiş və cücərmiş vələmir bitkisinin əkildiyi torpaq sahəsini yenidən əkərək orada qarğıdalı bitkisi əkmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Konstitusiyasının 71-ci maddəsinin İİ-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə münasibətdə qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual əsasları düzgün müəyyən edilmiş, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə çıxarılmışdır. Şəki Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, 23.04.2021-ci il tarixli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən Oğuz şəhərində yerləşən İddiaçı MMC-nin mülkiyyətində həmin ərazidən “**********85 nömrəli çıxarışda 26278 kv.m, **********86 nömrəli çıxarışda 25750 kv.m, **********88 nömrəli çıxarışda 17114 kv.m, **********90 nömrəli çıxarışda 20772 kv.m, **********15 nömrəli çıxarışda 3500 kv.m, **********68 nömrəli çıxarışda 268 kv.m, **********13 nömrəli çıxarışda 4931 kv.m, **********17 nömrəli çıxarışda 399 kv.m, **********21 nömrəli çıxarışda 2,0038 kv.m, **********22 nömrəli çıxarışda 17179 kv.m, **********23 nömrəli çıxarışda 1372 kv.m, **********91 nömrəli çıxarışda 319 kv.m olmaqla, cəmi 151461 kv.m (15,1461 hektar) torpaq sahəsi cavabdehlər X6 və Cavabdeh2 tərəfindən istifadə olunur. **********00 nömrəli çıxarışda göstərilən torpaq sahəsi cavabdehlər tərəfindən istifadə olunmur. Qeyd edilən rəydən göründüyü kimi sonuncu mütəxəssis rəyində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini əvvəlki rəydə olan texniki səhvi aradan qaldırmış və birinci instansiya məhkəməsi haqlı olaraq həmin uyğunsuzluğu texniki səhv olaraq qəbul edərək 23.04.2021-ci il tarixli rəyi daha mötəbər sübut kimi qəbul etmişdir. İddiaçı tərəf qeyd etmişdir ki, həmin torpaq sahəsinin 19,8622 ha hissəsində 2020-ci ilin yay və payız mövsümləri üzrə, 2021-ci ilin isə yay mövsümü üzrə cavabdehlər tərəfindən əkin aparılmış və iddiaçıya həm maddi zərər dəymişdir, həm də məhsul əkini baş tutmadığından əldən çıxmış gəliri olmaqla 2020-ci ilin yaz və yay mövsümləri üzrə 41936 AZN, 2021-ci ilin yaz mövsümü üzrə 19971,28 AZN zərər dəymişdir. Bununla bağlı iddiaçı tərəfindən "xxxx" Qiymətləndirmə Şirkətinə mütəxəssis rəyi verilməsi ilə bağlı müraciət edilmiş və həmin şirkətin 2020-ci ilin sentyabr ayında verdiyi rəyə əsasən, Oğuz şəhərində yerləşən İddiaçı MMC-yə məxsus olan və cavabdehlər tərəfindən zəbt edilmiş 19,8622 ha ərazidə 2020-ci ilin yay və payız mövsümləri üzrə İddiaçı MMC-yə dəymiş ziyanın məbləği 30190,52 manat (19,8622 ha), 2021-ci ilin yay mövsümü üzrə 11745,50 manat( 7,7273 ha) olmaqla, ümumilikdə 41936 manat təşkil etdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 09.03.2021-ci il tarixdə "xxxx" Qiymətləndirmə Şirkətinə məktub göndərilərək mütəxəssis rəyinə aydınlıq gətirilməsi ilə bağlı qoyulmuş sualların cavablandırılması xahiş edilmiş, lakin həmin suallar tam aydınlaşdırılmamış, yalnız mübahisə olunan həmin torpaq sahələrində vələmir bitkisinin əkildiyini və hesablamanı ona görə apardığını bildirmiş, lakin X15 İnkişaf Mərkəzinin 07.10.2020-ci il tarixli 81 nömrəli məktubuna əlavə edilmiş Rəyə uyğun həmin vələmir bitkisinin yazlıq və payızlıq bitkisi olmasına baxmayaraq Oğuz rayonu ərazisində yalnız bitki olaraq əkilməsi məsləsinə aydınlıq gətirməmiş, konkret olaraq xərc və gəliri açıq-aydın qeyd etməmiş, rəy iddiaçı təşkilatın bildirdiyi faktlara əsasən verilmişdir. Bu səbəbdən işin tam və hərtərəfli araşdırılması və məhkəmənin qərəzliliyinə şübhə doğuran halların aradan qaldırılması üçün birinci instansiya məhkəməsi tərəfindən yeni mütəxəssis rəyinin verilməsi ilə bağlı "xxxx" MMC-yə müraciət edilmişdir. "xxxx" MMC-nin 21.05.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən 1 hektar torpaq sahəsində apra, buğda və vələmir bitkisinin əkilmə, biçilmə və digər hallarla bağlı çəkilən xərclər, eyni zamanda əldə ediln gəlirə aydınlıq gətirilmiş, Oğuz rayonu ərazisində 1 ha torpaq sahəsində vələmir bitkisinin əkini üçün çəkilən xərclər 446 manat, əldə edilən 2000 kq məhsulun dəyəri (1 kq-ın dəyəri 0,45 manat) 900 manat, əldə ediləcək xalis gəlir (məhsulun rentabelliyi) 454 manat təşkil etməsi ilə bağlı rəy verilmişdir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırılması zamanı (əsas: X15 İnkişaf Mərkəzinin 07.10.2020-ci il tarixli 81 nömrəli məktubu) müəyyən edilmişdir ki, Oğuz rayonunda yerləşən iddiaçıya məxsus olan və cavabdehlər tərəfindən istifadə edilən torpaq sahəsinin bir hektarının əkilib becərilməsi üçün 446 manat vəsait tələb olunur, 20 sen/ha məhsul əldə edilir və vələmir sahəsinin hər hektarına 160 manat subsidiya hesablanır. Həmçinin, qeyd edilmişdir ki, Oğuz rayonunda vələmir payızlıqyazlıq bitki olmasına baxmayara, fevral-mart aylarında əkilir. Birinci instansiya məhkəməsi də haqlı olaraq Əmlak Ekspert Mərkəzi” MMC-nin 21.05.2021-ci il tarixli mütəxəssis rəyinin X14 Mərkəzinin 07.10.2020-ci il tarixli rəyini və işin digər hallarını nəzərə alaraq 1 hektar torpaq sahəsi üçün çəkilən xərcləri və əldə edilən məhsulun həcminə əlaqəli sübutlara uyğun dəqiq hesablama aparmaqla qiymət verildiyindən qeyd edilən rəyi daha obyektiv və qərəzsiz sübut kimi qiymətləndirmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilən "xxxx" Qiymətləndirmə şirkətinin müvafiq mütəxəssis rəyinin tam və hərtərəfli olmadığından sübut olaraq qiymətləndirə bilmədiyindən onunla bağlı iddiaçının çəkdiyi xərclərin cavabdehdən tutulmasını mümkün hesab etmir. Belə ki, iddiaçıya məxsus ümumilikdə 151461 kv.m (15,1461 hektar) torpaq sahəsi cavabdehlər X6 və Cavabdeh2 tərəfindən istifadə olunur. Həmin torpaq sahələri 2020-ci ildə və 2021-ci ildə cavabdehlər tərəfindən əkilmiş və məhsul götürülmüşdür. Həmin torpaq sahələrində iddiaçı təşkilat mütəmadi olaraq vələmir bitkisi əkmiş və vurulmuş ziyanı da vələmir bitkisinə çəkilən xərclər və əldə olunan gəlirə uyğun hesablanmasını tələb edir. Bundan əlavə cavabdeh etiraf edir ki, 2020-ci ilin yaz mövsümünda iddiaçı təşkilat tərəfindən həmin torpaq sahəsində artıq əkin işləri aparılaraq səpilmiş və cücərmiş vələmir bitkisinin əkildiyi torpaq sahəsini yenidən əkərək orada qarğıdalı bitkisi əkmişdir. Bundan əlavə X14 Mərkəzinin 07.10.2020-ci il tarixli rəyinə əsasən Oğuz rayonunda vələmir payızlıq-yazlıq bitki olmasına baxmayara, fevral-mart aylarında əkilir. Məhkəmə kollegiyası da bu sübutu da təkzib edən bir sübut təqdim edilmədiyindən bu faktı da mötəbər fakt olaraq qəbul edir. Həmçinin araşdırma zamanı Cavabdeh1 Akmil oğlu tərəfindən vətəndaşlarla bağlanmış çoxsaylı icarə müqavilələri təqdim edilmiş və həmin icarə müqavilələrinin mübahisə olunan torpaq sahələrinə aidiyyəti ilə bağlı aidiyyəti üzrə sorğular verilmiş və əldə edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, həmin icarə müqavilələrindən mübahisə olunan torpaq sahələrinə aid olan yalnız X1 ilə bağlanmış **********22 nömrəli çıxarışda, X9 ilə **********90 nömrəli çıxarışda qeyd edilən torpaq sahəsinin bir hissəsi, X2 ilə **********90 nömrəli çıxarışda qeyd edilən torpaq sahəsinin bir hissəsi və X3 ilə **********8 nömrəli çıxarışda qeyd edilən torpaq sahəsinin bir hissəsi ilə bağlanmış icarə müqavilələridir. Həmin sənədlərə digər sübutlarla əlaqəli formada baxılmış və müəyyən edilmişdir ki, ilkin olaraq həmin icarə müqavilələri surətdir, cavabdehdən həmin müqavilələrin əsilləri və ya təsdiq edilmiş surətləri rəsmi olaraq məktubla tələb edilmiş, cavabdeh həmin sübutları təqdim etməmişdir. Bundan əlavə həmin sənədlər işdə olan sənədlərlə ziddiyyət təşkil edir. Belə ki, X1 ilə torpaq sahəsi barədə 30.06.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış, lakin həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi isə 02.04.2019- cu il tarixdə bağlanmışdır. Eyni zamanda X9 ilə 20.02.2019-cu il tarixdə torpaq sahəsi ilə alqısatqı müqaviləsi bağlansa da həmin torpaqla icarə müqaviləsi 05.07.2019-cu il tarixdə bağlanmışdır. X3 ilə torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi 04.03.2019-cu il tarixdə bağlansa da icarə müqaviləsi 02.10.2019-cu il tarixdə bağlanmışdır. Qeyd edilən faktlardan müəyyən olunur ki, torpaq sahəsini satdıqdan sonra torpaq sahəsi üzərində hər hansı mülkiyyət hüququ olmayan şəxsin həmin torpaq sahəsini icarəyə verməsi mümkün deyildir. Qeyd edilən faktlar həmin icarə müqavillərinin doğruluğuna məhkəmədə şübhə yaratmış və həmin sübut kimi təqdim edilən sənədlər sübut olaraq qəbul edilməmişdir. Beləliklə birinci instansiya məhkəməsi iddiaçıya məxsus 15,1461 hektar torpaq sahəsinə 2020-ci ilin yaz mövsümü və 2021-ci ilin yaz mövsümü üçün vurulmuş zərəri və əldən çıxmış faydanı təqdim edilən sübutlara əsasən hesablamışdır. Eyni zamanda, 2020-ci ildə iddiaçı tərəfindən artıq əkilmiş və cücərmiş vələmir bitkisinin əkildiyi torpaq sahəsinin cavabdeh tərəfindən yenidən əkilməsi faktına diqqət yetirmiş və burada vurulan ziyanın həcminin 2021-ci ildə vurulan ziyandan çox olacağını qeyd edir. Yəni 2020-ci ildə vurulmuş ziyan və əldən çıxmış fayda, 2021-ci ildə isə yalnız əldən çıxmış fayda hesablanmalıdır. Oğuz rayonun vələmir bitkisinin yalnız il ərzində yazlıq bitki olaraq əkilməsi nəzərə alınmışdır. Beləliklə Oğuz rayonu ərazisində 1 ha torpaq sahəsində vələmir əkini üçün çəkilən xərclər 446 manat, əldə ediləcək 2000 kq məhsulun dəyəri (1 kq-ın dəyəri 0,45 manat) 900 manat, əldə ediləcək xalis gəlir (məhsulun rentabelliyi) 454 manat təşkil etməsi ilə bağlı rəy verilmişdir. 2020-ci ilin yaz mövsümü: 15,1461 hektar x 900 manat=13 631,49 manat, 2021-ci ilin yaz mövsümü: 15,1461 hektar x 454 (əldən çıxmış gəlir)= 6 876,33. Həmin illər üzrə vurulmuş ziyan cəmlənir 13631,49 + 6876,33=20507,82 manat. Belə olan halda apellyasiya şikayətlərinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün kifayətedici hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-2(117)-29/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı və cavabdehlərin nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-2(117)-29/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-79/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-79/2021
13.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver