Məhkəmə qərarları › İş №2-2(108)-11/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-11/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-11/2025 13.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçının nümayəndəsi Nümayəndə2 və iddiaçının vəkil-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-429/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət əsasında işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) şifahi icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı MMC (bundan sonra “iddiaçı”) 24 iyul 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən (bundan sonra “cavabdeh”) 289.426,38 manat əsas borcun və 579,43 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Naxçıvan MR Kommersiya Məhkəməsinin (sədrlik edən Elşən Salmanov) e-22(123)-429/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 289.426,38 manatın və iddiaçı tərəfindən ödənilmiş 579,43 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh 13 dekabr 2024-cü il tarixdə buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 23 dekabr 2024-cü il tarixli qərardadı ilə e-2-2(123)-429/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üzrə prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsi təmin olunmuşdur. İddiaçı 6 yanvar 2025-ci il tarixdə elektron qaydada şikayətlə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət edərək e-2-2(123)-429/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərardadın ləğv edilərək, müddətin bərpası barədə ərizənin təmin olunmaması haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. Həmin şikayətə 8 yanvar 2025-ci il tarixdə baxılaraq təmin edilməmiş və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 269.3-cü maddəsinin t ələblərinə müvafiq olaraq işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir. Şikayətin dəlilləri Şikayət aşağıdakı qaydada əsaslandırılmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra Konstitusiya Məhkəməsi) prosessual müddətin bərpa edilməsinin üzrlü səbəbləri barədə hüquqi mövqeyini “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli qərarında açıqlayaraq göstərmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın”. Prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsinin təmin olunması ilə əlaqədar çıxarılmış qərardad işdəki sənədlərin təhlili baxımından (hansı ki, cavabdeh müddətin bərpa sı ilə əlaqədar müraciət edilərkən yaranan texniki problem ilə bağlı heç bir sənəd və ya məktub təqdim etməmiş, elektron imzada problem olsa belə, digər imza vasitələrindən istifadə edərək apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sisteminə yükləmək mümkün olduğu halda bunu etməmişdir) yuxarıda göstərilən meyarlarla həmahənglik təşkil etmədiyindən Mülki Prosessual Məcəllənin 133-cü maddəsinin məzmunu və təyinatına cavab verən kimi qəbul oluna bilməz. Məhkəmə şikayətin müddətinin ötürülməsinin üzrlü olub-olmamasını dəqiqliklə araşdırmalı və yalnız bundan sonra hər hansı nəticəyə gəlməli idi. Məhkəmənin apellyasiya şikayəti verilməsi prosesində müddəti bərpa etməsi iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün üzər inə düşən vəzifələri icra etməmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti vermə müddəti ay yarımdan çox olmaqla heç bir üzrlü səbəb olmadan buraxılmışdır. Lakin məhkəmə müddətin bərpa edilməsi barədə qərardad çıxarmışdır. İddiaçı müflis olmaq üzrədir, alacaqlarını almalıdır ki, borclarını da ödəsin. Məhkəmənin apellyasiya şikayəti üçün müddəti bərpa etməsi iddiaçının vəziyyətini xeyli pisləşdirir. Cavabdehin nümayəndəsi Nümayəndə1 “iddianı qəbul etdiklərini qeyd edərək 6 sentyabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında verdiyi izahında qarşı tərəflə həmişə bir yerdə əlaqəli işlədiklərini, malı alıb vaxtı-vaxtında pullarını ödədiklərini, son dövrdə tenderdən keçə bilmədiklərini, ona görə də iddiaçının pulunu vaxtında ödəyə bilmədiklərini, onlarda 66.917 manat dəyərində malların olduğunu, həmin malların istifadə olunmadığını, saxladıqlarını, həmin mallara ehtiyacları olduğunu”, məhkəmə çıxışında isə “malların alındığını, lakin tender məsələsi ortaya çıxdığından pulu ödəyə bilmədiklərini” göstərmişdir. Bununla da, cavabdeh birinci instansiya məhkəməsində iddianı qəbul etmişdir. Hətta prosessual müddətin bərpasına dair ərizəyə məhkəmədə baxılarkən cavabdehin nümayəndəsi Nümayəndə1 “həqiqətən də borcu ödəmək istədiklərini, lakin pul olmadığı üçün vaxt qazandıqlarını” etiraf etmişdir (iclasın audio-video yazılarında mövcuddur). Apellyasiya şikayətinin verilmə müddətində cavabdehin qətnamədən apellyasiya şikayəti verməməsi, ay yarım kimi uzun bir müddətdən sonra müddəti bərpa etmək tələbi ilə şikayət verməsindən (hansı ki, bu üzrsüz səbəb hesab olunmalı idi) bariz olar aq görünür ki, cavabdehin tək məqsədi, öhdəliklərindən boyun qaçırmaq, eləcə də iddianın təmini üçün müddəti uzatmaqdır. e-2-2(123)-429/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qətnamə icraya yönəldildikdən (İcra sənədinin verildiyi vaxt: xx.xx.2024-cü il), hətta Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarında nəzərdə tutulmuş 10 gün könüllü icra müddəti belə bitdikdən sonra, cavabdeh xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və müddətin bərpası barədə əsassız ərizə vermişdir. xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətinin müddəti ötürülmüşdür. xx.xx.2024-cü il tarixi ilə xx.xx.2024-cü il tarixi arasında müddətin buraxılması üçün üzrlü səbəbi göstərən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Digər tərəfdən cavabdeh müddətin bərpası barədə ərizəsində bildirir ki, guya “həmin dövr ərzində cəmiyyətin elektron imzasının işləkliyində yaranmış texniki problemlərə görə tərəflərindən apellyasiya şikayətinin verilməsinin mümkün olmadığı səbəbindən apellyasiya şikayəti göndərilməmişdir”. Lakin apellyasiya şikayəti verilməli olan müddətdə məhkəməyə elektron imzanın işləkliyində yaranmış texniki problem ilə bağlı bunu təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətini elektron imza ilə yanaşı SİMA imza ilə, “Asan İmza” ilə də imzalayaraq “Elektron məhkəmə” informasiya sisteminə yükləyə bilərdi. Həmçinin əgər cavabdeh bu vasitələrdən xx.xx.2024-xx.xx.2024-cü tarixləri intervalında istifadə edə bilmirdisə, işçilərin əmək haqlarını, əmək münasibətlərindən irəli gələn icbari sığorta h aqlarını, eləcə də məcburi dövlət sığorta ödənişlərini necə ödəmiş, eləcə də ekargüzarlıqdan necə istifadə etmişdir kimi suallar meydana çıxır. Bunlar bir daha onu göstərir ki, cavabdehin buraxılmış müddətin bərpası haqqında müraciəti formal xarakter daşıyır və əsassızdır. Göstərilən hal (elektron imzanın işləkliyində problem olması) cavabdehin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətini üzrlü səbəbdən buraxması barədə nəticəyə gəlməyə əsas vermir. Bu hissədə məhkəmənin mövqeyi qüsurludur və qərardad sadəcə cavabdeh tərəfin mülahizələrinə əsaslanmışdır. Cavabdehin qətnamədən apellyasiya şikayəti vermə müddətini buraxması üzrsüz hesab edilməli, müddətin bərpası haqqındakı xahiş təmin olunmamalıdır. Hazırkı iş üzrə apellyasiya şikayətinin Mülki Prosessual Məcəllədə nəzərdə tutulmu ş müddətdə verilməməsi cavabdehin iradəsindən asılı olmasına baxmayaraq, həmin müddət ərzində şikayət verilməmişdir. Problemin aradan qaldırılması imkanı mövcud olmuşdur. Belə ki, “Asan İmza”da da problem olsa, bunu apellyasiya şikayəti müddətində həll etmək mümkündür. Cavabdeh PUK kod bloka düşmüşdüsə, bu zaman aid olduğu mobil operatora müraciət edərək, “Asan İmza” nömrəsinin dublikatını çıxarıb, daha sonra ASXM-ə müraciət edərək yeni sertifikat əldə edə, PİN 1 və PİN 2 kodları bloka düşmüşdüsə, PİN kodları “Asan İmza” PUK kodu vasitəsilə blokdan çıxara bilərdi. “Asan İmza” PİN 1/PİN 2 kodları blok olunduqda, 1847 - “Asan İmza” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq problemi həll etmək imkanı da olmuşdur. Bunlarla yanaşı, nəzərə almaq lazımdır ki, “iş” və ya “dövlət” tipli “Asan İmza” sertif ikatlarının onlayn əldə edilməsi də mümkündür. Göründüyü kimi, problemin mümkün həlli alternativləri, cavabdehin vaxtında apellyasiya şikayətinin verilməsinə maneə törədən və ya məhdudiyyət yaradan problemlərin aradan qaldırılması imkanı olmuşdur. Bununla belə müddət ötürülmüşdür və bu heç bir halda üzrlü səbəb sayıla bilməz. Məhkəmə ay yarım gecikməyə rəğmən, qəbul etdiyi qərardadda “Asan İmza”nın işləməməsi səbəbinə münasibət bildirərkən kommersiya mübahisələri zamanı sənədlərin və ərizə, şikayətlərin yalnız elektron sistem vasitəsilə verilməsi və digər qaydada verildiyi təqdirdə geri qaytarlması şərtinin olmasını cavabdehin iradəsindən asılı olmayan kimi qiymətləndirməklə yanaşı, cavabdeh tərəfin hüquqi biliyinin kifayət etməməsindən irəli gəldiyi qənaətinə gələrək, müddətin buraxılması nın səbəbini əsaslı hesab etməklə buraxılmış prosessual müddəti bərpa etmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən... qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məhəmmədov və digərləri Rusiyaya qarşı” iş üzrə 2017-ci il 28 mart tarixli qərarında “Ötürülmüş prosessual müddətin bərpa olunması və eyni zamanda şikayətləndirmə müddəti ötürülmüş şikayətin qəbul olunmasının hüquqi müəyyənlik prinsipini və iddiaçının ədalətli məhkəmə araşdırılması hüququnu pozmuş olduğunu” göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Həmçinin həmin qərarda göstərilir ki, “şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinə riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir”. (“Perez de X3rşı” iş üzrə qərar, xx.xx.1998-ci il, §45). Buna görə, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər. (“Ponomaryov Ukraynaya qarşı” iş üzrə qərar, §42). “Ryabıx Rusiyaya qarşı” iş üzrə 2 003-cü il 24 iyul tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, “hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz”. İddiaçı maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ, 127-ci maddəsinin İİ hissələrinə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mü lki Prosessual Məcəllənin 4.1 və 133.1-ci maddələrinə istinad etmişdir. Şikayətiə qarşı etirazın dəlilləri Şikayətiə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi İşə baxılmanın vaxtı və yeri haqqında cavabdeh və cavabdehin nümayəndəsi lazımi qaydada xəbərdar edilsələr də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkil-nümayəndəsi şikayətdə göstərilənlərə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, işə mahiyyəti üzrə baxılmasa da, o, müddətin bərpasında onları narahat edən əsas məqamları açıqlamaq istəyir. Sahibkarın alacağı olduğu kimi, verəcəyi borcları vardır. İddiaçının nümayəndəsi nisyə mal götürmüşdür və banka “X4”ndan götürdüyü 2.000.000,0 kredit borcu vardır. İddiaçının nümayəndəsi alacaqlarını ala bilmədiyinə görə borclarını da qaytara bilmir. Bu kritik vəziyyət sahibkarın hər gün üçün əleyhinə işləyir. Digər tərəfdən hüquqi əsaslar şikayətlərində qeyd olunmuşdur. “Asan” və “Elektron” imza ilə əlaqədar demək istəyir ki, həmin imzalara daxil olanda həm “SİMA”dan, həm də “Asan İmza”dan buna icazə verilir. Qarşı tərəf ifadə edir ki, onlar “Asan İmza” ilə oraya daxil olmurlar, lakin qarşı tərəfin iki ədəd “Asan İmza”sı var. Elektron imza ilə daxil olmaq istəyəndə isə elektron imzaları işləmir. Bunun isə əhəmiyyəti yoxdur. Əsas portala daxil olub onu vurmaqdır. Elektron imza işləmirdisə, “Asan İmza”dan istifadə edə bilərdilər. Özləri də bunu m əhkəmə iclasında etiraf ediblər. Məhkəmədə müddətin bərpası ilə bağlı humanist addımın atılması yerli orqanlarda və onların işçilərində arxayınlıq yaradır ki, “biz gözləyək müddət bitsin və “Asan İmza”nı bəhanə edərək müddətin bərpasını edək”. Bu ənənənin yaranmaması, məmurların ciddi bir məsuliyyət hiss etmələri üçün bu halın aradan qaldırılması vacibdir. Digər tərəfdən onlar “Asan” və “Elektron” imzaların işləyib-işləməməyi ilə bağlı sorğular vermişər. 6 yanvar 2025-ci il tarixdə cavabdehin özünə sorğu verilsə də, buna cavab verilməmişdir. Maliyyə Nazirliyinə müraciətləri üzrə onları Naxçıvan Şəhər Vergi İdarəsinə yönləndirmişlər, sonuncu idarə bunun məhkəmə vasitəsilə olacağını bildirmiş, cavab verilməmişdir. Asan Xidmətə müraciət etdikdə bildirilmişdir ki, cavabdehin “ya özü istəyə b ilər, ya da məhkəmə” və nəticədə cavab verilməmişdir. Cavabdeh tərəfindən tenderlərdə “Asan” və “Elektron” imzalar ilə iştirak edilmiş, bu barədə sorğuya cavab verilmişdir ki, “bu bizim səlahiyyətimiz daxilində deyil”. “Asan” və “Elektron” imzaların işləməsi ilə əlaqədar bu idarələrə bütün sorğuları vermişlər ki, sübut təqdim etsinlər. Müddətin bərpasını istəyən cavabdeh isə bir məktubla müraciət etmişdir ki, “Asan İmza”larının işləkliyi ilə yaranan problemlə əlaqədar apellyasiya şikayətini vura bilməmişlər. Axı bu cümlə ilə nə isə olmur. Qarşı tərəf bununla bağlı sübut təqdim etməlidir. Əksinə isə onlar sübut təqdim edirlər ki, yox, işləyibdir. Cavabdeh başqa bir tenderlə əlaqədar iki dəfə ödəniş həyata keçirmiş, hətta qaiməsini də portala yükləmişdir. Hansı ki, həmin qaimələr onların idd ia etdiyi elektron imzanın işləmədiyi müddətdə yüklənmişdir. Göstərdiklərinin nəzərə alınaraq şikayətin təmin olunmasını xahiş edir. İddiaçının nümayəndəsi izahatında göstərdi ki, o, müddətin bərpası məsələsini eşidəndə gedib cavabdeh idarənin müdiri və mühasiblərini çağıraraq demişdir ki, “mən sizə dar gündə kömək etdim, 2023-cü ildə siz mənə görə işlədiniz və əmək haqqı aldınız”. Ona deyilən söz isə bu olmuşdur ki, “biz nə edə bilərik?”. O, cavabdehin məhkəməyə verdiyi dəlili müddətin bərpası üçün əsaslı hesab etmir. Qarşı tərəf ona deyir ki, “mənim “Asan İmza”m işləmir”. Lakin o bilir ki, işləyir. Bir sahibkar olaraq bütün bunların nəzərə alınmasını, müddətin bərpası haqqında qərardadın ləğv olunmasını xahiş edir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə; Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269,... 394-1, 397.2-ci... maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1, 134.1.4 və 134.1.5. Məhkəmə məhkəmə bildirişini, birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Maddə 135.1.... bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsd iq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Maddə 227.3. Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. Maddə 233.1. Bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə

365. Apellyasiya icraatına apellyasiya instansiyası məhkəməsində icraat f əslinin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1-385.1.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi əsasdır. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 397.

2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0 və 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə işti rak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 13 fevral, “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” 2007-ci il 29 iyun, “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbay can Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarları. Apellyasiya məhkəməsinin hüquqi mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası şikayətin dəlillərini mülki işin materialları ilə birlikdə araşdırıb onlara hüquqi qiymət verərək aşağıdakılara əsasən həmin dəlillərlə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üzrə prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsi təmin edilməklə, MülkiProsessual Məcəllənin 133.1-ci maddəsinin tələbləri pozulmuş dur. Belə ki, iddiaçının cavabdehə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə e-2-2(123)-429/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnamənin surəti 24 sentyabr 2024-cü il tarixdə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə cavabdeh tərəfə göndərilmiş, 26 sentyabr 2024-cü il tarixdə cavabdehin nümayəndəsinə, 27 sentyabr 2024-cü il tarixdə isə cavabdehə çatdırılmışdır. Qətnamənin surətinin cavabdeh və cavabdehin nümayəndəsinə qeyd olunan tarixlərdə rəsmi qaydada verilməsi iş materiallarında olan “poçt göndərişinin verilməsi haqqında xəbərnamə”lərlə (İ cild, i/v. 195-196) təsdiq olunur. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi prosessual hərəkət olduğundan bu hər əkət Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə müəyyən edilmiş müddətdə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsi qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddəti və bu müddətin başlanğıc anını müəyyən edir. Belə ki, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bu prosessual müddətin müəyyən olunmasında əsas məqsəd ondan ibarətdir ki, qətnamə ilə hüquq və azadlıqlarının pozulduğu və ya təmin edilmədiyi qənaətində olan işdə iştirak edən şəxslər bu müddət ərzində işin materialları və məhkəmənin işin mahiyyəti üzrə gəldiyi yekun nəticənin faktiki və hüquqi əsasları ilə ətraflı tanış ola və həmin qətnamədən əsaslandırılmış apellyasiya şikayətini hazırlayaraq məhkəməyə təqdim edə bilsinlər. Qeyd edilən maddədə qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin axımının başlanğıc anı məhkəmə qətnaməsinin rəsmi qaydada verildiyi gün kimi müəyyən edilmişdir. Şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı Mülki Prosessual Məcəllənin 128.3-cü maddəsinə uyğun olaraq qətnamənin ondan apellyasiya şikayəti verən işdə iştirak edən şəxsə rəsmi qaydada verildiyi təqvim tarixindən sonrakı növbəti təqvim günündən başlanır və növbəti ayın müvafiq günündə qurtarır. Müddətin son günü qeyri- iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” 2007-ci il 29 iyun tarixli qərarında formalaşdırdığı hüquqi mövqe yə görə, “Mülki-prosessual qanunvericilik birinci instansiya məhkəməsinin qətnaməsindən verilən şikayətlər üçün müddətin məhz məhkəmə aktının tərəfə təqdim olunduğu gündən hesablandığını nəzərdə tutur. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin verilmə müddəti” adlanan 360-cı maddəsinə müvafiq olaraq, apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər... Qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur...”. Hazırkı iş üzrə qətnam ədən apellyasiya şikayəti verilməsi üzrə müddətin axımı 28 sentyabr 2024-cü il tarixdə başlamış və 28 oktyabr 2024-cü il tarixdə bitmişdir. Cavabdeh isə qeyd olunan müddətin qurtarmasından 1 ay 15 gün sonra, 13 dekabr 2024-cü il tarixdə elektron qaydada buraxılmış prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir (İİ cild, i/v.1-10). Prosessual müddətin bərpası dedikdə, hər hansı bir prosessual hüququn həyata keçirilməsi üçün qanunda müəyyən edilmiş müddət bitdikdən sonra həmin hüququn həyata keçirilməsi üçün konkret şəxsə imkan verilməsi başa düşülür. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Məhkəmə bu raxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzrlü hesab etdikdə bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 133.1ci maddəsini tətbiq edərkən üzrlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülür. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmu ş ümumi müddəti və digər zəruri amilləri nəzərə alır. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Konstitusiya Məhkəməsı Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə əsasən, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın”. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında isə göstərilmişdir ki, “Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 19 99cu il 28 oktyabr tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin məhkəmənin başqa bir qərarında “V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə” 2006-cı il 12 oktyabr tarixli qərardadında Avropa Məhkəməsi bildirmişdir ki, insan hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit edilən ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüquqi müəyyənlik prinsipidir. Beynəlxalq məhkəmələrin mövqeyinə görə hüquqi müəyyənlik heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə apellyasiya şikayəti verilməsi üçün müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən faktlar mövcud deyil, cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində “cəmiyyətin elektron imzasının işləkliyində yaranmış texniki problemlərə görə tərəflərindən apellyasiya şikayətinin verilməsinin mümkün olmadığını” (İİ cıld, i/v. 1) səbəb kimi göstərsə də, həmin səbəb Konstitusiya Məhk əməsi Plenumunun qeyd olunan 2008-ci il 8 may tarixli Qərarında ifadə edilən “üzrlülük meyarları” baxımından hüquqi mövqeyinə ziddir. Eləcə də cavabdeh tərəfindən məhkəməyə göstərilən səbəbin mövcudluğu və bunun aradan qaldırılmasının qeyri-mümkünlüyü ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Halbuki “iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarı). Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı cavabdehin ərizəsinin təmin olunması barədə çıxarılmış məhkəmə aktı kommeriya mübahisəsinə dair işdəki sənədlərin təhlili baxımından yuxarıda göstərilən meyarlarla həmahənglik təşkil etməməklə Mülki Prosessual Məcəllənin 133-cü maddəsinin məzmunu və təyinatına cavab verən qərardad kimi qə bul oluna bilməz. Məhkəmə kollegiyası şikayətin digər dəlillərini subyektiv mülahizə xarakterli dəlillər kimi qiymətləndirir. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə e-2-2(123)-429/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1-385.1.1 və 387.1-ci maddələrinin tələblərinə əsasən qərardad tam ləğv olunmalı, e-2- 2(123)-429/2024 nömrəli, 23 sentyabr 2024-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün cavabdehin 12 dekabr 2024-cü il tarixli buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsi təmin edilməməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 365, 397.2, 398.0 və 398.0.2, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-429/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərardadı ləğv olunsun. Cavabdeh "xxxx" MMC-nin buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsi təmin edilməsin. Kommersiya mübahisəsinə dair iş Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar