Məhkəmə qərarları › İş №2-2(108)-18/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(108)-18/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-18/2025 15.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İlkin iddia üzrə iddiaçı "Ekolizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Məhərrəmov Zəfər Hicran oğluna və Məhərrəmov Hicran Yunis oğluna qarşı “daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin tutulması və avtomobilin qaytarılması” tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Məhərrəmov Zəfər Hicran oğlunun cavabdeh "Ekolizinq” MMC-yə qarşı “əsas iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilərək müqavilənin etibarsız hesab olunması, müvafiq qeydiyyat üzrə şəhadətnamə lərin ləğv edilməsi və "Ekolizinq” MMC ilə Məhərrəmov Zəfər Hicran oğlu arasında faktiki borc-girov normalarının hazırkı münasibətlərə tətbiq olunması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-9/2025 nömrəli, 6 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh-iddiaçı Məhərrəmov Zəfər Hicran oğlunun vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "Ekolizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “iddiaçı-cavabdeh”) 10 may 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı-cavabdehin mülkiyyətində ola n **-JV-*** dövlət nömrə nişanlı "Renault Maqnumyük” markalı (q/ş AD 672617) yəhərli dartıcının və **-ZK-*** dövlət nömrə nişanlı “Koegel” markalı (q/ş AD 672621) furqon refrejerator yarımqoşqunun Məhərrəmov Zəfər Hicran oğlunun (bundan sonra “cavabdeh-iddiaçı”) qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi iddiaçı-cavabdehə qaytarılması; cavabdeh-iddiaçı və cavabdeh Məhərrəmov Hicran Yunis oğlundan iddiaçı-cavabdehin xeyrinə 11 dekabr 2019-cu il tarixli 1901/0657 saylı lizinq müaviləsinə əsasən 27.617 manat vaxtı keçmiş əsas lizinq borcu, 21.312 manat vaxtı keçmiş faiz borcu, 50.415 manat hesablanmış penya, cəmi 99.344 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 388,03 manat dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh-iddiaçının 30 iyu l 2024-cü il tarixdə daxil olmuş qarşılıqlı iddia ərizəsində “əsas iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilərək iddiaçı-cavabdeh ilə bağlanmış 1901/0657 saylı, xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinin etibarsız hesab olunması və faktiki borc-girov normalarının hazırkı münasibətlərə tətbiq olunması”, 21 avqust 2024-cü il tarixdə daxil olmuş qarşılıqlı iddia ərizəsinə əlavədə isə “əsas iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilərək iddiaçı-cavabdehlə bağlanmış 1901/0657 saylı, xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinin etibarsız hesab olunması, "Renault Maqnum-yük” markalı (q/ş AD 672617) yəhərli dartıcının və “Koegel” markalı (q/ş AD 672621) furqon refrejerator yarımqoşqunun özgəninkiləşdirilməsinə dair rəsmiləşmənin etibarsız hesab olunmaqla qeydiyyat üzrə şəhadətnamələrin ləğv edilməsi və iddiaçıcavabdehlə cavabdeh-iddiaçı arasında faktiki borc-girov normalarının hazırkı münasibətlərə tətbiq olunması” barədə qətnamə qəbul olunması xahiş edilmiş və qarşılıqlı iddia ərizəsinə əlavə nəzərə alınmaqla iddia tələbinə qarşılıqlı iddia üzrə həmin həcmdə baxılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) e-2-2(123)-9/2025 nömrəli, 6 yanvar 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddia tələbinin qismən təmin edilməsi, **-JV-*** dövlət nömrə nişanlı "Renault Maqnum-yük” markalı (q/ş AD 672617) yəhərli dartıcı və **-ZK-*** dövlət nömrə nişanlı "Koegel” markalı (q/ş AD 672621) furqon refrejerator yarımqoşqunun cavabdeh-iddiaçıdan alınaraq iddiaçı-cavabdehə qaytarılması, cavabdeh-iddi açıdan və cavabdeh Məhərrəmov Hicran Yunis oğlundan 27.490,10 manat vaxtı keçmiş əsas borc, 21.053,98 manat vaxtı keçmiş faiz borcu və 2.427,20 manat məbləğində penya olmaqla, ümumilikdə 50.971,28 manatın alınıb iddiaçı-cavabdehə ödənilməsi, cavabdeh-iddiaçıdan və cavabdeh Məhərrəmov Hicran Yunis oğlundan iddianın təmin olunmuş hissəsinə münasibətdə 199,10 manat dövlət rüsumunun alınaraq iddiaçı-cavabdehə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının nəticəsində müəyyən edilmiş 60 manat ekspertiza xərcinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30,79 manatının cavabdeh-iddiaçıdan və cavabdeh Məhərrəmov Hicran Yunis oğlundan, qalan 29,21 manatın iddiaçıcavabdehdən alınaraq X4 MR İdarəsində olan hesaba ödənilməsi, artıq ödənilmiş 0,02 manat dövlət rüsumunun dövlət büdcəsindən i ddiaçı-cavabdehə geri qaytarılması, ilkin iddia üzrə iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi, cavabdeh-iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun iddia rədd edildiyindən onun özünə aid edilməklə təmin olunmaması qət edilmişdir. Cavabdeh-iddiaçının vəkil-nümayəndəsi Vəkil 24 fevral 2025-ci il tarixdə apellyasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)9/2025 nömrəli, 6 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməklə əsas iddianın təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, kommersiya mübahisəsinə dair iş 1 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Məhərrəmov Hicran Yunis oğlu, cavabdeh-iddiaçı və onun vəkilnümayəndəsi gəlməmiş, iştirak etməmələrinin səbəbləri barədə kollegiyaya hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki-Prosessual Məcəllə) 376.2-ci maddəsinə əsasən, cavabdeh, cavabdehiddiaçı və onun vəkil-nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apelyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edildi ki, cavabdehiddiaçının vəkil-nümayəndəsi tərəfi ndən verilmiş apellyasiya şikayəti ilə bağlı MülkiProsessual Məcəllənin 361.3-cü maddəsinin tələbinə əməl edilməmişdir. Mülki-Prosessual Məcəllənin qeyd olunan maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni nəzərdə tutulan məbləğdən az ödənilmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, həmin Qanunun 8.6-cı maddəsinə görə isə apellyasiya şikayətinin baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olara q 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində dövlət rüsumu ödənilməlidir. Apellyasiya şikayətində cavabdeh-iddiaçı tərəfdən həm ilkin (əsas) iddia, həm də qarşılıqlı iddia tələblərinin mübahisələndirilməsinə, birinci instansiya məhkəməsinin şikayət olunan qətnaməsinin ləğv edilməklə əsas iddianın təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasının xahiş edilməsinə baxmayaraq, yalnız qarşılıqlı (qiymətləndirilməyən) iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun 50 faizi, yəni 50 manat ödənilmiş, lakin ilkin (əsas) iddianın (həmin iddianın qiyməti 99.344 manat təşkil edir) verilməsinə görə ödənilmiş 388,03 manat dövlət rüsumunun 50 faizi, yəni 194,015 manat dövlət rüsumu ödənilməmişdir. Mül ki-Prosessual Məcəllənin 363.1 və 363.1.2-ci maddələrinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bu halda birinci instansiya məhkəməsi tərəfindən cavabdeh-iddiaçının vəkilnümayəndəsinin apellyasiya şikayəti geri qaytarılmalı idi. Çünki Mülki-Prosessual Məcəllənin 364.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 3 61-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşə apellyasiya qaydasında baxmaq üçün prosessual əsasın olmaması birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Apellyasiya şikayətinin qaytarılması birinci instansiyanın səlahiyyəti olduğuna görə, apellyasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılır. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması d axildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiyanın qeyrimümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. (Mülki-Prosessual Məcəllənin 366.1, 366.2 və 366.4-cü maddələri). Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehiddiaçının vəkil-nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün kommersiya mübahisəsinə dair işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəllənin 361, 363, 366, 402.2-402.2.1, 405.0 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-9/2025 nömrəli, 6 yanvar 2025-ci il ta rixli qətnaməsindən cavabdeh-iddiaçı Məhərrəmov Zəfər Hicran oğlunun vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün kommersiya mübahisəsinə dair işlə birlikdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qa ydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qərardad işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar