Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-81/2021 07.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “13213,59 manat əsas borc, 7277,87 manat məbləğində faiz, 14324,46 manat cərimə məbləğinin, cəmi 34815,92 manat məbləğində kredit borcunun, 1000 manat hüquqi yardıma görə ödənilmiş xərcin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetinin 21000 manat qiymətləndirilməsi, borcun əvəzinin Zərdab şəhəri, H.Əliyev prospekti 9, döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra evin boşaldılması” tələbinə dаir kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, e-2- 2(117)-232/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, e-2-2(117)-232/2021 saylı qətnaməsi ilə (hakim Mübariz Hüseynov) iddia qismən təmin edilmiş, Cavabdeh 12859,88 (on iki min səkkiz yüz əlli doqquz manat səksən səkkiz qəpik) əsas borc və 10,77 (on manat yetmiş yeddi qəpik) manat dövlət rüsumunun, tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, borc məbləğinin Cavabdeh məxsus Zərdab şəhəri, H.Əliyev prospekti 9, döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Zərdab şəhəri, H.Əliyev prospekti 9, döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin likvid dəyərinin 24000 manat məbləğində müəyyən edilməsi və həmin əmlak açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait Cavabdeh İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilməsi, Zərdab şəhəri, H.Əliyev prospekti 9, döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satışdan bir ay sonra cavabdeh həmin mənzilini tərk etməsi, iddianın qalan hissələrdə rədd edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 19,23 (on doqquz manat iyirmi üç qəpik) manat məbləğində hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 manat pulun 72,5 manatı İddiaçı BOKT ASC-dən və 72,5 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Agentliyində yerləşən bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) ödənilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı İddiaçı BOKT ASC-dən və 75 manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h–AZ30GUNA********************, m/h– AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilməsi qət edilmişdir. İşin halları: 29.12.2014-cü il tarixli 633 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 14700 manat kredit verilmiş, borcalan Cavabdeh kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.8-ci və 2.9-cu bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə ondan sonrakı gün öhdəliyin gecikdirilməsi sayılır və gecikdirilən hər gün üçün əsas məbləğin qalığından 0,2 faiz dəbbə pulu, yəni, cərimə ödəməli olur. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 29.12.2014-cü il tarixli 633 nömrəli ipoteka müqaviləsində göstərilmiş Zərdab şəhəri, H.Əliyev prospekti 9, döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi qəbul olunmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.06.2019-cu il tarixli 12135 nömrəli ekspert rəyinə əsasən 29.12.2014-cü il tarixli 633 nömrəli kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla, Cavabdeh iddia tələbi tarixinə, yəni 17.01.2018-ci il tarixə iddiaçıya əsas borc 12859,88 manat, faiz borcu isə 664,43 manat, cəmi 13524,31 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Zərdab şəhəri, H.Əliyev prospekti 9, döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin 02.06.2021-ci il tarixə likvid dəyəri 24000 manat müəyyən edilmişdir. İddiaçı BOKT ASC hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi E.Hikmətli birinci instansiya məhkəməsində iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə təmsil etdiyi təşkilat arasında 29.12.2014-cü il tarixdə iki kredit müqaviləsi bağlanmış 633 A nömrəli kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 22% olamaqla 20000 ABŞ dolları kredit verilmiş, 633 nömrəli kredit müqaviləsi üzrə isə 14700 manat 36 ay müddətinə illik 6 % olmaqla kredit verilmişdir. Hər iki kredit üzrə öhdəliyi təmin etmək üçün cavabdehə məxsus fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. 14700 manatlıq kredit vəsaiti 04.08.2015-ci il tarixdə cavabdehə təqdim edilmiş, 20000 ABŞ dolları məbləğində vəsait isə 30.12.2014-cü il tarixdə cavabdehə təqdim edilmişdir. Sonuncu vəsaitlə bağlı Zərdab Rayon Məhkəməsinin 15.08.2016-cı il tarixli qətnaməsi mövcuddur və həmin hal mübahisələndirilməməlidir. Əlavə olaraq bildirdi ki, köçürülən həmin məbləğin daha əvvəl cavabdeh tərəfindən başqa məqsəd üçün götürülmüş 20000 ABŞ dolları dəyərində olan kreditin ödənilməsinə sərf edildiyini, ona görə həmin borc məbləğinin azaldıldığını, lakin sonradan götürülən 14700 manat borcun qaldığını bildirmiş, cavabdeh də öz növbəsində bu halları öz izahatı ilə məhkəmə iclasında təsdiqləmişdir.Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbini rədd edərək bildirmişdir ki, "xxxx" ASC-dən birinin məbləği 20000 ABŞ dolları, digərinin məbləği 14700 manat olmaqla 2 dəfə kredit götürmüş və həmin məbləğlər onun hesabına ödənilmişdir. Lakin valyuta məzənnəsində edilən dəyişiklərə əsasən dolların qiyməti 2015ci ildə qalxan zaman ona maddi ziyan dəymiş və kredit məbləğini yeni məzənnəyə uyğun olaraq ödəməyə məcbur olmuşdur. 2018-ci ilə qədər ödənişlər etmişdir. Lakin ödənişi faiz və cərimələrə silinmiş əhəmiyyətli maliyyə itkisi ilə üzləşmişdir. Bundan əlavə həmin ünvanda yen tikililər inşa etmiş, ona görə də evin likvid dəyəri ilə razı deyildir. Cavadeh qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsində İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin ona qarşı “13213,59 manat əsas borc,7277,87 manat məbləğində faiz,14324,46 manat cərimə məbləğinin,cəmi 34815,92 manat məbləğində kredit borcunun,1000 manat hüquqi yardıma görə ödənilmiş xərcin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetinin 21000 manat qiymətləndirilməsi, borcun əvəzinin Zərdab şəhəri,H.Əliyev prospektivi 9,döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən,yaşayış sahəsi 41.1 kv.m,yardımçı sahəsi 71.6 kv.m,ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evini və tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra evin boşaldılması” tələbinə dair iddiası qismən təmin olunmuşdur. Həmin qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli, şikayətimin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bundan əlavə Şəki Kommersiya Məhkəməsinin hakimi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin 2-ci bəndində göstərilmiş “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar” tələbləri kobud şəkildə pozulmuşdur. Aşağıda sadalayacağı faktlar özlüyündə məhkəmə prosedurunun düzgün və ədalətli şəkildə keçirilmədiyinin bariz nümunəsidir. İlk öncə qeyd edir ki, "xxxx" ASC-nin Ağcabədi filialı ilə aralarında bağlanmış 29.12.2014-cü il tarixdə 633 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə 14700 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 29.12.2014-cü il tarixli 633 nömrəli ipoteka müqaviləsində göstərilmiş Zərdab şəhəri,H.Əliyev prospekti 9,döngə 1ünvanında yerləşən onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən ,yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi qəbul olunmuşdur. Krediti əldə etdiyi tarixdən etibarən müəyyən olunmuş qrafik əsasında ödənişlər həyata keçirməyə başlamışdır. Məlumat üçün qeyd edir ki, kredit müqaviləsinin bağlanılması müddəti dolların 78 manat müəyyən olunduğu dövrlərə təsadüf edirdi. Ümumilikdə kredit borcu üzrə sözü gedən banka 4000 (dörd min) manata yaxın pul ödəmişdir. Lakin birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı ödəniş qrafikləri tam şəkildə əldə olunmamış və bunların məhkəməyə təqdim olunması öhdəliyi tərəflərin üzərinə qoyulmamışdır. Bundan əlavə qeyd edir ki,ona məxsus ipoteka predmeti olan Zərdab şəhəri,H.Əliyev prospekti 9,döngə 1 ünvanında yerləşən onun mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m,yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin qiyməti likvid olaraq qiymətləndirilmiş və 24000 (iyirmi dörd min) manat müəyyən olunmuşdur. Bundan əlavə qeyd edir ki, sözü gedən kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın tədbiq dairəsinə düşmüş və buna əsasən 2346 (iki min üç yüz qırx altı) manat kompensasiya təyin olunmuşdur. Lakin İddiaçı bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti iddiasında kompensasiya məbləğini qeyd etməmiş və təyin olunmuş kompensasiyanı əsas borcdan silməmişdir. Bununla yanaşı məhkəmədə kompensasiya ilə bağlı olaraq aidiyyati qurumlara sorğu ünvanlamamışdır və qətnamədə kompensasiya hissəsini qeyd etməmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Konstitusiyası və digər qanun və aktlarında ədalətli məhkəmə araşdırması qaydaları öz əksini tapmışdır. Qanunun bu tələbi birbaşa əsas verir ki, hakimlər işə yanaşan zaman işin hallarını araşdırmalı və tərəflərin hüquqlarının pozulmamasını təmin etmək şərti ilə qətnamə qəbul edilməlidir. Lakin məhkəmə prosesi zamanı bu normaya istinad olunmamışdır. Belə ki, kredit müqaviləsi bağlandıqdan bir müddət sonra dolların məzənnəsində 100% yaxın artım olmuşdur. Bu isə maddi vəziyyətinin pisləşməsinə əsas olmuşdur. Düşünür ki, Şəki Kommersiya Məhkəməsi qətnamə qəbul edən zaman qeyd olunan halları nəzərə alaraq qətnamədə qeyd olunmuş faiz və cərimə hissəsini təmin etməli deyildir. Odur ki, Şəki Kommersiya Məhkəməsinin № 2-2(117)-232/2021 saylı kommersiya iş üzrə 16 iyun 2021ci il tarixli qətnaməsi qismən ləğv olunmasını, qətnamədə qeyd olunmuş əsas borc ödəniş qrafiklərinə və kompensasiya məbləğinə uyğun yenidən hesablanmasını və hesablanmış məbləğə uyğun borcun müəyyən olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Şəki Kommersiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, e-2-2(117)-232/2021 saylı qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, e- 2-2(117)-232/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətindən görünür ki, o, Şəki Kommersiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, e-2-2(117)-232/2021 nömrəli qatnaməsinin əsas borc ödəniş qrafiklərinə və kompensasiya məbləğinə uyğun yenidən hesablanmasını və hesablanmış məbləğə uyğun borcun müəyyən olunması mübahisələndirir. Odur ki, məhkəmə kollegiyası məhkəmə qətnaməsinə həmin hissədə hüquqi qiymət verməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, 29.12.2014-cü il tarixli 633 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 14700 manat kredit verilmiş, borcalan Cavabdeh kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 19.03.2015-ci il tarixli 2324/i nömrəli ipoteka müqaviləsində göstərilmiş Zərdab şəhəri, H.Əliyev prospekti 9, döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış ipoteka predmeti kimi qəbul olunmuş, "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən həmin fərdi yaşayış evinin 02.06.2021-ci il tarixə likvid dəyəri 24000 manat müəyyən edilmişdir. Zərdab Rayon Məhkəməsinin 19.04.2018-ci il tarixli qərardadı ilə digər məsələlərlə yanaşı, 29.12.2014-cü il tarixli 633 nömrəli müqavilə üzrə əsas və faiz borcunun məbləğinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizası müəyyən edilmiş, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.06.2019-cu il tarixli 12135 nömrəli ekspert rəyinə əsasən, həmin müqavilə üzrə əsas borc 12859,88 manat, faiz borcu isə 664,43 manat müəyyən edilmişdir. Tərəflər birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri izahatlarında təsdiq edirlər ki, 29.12.2014-cü il tarixli 633 nömrəli kredit müqaviləsi üzrə verilmiş kredit məbləği Cavabdeh hesabına 14700 manat pul köçürülmüşdür. Bu, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 04.08.2015-ci il tarixli məxaric sənədi (memorial order) ilə təsdiqlənir. Həmçinin, iddiaçı köçürülən həmin məbləğin daha əvvəl cavabdeh tərəfindən başqa məqsəd üçün götürülmüş 20000 ABŞ dollarında olan kreditin ödənilməsinə sərf edildiyini, ona görə həmin borc məbləğinin azaldıldığını, lakin sonradan götürülən 14700 manat borcun qaldığını bildirmiş, cavabdeh də öz növbəsində bu halları öz izahatı ilə məhkəmə iclasında təsdiqləmişdir. Birinci instansiya məhkəmə iş materiallarını araşdıraraq düzgün hesab etmişdir ki, həqiqətən də iddiaçı tərəfindən cavabdehə 14700 manat məbləğində kredit verilmiş və həmin məbləğ 04.08.2015-ci il tarixdə onun hesabına köçürülmüşdür. Lakin iddiaçı tərəfindən əksini sübut edə bilən sənəd təqdim edilmədiyindən, əsas borca münasibətdə məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.07.2019-cu il tarixli 12135 nömrəli ekspert rəyini əsas sübut kimi qəbul edərək hesab edir ki, cavabdehin iddiaçıya olan əsas borc məbləği 13213,59 manat deyil, 12859,88 manatdır. Bundan əlavə iddiaçı tərəfindən cavabdehə hesablanmış faiz borcu ekspert rəyi ilə uyğunsuzluq təşkil etdiyinə görə ekspert rəyinə əsasən hesablanmış faiz borcu qəbul edilməlidir. Odur ki, iddia tələbi əsas borca münasibətdə 12859,88 manat hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. İddia tələbinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.07.2019-cu il tarixli 12135 nömrəli ekspert rəyində göstərilən 664,43 manat manat məbləğində faiz, 14324,46 manat cərimə məbləğinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd edilən faiz borcu və cərimə borcu hissələrində düzgün olraq rədd edilmişdir. Məhkəmə kollegiyası Cavabdeh ipotekaya qoyulmuş evin likvid dəyərinin 24000 manatdan cox olması və kredit borcu hesablanarkən ona kompensasiya ödənilməsinin nəzərə alnmaması dəlilləri ilə razılaşmır. Belə ki, işdə olan kredit verilməsi üçün "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi ilə Cavabdeh potekaya qoyulmuş evin likvid dəyəri 21000 (iyitmi bir min) manat qiymətləndirildiyi halda, Şəki Kommersiya Məhkəməsinin 19 avqust 2019-cu il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası keçirilərək qərar qəbul olunmuşdur. "xxxx" MMC-nin isə 07 iyun 2021-ci il tarixli rəyi ilə həmin evin dəyir 24000 (iyirmi dörd min) manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası Cavabdeh kredit borcu hesablanarkən ona ödənilmiş kompensasiyanın nəzərə alınmadığı barədə dəlili ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.07.2019-cu il tarixli 12135 nömrəli məhkəmə-mühasibatlıq eskpertizasının rəyi ilə müəyyən edilmişdir ki, onun İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə əsas borcu 12859,88 (on iki min səkkiz yüz əlli doqquz manat səksən səkkiz qəpik) manat faiz borcu isə 664.43 manat təşik edir. Cavabdeh isə ona kompensasiya ödənilməsini nəzərə alınmamasına dair dəlili barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, e-2-2(117)-232/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, e-2-2(117)- 232/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-81/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-81/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver