Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-97/2021 15.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X1” QSC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “17.02.2006-cı il tarixli, 162 saylı “Daxili maliyyə lizinqi” müqaviləsi və “Öhdəliklərin verilməsi haqqında” 14.07.2010-cu il tarixli müqavilənin ləğv edilməsi, cavabdehdən 17.02.2006-cı il tarixli 162 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq haqqı borcu 174997 ABŞ dollarının və 20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus 1 ədəd Blonder Beer pivə istehsalı avadanlıqlarının cavabdehdən alınaraq iddiaçıya verilməsi” tələbinə dаir kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2iqt(84)-894/2012 nömrəli qərardadından Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı “X1” QSC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “17.02.2006-cı il tarixli,162 saylı “Daxili maliyyə lizinqi” müqaviləsi və “Öhdəliklərin verilməsi haqqında” 14.07.2010-cu il tarixli müqavilənin ləğv edilməsi, cavabdehdən 17.02.2006-cı il tarixli 162 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq haqqı borcu 174997 ABŞ dollarının və 20 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus 1 ədəd Blonder Beer pivə istehsalı avadanlıqlarının cavabdehdən alınaraq iddiaçıya verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2012-ci il tarixli 2iqt(84)-894/2012 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 17.02.2006-cı il tarixli,162 saylı “Daxili maliyyə lizinqi” müqaviləsi və “Öhdəliklərin verilməsi haqqında” 14.07.2010-cu il tarixli müqavilənin ləğv edilməsi, lizinq müqaviləsi üzrə 153572 ABŞ dolları əsas borcun, 10425 ABŞ dolları cərimə borcunun və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, 1 ədəd Blonder Beer pivə istehsalı avadanlıqlarının cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, Şəki Kommersiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti geri qaytarılmışdır. Şəki Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli qərardadı ilə həmin qərardaddan verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 29.04.2021-ci il tarixli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 27.07.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək 26.07.2012-ci il tarixli 2iqt(84)-894/2012 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 12.08.2021-ci il tarixli qərardadı ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinin 26.07.2012-ci il tarixli 2iqt(84)-894/2012 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh1 ərizəsi təmin edilməməsi, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə şikayətin təmin edilməsini Şəki Kommersiya Məhkəməsinin 12.08.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2iqt(84)- 894/2012 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə, müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul 2012-ci il tarixli qətnaməsi 31.07.2012-ci il tarixdə rəsmi poçt vasitəsilə iş üzrə cavabdehin yaşadığı ünvana göndərilmiş, həmin qətnamədən verilmiş icra vərəqəsi isə 28.08.2012-ci il tarixdə icra edilməsi üçün Şəki Rayonu üzrə İcra Bölməsinə göndərilmiş, 29.08.2012-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərardad qəbul edilmiş, 05.09.2012-ci il tarixdə tələbin könüllü icrası ilə bağlı borclu Cavabdeh1 bildiriş göndərilmişdir. Bundan sonra Şəki Rayonu üzrə İcra şöbəsinin icra məmurları, hal şahidləri və borclu Cavabdeh1 iştirakı ilə 10.09.2012-ci il tarixdə Şəki şəhərində akt tərtib edilmiş, həmin akta əsasən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2012-ci il tarixli 2iqt(84)- 894/2012 nömrəli qətnaməsinin məzmunu və Cavabdeh1 lizinq müqaviləsi üzrə 153572 ABŞ dolları əsas borcun, 10425 ABŞ dolları cərimə borcunun və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, 1 ədəd Blonder Beer pivə istehsalı avadanlıqlarının cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməsi qeyd edilmiş, qeyd edilən sonuncu avadanlığın işlək vəziyyətdə olduğu müəyyən edilmiş və üzərinə həbs qoyularaq həmin əmlak borclu Cavabdeh1 təhvil verilmiş, həmçinin borclu Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. Qeyd edilən akt Cavabdeh1 və digər iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Eyni zamanda, Şəki rayon İcra və Probasiya şöbəsinin icra məmurları və borclu Cavabdeh1 iştirakı ilə 02.03.2018-ci il tarixdə də yuxarıda qeyd edilən avadanlığa təkrar baxışın keçirilmiş, həmin avadanlığın işlək vəziyyətdə olması qeyd edilmiş, bununla bağlı akt tərtb edilmiş həmin akt da Cavabdeh1 tərəfindən imzalanmışdır. Beləliklə, o şikayət vermə müddətini buraxmışdır. Göründüyü kimi, məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən o halda buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı obyektiv səbəbdən baş vermiş olsun, həmin şəxsdən asılı olmayan səbəblərdən atılmalı olan addımın atılması mümkün olmasın. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq ötürülmüş prosessual müddəti bərpa etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2iqt(84)-894/2012 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2iqt(84)-894/2012 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-97/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-97/2021
15.09.2021 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver