Məhkəmə qərarları › İş №2-2(108)-17/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(108)-17/2025

17.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak ü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-17/2025 17.03.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), X2 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı X6 cavabdeh X7 qarşı müvafiq müqavilə üzrə sahiblik və istifadəyə yaradılan maneənin aradan qaldırılması və ödənilmiş olan ödənişlərin borc məbləğindən çıxılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2-2(123)-56/2025 nömrəli qərardadından cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçının vəkili və nümayəndəsi Vəkil1 Bahdur oğlu 24 dekabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi i lə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək nümayəndəsi olduğu şəxs iddiaçı - X6 mülkiyyətində olan və onun tərəfindən müvafiq “ilkin alğı-satqı” müqaviləsinə əsasən alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73 kv.m sahədən ibarət olan və bölgü-plana uyğun olaraq 39.98 kv.m hissəni “ilkin alğı-satqı” müqaviləsinə əsasən qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən yaradılan istifadə və sahibliyə dair maneənin (bütün maneələrin) aradan qaldırılması, nümayəndəsi olduğu şəxs iddiaçı - X6 mülkiyyətində olan və onun tərəfindən müvafiq “ilkin alğı-satqı” müqaviləsinə əsasən alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73 kv.m sahədən ibarət olan və bölgü-plana uyğun olaraq 39.98 kv.m hissəni “ilkin alğı-satqı” müqaviləsinə əsasən qeyriyaşayış sahəsinə görə nümayəndəsi olduğu şəx sdən qeyri-qanuni olaraq alınmış (ona ödənilməsi məcbur edilmiş) olan 11.000 (on bir min) manat məbləğində pulun xx.xx.2025-ci il tarixində bağlanılacaq olan əsas müqavilə üzrə ödəniş hesablanması (həmin əsas müqaviləyə aid edilməsi);

3. Nümayəndəsi olduğu şəxs iddiaçı - X6 mülkiyyətində olan və onun tərəfindən müvafiq “ilkin alğı-satqı” müqaviləsinə əsasən alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73 kv.m sahədən ibarət olan və bölgü-plana uyğun olaraq 39.98 kv.m hissəni “ilkin alğı-satqı” müqaviləsinə əsasən qeyri-yaşayış sahəsinə görə həmin məbləğin 199.800 (yüz doxsan doqquz min səkkiz yüz) AZN əsas ödənişdən (yerdə qalan borc məbləğindən) ödənişdən çıxılması və iddiaçıdan hər ay tələb olunan 1.000 (bir min) manat pulun tələb edilməsinin cavabdeh tərəfindən dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X3 vəkil və nümayəndəsi Tural X1 qarşı 13 fevral 2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək, qarşılıqlı iddia üzrə iddiaçı (birinci tərəf) və qarşılıqlı iddia üzrə cavabdeh (ikinci tərəf) arasında bağlanmış 29 noyabr 2023-cü il tarixli, 3M-681 nömrəli ilkin alğı-satqı müqaviləsinin, eyni tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış və xx.xx.2025-ci il tarixdə xitam edilmiş icarə müqaviləsi ilə qarşılıqlı şəkildə müqayisə edilməklə, habelə qanunvericilikdə müvafiq aidiyyəti normalar nəzərə alınmaqla ilkin alğı-satqı müqaviləsinin şərh edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı (icarəyə verən) və qarşılıqlı iddia üzrə cavabdeh icarəçi arasında 30 noyabr 2023-cü il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edildiyindən, X10 məxsus olduğu güman edilən əşyaların (1 ədəd yevro net markalı televizor, 3 ədəd kamera və qeydiyyat cihazının, yanğıntəhlükəsizlik cihazı, 2 ədəd radiyatr, 1 ədəd fuji markalı kondisioner, 1 ədəd internet modem cihazı) X3 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən (icarə obyektindən) məcburi qaydada çıxarılması, əsas borc məbləğinin icarə haqqı ilə əlaqədar xx.xx.2025-ci il tarixədək yaranmış 3000 manat borcun X4 alınaraq X7 verilməsi, yekun məhkəmə qətnaməsi icra olunan (icarə obyektindən məcburi qaydada boşalacağı) günədək keçən hər gün üçün əldən çıxan faydaya görə 33 manat kompensasiyanın X4 alınaraq X7 verilməsi, məhkəmə xərcləri üzrə məbləğin 50 manat dövlət rüsumunun, hüquqi yardım üçün vəkilə ödənilmiş 1300 manat xidmət haqqının, iddianın təmin olunacağı təqdirdə 1000 manat mükafat üzrə xidmət haqqının X4 alınaraq X7 ödənilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2-2(123)-56/2025 nömrəli qərardadı ilə iddiaçı X8 cavabdeh X7 qarşı müvafiq müqavilə üzrə sahiblik və istifadəyə yaradılan maneənin aradan qaldırılması və ödənilmiş olan ödənişlərin borc məbləğindən çıxılması tələbinə dair iş üzrə cavabdeh X3 verdiyi qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, X11 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 10 fevral 2025-ci il tarixli, VÖEN ********** olan, AZ07AİİB410400H**********500 hesab nömrəsi olan 142211 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat məbl əğində dövlət rüsumunun qaytarılması qərara alınmışdır. Məhkəmənin həmin qərardadı ilə razılaşmayan cavabdeh X11 24 fevral 2025-ci il tarixdə şikayətlə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək Naxçıvan MR Kommersiya Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2-2(123)-56/2025 saylı qərardadının ləğv edilərək, cavabdeh X7 qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, e-2-2(123)-56/2025 saylı qərardadı ilə iddiaçı X6 cavabdeh X7 qarşı müvafiq müqavilə üzrə sahiblik və istifadəyə yaradılan maneənin aradan qaldırılması və ödənilmiş olan ödənişlərin borc məbləğindən çıxılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış 14 fevral 2025-ci il t arixli, e-2-2(123)-56/2025 saylı qərardaddan cavabdeh X3 verdiyi şikayətin əsaslı hesab edilməməsi və şikayətin prosessual müddət daxilində baxılması üçün 2-2(123)-56/2025 saylı işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilməsi qərara alınmışdır. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, X3 adına iki elektron məhkəmə kabineti açıldığı üçün (biri başqa nömrə ilə açılmışdır və həmin kabinetdə e-2- 2(123)-56/2025 nömrəli iş görünmürdü), iki ədəd ASAN imzadan birinin (*** *** ** **) müddəti bitdiyi üçün onunla daxil olmalı olduğu elektron məhkəmə kabinetinə (hansı ki, kabinet də xx.xx.2025-ci il tarixdə aktivləşdirilmişdir və bununla bağlı e-poçt ünvanın aktivləşdirilməsi barədə məhkəmənin göndərdiyi e-poçtun və iş üzrə materialların e-ka binetə əlavə edilmə tarixlərini göstərən ekran görüntüsü əlavə edilir) girə bilməyərək, kabinetə yüklənmiş iddia ərizəsi ilə vaxtında tanış ola bilməmişdir. Ümumiyyətlə, cavabdehin tərəf olduğu işlərin bir qismi bir elektron kabinetdə, digər qismi isə ikinci elektron kabinetdə görsənir (ekran görüntüsü əlavə olunur). Cavabdeh xx.xx.2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə etdiyi müraciət həmin iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə (hakimə müraciət etdikdən sonra eməhkəmə kabinetinə yüklənmiş) tanış olduğu üçün 20 günlük qarşılıqlı iddia vermək hüququnun həmin gündən yaranmasının nəzərə alınmasını xahiş etmişdir. Həmçinin onu da qeyd edir ki, X13 və ya nümayəndəsi Vəkil1, Vergi Xidməti tərəfindən X3 VÖEN-nə açılmış onlayn kargüzarlıq sisteminə (kabineti nə) (hansı ki MPM bunu tələb edir) hələdə həmin iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilməyib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər baş İdarəsinə göndərilməsi MPM-nin tələbini təhrif etməkdir. Vergi idarəsi poçt xidməti göstərmir. Bu orqan sahibkarlar üçün onlayn kargüzarlıq sisteminə (kabineti) açırlar və sahibkarda ondan digər sahibkarlarla və təşkilatlarla yazışmalarda istifadə edir (hər bir halda həmin xidmətə və onun alt qurumlarına iddia ərizəsi və əlavə olunmuş sənədlərin V.Bağırzadəyə çatdırılıb-çatdırılmaması barədə elektron və yazılı müraciətlər də etmişik). Qarşılıqlı iddianın müəyyən müddət daxilində təqdim edilməsi cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmadığından, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2 -2(123)-56/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə razılaşmırıq. Belə ki, qərardad ləğv edilməli, qarşılıqlı iddia qəbul edilməlidir. Məhkəmə e-2-2(123)-56/2025-046 saylı, xx.xx.2025-ci il tarixli qərardadında qeyd edir ki, iddiaçı iddia ərizəsində tələb olaraq qarşılıqlı iddia üzrə iddiaçı (birinci tərəf) və qarşılıqlı iddia üzrə cavabdeh (ikinci tərəf) arasında bağlanmış 29 noyabr 2023-cü il tarixli, 3M681 nömrəli ilkin alğı-satqı müqaviləsinin, eyni tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış və xx.xx.2025-ci il tarixdə xitam edilmiş icarə müqaviləsi ilə qarşılıqlı şəkildə müqayisə edilməklə, habelə qanunvericilikdə müvafiq aidiyyəti normalar nəzərə alınmaqla ilkin alğısatqı müqaviləsinin şərh edilməsini göstərməklə tələbində qeyri dəqiqliyə yol vermişdir. Bildirmək istəyir ki, qarşılıqlı iddia ərizələrdə qeyd etdikləri birinci tələb - qarşılıqlı iddia üzrə iddiaçı (“Birinci tərəf”) və qarşılıqlı iddia üzrə cavabdeh (“İkinci tərəf”) arasında bağlanmış 29 noyabr 2023-cü il tarixli, 3M-681 nömrəli “İlkin Alğı-satqı” müqaviləsinin, eyni tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış və xx.xx.2025-ci il tarixdə xitam edilmiş “İcarə” müqaviləsi ilə qarşılıqlı şəkildə müqayisə edilməklə, habelə qanunvericilikdə müvafiq aidiyyəti normalar nəzərə alınmaqla “İlkin Alğı-satqı” müqaviləsinin şərh edilməsi tələbi qeyri-dəqiq deyil. Tərəflər arasında bağlanılmış hər iki müqavilənin şərtlərinin təhlil edilməsi və buna uyğun olaraq “İlkin Alğı-satqı” müqaviləsinin şərh edilməsi, yəni müqavilənin təfsiri tərəflər arasında olan iradə ifadəsinin həqiqi mənasını ( tərəflərin iradəsinin təfsiri), real müqavilə münasibətlərini, bir sözlə faktiki hüquq münasibətlərini təsbit etməyə imkan yaradacaqdır. Məhz müqavilənin təfsiri nəticəsində ilkin iddia rədd edilə və qarşılıqlı iddiamız, yəni qarşılıqlı iddiada qeyd etdiyimiz digər tələblər təmin oluna bilər. Belə ki, tərəflərin arasında bağlanan hər iki müqavilənin şərtlərini şərh edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını yox, həm də onların iradə ifadələrinin həqiqi mənası, bütövlükdə müqavilələrin (onların adlarının, mahiyyətlərinin) hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisə edib, faktiki hüquqi vəziyyəti başa düşmək heç də çətin olmur. Təki, bu zaman bütün müvafiq hallar (Cavabdeh X3 həmin binada olan obyektlərini boş qoymayıb kvadrat metri 30-40 manatdan icarəyə verm əsi, həmin obyektləri satın almaq üçün ciddi tələbatın olması, bu obyektin də həmin vaxtı satışda olması, X6 əlində oranı alacaq pul olmadığı və kredit çəkib oranı almaq üçün vaxta ehtiyacının olması, həmin obyekti əldən çıxarmamaq üçün və yarı pulunu ödəyib alğı-satqıyadək yarı qiymətinə icarəyə götürmək imkanını əldən buraxmamaq niyyətinin olması, hər iki müqavilənin hüquqi adlarının dəqiq qeyd olunması, bu adlarla mahiyyətin eyni gəlməsi, müqavilələrin yazılı olması və hər vərəqinin imzalanması və s), o cümlədən tərəflərin hər iki müqaviləyə qədərki danışıqları (şahidlər, telefon danışıqları), qarşılıqlı münasibətlərində yaranmış praktika (icarə ödənişlərinin 9 ay müddətində problemsiz, xoş əhval-ruhiyyədə və sərbəst ödəniş qaydasında həyata keçirilməsi, işıq və başqa kommunal müqaviləl ərin cavabdeh X3 adında qalması, texniki pasport və reyestrdən çıxarışın Vüsal Bağırzadədə olması və s), işgüzar adətlər (Vüsal Bağırzadənin nümayəndəsi ilə aylıq icarə haqqı ödəmələrinin formasına dair razılaşma), tərəflərin sonrakı hərəkətləri (“İlkin Alğı-satqı” müqaviləsindən bir gün sonra “İcarə” müqaviləsinin bağlanması, icarə haqqı ödənişlərinin 9 ay aparılması) vicdanla nəzərə alınmalıdır (MM 404.1. 404.2. və 404.5-ci maddələrində qeyd olunduğu kimi). Digər bir tərəfdən, məhkəmə bu tələbi iddiaya etiraz dəlili kimi qəbul edib (qarşı tərəfin tələbinin rəddinə münasibətdə müqavilələrin şərhini aparmaq və müvafiq yekun fikrə gəlmək üçün), iddianı bu hissədə geri qaytarar və qalan hissədə icraata qəbul edə bilərdi. Dövlət rüsumu ilə əlaqədar isə, onu qeyd etməliyik ki, “qiymətləndirilə n iddialar” üçün rüsum onun tələbin məbləğinə uyğun hesablanmışdır. Qiymətləndirilməyən tələbə münasibətdə isə onu qeyd etmək istəyirik ki, qanunvericilik imperativ formada tələblərin hər ikisinin olduğu iddialarda rüsumun ödənilməsini tənzimləyən tələb nəzərdə tutmamışdır. Digər tərəfdən e-məhkəmə portalında dövlət rüsumunun təyinatı hissəsində ya qiymətləndirilən iddia və yaxud “qiymətləndirilməyən iddia” yaza (seçə) bilirik. Hər ikisinin yazılmasına (seçilməsinə) dair seçim imkanı verilməməkdədir. Əgər hər ikisinin də seçilməsi zəruri idisə, nə üçün e-məhkəmə portalı bizə bu imkanı tanımır? Sual oluna bilər ki, ayrı-ayrı rüsum ödənişi edilib qəbzlər təqdim edilə bilər. Təəssüf ki elektron məhkəmə portalı bir qəbzi (qəbz nömrəsini) daxil etməyi tələb edir. Nəticə etibarilə “qiymətləndiri lən iddia” ilə “qiymətləndirilməyən iddia”nın məbləğini toplayıb bir qəbzdə verməyi məhkəmə portalı belə nəzərdə tutmamışdır. Hazırki iş üzrə məhkəmə cavabdeh X3 məhkəməyə müraciət etmək imkanının olmamasını, yəni cavabdehin iddiadan vaxtında xəbərinin olmamasını və həmin müddətdə qarşılıqlı iddia ərizəsinin təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmamasını nəzərə almayaraq qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmasına dair qərardad çıxarmışdır. Halbuki, həmin müddətdə cavabdehin “Elektron məhkəmə” informasiya sisteminə daxil olmaq, eləcə də tərəfi olduğu e-2-2(123)56/2025 nömrəli işlə bağlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olmaq, habelə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək imkanı olmamışdır. Məhkəmə e-2-2(123 )56/2025-046 saylı, xx.xx.2025-ci il tarixli qərardadında qeyd edir ki, qarşılıqlı iddia ərizəsi müddət keçdikdən sonra verilmiş, qarşılıqlı iddia ərizəsinə üzrlü səbəblərdən müddətin ötürüldüyünə dair sübut əlavə edilməmişdir. Lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyimiz (İş üzrə EMİS-nə yükləndiyimiz) ekran görüntülərindən açıq aydın görünür ki, e-22(123)56/2025 nömrəli iş üzrə sistem yeni aktivləşmişdir, belə ki görüntüdən də göründüyü kimi daxil olan bildirişlərin sayı sıfırdır (əlavə olunur). EMİS-in “bildirişlər” hissəsinin ekran görüntüsünə (əlavə olunur) nəzər saldıqda da görünür ki, ilk bildiriş xx.xx.2025-ci il tarixində daxil olan “e-2-2(123)-56/2025 nömrəli iş üzrə şəxsi kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə foto təqdim edilib” bildirişidir. Bariz olaraq gö rünür ki, EMİS-də cavabdehin kabineti yeni aktivləşdirilib. Buradan da aydın olur ki, cavabdehin qaldırılmış iddiadan ümumiyyətlə xəbəri olmamış, o cümlədən onun iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olmaq imkanı olmamışdır. xx.xx.2025-ci il tarixdə ASAN imza sertifikatı aktivləşdirildikdən sonra cavabdeh iddia ərizəsi və ona əlavə edilən sənədlərlə tanış ola bilmişdir. Məhkəmə e-2-2(123)-56/2025046 saylı, xx.xx.2025-ci il tarixli qərardadında cavabdehin adına iki elektron məhkəmə kabineti olduğu üçün, iki ədəd ASAN imzadan birinin müddətinin bitdiyi üçün vaxtında daxil olub tanış ola bilməməsi, iddia ərizəsindən xx.xx.2025-ci il tarixdə məlumatının olması ilə əlaqədar faktla bağlı xx.xx.2025-ci il tarixli ərizələrində də qeyd etdikləri bu halın təsdiqi ilə əlaqədar EMİS-dən götürülmüş ekran görüntüsünü mötəbər sübut kimi qəbul etməmişdir. X7 məxsus 050 *** ** ** nömrənin ASAN imza sertifikatının yenidən aktivləşdirilməsi ilə əlaqədar ekran görüntüsünü, faktı təsdiq edən sübutları təqdim edirik (əlavə olunur). Həmin ekran görüntüsündə cavabdehə məxsus VÖEN (**********), ASAN imza sertifikatının nömrəsi (*** *** ** **), verildiyi tarix (xx.xx.2025) görünməkdədir. Nəzərə almaq lazımdır ki, cavabdeh ASAN imza problemi həll olunmadan elektron məhkəmə sisteminə daxil ola bilməzdi. Eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olmadığından qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək kimi bir imkanı daha öncə olmamışdır. Cavabdeh ASAN imza sertifikatı aktivləşdikdən dərhal sonra xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə xx.xx.2025-ci il tarixdə tanış olduğu üçün 20 günlük qarşılıqlı iddia vermək hüququnun həmin gündən yaranmasının nəzərə alınmasını xahiş etmişdir. Belə ki, cavabdeh X3 məhkəməyə müraciət etmək imkanı olmaması (tərəfi olduğu e-2-2(123)-56/2025 nömrəli işlə bağlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olmaq, habelə qarşılıqlı iddia ərizəsi tərtib etmək) və məhkəmənin buna baxmayaraq qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarması cavabdehin hüquqlarının, xüsusilə də ədalətli məhkəmə araşdırması hüququn əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarır. Cavabdehin 20 günlük qarşılıqlı iddia vermək hüququnun xx.xx.2025-ci il tarixdən etibarən yaranmasını nəzərə alınmaması nəticəsində, məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)56/2025-046 saylı qərardadı ilə cavabdeh hüquqlarının təminatı üçün imkanlardan məhrum olmuşdur. Məhkəmə e-2-2(123)-56/2025-046 saylı xx.xx.2025-ci il tarixli qərardadında qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********971100 olan məktubdan məlum olur ki, iddiaçının vəkili Vəkil1 tərəfindən iddia ərizəsinin və əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən xahiş olunmuşdur. Lakin bu fakt iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən digər şəxs (Cavabdeh X11) tərəfindən alınmasını təsdiq etmir. Bu fakt iddia ərizəsinin alınmasına dair sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iş ilə bağlı pretenziya məktubu, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfindən bizə qanunauyğun qaydada çatdırılmamışdır. İş materiallarında olan sənədlərə nəzər saldıqda görünür ki, iddiaçı tərəfindən pretenziya məktubu, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabinet (https://new.e-taxes.gov.az) vasitəsi ilə cavabdehə göndərilməmişdir. Bunun yerinə cavabdehə göndərilməsi (çatdırılması üzün) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən xahiş olunmuşdur. Beləliklə, Mülki Prosessual Məcəllənin tələbi pozulmuşdur. İddiaçı cavabdehin VÖEN-ni internet vergi idarəsinin məlumat axtarış sistemindən əldə edərək, pretenziya məktubunu, iddia ərizəsini, eləcə də ona əlavə edilmiş sənədləri İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış onlayın kargüzarlığı (elektron kabineti) vasitəsi ilə digər vergi ödəyicisinə, yəni cavabdehə göndərə bilərdi. Hətta bu göndəriş barədə və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır ki, bu barədə, yəni iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin V.Bağırzadənin önlayın kargüzarlığına göndərilməsi barədə məlumatlar onun nə elektron poçtuna, nə də ki telefon nömrəsinə (habelə nümayəndəsi Ə.Əlizadənin) SMS göndərilməmişdir. Cavabdeh X3 İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabinetinə daxil olduqda müvafiq tarixlərdə iddiaçı tərəfindən və ya İqtisadiyyat Nazirliyi yanında Döv lət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən heç bir pretenziya məktubu, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər göndərilməmişdir. Beləliklə, cavabdehin işlə bağlı məlumatı olmamış, həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olma imkanı olmamışdır. Kommersiya mübahisəsi üzrə cavabdeh tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədiyindən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalı idi. Hesab edirik ki, məhkəmə bu barədə yanlışlığa yol vermişdir. Nəticədə cavabdehin hüquqları pozulmuşdur. Bunun hüquqi nəticəsi kimi də, məhkəmə tərəfindən həmin iddianın cavabdehə çatdığını düşünüb qarşılıqlı iddianı qəbul etməkdən imtina yolverilməzdir. “İlkin Alqı-satqı” müqaviləsinin şərh edilməsi, yəni müqavilənin təfsir edilməsi, eləc ə də qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş digər sənədlərin qəbul edilməsi cavabdehə məhrum edilmiş hüquqlarının təminatı üçün imkan yaradacaqdır. Cavabdehin qaldırılmış iddiadan ümumiyyətlə xəbəri olmamış, o cümlədən onun iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olmaq imkanı olmamışdır. xx.xx.2025-ci il tarixdə ASAN imza sertifikatı aktivləşdirildikdən sonra (xx.xx.2025-ci il tarixində) cavabdeh iddia ərizəsi və ona əlavə edilən sənədlərlə tanış ola bilmişdir. Beləliklə, o daha öncə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək imkanından məhrum olmuşdur. Cavabdeh xx.xx.2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə etdiyi müraciət həmin iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə (hakimə müraciət etdikdən sonra) tanış olduğu üçün 20 gü nlük qarşılıqlı iddia vermək hüququnun həmin gündən yaranmasının nəzərə alınmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı (“Birinci tərəf”) və qarşılıqlı iddia üzrə cavabdeh (“İkinci tərəf”) arasında bağlanmış 29 noyabr 2023-cü il tarixli, 3M-681 nömrəli “İlkin Alğısatqı” müqaviləsinin, eyni tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış və xx.xx.2025ci il tarixdə xitam edilmiş “İcarə” müqaviləsi ilə qarşılıqlı şəkildə müqayisə edilməklə, habelə qanunvericilikdə müvafiq aidiyyəti normalar nəzərə alınmaqla “İlkin Alğı-satqı” müqaviləsinin şərh edilməsi tələbi qeyri-dəqiq deyil. Tərəflər arasında bağlanılmış hər iki müqavilənin şərtlərinin təhlil edilməsi və buna uyğun olaraq “İlkin Alğı-satqı” müqaviləsinin şərh edilməsi, yəni müqavilənin təfsiri tərəflər arasında olan iradə if adəsinin həqiqi mənasını, real müqavilə münasibətlərini, bir sözlə faktiki hüquq münasibətlərini təsbit etməyə imkan yaradacaqdır. Məhz müqavilənin təfsiri nəticəsində ilkin iddia rədd edilə və qarşılıqlı iddiaları, yəni qarşılıqlı iddiada qeyd etdikləri digər tələblər təmin oluna bilər. Cavabdeh X7 heç bir pretenziya məktubu, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər göndərilməmişdir. Beləliklə, cavabdehin işlə bağlı məlumatı olmamış, həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olma imkanı olmamışdır. Kommersiya mübahisəsi üzrə cavabdeh tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədiyindən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalı idi. Hesab edirik ki, məhkəmə bu barədə yanlışlığa yol vermişdir. Bu isə cavabdehin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Dövlət rüsumu ilə əlaqədar isə, onu qeyd etməliyik ki, qiymətləndirilən iddialar üçün rüsum onun tələbin məbləğinə uyğun hesablanmışdır. Qiymətləndirilməyən tələbə münasibətdə isə onu qeyd etmək istəyirik ki, qanunvericilik imperativ formada tələblərin hər ikisinin oldu iddialarda rüsumun ödənilməsini tənzimləyən tələb nəzərdə tutmamışdır. İddiaçının vəkili Vəkil1 tərəfindən iddia ərizəsinin və əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən xahiş olunması iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən digər şəxs (Cavabdeh X11) tərəfindən alınmasını təsdiq etmir. Bu fakt iddia ərizəsinin cavabdeh tərəfindən alınmasına (qəbul edilməsinə) dair sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı tərəfindən pretenziya məktubu, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış onlayn kargüzarlıq sistemi (sahibkarın elektron kabineti) (https://www.etaxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg) vasitəsi ilə cavabdehin onlayn kargüzarlığına (e-kabinetinə) göndərilməli idi. Apellyator şikayətin hüquqi əsası kimi AR Mülki Prosessual Məcəlləsinin 4.1, 150.1.4, 150.2 və 152.1.4-cü maddələrinə, AR Konstitusiyasının 60, 71 və 127-ci maddələrinə, AR Mülki Məcəlləsinin 404.1, 404.2 və 404.5-ci maddələrinə, V.Ozerovun şikayəti ilə əlaqədar AR Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2011-ci il tarixli qərarına, AR Konstitusiya Məhkəmə si Plenumunun Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü i tarixli qərarına, Avropa Məhkəməsinin Puaro Fransaya qarşı işi üzrə 15 dekabr 2011-ci il tarixli qərarına istinad edərək, sonda Naxçıvan MR Kommersiya Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2-2(123)-56/2025 saylı qərardadının ləğv edilərək, cavabdeh X7 qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla tərəfə verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilməsi təklif edilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 Bahdur oğlu 05 mart 2025-ci il tarixdə kollegiyaya ə rizə ünvanlayaraq şikayətin təmin olunmamasını, Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-56/2025 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin b u barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya şikayətin dəlillərini iş materialları ilə qarşılıqlı tədqiq edib, onlara hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Naxç ıvan MR Kommersiya Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-22(123)-56/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 14 dekabr 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Prosessual Məcəllənin 156.1.1 və 156.1.2-ci maddələrindəki hallardan fərqli olaraq, həmin Məcəllənin 156.1.3-cü maddəsində göstərilən, yəni qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olduğu və onlara birlikdə baxılmasının mübahisənin daha tez və düzgün həlli ilə nəticələndiyi hallarda (məsələn, qarşılıqlı iddianın təmin edildiyi təqdirdə ilk iddianın əs assız olduğunu müəyyən edildiyi hal) qarşılıqlı iddianın yalnız Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə verilməsi imperativ qaydada göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsasland ırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Şikayətdə göstərilən ”cavabdeh X3 İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabinetinə daxil olduqda müvafiq tarixlərdə i ddiaçı tərəfindən və ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən heç bir pretenziya məktubunun, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin göndərilməməsi, beləliklə, cavabdehin işlə bağlı məlumatının olmaması, həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə tanış olma imkanının olmaması, kommersiya mübahisəsi üzrə cavabdeh tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədiyindən hakimin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalı olması, məhkəmənin bu barədə yanlışlığa yol verməsi, nəticədə cavabdehin hüquqlarının pozulması” dəlilinə məhkəmə kollegiyası hər hansı hüquqi münasibət bildirmir. Belə ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və onun əsası olan hallar hazırki iş üzrə şikayətin predmetindən kənara çıxır. Kollegiya qeyd edir ki, qarşılıqlı iddia ərizəsi verilməsi üçün müddətin ötürülübötürülməməsindən asılı olmayaraq qarşılıqlı iddia ərizəsində göstərilən tələblərin mücərrədliyi həmin qarşılıqlı iddia ərizəsinin icraata götürülərək baxılmasının mümkünlüyünü istisna edir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı (birinci tərəf) və qarşılıqlı iddia üzrə cavabdeh (ikinci tərəf) arasında bağlanmış 29 noyabr 2023-cü il tarixli, 3M-681 nömrəli ilkin alğı-satqı müqaviləsinin, eyni tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış və xx.xx.2025-ci il tarixdə xitam edilmiş icarə müqaviləsi ilə qarşılıqlı şəkildə müqayisə edilməklə, habelə qanunvericilikdə müvafiq aidiyyəti normalar nəzərə alınmaqla ilkin alğı-satqı müqaviləsinin şərh edilməsi tələbi konkret olmadığından qanuna müvafiq şərtlərə cavab vermir. Eləcə də, yekun məhkəmə qətnaməsi icra olunan (icarə obyektindən məcburi qaydada boşalacağı) günədək keçən hər gün üçün əldən çıxan faydaya görə 33 manat kompensasiyanın X5 alınaraq X7 verilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi tələbləri konkret deyil və qarşılıqlı iddia tələbinin şərtlərinə cavab vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il qərarında qeyd edilmişdir ki, təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: ● birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yet irməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ● ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; ● üçüncüsü, iddiaçının tələbi əsasınd a məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. Eləcə də Plenum Qərarında qeyd olunur ki, MPM-in 156-cı maddəsi qarşılıqlı iddianın qəbul olunması şərtlərini müəyyən edir: - qarşılıqlı tələb ilkin tələbin ödənilməsinə yönəlmişsə; - qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; - qarşılıqlı və ilkin iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılması ilə nəticələnərsə. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzə rə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Məsələn, tərəflərin qarşılıqlı pul öhdəliklərinə dair tələblər. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılması mübahisələrin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən məqsədə müvafiq hesab edildikdə mümkün olur. Burada nəzərə alınmalıdır ki, əsas və qarşılıqlı iddiaya ayrı-ayrılıqda baxıldıqda daha əvvəl baxılan iş üzrə qəbul olunmuş qətnamə sonra baxılan iş üçün preyudisial əhəmiyyət daşıyır (MPM-in 82-ci maddəsi). Kollegiya hesab edir ki, mübahisələndirilən qarşılıqlı iddia ərizəsi Plenum Qərarının göstərilən tələblərinə cavab vermir. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə ilə razılaşaq hesab edir ki, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhz bu səbəbdən və şikayətin təmin edilməsi üçün əsaslar mövcud olmadığından şikayət təmin olunmamalı, Naxçıvan MR Kommersiya Məhkəməsinin 14 fevral 2025-ci i l tarixli, e-2-2(123)-56/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərarverdi: İddiaçı X6 cavabdeh X7 qarşı müvafiq müqavilə üzrə sahiblik və istifadəyə yaradılan maneənin aradan qaldırılması və ödənilmiş olan ödənişlərin borc məbləğindən çıxılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2-2(123)-56/2025 nömrəli q ərardadından cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR Kommersiya Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2-2(123)-56/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar