Məhkəmə qərarları › İş №2-2(108)-3/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-3/2021

29.03.2021 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-3/2021 29.03.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İş № 2-2(108)-03/2021 Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyası 29 mart 2021-ci ildə Naxçıvan şəhərində Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), X7 və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi ilə əlaqədar kommersiya mübahisəsinə dair iş üzrə iddia ərizəsinin bir hissədə baxılmamış saxlanılması haqqında Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-2(123)-4/2021 nömrəli qərardadından iddiaçı təşkilat İddiaçı MMC-nin direktoru X4 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-2(123)-4/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi üzrə ümumi dəyəri 8027,25 manat olan 4 çeşidli “Bubbles” uşaq bezlərinin verilməsi, qətnamə icra olunan vaxt həmin əmlak naturada mövcud olmazsa həmin əmlakın dəyərinin verilməsi tələbinə dair hissədə ərizə baxılmamış saxlanılmış, digər hissədə işə baxılmasının davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı MMC-nin direktoru X5 şikayət ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə müraciət etmiş, şikayətdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-2(123)-4/2021 nömrəli qərardadının ləğv edilməsini, İddiaç ı MMC-nin Cavabdeh qarşı ümumi dəyəri 8027.25 AZN olan 4 çeşidli “Bubbles” uşaq bezlərinin verilməsi, qətnamə icra olunan vaxt həmin əmlak naturada mövcud olmazsa həmin əmlakın dəyərinin verilməsi tələbinə dair kommersiya mübahisəsinə mahiyyəti üzrə baxılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Həmin şikayətə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi tərəfindən xx xxxx 2021-ci il tarixdə baxılmış və verilmiş şikayət təmin olunmadığından şikayət iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "İddiaçı” MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli "məhsulların nisyə alqı-satqısı müqaviləsi” bağlanmışdır. Həmin müqavilə üzrə məhsulların (adları və qiymətləri göstərilməklə) təhvil-təslim aktı tərtib olunmuş və qarşılıqlı imza edilmişdir. İddia tələbinin bu hissədə əsası kimi Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli "məhsulların nisyə alqı-satqısı müqaviləsi” və həmin müqavilə üzrə məhsulların təhvil-təslim edilməsinə dair akt iddia ərizəsində hüquqi əsaslandırma göstərilməklə məhkəməyə təqdim edilmişdir. Cavabdeh həmçinin xx.xx.2018-ci il tarixdə 008989-nömrəli satış sənədi üzrə ümumi dəyəri 8.027,25 AZN olan 4 çeşidli "Bubbles” uşaq bezlərini özünün tanıdığı şəxs İsmayılov Valehə (Quba) satması üçün İddiaçı-dən müvafiq məhsulları təhvil alan şəxs qismində satış sənədinə imza etmişdir. İddia tələbinin bu hissədə əsası kimi həmin satış sənədi məhkəməyə təqdim edilmişdir. Ərizənin baxılmamış saxlanılması ba rədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası. Ali Məhkəməsi Plenumunun "31” mart 2011-ci il tarixli 3 saylı qərarının 7.1 -ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsində müəyyən olunmuş əsasla ərizənin baxılmamış saxlanılmasına o hallarda yol verilir ki, başqa məhkəmənin və yaxud həmin məhkəmənin icraatında olan digər iş eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olsun. Bunlardan hər hansı biri üzrə fərq olduqda həmin əsasla ərizə baxılmamış saxlanıla bilməz. Göründüyü kimi ərizənin baxılmamış saxlanılmasına dair Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinin müəyyən etdiyi üç faktor "eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslar” vəhdət təşkil etməlidi r. Aydın görünür ki, Cavabdeh iki halda 8.027,25 AZN pulun alınması tələbinə dair iddia tələbinin predmetini eyni predmet (məbləğ) təşkil etsə də bu tələblər tamamilə fərqli əsaslara dayanmaqdadır. Məhkəmənin ərizənin baxılmamış saxlanılmasına dair qənaətinin prosessual hüquqi əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinin dispozisiya əlamətlərinin mövcudluğu sübuta yetirilmir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı təşkilatın nümayəndəsi, həmçinin təşkilat direktorunun nümayəndəsi və vəkili və cavabdeh məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçı təşkilatın direktoru A.Səfərovun nümayəndəsi və vəkili Vəkil2 kollegiyaya ərizə ünvanlayaraq məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilmə sini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya məruzəçinin məruzəsini dinləyib şikayətin dəlillərini kommersiya mübahisəsinə dair işin materialları ilə əlaqəli şəkildə yoxlayıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yö nəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı təşkilat tərəfindən verilmiş şikayətdə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-2(123)-4/2021 nömrəli qərardadı iddia üzrə ümumi dəyəri 8027,25 manat olan 4 çeşidli “Bubbles” uşaq bezlərinin verilməsi, qətnamə icra olunan vaxt həmin əmlak naturada mövcud olmazsa həmin əmlakın dəyərinin verilməsi tələbinə dair hissədə ərizənin baxılmamış saxlanılması hissəsində mübahisələndirilmişdir. “Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitiusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mü lki və Kommersiya Kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli 04/2020 nömrəli qərardadının 60-cı bəndində qeyd edilmişdir ki, apellyasiya ve kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiya məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC iddia əri zəsi ilə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh müqavilələr üzrə yaranmış borcun tutulması tələbinə dair iddiasında xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli məhsulların nisyə alqı-satqı müqavilələri üzrə ödənilməmiş 5013.00 (beş min on üç manat, sıfır qəpik) manat məbləğində pulu, xx.xx.2018-ci il tarixdən xx.xx.2018 ci il tarixədək hər gecikdirilmiş gün üçün (5013.00 x 0.5%=25.065 manat x 30 gün=751.95 manat) 751.95 manat məbləğində dəbbə pulun, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (5013.00 x 2%-100,26), (95 gün x 100 manat=9,524.72 manat)- 9,524.70 manat məbləğində dəbbə pulunun, cəmi 5013.00 (beş min on üç manat sıfır qəpik) manat məbləğində əsas borcun, 10,276.65 ( on min iki yüz yetmiş altı manat 65 qəpik) ma nat məbləğində dəbbə pulunun,xx.xx.2018-ci il tarixli məhsulların nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 8027.25 (səkkiz min iyirmi yeddi manat, 25 qəpik) manat məbləğində pulun, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər gecikdirilmiş gün uçun (8027.25 x 0.5%=40.135 manat x 40 gün =1,605,40 manat)-1,605.40 manat məbləğində dəbbə pulunun, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (8027.25 x 2%=160.54 manat x 23 günə=3,692,42 manat) 5,297.82 manat məbləğində dəbbə pulunun, cəmi 8027.25 (səkkiz min iyirmi yeddi manat, 25 qəpik) manat məbləğində əsas borcun, 5,297.82 (beş min iki yüz doxsan yeddi manat 82 qəpik) manat məbləğində dəbbə pulunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ba kı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-7000/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1616/2020 saylı qərardadı ilə qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-7000/2018 saylı qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilmişdir, iş xx.xx.2020-ci il tarixdə icraata götürülərək baxılmağa başlanılmışdır. İddiaçı MMC iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ümumi dəyəri 7825,50 manat olan 4 çeşidli “Bebystilli" uşaq bezləri, ümumi dəyəri 8027.25 manat olan 4 çeşidli “Bubbles” uşaq bezləri, ümumi dəyəri 8046.26 manat olan 19 çeşiddə yuyucu vasitələrinin və uşaq bezlərinin və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi, qətnamə icra olunan vaxt həmin əmlaklar naturada mövcud olmazsa, həmin əmlakların ümumi dəyəri olan 23899.0 (iyirmi üç min səkkiz yüz doxsan doqquz) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(110)-152/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti təmin edilməmiş və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(108)25/2020 saylı qətnaməsi ilə qüvvəsində saxlanılmış, hə min qətnamədən cavabdeh tərəfin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-5356/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(108)-25/2020 saylı qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilmişdir, iş xx.xx.2021-ci il tarixdə icraata götürülərək baxılmağa başlanılmışdır. xx xxxxxx 2020-ci il tarixli, 2-2(123)-04/2021 saylı qərardadla Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin icraatında olan həmin işlər bir icraatda birləşdirilmişdir. Kollegiya şikayətin iddiaçı "İddiaçı” MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il t arixli "məhsulların nisyə alqı-satqısı müqaviləsi” bağlanması, həmin müqavilə üzrə məhsulların (adları və qiymətləri göstərilməklə) təhvil-təslim aktı tərtib olunması və qarşılıqlı imza edilməsi, iddia tələbinin bu hissədə əsası kimi Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli "məhsulların nisyə alqı-satqısı müqaviləsi” və həmin müqavilə üzrə məhsulların təhvil-təslim edilməsinə dair aktın iddia ərizəsində hüquqi əsaslandırma göstərilməklə məhkəməyə təqdim edilməsi, Cavabdeh həmçinin xx.xx.2018ci il tarixdə 008989-nömrəli satış sənədi üzrə ümumi dəyəri 8.027,25 AZN olan 4 çeşidli "Bubbles” uşaq bezlərini özünün tanıdığı şəxs İsmayılov Valehə (Quba) satması üçün İddiaçı-dən müvafiq məhsulları təhvil alan şəxs qismində satış sənədinə imza etməsi, iddia tələbinin bu hissədə əsa sı kimi həmin satış sənədinin məhkəməyə təqdim edilməsi, ərizənin baxılmamış saxlanılmasına dair Azərbaycan Respublikası MPM-in 259.0.4-cü maddəsinin müəyyən etdiyi üç faktorun - "eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslar” vəhdət təşkil etməli olması, Cavabdeh iki halda 8.027,25 AZN pulun alınması tələbinə dair iddia tələbinin predmetini eyni predmet (məbləğ) təşkil etsə də bu tələblərin tamamilə fərqli əsaslara dayanması, məhkəmənin ərizənin baxılmamış saxlanılmasına dair qənaətinin prosessual hüquqi əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinin dispozisiya əlamətlərinin mövcudluğunun sübuta yetirilməməsi dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Mülki işin materiallarından görünür ki, iddiaçının Cavabdeh qarşı Suraxanı Rayon Məhkəməsinə verdiyi iddianın bir hissəsini “16 04 2018-ci il tarixli məhsulların nisyə alqısatqı müqaviləsi üzrə ödənilməmiş 8027.25 (səkkiz min iyirmi yeddi manat, 25 qəpik) manat məbləğində pulun verilməsi” təşkil etmiş həmin tələb onun eyni cavabdehə qarşı Şərur Rayon Məhkəməsinə verdiyi ümumi dəyəri 8027.25 manat olan 4 çeşidli “Bubbles” uşaq bezlərinin verilməsi tələbi ilə eynilik təşkil edir. İş materiallarıda olan yuxarıda adıçəkilən mübahisə üzrə Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(110)-152/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(108)-25/2020 saylı qətnaməsinin mübahisələndirildiyi kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali M əhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-5356/2020 saylı qərarında qeyd olunur ki, iddiaçının tələbi malların satılmasına dair müqavilədən irəli gələn tələbdir və qeyd edilən müqavilə və ondan gələn münasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı olmaqla kommersiya xarakteri daşıyır. Həmçinin kollegiya qeyd edir ki, işin araşdırılmış hallarından görünür ki, tərəflər arasında ilə həm Sabunçu Rayon Məhkəməsinə həm də Şərur Rayon Məhkəməsinə müraciət edilməklə mübahisələndirilən iddia- ümumi dəyəri 8027,25 manat olan 4 çeşidli “Bubbles” uşaq bezləri ilə əlaqədar mübahisəsi eyni əsaslarla yaranmış hüquq mübahisəsidir. Şikayət verən şəxs mübahisənin eyni tərəflər arasında, eyni predmet üzrə yaranmasını mübahisələndirmədiyindən kollegiya bu hala münasibət bildirmir. Mübahis ənin fərqli əsaslarla yaranması ilə bağlı dəlilə münasibətdə isə qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər öz aralarında ümumi dəyəri 8027.25 manat olan 4 çeşidli “Bubbles” uşaq bezlərinin verilməsi barədə razılıqlarını xx.xx.2018-ci il tarixli "məhsulların nisyə alqı-satqısı müqaviləsi” ilə rəsmiləşdirmiş, xx.xx.2018-ci il tarixdə 008989-nömrəli satış sənədi isə tərəflərin müqavilədən irəli gələn öhdəliklərinin icrasının təsdiqi üçün əhəmiyyət daşıyan sübutlardır. İş üzrə iddiaçının ilkin olaraq həm Sabunçu Rayon Məhkəməsinə, həm də Şərur Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsi və əlavə olunmuş sənədlərdən məlum olur ki, iddiaçı iddia ərizələrində 8027,25 manat dəyərində 4 çeşidli “Bubbles” uşaq bezlərinə dair tələbinin faktiki əsası kim i cavabdehin 8027,25 manat dəyərində 4 çeşidli “Bubbles” uşaq bezlərini götürərək həmin məhsulları satıb dəyərini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürsə də həmin malların dəyərini İddiaçı MMC-yə ödəmədiyini göstərmişdir. Hər iki iddia ərizəsinə əlavə olunmuş sənədlərdən Cavabdeh təhvil verilən malların sıra, qiymət və göstəricilərinin eyni -1.Bubbles bebek bezi №2 (1X5X44) 0165-miqdar: 5k, qiymət: 7,05, məbləğ:176,25 AZN;

2. Bubbles bebek bezi №3 (1X5X40) 0166-miqdar: 10k, qiymət: 7,05, məbləğ:352,50 AZN;

3. Bubbles bebek bezi №4 (1X5X36) 0167-miqdar: 72k, qiymət: 8,10, məbləğ: 2916,00 AZN;

4. Bubbles bebek bezi №5 (1X5X28) 0168-miqdar: 130k, qiymət: 7,05, məbləğ:4582,50 AZN, cəmi məbləğ 8027,25 AZN – olduğu məlum olur. Lakin iddia ərizələrində göstərilmiş 8027,25 manat dəyərində 4 çeşidl i “Bubbles” uşaq bezlərinin ayrıayrı mal partiyası kimi verilən mallar olmasını təsdiq edən sübutlar iş materiallarında mövcud deyil. İlkin olaraq Şərur Rayon Məhkəməsinə təqdim edilmiş iddia ərizəsinə əlavə olunmuş xx.xx.2018-ci il tarixli satış sənədi və üzərindəki ştampa əsasən dəyəri 8027.25 manat olan 4 çeşidli “Bubbles” uşaq bezləri həmin gün anbardan saat 19:27:28-də buraxılmışdır. Lakin ilkin olaraq Sabunçu Rayon Məhkəməsinə təqdim olunmuş iddia ərizəsinə satış sənədi (anbardan buraxılış sənədi) əlavə edilməmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin iddianın İddiaçı MMC-nin ilkin olaraq Şərur Rayon Məhkəməsinə təqdim etdiyi Cavabdeh qarşı borcun tutulması tələbi üzrə ərizəsində ifadə olunmuş “ümumi dəyəri 8027.25 manat olan 4 çeşidli “Bubbles” uşaq bezlərinin verilm əsi, qətnamə icra olunan vaxt həmin əmlak naturada mövcud olmazsa həmin əmlakın dəyərinin verilməsi” tələbinə dair hissənin baxılmamış saxlanılması ilə əlaqədar gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının MPM-in 259.0., 259.0.4-cü maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin m əhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 3 nömrəli Qərarının 1.1-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Yuxarıda göstərilənlərə əsasən kоllegiya belə nəticəyə gəlir ki, şikayətdə göstərilmiş də lillər qərardadın ləğvi üçün əsas təşkil etmir və bu səbəbdən şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-2(123)-4/2021 nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saхlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0. və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kоllegiya qərar v e r d i: İddiaçı MMC-nin direktoru X4 şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-2(123)-4/2021 nömrəli qərardadı İddiaçı MMC-nin Cavabdeh qarşı ümumi dəyəri 8027.25 manat olan 4 çeşidli “Bubbles” uşaq bezlərinin verilməsi, qətnamə icra olunan vaxt həmin əmlak naturada mövcud olmazsa həmin əmlakın dəyərinin verilməsi tələbinə dair hissədə ərizənin baxılmamış saxlanılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədirlik edən: Hakimlər: Əhliman Xıdırov Sənan Qarayev Mehman Allahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar