Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-94/2023 19.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə ilə, İddiaçı oğlunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “iddiaçının cəmiyyətdən çıxması üçün cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsi və iddiaçının cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair” kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 19 sentyabr 2023-cü il tаrixli, e-2-2(117)-810/2023 saylı “iddia tələbinin artırılması ərizəsinin geri qaytarılması” barədə qərаrdаdındаn iddiаçı İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı oğlu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının cəmiyyətdən çıxması üçün cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsi və iddiaçının cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İdidaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehin adına İsmayıllı şəhərində mülkiyyətində olan 0,24 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli binanın mənzillərinin və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilmələrinə dair 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilən əqdlərin etibarsız hesab edilməsi, iddiaçının cəmiyyətdən çıxması üçün cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsi və iddiaçının cəmiyyətin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin adına İsmayıllı şəhərində mülkiyyətində olan 0,24 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli yaşayış binası qeydiyyata alınmışdır. Bununla yanaşı qeyd edilən məktubda göstərilmişdir ki, həmin yaşayış binasında yerləşən mənzillər və qeyri-yaşayış sahələri xx.xx.2020-ci il tarixdən başlayaraq ayrı-ayrı vaxtlarda xx.xx.2023-cü il tarixədək özgəninkiləşdirilmişdir. Həmin məktub təqdim edilənədək bu özgəninkiləşdirilmələrdən məlumatları olmamışdır. Halbuki cəmiyyətin təssiçisi kimi bu məsələlərdən məlumatlı olmalı idi. Həmçinin, Cəmiyyətin digər təsisçisi və həmçinin direktoru olan X1 ilə iddiaçı arasında 3 ilə yaxındır ki, Cəmiyyətin mənfəət məsələləri ilə bağlı məhkəmə mübahisələri davam edir. Məhz bu səbəbdən iddiaçı hesab edir ki, qeyd edilən mənzillərin və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi ilə bağlı uydurma əqdlər bağlanılmış, əslində Cəmiyyətin hesabına bunun müqabilində heç bir vəsait daxil olmamış və bu əqdlərin məqsədi Cəmiyyətdə iddiaçıya məxsus əmlakların mənimsənilməsi olmuşdur. Birinci instansiya məhkəməsinin iclasənda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iclasın təxirə salınmasını, iddia tələbinin həcminin artırılması barədə ərizənin hazırkı iddia ilə birlikdə baxılmalı olmaması səbəbindən ərizənin qəbulundan imtian edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, başqa məhkəmə iclasının olması səbəbindən iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 19 sentyabr 2023-cü il tаrixli, e-2-2(117)-810/2023 saylı qərardadı ilə İddiaçı oğlunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və İsmayıllı rayon Notariat ofisinə qarşı “cavabdehin adına İsmayıllı şəhərində mülkiyyətində olan 0,24 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli binanın mənzillərinin və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilmələrinə dair 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilən əqdlərin etibarsız hesab edilməsi” barədə iddia tələbinin artırılması barədə ərizəsi geri qaytarılmışdır. İddiаçı İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil1 birinci instаnsiyа məhkəməsinin qərаrdаdındаn şikаyət verərək Şəki Kommersiya Məhkəməsinin 19 sentyabr 2023-cü il tаrixli, e-2-2(117)-810/2023 saylı qərardadının ləğv edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin nəzərinə çatdırırlar ki, ərizədə iddia tələbinin hansı əqdləri mübahisələndirdiyi aşkar göstərilmişdir. Bu əqdlərin tarixi və reyestr nömrəsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda son dərəcə aydın və hər kəsin oxuya biləcəyi şəkildə qeyd edilmişdir. Əqdin etibarsızlığı tələbinin yönəldiyi cavabdehlər, həmin uydurma əqdləri rəsmiləşdirən notariat qurumunun və uydurma əqdlərlə əmlakı qanunsuz özgəninkiləşdirən Cəmiyyətin adları və ünvanları ərizədə aydın şəkildə göstərilmişdir. Məhkəmə nəzərə almalıdır ki, iş üzrə cavabdehlər dairəsini iddiaçı müəyyən edir. Məhkəmənin buna müdaxilə etməsinə prosessual qanunla yol verilmir. Məhikəmənin özünün də istinad etdiyi MPM-nin 149.2.3-cü maddəsinə əsasən məhkəmə "iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir." Tərəflərindən iki cavabdeh ərizədə qeyd edilmiş və hər bir cavabdehə qarşı irəli sürülən tələblər də konkret göstərilmişdir. Əqdin tərəfi olan Cəmiyyət və həmin uydurma əqdi rəsmiləşdirən notariat qurumu cavabdeh kimi göstərilmişdir. Uydurma əqdlərin digər tərəflərinin işə cəlb edilməsi məsələsi isə sırf onların hüququdur və məhkəmənin bu məsələyə müdaxilə etməsinə prosessual qanun yol vermir. Belə ki, MPM-nin 51.3-cü maddəsinə əsasən "Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə onları işə başqa cavabdehlər cəlb etməyə məcbur edə bilməz. Ona görə də qərardad əsassız hesab edildiyindən ləğv edilməlidir. Şəki Kommersiya Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, e-2-2(117)-810/2023 saylı qərardadı ilə İddiaçı oğlunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və İsmayıllı rayon Notariat ofisinə qarşı “cavabdehin adına İsmayıllı şəhərində mülkiyyətində olan 0,24 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli binanın mənzillərinin və qeyriyaşayış sahələrinin özgəninkiləşdirilmələrinə dair 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilən əqdlərin etibarsız hesab edilməsi” barədə iddia tələbinin həcminin artırılması barədə ərizəsinin geri qaytarılması barədə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)810/2023 saylı qərardadı qismən, yəni “məhkəmə aidiyyətinin düzgün müəyyən edilməməsi və dövlət rüsumunun ödənilməməsi” hissələrində ləğv edilməsi, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılması və dəyişdirilməyən hissədə iş şikayətlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, iddiаçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 19 sentyabr 2023-cü il tаrixli, e-2- 2(117)-810/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə görə, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, prosessual qanunun tələblərinə əsasən, hər hansı cavabdehə qarşı iddia irəli sürülməmişdən əvvəl tələbi əks etdirən ərizə cavabdehə (pretenziya qaydasında) çatdırılmalı və bunu təsdiq edən sübut məhkəməyə təqdim edilməlidir. Bunu təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizənin məzmunundan göründüyü kimi, iddia tələbinin artırılmış hissəsi “cavabdehin adına İsmayıllı şəhərində mülkiyyətində olan 0,24 ha torpaq sahəsində yerləşən çoxmərtəbəli binanın mənzillərinin və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilmələrinə dair 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilən əqdlərin etibarsız hesab edilməsi”ndən ibarətdir. Həmin tələb üzrə cavabdehlər qismində "xxxx" MMC və İsmayıllı rayon Notariat Ofisi qeyd edilmişdir. Lakin iddiaçı konkret olaraq hansı əqdi mübahisələndirdiyini və hansı cavabdehə qarşı hansı tələbi irəli sürdüyünü ərizəsində qeyd etməmişdir. Bu tələbdə əqdlərin tərəfləri olan ayrı-ayrı şəxslər barədə məlumatlar qeyd edilməmişdir. İddia tələbinin həcminin artırılması barədə iddiada yalnız tələbin həcminin artırılması nəzərdə tutulur. İlkin iddiada qeyd edilməyən cavabdehlərin işə cəlb edilməsi, tamamilə yeni bir iddia tələbinin irəli sürülməsi mahiyyət etibarı ilə iddia tələbinin həcmindən kənara çıxır. Çünki yeni cəlb edilən tərəflər əvvəldən məhkəmə icraatına cəlb edilməmişdir. Müəsissənin təsisçisinin qeyd edilən müəsissə tərəfindən alqı-satqı müqaviləsi əsasında səlahiyyət verilmiş icraçı direktoru tərəfindən satılan daşınmaz əmlakla bağlı müqavilənin etibarsız hesab edilməsi və digər tələbləri bir iddiada qeyd edərkən, bir neçə cavabdehin hər birinə qarşı yönələn tələbi ərizədə göstərilməlidir. Qeyd edlənlər iddiaçı ərizəsində əsaslandırılmamışdır. Bundan əlavə iddia tələbinin həcminin artıılması barədə ərizədə yeni cavabdeh olan İsmayıllı Notariat Ofisi işə cəlb edilib, qeyd edilən cavabdehin elektron kabineti yoxdur, MPM-in 149.2.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxs barədə məlumatlar tam qeyd edilməmişdir. Şikayətdə qeyd edilir ki, etibarsızlığını mübahisələndirdiyi müqavilələr müvafiq məktubda qeyd edilmişdir. MPM-in 149.2.2-ci maddəsi imperativ normadır. MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə qeyd edilməlidir. İddiaçı etibarsız hesab etdiyi müqavilələrin tarixini və nömrəsini qeyd etməmiş, hətta həmin müqavilələr üzrə alıcıları yəni, cavabdehləri (üçüncü şəxsləri) də qeyd etməmiş, MPM-in 149.2.2-ci maddədə sadalanan məlumatları qeyd etməmişdir. Bu norma da imperativ normadır. Bundan əlavə kommersiya mübahisələri üzrə cavabdeh olaraq ilk dəfə iş üzrə cəlb edilən İsmayıllı Notariat Ofisinə iddia ərizəsinin surətləri MPM-in 150.2-ci maddəsində nəzərdə tutulan qaydada çatdırılmamışdır. Qeyd edilən hüquqi şəxsin elektron kabineti mövcud deyildir. Bundan əlavə alqı-satqı müqavilələri üzrə alıcı qismində qeyd edilməyən - cavabdehlik daşıyan şəxslər iddiaçı tərəfindən cəlb edilməklə bərabər həmin şəxslərə də iddia ərizəsinin surəti qanunla müəyyən edilmiş qaydada çatdırılmalı idi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyini qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 19 sentyabr 2023-cü il tаrixli, e-2-2(117)-810/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil1 tərəfindən tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 19 sentyabr 2023-cü il tаrixli, e-2-2(117)- 810/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-94/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-94/2023
19.10.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver