Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-14/2025 25.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), X1 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “Mobil rabitə xidmətlərinin göstərilməsi” müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-22(123)-13/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC 23 sentyabr 2024-cü il tarixdə elektron qaydada kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsi ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 3162,18 (üç min yüz altmış iki manat on səkkiz qəpik) manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 51,62 (əlli bir manat altmış iki qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin “03” oktyabr 2024-cü il tarixli, e-2-2(123)516/2024 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə (Əvvəlki adı X4 İttifaqının Bakı satış Mərkəzi MMC) qarşı borc tələbi barədə kiçik iddialara dair işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 28 oktyabr 2024-cü il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək Cavabdeh MMC-dən 3162,18 manat (üç min yüz altmış iki manat 18 qəpik) ödənilməmiş borc məbləğinin, ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun və 325 (üç yüz iyirmi beş) manat vəkilə ödənilmiş haqqın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsi iddiaya “Cavabdeh MMC-dən 3162,18 manat (üç min yüz altmış iki manat 18 qəpik) ödənilməmiş borc məbləğinin, ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun və 325 (üç yüz iyirmi beş) manat vəkilə ödənilmiş haqqın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi” tələbi həddində baxılmasını qərara almışdır. Naxçıvan MR Kommersiya Məhkəməsinin (hakim Qabil Məmmədov) 10 yanvar 2025ci il tarixli, e-2-2(123)-13/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilərək, İddiaçı MMC-nin Cavabdeh MMC-dən 3 162,18 manat (üç min yüz altmış iki manat 18 qəpik) ödənilməmiş borc məbləğinin, 55 (əlli beş) manat dövlət rüsumunun və 325 (üç yüz iyirmi beş) manat vəkilə ödənilmiş haqqın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi tələbinin təmin olunmaması, iddiaçı tərəfindən ödənilmiş 55 manat məbləğində dövlət rüsumunun və 325 manat vəkilə ödənilmiş haqqının İddiaçı MMC-yə aid edilməsi qət edilmişdir. İddiaçı MMC 10 fevral 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə apellyasiya şikayətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-2(123)-13/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC apellyasiya şikayətində bildirmişdir ki, hesab edirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC (Əvvəlki adı X4 İttifaqının Bakı satış Mərkəzi MMC) arasında imzalanmış 26 may 2016-cı il tarixli, 1393/1 “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinizə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdi r. Belə ki, 26 may 2016-cı il tarixli, 1393/1 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqavilənin 3.1-ci bəndinə görə korporativ abunəçi (cavabdeh) təqdim edilmiş xidmətlərə görə ödənişləri vaxtı vaxtında həyata keçirməli olduğu halda, müqavilənin həmin şərtinin tələbini pozmuşdur. Məhkəmə isə heç bir əsas olmadan iddianı rədd etmişdir. Məhkəmə iddianı rədd edərkən yalnız cavabdehin etirazına istinad etmiş, cavabdehin guya borc məbləğini ödəməsi ilə bağlı mülahizəsini əsas götürmüşdür. Halbuki, məhkəmə tərəflərindən təqdim edilmiş mülahizəni və borcun mövcudluğunu təsdiq edən sistemdən çıxarışları əsas götürməli idi. Belə ki, məhkəmə qətnamədə göstərir ki, "... fikirlərinə əsasən qeyd edir ki, iddia tələbi verilərkən sübut olaraq təqdim olunmuş sənədlərə qiymət verilir. Məhk əmə bir daha qeyd edir ki, iddia tələbi məhkəməyə 23 sentyabr 2024-cü il tarixdə verilib və tələb üzrə borcun 3162,18 manat olması barədə 11 iyul 2024-cü il tarixli Hesabfaktura və qaimələr təqdim olunub." Məhkəmənin bu mövqeyi tamamilə əsassızdır. Belə ki, məhkəmə iddia verilərkən sənədlərə və məhkəmənin hazırlıq iclasında, təqdim olunması mümkün olmadıqda məhkəmə baxışı zamanı təqdim etdiyi sübutlara əsasən işə baxmalıdır. Məhkəmənin bu mövqeyindən belə çıxır ki, tərəflər yalnız iddia ərizəsi verilərkən sübutlar təqdim etməli, məhkəmə araşdırılması zamanı heç bir sübut təqdim etməməlidirlər. Bu isə ədalət mühakiməsinin çəkişmə prinsipi əsasında aparılması prinsipinə ziddir. Bundan əlavə məhkəmə qətnamədə göstərir ki, "hazırki iddia üzrə tələb olunan borc məbləğinin elektron qaimələrə gör ə yaranmış borc məbləği olmadığı bildirilsə də bununla əlaqədar sübutlar təqdim olunmamışdır." Məhkəmənin bu mövqeyi ilə də razı deyillər. Belə ki, borc məbləğinin elektron qaimələrə görə olmaması barədə tərəflərindən təqdim edilmiş sübutlardan biri maliyyə arayışdır. Həmin maliyyə arayışında müvafiq sistemdən çıxarış məlumatları əlavə edilmişdir. Həmin məlumatlarda borcun hansı nömrələrə görə, hansı dövr üçün və hansı xidmətlərə görə yaranması qeyd edilmişdir. Elektron qaimələrə görə yaranmış borc isə ayrı borc məbləğidir. Elektron qaimələrdəki borc, tələb olunan 3160, 18 manat borcdan fərqli məbləğli borcdur. Bunu isə sübut etmək üçün məhkəmə elektron qaimələrdəki borclarla, maliyyə arayışındakı məbləğləri tutuşdursaydı, məbləğlərin fərqli olduğunu görə bilərdi. Məhkəmə isə bu halları ar aşdırmadan yalnız cavabdehin formal mülahizəsi əsasında iddianı rədd etmişdir. Əlavə olaraq tərəflərindən məhkəməyə, 2 ədəd balans hesabatı təqdim edilmişdir. Həmin hesabatın biri elektron qaimələrə görə borcla bağlı, digəri isə elektron qaimələrlə bağlı olmayan borcu özündə əks etdirir. Elektron qaimələrə görə borcla bağlı hesabatda borcun olmadığı, elektron qaimələrlə bağlı olmayan hesabatda isə borcun 3160,18 manat olduğu qeyd olunur. Məhkəmə isə bu sübutlara ümumiyyətlə qiymət verməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə həmin hüquq normasına görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməs i) başa düşülür. Hazırki iş üzrə cavabdeh tərəfindən göstərilən maddi hüquq normasının tələbi pozularaq üzərinə düşən öhdəliyin yerinə yetirilməməsi müəyyən edilsə də, məhkəmə iddianı rədd etmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, borc məbləğinin elektron qaimələrlə bağlı olmaması ilə bağlı mühüm halları aydınlaşdırmamışdır. Belə ki, tərəflərindən məhkəməyə 2 ədəd balans hesabatı təqdim edilmişdir. Həmin hesabatın biri elektron qaimələrə görə borcla bağlı, digəri isə elektron qaimələrlə bağlı olmayan borcu özündə əks etdirir. Elektron qaimələrə görə borcla bağlı hesabatda borcun olmadığı, elektron qaimələrlə bağlı olmayan hesabatda isə borcun 3160,18 manat olduğu qeyd olunur. Məhkəmə isə bu sübutlara ümumiyyətlə qiymət verməmişdir. Apel lyator apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə istinad etmişdir. Apellyator sonda Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-2(123)-13/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kommersiya mübahisəsinə dair iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil2 və iddiaçının nümayəndəsi Nümayəndə 25 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak etməmi ş və iştirak etməmələrinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 və iddiaçının nümayəndəsi Nümayəndə iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-2(123)-13/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilmə sini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şika yətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şər h edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual h üquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki halda iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət olunduğundan və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə tam həcmdə mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. 12 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı məhkəmənin təşəbbüsü ilə Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(108)-14/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert rəyi kollegiyaya təqdim olunanadək apellyasiya icraatı üzrə icraat d ayandırılmış, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2025-ci il tarixli, 341 nömrəli ekspert rəyi 16 aprel 2025-ci il tarixdə MR Ali Məhkəməsinin Kommersiya kollegiyasına daxil olmuş, 16 aprel 2025-ci il tarixli, 2-2(108)14/2025 nömrəli qərardad ilə iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan: 26 may 2016-cı il tarixli, 1393/1 saylı “Mobil xidmətlərin göstərilməsinə dair” müqavilədən görünür ki, İddiaçı MMC ilə X4 İttifaqının "xxxx" MMC (indiki adı: "xxxx" MMC) arasında müqavilə bağlanılaraq müqaviləyə əsasən İddiaçı MMC cavabdeh X4 İttifaqının "xxxx" MMC-yə (indiki adı: "xxxx" MMC) mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh X4 İttifaqının "xxxx" MMC (indiki adı: "xxxx" MMC) isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinə götürmüşdür. 11 iyul 2024-cü il tarixli Hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən X4 İttifaqının "xxxx" MMC-yə göstərilmiş rabitə xidmətinin dəyəri 3162.18 manatdır. xx.xx.2023-cü il tarixli təsis payının alqı-satqı müqaviləsindən görünür ki, X4 İttifaqının "xxxx" MMC-nin nizamnamə kapitalında olan 200 manat dəyərində olan 0.004% payı alıcının mülkiyyətinə verilir, alıcı payı qəbul edir və bu razılaşmanın 2-ci bəndində nəzərdə tutulmuş məbləği satıcı(lar)a ödəyir. xx.xx.2023-cü il tarixli təsis payının alqı-satqı müqaviləsindən görünür ki, X4 İttifaqının "xxxx" MMC-nin nizamnamə kapitalında olan ******* manat dəyərində olan 99.996% payı ******* manata alıcının mülkiyyətinə verilir, alıcı isə payı qəbul edir və bu razılaşmanın 2-ci bəndində nəzərdə tutulmuş məbləği satıcı(lar)a ödəyir. Maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında imzalanmış 26 may 2016-cı il tarixli, “Mobil xidmətlərin göstərilməsinə dair” müqavilə əsasında göstərilmiş xidmətlərdən istifadəyə görə 3162.18 (üç min yüz altmış iki manat 18 qəpik) manat borc məbləği yaranmışdır. xx.xx.2023-cü il tarixli, 705122 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 254.96 manat ƏDV daxil olmaqla yekunda 1671.39 (1416.43+254.96) manat məbləğində Rabitə Xidməti təqdim edilmişdir. 17 mart 2023-cü il tarixli, 174828 saylı ödəniş ta pşırığından görünür ki, X4 İttifaqının "xxxx" MMC tərəfindən 705122 saylı elektron qaimə üzrə 1416.43 manat məbləğində pul İddiaçı MMC-yə ödənilmişdir. **********681732 saylı köçürülmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən EBDB 705122 saylı elektron qaimə üzrə 254.96 manat ƏDV İddiaçı MMCyə ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 217549 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 5.69 manat ƏDV daxil olmaqla yekunda 37.25 (31.56+5.69) manat məbləğində Rabitə Xidməti təqdim edilmişdir. 12 may 2023-cü il tarixli, 186132 saylı ödəniş tapşırığından görünür ki, X4 İttifaqının "xxxx" MMC tərəfindən 217549 saylı elektron qaimə üzrə 31.56 manat məbləğində pul İddiaçı MMC-yə ödənilmişdir. **********980220 saylı köçürülmənin aparılması ha qqında bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən EBDD 217549 saylı elektron qaimə üzrə 5.69 manat ƏDV İddiaçı MMC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 402684 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 245.52 manat ƏDV daxil olmaqla yekunda 1609.49 (1363.97+245.52) manat məbləğində Rabitə Xidməti təqdim edilmişdir. 08 may 2023-cü il tarixli, 184949 saylı ödəniş tapşırığından görünür ki, X4 İttifaqının "xxxx" MMC tərəfindən 402684 saylı elektron qaimə üzrə 1363.97 manat məbləğində pul İddiaçı MMC-yə ödənilmişdir. **********947957 saylı köçürülmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən EBDD 402684 saylı elektron qaimə üzrə 245.52 manat ƏDV İddiaçı MMCyə ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 148552 saylı elektron qaimədən g örünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 4.84 manat ƏDV daxil olmaqla yekunda 31.70 (26.86+4.84) manat məbləğində Rabitə Xidməti təqdim edilmişdir. 12 may 2023-cü il tarixli, 186133 saylı ödəniş tapşırığından görünür ki, X4 İttifaqının "xxxx" MMC tərəfindən 148552 saylı elektron qaimə üzrə 26.86 manat məbləğində pul İddiaçı MMC-yə ödənilmişdir. **********980299 saylı köçürülmənin aparılması haqqında bildirişdən görünür ki, LG Bakı” MMC tərəfindən EBDF 148552 saylı elektron qaimə üzrə 4.84 manat İddiaçı MMC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 342243 saylı elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 4.81 manat ƏDV daxil olmaqla yekunda 31.50 (26.69+4.81) manat məbləğində Rabitə Xidməti təqdim edilmişdir. 19 noyabr 2024-cü il tarixli, 211OPX1243242A44 sayl ı ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 342243 saylı elektron qaimə üzrə 26.69 manat məbləğində pul İddiaçı MMC-yə ödənilmişdir. **********729847 saylı köçürülmənin aparılması haqqında bildirişdən görünür ki, LG Bakı” MMC tərəfindən İddiaçı MMC-yə 4.81 manat ƏDV köçürülməsi həyata keçirilmişdir. "xxxx" MMC-in "xxxx" MMC-nə ünvanladığı məktubdan məlum olur ki, 186133-26.86 manat, 186132-31.56 manat, 174828-1416.43 manat, 184949-1363.97 manat "xxxx" MMCnin hüquqi varisi olduğu, lisenziyası ləğv olunmuş "xxxx" ASC tərəfindən icra edilərək ödənilmişdir. Kollegiya iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək işin düzgün və ədalətli həlli üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyini n Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2025-ci il tarixli, 341 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından göründüyü kimi 26 may 2016-cı il tarixli, 1393/1 saylı “mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqavilə əsasında təqdim olunan maliyyə arayışı məlumatlarının birtərəfli sənəd olması və tədqiqat üçün əsaslı hesab edilməməsini, elektron qaimələrin və ödəniş tapşırıqlarının düzgünlüyünü nəzərə aldıqda 26 may 2016-cı il tarixli, 1393/1 saylı “mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqavilə üzrə "xxxx" MMC-nin İddiaçı MMC-yə iş materialında olan maliyyə sənədləri əsasında xx.xx.2024-cü il tarixə 26,69 manat borc müəyyən edilmişdir ki, bu məbləğ xx.xx.2024-cü il tarixdə tam ödənilmişdir (bax cədvəl mə lumatlarına). Kollegiya apellyasiya şikayətinin dəlillərinə məcmu halda qiymət verərək qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2025-ci il tarixli, 341 nömrəli ekspert rəyinə nəzər yetirdikdə aydın görünür ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-dən tələb etdiyi 3162,18 (üç min yüz altmış iki manat on səkkiz qəpik) manat borc məbləği cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Qeyd olunanlara əsasən kollegiya apellyasiya şikayətinin təmin olunmaması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllə də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarş ı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, kollegiya hazırki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hal lar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kommersiya mübahisəsinə dair işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərci İddiaçı MMCdən alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X6 MR İdarəsində olan hesabına (Kod: 502906, VÖEN: **********, müxbir hesab: AZ88NABZ********************, SİFT BİK: NAXCAZ21) ödənilməlidir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “Mobil rabitə xidmətlərinin göstərilməsi” müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-2(123)-13/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-2(123)-13/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “Mobil rabitə xidmətlərinin göstərilməsi” müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-22(123)-13/2025 nömrəli qətnaməsin dən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, e-2-2(123)13/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərci İddiaçı MMC-dən alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X6 MR İdarəsində olan hesabına (Kod: 502906, VÖEN: **********, müxbir hesab: AZ88NABZ********************, SİFT BİK: NAXCAZ21) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(108)-14/2025
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-14/2025
25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver