Məhkəmə qərarları › İş №2-2(108)-1/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-1/2022

14.01.2022 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-1/2022 14.01.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-2(123)-04/2021 nömrəli qətnaməsindən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2(008)7000/2018 nömrəli qətnaməsi ilə İddiaçı MMC Cavabdeh qarşı müqavilələr üzrə yaranmış borcun tutulmasına dair iddiası qismən təmin edilərək Cavabdeh 13.03.2018-ci il tarixli məhsulların nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 5013.00 (beş min on üç manat sıfır qəpik) manat məbləğində əsas borc, 500 manat dəbbə pulu, cəmi 5513.00 (beş min beş yüz on üç manat sıfır qəpik) manat məbləğində borcun, 16.04.2018-ci il tarixli məhsulların nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 8021.25 (səkkiz min iyirmi bir manat, 25 qəpik) manat məbləğində əsas borc, 500 (bir beş yüz) manat dəbbə pulu, cəmi 8521,25 (səkkiz min beş yüz iyirmi bir manat, 25 qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin direktoru X6 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiy a Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(103)-1616/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli, 2(008)-7000/2018 nömrəli qətnaməsi ləğv edilərək mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2(102)-2801/20 nömrəli Qərarı ilə İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(103)-1616/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şərur Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli, 2(110)-152/2019 nömrəli qətnaməsi ilə İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə” dair iddia tələbi təmin edilmiş, Cavabdeh ümumi d əyəri 7825,50 manat olan 4 çeşidli “Babystill” uşaq bezlərinin, ümumi dəyəri 8027,25 manat olan 4 çeşidli “Bubbles” uşaq bezlərinin, ümumi dəyəri 8046,26 manat olan 19 çeşiddə yuyucu vasitələrinin və uşaq bezlərinin, yaxud qətnamə icra olunan vaxt həmin əmlaklar naturada mövcud olmazsa, həmin əmlakların ümumi dəyəri olan 23899,0 (iyirmi üç min səkkiz yüz doxsan doqquz) manat məbləğində pulun həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pulun alınaraq İddiaçı MMC-nin direktoru X5 ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(108)25/2020 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli, 2(110)-152/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanıl mışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(102)5356/20 nömrəli Qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(108)-25/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-2(123)-14/2021 nömrəli qərardadı ilə Naxçıvan MR Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin Cavabdeh qarşı dəyəri 7825,50 manat olan 4 çeşidli “Babystill” uşaq bezlərinin, ümumi dəyəri 8027,25 manat olan 4 çeşidli “Bubbles” uşaq bezlərinin, ümumi dəyəri 8046,26 manat olan 19 çeşiddə yuyucu vasitələrinin və 30 manat məbləğində dövlət rüsu munun alınaraq ona verilməsi, qətnamə icra olunan vaxt həmin əmlaklar naturada mövcud olmazsa, həmin əmlakların ümumi dəyəri olan 23899,0 (iyirmi üç min səkkiz yüz doxsan doqquz) manat məbləğində pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə dair 2-2(123)-14/2021 saylı iş, İddiaçı MMC-nin Cavabdeh qarşı 13.03.2018-ci il tarixli məhsulların nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 5013.00 (beş min on üç manat sıfır qəpik) manat məbləğində əsas borcun, 751.95 manat məbləğində dəbbə pulunun, 25.05.2018-ci il tarixdən 30.08.2018-ci il tarixədək 9524.70 manat məbləğində dəbbə pulunun, cəmi 5013.00 (beş min on üç manat sıfır qəpik) manat məbləğində əsas borcun, 10276.65 (on min iki yüz yetmiş altı manat 65 qəpik) məbləğində dəbbə pulunun, 16.04.2018-ci il tarixli məhsulların nisyə al ğı-satqı müqaviləsi üzrə 8027.25 (səkkiz min iyirmi bir manat, 25 qəpik) manat məbləğində pulun, 26.06.2018-ci il tarixdən 07.08.2018-ci il tarixədək hər gecikdirilmiş gün üçün 1605.40 manat məbləğində dəbbə pulunun, 07.08.2018-ci il tarixdən 30.08.2018-ci il tarixədək 5297.82 manat məbləğində dəbbə pulunun, cəmi 8027.25 (səkkiz min iyirmi bir manat, 25 qəpik) manat məbləğində əsas borcun, 5297.82 (beş min iki yüz doxsan yeddi manat 82 qəpik) manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair 2-2(123)-04/2021 saylı kommersiya mübahisəsinə dair işlə birləşdirilmiş, birləşdirilmiş işlər üzrə 2-2(123)-04/2021 qeydiyyat sayı saxlanılmışdır. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-2(123)-04/2021 nömrəli qərardadı ilə İ ddiaçı MMC-nin Cavabdeh qarşı ümumi dəyəri 8027.25 manat olan 4 çeşidli “Bubbles” uşaq bezlərinin verilməsi, qətnamə icra olunan vaxt həmin əmlak naturada mövcud olmazsa, həmin əmlakın dəyərinin verilməsi tələbinə dair hissədə ərizə baxılmamış saxlanılmış, kommersiya mübahisəsinə dair işə digər hissəsində baxılmasının davam etdirilməsinə qərar verilmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-2(123)-04/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilmiş, 04.09.2018-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə tələb edilən 13.03.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən yaranmış 5013.00 (beş min on üç) manat məbləğində əsas borcun, həmin əsas borca görə 500 (bir beş yüz) manat dəbbə pulunun, 1 6.04.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən yaranmış 8027.25 (səkkiz min iyirmi yeddi min manat, iyirmi beş qəpik) manat məbləğində əsas borcun, həmin əsas borca görə 800 (bir səkkiz yüz) manat dəbbə pulunun və dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə müqabil olan 14.72 (on dörd manat yetmiş iki qəpik) manat məbləğinin əvəzinin və 10.01.2019-cu il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə tələb edilən dəyəri 7825,50 manat olan 4 çeşidli “Bebystilli” uşaq bezlərinin, ümumi dəyəri 8046.26 manat olan 19 çeşiddə yuyucu vasitələrinin və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi, qətnamə icra olunan vaxt həmin əmlaklar naturada mövcud olmazsa, həmin əmlakların ümumi dəyəri olan 15.871,76 manat məbləğində pulun və 30 manat məb ləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil3 30 iyun 2021-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-2(123)-04/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişlər. Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəməyə təqdim edilən 13.03.2018-ci il tarixli satış sənədində alıcı kimi X7, 06.06.2018-ci il tarixli satış sənədində isə İdrak A ğayev adlı şəxs göstərilmişdir. Bu isə o deməkdir ki, məhkəmə qeyd olunan satış sənədlərinin kimin adına tərtib edilməsinə heç diqqət yetiməyərək birtərəfli qaydada qərəzli qətnamə qəbul etmişdir. Qeyd olunan satış sənədlərinin Cavabdeh tərəfindən imzalanmadığı üçün məhkəməyə vəsatətlə müraciət edərək iddiaçı tərəfindən təqdim edilən satış sənədlərinin üzərində mövcud yazıların Cavabdeh məxsus olub-olmamasını müəyyən etmək məqsədi ilə xətşünaslıq ekspertizası keçirilməsini məhkəmədən xahiş etmiş, vəsatət təmin olunaraq məhkəmə xətşünaslıq ekspertizası təyin edilərək icra olunması üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi iş üzrə rəy verərək imzaların Ca vabdeh məxsus olduğunu bildirmişdir. Halbuki iş üzrə tədqiqat aparan ekspertiza mərkəzi tədqiqatın düzgün aparılması üçün Cavabdeh eksperimental xətt və imza nümunələrini götürməmiş və yalnız cavabdeh tərəfindən imzalanan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli məhkəmə baxışı iclasında iş üzrə məhkəmə bildirişinin kötüyündə olan imzanı sərbəst xətt nümunəsi kimi əsas götürmüşdür. Beləliklə ekspert tərəfindən tədqiqatın düzgün aparılması üçün Eksperimental xətt və rəqəmli yazı nümunələrinin cavabdehdən tələb edilməməsi və yalnız 1 sərbəst xətt nümunəsinə əsaslanaraq rəy verməsi iş üzrə ekspertizanın qeyri-obyektiv aparılmasını sübut edir. Göründüyü kimi məhkəmə ekspert rəyinin kifayət qədər əsaslı olmamasına baxmayaraq təkrar ekspertizanın keçirilməsini tə min etməmiş və qeyri-obyektiv ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil3 məhkəmə baxışı iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən kommersiya işinə iddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil3 iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh yalnız 15.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak edərək izahatında 13.03.2018-ci il tarixli və 16.04.2018-ci il tarixli məhsulların nisyə alğısatqı müqavilələrini və təhvil-təslim aktlarını imzaladığ ını, bu sənədlərə dair heç bir etirazının olmadığını, müqavilələr üzrə borcunu qəbul etdiyini, 13.03.2018-ci il tarixli və 06.06.2018-ci il tarixli satış sənədində olan imzaların ona məxsus olmadığını, həmin sənədlərin iddiaçı tərəfindən saxta tərtib olunduğunu, xətşünaslıq ekspertizası keçirilməli olduğunu, apellyasiya şikayətini müdafiə etdiyini bildirərək Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-2(123)-04/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasındakı izahatında Cavabdeh şirkətdə satış müdiri işlədiyini, satış işlərinin ona həvalə edildiyini, buna görə də adları sənəddə qeyd edilən şəxslərə malların təhvil v erilməsi məqsədilə onun tərəfindən həmin satış sənədlərinə imza etməklə anbardan götürdüyünü, belə halın dəfələrlə baş verdiyini, yalnız bu tarixlərdə götürdüyü malların dəyərini şirkətə ödəmədiyi üçün mübahisə yarandığını bildirərək, apellyasiya şikayətinin təmin edilməməklə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-2(123)04/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci i nstansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, kommersiya işində iştirak edən Cavabdeh, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kommersiya işi üzrə Cavabdeh İd diaçı MMC-yə 13.03.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 5013.00 (beş min on üç) manat məbləğində, 16.04.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 8027.25 (səkkiz yüz iyirmi yeddi min manat, iyirmi beş qəpik) manat məbləğində borcunun olduğu işin mübahisəsiz halı olaraq həm iddiaçı, həm də cavabdeh tərəfindən qəbul edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan, birinci və apellyasiya instansiyaları məhkəmələrində məhkəmə baxışı zamanı verdiyi izahatlarından məlum olur ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini yalnız 13.03.2018-ci il və 06.06.2018-ci il tarixli satış sənədlərinə münasibətdə mübahisələndirmişdir. Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında da təsbit olunduğu kimi “...apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.”. Həmçinin cavabdeh apellyasiya instansiya məhkəməsində 15 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasındakı izahatında da 13.03.2018-ci il və 16.04.2018ci il tarixli məhsulların nisyə alğı-satqı müqavilələrini, həmin tarixlərə dair təhvil-təslim aktlarını imzaladığını, 13.03.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 5013 manat məbləğində, 16.04.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 8027 manat məbləğində borcunun olmasını, 13.03.2018-ci il və 06.06.2018-ci il tarixlərdə tərtib olunan satış sənədlərinin saxta olmasını bir daha qeyd etmişdir. Kollegiya apellyasiya şikayətində qeyd olunan, Naxçıvan Muxta r Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə rəy verərək imzaların Cavabdeh məxsus olduğunu bildirməsi, halbuki iş üzrə tədqiqat aparan ekspertiza mərkəzinin tədqiqatın düzgün aparılması üçün Cavabdeh eksperimental xətt və imza nümunələrini götürməməsi və yalnız cavabdeh tərəfindən imzalanan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli məhkəmə baxışı iclasında iş üzrə məhkəmə bildirişinin kötüyündə olan imzanı sərbəst xətt nümunəsi kimi əsas götürməsi, beləliklə ekspert tərəfindən tədqiqatın düzgün aparılması üçün eksperimental xətt və rəqəmli yazı nümunələrinin cavabdehdən tələb edilməməsi və yalnız 1 sərbəst xətt nümunəsinə əsaslanaraq rəy verməsi iş üzrə ekspertizanın qeyri-obyektiv aparılmasını sübut etməsi, məhkəmənin eksp ert rəyinin kifayət qədər əsaslı olmamasına baxmayaraq təkrar ekspertizanın keçirilməsini təmin etməməsi və qeyri-obyektiv ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etməsi dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin bu dəlilləri və 15 oktyabr 2021-ci il tarixində keçirilmiş məhkəmə baxışı iclasında Cavabdeh kommersiya mübahisəsinə dair iş materiallarının İİ cildində 12-ci və həmin cildin 14-cü səhifəsində olan satış sənədlərində “Cavabdeh” adı və soyadının qarşısında olan imzaların onun tərəfindən icra olunub-olunmamasının yoxlanılması məqsədi ilə məhkəməxətşünaslıq ekspertizasının keçirilməsini və ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzinə həvalə olunması barədə vəsatəti nəzərə alınaraq Naxçıvan Muxtar Respubli kası Ali Məhkəməsinin 15 oktyabr 2021ci il tarixli, 2-2(108)-07/2021 nömrəli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Kollegiya tərəfindən məhkəmə-xətşünaslıq ekspertizasına təqdim edilməsi məqsədilə 15 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh 6 vərəqdən ibarət olan imza nümunələrinin götürülərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunması da təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə ki, iş materiallarının İİ cildinin 12-ci vərəqəsində olan 13.03.2018-ci il tarixli, 008840 nömrəli və 14-cü vərəqəsində olan 06.06.2018-ci il tarixli, 009205 nömrəli satış sənədlərində “Cavabdeh” yazıları qarşısındakı imzaların Cavabdeh tərəfindən icra olunmasının yoxlanılması xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən müəyyən oluna bilməzdi. Həmin Məcəllənin 97.1-ci maddəsinə uyğun olaraq işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2021-ci il tarixli, 4/1556 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, kommersiya işinin 2-ci cildinin 12-ci vərəqəsində olan 13.03.2018-ci il tarixli, 008840 nömrəli və 14-cü vərəqəsində olan 06.06.2018-ci il tarixli, 009205 nömrəli satış sənədlərində “Cavabdeh” yazıları qarşısındakı imzaların Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Cavabdeh və onun vəkili Vəkil3 apellyasiya şikayətində 13.03.2018-ci il tarixli, 008840 nömrəli və 06.06.2018-ci il tarixli, 009205 nömrəli satış sənədlərinin saxta olmasını, həmin sənədlərdəki məhsulların cavabdehə təhvil verilməməsini qeyd etsələr də, həmin sənədlərdəki imzaların saxta olmasını bildirməkdən başqa, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bu hal isə ekspert rəyləri ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə t ədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə uyğun olaraq məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq ekspertizanın rəyi yazılı sübut hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mül ki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli “Məhkəmə qətnaməsi haqqında” Qərarının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Qərarın 3.2-ci bəndinə u yğun olaraq qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində göstərilən qaydalarda araşdırılmayan məlumatlara istinad edilməsinə yol verilmir. Kollegiya onu da qeyd edir ki, mülki işlər üzrə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdıra bilər, iddia tələbinə uyğun olaraq yekun akt çıxara bilər. Məhkəmə tərəflərin əvəzinə sübut toplaya, yekun akt çıxararkən özünün topladığı həmin sübutlara istinad edə bilməz. Məhkəmənin öz səlahiyyətlərindən istifadə edərək sübut toplaması çəkişmə və bərabərlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Kollegiya apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərinə münasibətdə qeyd edir ki, bu dəlillər əsassız olduğundan təmin edilməməlidir. Belə ki, kommersiya işinin materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin M əhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2021-ci il tarixli, 85 saylı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2021-ci il tarixli, 4/1556 nömrəli ekspert rəyləri ilə kommersiya işinin 2-ci cildinin 12-ci vərəqəsində olan 13.03.2018-ci il tarixli, 008840 nömrəli və 14-cü vərəqəsində olan 06.06.2018-ci il tarixli, 009205 nömrəli satış sənədlərində “Cavabdeh” yazıları qarşısındakı imzaların Cavabdeh tərəfindən icra olunduğu bir daha təsdiq olunur. Kollegiya eyni zamanda onu qeyd etməyi xüsusilə zəruri hesab edir ki, 15 oktyabr 2021-ci il tarixdə keçirilən apellyasiya baxışı üzrə məhkəmə baxışı iclasında Cavabdeh şəxsən kollegiyaya təqdim etdiyi, iş materiallarının İİ cildinin 12-ci və 14-cü səhifələrində olan satış sənədlərində “Cavabdeh” adının q arşısında olan imzaların onun tərəfindən icra olunub-olunmamasının yoxlanılması məqsədilə təkrar məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi və ekspertizanın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunması barədə vəsatətinə baxılmış və həqiqətən də birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə-xətşünaslıq ekspertizası keçirilsə də, Cavabdeh eksperimental imza nümunələrinin ekspertə təqdim olunmadığı müəyyən olunmuşdur. Nəticədə Cavabdeh imza nümunələri götürülməklə təkrar məhkəməxətşünaslıq ekspertizasının keçirilməsi təmin edilmişdir. Lakin bunlara baxmayaraq, ekspertiza rəyinin müzakirə olunmasında iştirak etmək yerinə, Cavabdeh vəkili Vəkil3 tərəfindən Naxçıvan MR Ali Məhkəməsinə göndərilmiş ekspert rəyinin qərəzli olaraq Cavabdeh əleyhinə verildiyi, nə məhkəmə, nə də ekspert tərəfindən Cavabdeh imza nümunələrinin götürülmədiyi, ekspertizanın apellyasiya şikayətinin üzərində olan imzanı qəbzlərin üzərində imza ilə müqayisə etdiyi, halbuki bundan ötrü Cavabdeh bir neçə imzasının A4 formatlı vərəqədə götürülməli olduğu, Cavabdeh yenidən imza nümunəsi götürülməklə yenidən tədqiqat aparılması üçün müstəqil ekspertizanın təyin edilməsi ilə bağlı ərizə ilə təkrarən məhkəməyə müraciət etməsinin heç bir məntiqi izahı yoxdur və cavabdehin işin nəticəsində deyil, prosesin gedişatının yubadılması məqsədilə müxtəlif bəhanələrlə süni maneələrin yaradılmasında maraqlı olduğu qənaətinə gəlməyə ciddi əsaslar verir. Apellyasiya şikayətində qeyd edilən iki dəlildən birincisi, iş materiallarında olan satış sənədlərində olan imzaların onun tərəfindən həyata keçirilmədiyi dəlili keçirilmiş ekspertiza ilə təsdiq olunmadığı halda, digər dəlil, yəni satış sənədlərinin başqa şəxslərin adına tərtib olunması dəlilinə münasibətdə isə cavabdeh yalnız həmin sənədlərin saxta olduğunu bildirərək ekspertiza keçirilməsini tələb etməsi ilə məhdudlaşmışdır. Belə ki, həmin imzaların saxta olmadığı barədə ekspert rəyi məhkəməyə daxil olduqdan sonra dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə prosesində iştirak etməmiş, bu məsələyə münasibət bidirməmiş və bununla bağlı hər hansı sübut və ya dəlili məhkəməyə təqdim etməmişdir. Kollegiya, buna görə də belə hesab edir ki, apellyasiya şikayətinin dəlillərini Cavabdeh və onun vəkili Vəkil3 müdafiə xarakterli subyektiv mülahizələri təşkil edir. Məhkəməyə subyektiv mülahizələr deyil, iş üzrə obyektiv faktlar təqdim olunmalıdır. Belə ki, tərəflərin məhkəməyə təqdim etdikləri subyektiv mülahizələr sübut növü kimi qiymətləndirilmir və məhkəmə tərəfindən yekun məhkəmə aktı çıxarılarkən nəzərə alınmır. Kollegiya qeyd olunanları müzakirə edərkən onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh dəfələrlə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq yalnız təkrartəkrar məhkəmə xətşünaslıq ekspertizası keçirilməsi barədə vəsatətlər verməklə, məhkəmə proseslərində iştirak etməkdən yayınması, yuxarıda da qeyd olunduğu kimi, kommersiya işi üzrə yekun məhkəmə aktı çıxarılmasına süni maneələr yaratmaqda və işin əsassız uzanmasında maraqlı olduğu qənaətinə gəlməyə əsas verir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli X9 Hüquqları Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kollegiya son olaraq belə qənaətə g əlir ki, apellyasiya şikayətinin dəlilləri Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-2(123)04/2021 nömrəli qətnaməsinin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox Qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli Qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli Qər arı, “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli Qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 31 may 2021-ci il tarixli, 22(123)-04/2021 nömrəli qətnaməsindən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-2(123)-04/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 23 noyabr 2021-ci il tarixli, 4/1556 nömrəli ekspert rəyi hazırlanarkən aparılmış tədqiqatın dəyəri olan 138 (bir yüz otuz səkkiz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza X1 AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402-406-cı maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İ ddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-2(123)-04/2021 nömrəli qətnaməsindən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2-2(123)-04/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 23 noyabr 2021-ci il tarixli, 4/1556 nömrəli ekspert rəyi hazırlanarkən aparılmış tədqiqatın dəyəri olan 138 (bir yüz otuz səkkiz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza X1 AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar