Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-85/2024 26.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1(eyni zamanda digər Cavabdeh2 nümayəndəsi) və Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı bildirir ki, o, cavabdehlərlə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Şəki rayonu, Baş Göynük kəndində torpaq sahəsi alaraq qeyri-yaşayış binası inşa etmişlər. Qeyri-yaşayış sahəsi ət dükanı, kəsim otağı, mətbəx, çayxana, mağaza və anbardan (tövlə) ibarətdir. Qeyd edilən tikililərin inşası üçün 44.385 manat xərc çəkmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Baş Göynük kəndində inşa etdiyi və uzun müddət istifadəsində olan qeyri-yaşayış binasına çəkdiyi xərclərin əvəzi olaraq 44.385 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi, tələb etdiyi pul ona tam səkildə ödənilənədək qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən maneçilik edilməsinin qadağan edilməsi, dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlərlə razılığa gəlib qeyriyaşayış binası inşa edərək, birlikdə orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişlər. Buna görə də Şəki rayonu, Baş Göynük kənd sakini olmuş X2 mülkiyyətində olan torpaq sahəsini satın alaraq həmin torpaq sahəsində qeyri-yaşayış binası inşa etmişlər. Qeyri-yaşayış sahəsi ət dükanı, kəsim otağı, mətbəx, çayxana, mağaza və anbardan (tövlə) ibarətdir. Qeyd edilən tikililərin inşası üçün 44.385 manat xərc çəkmiş və həmin tikililərdən uzun müddət özü istifadə etmişdir. Lakin hazırda cavabdehlər kifayət qədər xərc çəkdiyi və uzun müddətdir ki, istifadəsində olan həmin sahədən onun istifadə etməsinə imkan vermirlər. Nəticədə ona kifayət qədər ziyan dəymiş və cavabdehlər onun hesabına əsassız olaraq varlanmışlar. Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, torpağı oğlu Mehman Surənin banka olan təxminən 700 manat borcunu ödəməklə almış və orada ev tikdirmişdir. Lakin sonrada tikilini qeyri-yaşayış sahəsi kimi istifadə etmişlər. İddiaçı və iddiaçının qardaşı Vahid obyektin tikintisində usta kimi işləmişlər. Şəriklilik olmamışdır. Vahid onun oğlu Mehmanla şərikli ət kəsib satmışlar. Obyektin tikintisinə Mehman təxminən 9.000- 9.800 manat pul xərcləmişdir. İddiaçı hər hansı bir məbləğdə pul xərcləməmişdir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2- 2(117)-386/2024 nömrəli iş üzrə qəbul etdiyi 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında şərikli biznes fəaliyyəti və nəticədə əldə edilmiş gəlirin bölüşdürülməsi ilə bağlı hər hansı bir yazılı və ya şifahi formada müqavilə bağlanmamışdır. Belə ki, iddiaçı ifadəsində mübahisə predmeti olan mağazanı şərikli vəsaitləri hesabına aldığını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. Bundan əlavə mağazanın tikintisində iştirak etdiyini, materiallar alıb həmin mağazaya sərf olunduğunu bildirsə də, nə qədər vəsaiti hansı iqstiqamətə xərclədiyini, əldə ediləcək gəliri hansı qaydada bölüşdürəcəkləri və qoyduğu mayanın məbləği ilə bağlı hər hansı bir tutarlı fakt irəli sürə bilməmişdir. Buna görə də məhkəmə tərəflər arasında yazılı və ya şifahi formada hər hansı müqavilə bağlanmasını müəyyənləşdirə bilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçının tələb etmə hüququ əsassız varlanmadan və ya delikt öhdəliklərindən əmələ gələn tələb olaraq baxıla bilər. Şərikli biznes, maya qoyuluşu, gəlirin bölüşdürülməsi faktları tərəflər arasında şifahi formada olsa da bağlanmış müqaviləyə əsaslanmalı, iddiaçı bu gün tələbində qeyd etdiklərini razılaşdırılmalı idi. Məhkəmə belə bir halı müəyyən etməmişdir. Bu hallar mübahisə predmeti olan cavabdehlərdən biri olan Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsinin tikintisi və oradan gələn gəlirin şərikli qaydada bölüşdürlməsinə də aiddir. Qanunvericiliyin tələbinə görə əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan əlavə qanunvericiliyin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının iddia etdiyi şərikli payın qoyulması və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və nəticədə gəlirin bölüşdürülməsi əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarının yaradılması zamanı mümkündür. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Qanunvericilikdə qeyd edilən hüquqi sənədlərin tərtib edilməsi və ya hüquqi şəxslərin yaradılması ilə bağlı hər hansı bir fakt müəyyən edilməmişdir. Bundan əlavə tərəflər arasında ziyan vurmadan yaranan öhdəliklərin mövcudluğu da istisna edilir. Belə ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olmamışdır. Ona görə də məhkəmə iddiaçının tələbinin əsassız varlanma nəticəsində qarşı tərəfdən tələbin qanuni əsası olaraq qəbul edir. Belə ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçının əmlak və ya pul vəsaitinin cavabdehə keçməsi və nəticədə cavabdehin varlanması halı müəyyən edilmir. Belə ki, iddiaçı ilkin olaraq birgə biznes fəaliyyəti üçün qoyduğu maya, mağazanın tikintisinə çəkdiyi xərci, heyvan kəsimi nəticəsində əldə etdiyi gəlirin hansı qaydada bölüşdürülməsi qaydasını sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının qardaşı təsdiq etmişdir ki, heyvan kəsimi nəticəsində hər hansı şəxsə borcları qalmamış, qardaşı tərəfindən və Cavabdeh1 tərəfindən kəsmək üçün verilən heyvanların kəsilməsi nəticəsində ət məhsulları nisyə satılsa da, yekunda həmin borclar tam qaytarılmışdır. Bundan əlavə iddiaçı 2009-cu ildən birgə ət kəsimi fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, hazırkı vaxta kimi kəsilmiş heyvanların ətindən əldə edilən gəlirin bölüşdürmə qaydasını, hazırkı mübahisənin 2020-ci ildə hansı səbəbdən yaranmasını izah edə bilməmişdir. Məhkəmə tərəfindən obyektin tikintisinə çəkilmiş xərclərlə bağlı sənədlərin təqdim edilməsi tələb edilsə də, iddiaçı şifahi olaraq 44.385 manat xərc çəkdiyini, lakin bunu təsdiq edəcək hər hansı bir yazılı sənədin mövcud olmadığını bildirmişdir. Eyni zamanda, təqdim olunmuş ekspert rəyindən görünür ki, mübahisə predmeti olan tikili texniki pasport sənədində fərdi yaşayış evi kimi qeyd olunsa da, faktiki olaraq həmin tikili qeyri-yaşayış sahəsi kimi istifadə olunur, tikilinin inşasına çəkilən xərcin bazar qiymətlərinə uyğun olaraq təqribi dəyəri 21.500 manat müəyyən olunmuşdur. Məhkəmə həmin obyektin tikintisi üçün çəkilmiş xərcin 21.500 manat olmasını qəbul etsə də, çəkilmiş xərcin hansı hissəsinin iddiaçı tərəfindən ödənildiyini təsdiq edən heç bir sənəd təqdim olunmamışdır. Cavabdeh tərəfindən qeyd edilən tikintiyə çəkilən xərclərlə bağlı akt və sənədlər təqdim edilmişdir. Eyni zamanda, iş materialları kimi maddi sübut qismində məhkəməyə bir ədəd dəftər təqdim olunmuşdur. Həmin dəftərin 8 yanvar hesabatı yazılmış vərəqindən görünür ki, hər iki tərəf nisyə heyvan alaraq onların kəsimi nəticəsində əti sataraq ətin pulunu qaytarmışdır. Məhkəmə tərəflərin izahatlarından müəyyən etmişdir ki, ət kəsimi mağazasını işlədən əsasən Cavabdeh2 və iddiaçının qardaşı X9 olmuş, kənd ərazisində yaşayan şəxslər heyvanlarını satmaq məqsədi ilə həmin şəxslərə kəsimə vermiş, onlar həmin heyvanı kəsib, ətini sataraq əldə edilən vəsaiti heyvanın sahibinə vermiş, heyvan kəsimini aparan şəxslərə isə müəyyən muzd məbləği verilmişdir. Məhkəmə təqdim edilmiş nisyə dəftərinə münasibətdə bildirir ki, malın nisyə alğı-satqısı və ətin kəsilməsindən sonra əldə edilmiş vəsait hesabına malın borcunun ödənilməsi, tərəflərin şərikli fəaliyyət göstərməsini təsdiq edəcək sübut deyildir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 157.1, 157.2, 157.4, 385.1, 386.1, 390.1, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1093.1, 1093.2, 1095, 1096-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 88, 217.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə heç bir araşdırma aparmadan, mülahizələrə əsaslanaraq, şahidlərin ifadələrini nəzərə almadan, düzgün və qərəzsiz qiymət vermədən qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən maddənin tələbinə zidd olaraq digər məhkəmə prosesində ifadə vermiş 8 şahidin, hazırki məhkəmədə ifadə vermiş 1 şahidin ifadələri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd edilən maddə məhkəmə tərəfindən düzgün tətbiq edilməmiş və şərh edilməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən hüquq normasının tələbi də məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, məhkəmə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-100/2023 nömrəli qətnaməsini nəzərə almadan səhv nəticəyə gəlmişdir. Qeyd edilən qətnamənin yalnız məhkəmə aidiyyatına görə ləğv olunduğu isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə hətta iddiaçı tərəfə iddianın əsassız olduğunu və sübutların olmadığını cavabdehin iştirak etdiyi məhkəmə prosesində əvvəlcədən bildirmişdir. a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh1(eyni zamanda digər Cavabdeh2 nümayəndəsi) iddia tələbinə etirazın dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iddiaçı, məhkəmələrə verdiyi yazılı və şifahi izahatlarında bildirir ki, iş üzrə tərəflər birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmiş, bu məqsədlə Şəki rayonu, Baş Göynük kənd sakini X4 məxsus torpaq sahəsini satın alaraq həmin torpaq sahəsində ət mağazası, kəsim otağı, mətbəx, çayxana, mağaza və anbardan (tövlə) ibarət qeyri-yaşayış binası inşa etmişlər və bu zaman iddiaçı həmin tikintiyə 44.385 manat vəsait xərcləmişdir. İddiaçı qeyri-yaşayış sahəsindən uzun müddət özü istifadə etmişdir. Lakin, hazırda cavabdehlər həmin tikilidən onun (iddiaçının) istifadə etməsinə imkan vermirlər. Məhkəmə iddiaçının bu dəlilləri ilə bağlı bildirir ki, MPM-nin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddələr 14.2., 77.1. və 88.). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Qeyd olunanlardan çıxış edən Məhkəmə bildirir ki, tərəflərin birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları barədə tərəflərin razılığa gəlmələrini, bu məqsədlə torpaq sahəsinin əldə olunaraq həmin torpaq sahəsində qeyri-yaşayış binasını inşa etdiklərini, iddiaçının həmin tikintiyə 44.385 manat vəsait xərclədiyini iddia edən iddiaçı həmin halları sübuta yetirməlidir. İddiaçının təşəbbüsü ilə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 verdiyi izahatında bildirmişdir ki, qardaşı olan iddiaçı ilə Cavabdeh1 2009-cu ildə şərikli iş görmək qərarına gəlmiş, şərikli torpaq alaraq obyekt tikmiş və həmin obyekti birlikdə işlətməyə başlamış, ət kəsimindən gələn gəlirin yarısını qardaşı, digər yarısını isə Cavabdeh1 götürmüşdü. Tərəflər arasında olan haqq-hesab məsələsi barədə məlumatı yoxdur, ət kəsimindən heç kimin borcu qalmamışdır, nə qədər ət kəsilibsə satılıb və borcu ödənilib. O, Cavabdeh2lə ət kəsimini birlikdə işlətmiş, o yalnız heyvan kəsib satmaqla məşğul olmuşdu. Onun heç kimə borcu qalmamışdır. Məhkəmə tərəflərin izahatlarından və təqdim edilmiş dəftərdə aparılan qeydlərdən müəyyən etmişdir ki, ət kəsimi mağazasını işlədən əsasən Cavabdeh2 və iddiaçının qardaşı Vahid İsayev olmuş, kənd ərazisində yaşayan şəxslər heyvanlarını satmaq məqsədi ilə həmin şəxslərə kəsimə vermiş, onlar həmin heyvanı kəsib, ətini sataraq əldə edilən vəsaiti heyvanın sahibinə vermiş, heyvan kəsimini aparan şəxslərə isə müəyyən muzd məbləği verilmişdir. Məhkəmə hesab edir ki, malın nisyə alğı-satqısı və ətin kəsilməsindən sonra əldə edilmiş vəsait hesabına malın borcunun ödənilməsi, tərəflərin şərikli fəaliyyət göstərməsini təsdiq edəcək sübut kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin bildirir ki, yuxarıda qeyd olunan şahid ifadəsi və dəftər cavabdeh Mehman Zilifyevə məxsus və qeyri-yaşayış sahəsi kimi istifadə olunan fərdi yaşayış evinin tikintisinin iddiaçı tərəfindən maliyyələşdirilməsi, daha dəqiq desək həmin tikintiyə iddiaçının 44.385 manat vəsait xərcləməsini təsdiq etmir. Göründüyü kimi, iddiaçının irəli sürdüyü dəlillər iş materialları ilə təsdiq olunmur. Əksinə işdə olan sənədlərə əsasən müəyyən edilir ki, ******* №-li, hazırki iş üzrə Cavabdeh2 xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən X5 və X1 birgə mülkiyyətində olan 220 kv.m torpaq sahəsini 1.000 manata sonunculardan almışdır. Həmin torpaq sahəsi üzərində inşa edilmiş 158 kv.m. ibarət fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, 220 kv.m torpaq sahəsi üzərində mövcud olan, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alınan, ümumi sahəsi 158 kv.m. ibarət fərdi yaşayış evinin tikintisinə hər hansı məbləğdə iddiaçı tərəfindən vəsait xərclənməsi və hazırda həmin əmlakdan iddiaçının çıxarılması ilə cavabdehlərin əsasız varlanması iş materialları ilə sübuta yetirilmir. Belə olan halda, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq müzakirə olunan hissədə iddiaçının tələbini təmin etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızdır. Bundan başqa, Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü ikinci tələb – “44.385 manat məbləğində pul ona tam səkildə ödənilənədək qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə etməsinə cavabdehlər tərəfindən maneçilik edilməsinin qadağan edilməsi” tələbi də də birinci tələbdən asılı olduğu üçün həmin tələbin də təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. İddiaçı apelyasiya şikayətində həmçinin qeyd etmişdir ki, hazırki iş üzrə birinci instansiyası məhkəməsi Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)- 100/2023 nömrəli qətnaməsini nəzərə almadan iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Qeyd edilən qətnamənin yalnız məhkəmə aidiyyatına görə ləğv olunduğu isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Lakin Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-100/2023 nömrəli qətnaməsi qanuni qüvvəsini almamışdır. Bu səbəbdən həmin qətnamə ilə müəyyən edilmiş hallar hazırki işə baxan məhkəmələr üçün məcburi xarakter daşıya bilməz. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin müzakirə olunan dəlili də əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 13 iyun 2024cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-85/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-85/2024
26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver