Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-67/2025 02.02.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr) Hakimlər, Qarayev Sənan Məmməd oğlu (sədrlik edən və məruzəçi), Kuimova Vera Gennadiyevna və X1 ibarət tərkibdə, X5 Mehti qızının katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, e-2-2(123)16 2/2025 nömrəli qətnaməsindən cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (ǝvvəlki adı "xxxx" MMC adlanan) ilə cavabdeh "X3" MMC (əvvəlki adı "X4" MMC adlanan) arasında 11 iyun 2023-сü il tarixdə V.V.C-07 №-li “Xidmət" müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı "xxxx" MMC ("İcraçı") cavabdeh "X3" MMC-уǝ ("Sifarişçi") hər ay hüquq xidmətləri göstərməyi, sonuncu isə, bunun qarşılığında aylıq 7000 (yeddi min) AZN xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüş, lakin xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək (9 ay) xidmət haqlarını ödənilməmiş, həmin tarixdə də müvafiq xidmət müqaviləsi iddiaçı tərəfindən birtərəfli qaydada (bəyanat verilməklə) xitam edilmişdir. 63000 (altmış üç min) AZN xidmət haqqı üçün e-qaimə vurulsada, geri qaytarılmış, müvafiq danışıqlar aparılmış, lakin cavabdeh təşkilat müqavilə əsasında iddiaçıya olan borcunu ödəməmişdir. İİ. Birinci instansiya məhkəməsində icraat a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı
2. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və iddiaçının nümayəndəsi Nümayəndə1 01 aprel 2025-ci il tarixdə cavabdeh X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək əsas borc məbləği xidmət haqqı üzrə 63000 (altmış üç min) manatın, pulun ödənilməsinin gecikdirməyə görə 2023-cü ilin 12-ci ayı və 2024-cü ilin 1-9-cu ayları üzrə hər a ylıq xidmət haqqı (7000 AZN) məbləğindən ayrı-ayrılıqda xx.xx.2025-ci il tarixədək hesablanan faizin – 3127,6 (üç min bir yüz iyirmi yeddi manat altmış qəpik) manatın, habelə xx.xx.2025-ci il tarixdən sonra yekun məhkəmə qətnaməsi icra olunan (63000 AZN məbləğində borcun ödəniləcəyi) günədək keçən hər gün üçün əldən çıxan faydaya görə hesablanan faizin – 8,63 (səkkiz manat 63 qəpiyin) AZN-nin (məhkəmə müvafiq qətnaməni çıxaracağı gün üçün bank uçot dərəcəsini əsas götürməklə borcu təmin edə bilməsi üçün dəqiqləşdirilmiş miqdar nəzərə alsın), məhkəmə xərcləri üzrə məbləğin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 290 (iki yüz doxsan manat) AZN dövlət rüsumunun, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə ödənilmiş 30 (otuz manat) AZN dövlət rüsumunun cavabdehdən alınaraq i ddiaçıya qaytarılması (verilməsi) barədə iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "X3" MMC (əvvəlki adı "X4" MMC adlanan) ilə aralarında 11 iyun 2023-сü il tarixdə "xxxx" MMC (ǝvvəlki adı "xxxx" MMC adlanan) V.V.C-07 №-li “Xidmət" müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı "xxxx" MMC ("İcraçı") cavabdeh "xxxx" MMC-уǝ ("Sifarişçi") hər ay hüquq xidmətləri göstərməyi, sonuncu isə, bunun qarşılığında aylıq 7000 (yeddi min) AZN xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək (9 ay) xidmət haqlarını ödəməmiş, həmin tarixdə də müvafiq xidmət müqaviləsi birtərəfli qaydada (bəyanat verilməklə) xitam edilmişdir. 63000 (altmış üç min) AZN x idmət haqqı üçün e-qaimə vurulsada, geri qaytarılmış, müvafiq danışıqlar aparılmış, lakin bu günədək hər hansı bir nəticə verməmişdir (müəyyən hissələrlə ödəmələrin edilməsinə dair bir neçə variantda edilmiş qarşılıqlı təkliflər əvvəlcə razılaşdırılsa da, sonradan razılıq pozulmuşdur). Qeyd edirlər ki, müvafiq xidmət müqaviləsinin 7.2-ci bəndinə əsasən "Öhdəliyin icra edilməsi ilə əlaqədar hərəkət (hərəkətsizlik) barədə məlumat əldə edilən (edilmiş sayılan) andan etibarən 10 (on) təqvim günü ərzində yazılı irad verilməmişdirsə, öhdəlik lazımınca icra edilmiş sayılır. Xidmətin icrasına dair qarşı tərəfin bu günədək hər hansı bir irad və ya etirazı daxil olmamışdır. Belə bir müddəanın olmasına baxmayaraq, hər ehtimala qarşı hər ay icra olunan xidmət üçün, növbəti ayın sonunda xidmətlərin t əhvil aktı tərtib edilərək qarşılıqlı olaraq təsdiqlənmişdir. Sadəcə sonuncu ay, müqaviləyə xitam verdikləri üçün xidmətlərin icrasına dair akt cavabdeh tərəfindən təsdiq edilməmişdir. Təbii ki, yuxarıda göstərilən müddəaya müvafiq olaraq xidmət icra olunmuş sayılır. Bununla yanaşı olaraq, iki şirkət arasında WhatsApp qrupu yaradılaraq xidmətlərin yazılı olaraq icrası koordinasiya edildiyi üçün, burdan da açıq aydın müşahidə edilir ki, 2024-cü ilin avqust ayı üçün xidmətlər aparılmışdır (iddiaya baxılarkən ehtiyac olarsa, bu barədə əlavə maddi sübutlar da təqdim ediləcəkdir). Qeyd edirlər ki, xx.xx.2025-ci il tarixində elektron kargüzarlıq qaydasında "X3" MMC-yə pretenziya məktubu ünvanlanmış, pretenziyada qoyulan 3 günlük müddət daxilində cavab verilməmişdir. xx.xx.2025 və xx.xx.2025-ci i l tarixlərdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər elektron kargüzarlıq qaydasında cavabdehin vergi xidməti tərəfindən ********** VÖEN üzrə açılmış hüquqi şəxsin elektron kabinetinə göndərilmişdir. Onu da qeyd edirlər ki, hər iki MMC hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur və iqtisadi dövriyyənin iştirakçılarıdır. İqtisadi dövriyyə dedikdə, iqtisadi sistemin subyektləri arasında mal və xidmətlərin fasiləsiz olaraq mübadilə edilməsi prosesi başa düşülür. Öhdəlik hüququ da məhz maddi nemətlərin mübadilə və yerdəyişmə prosesini qaydaya salır. "xxxx" MMC “X3” MMC-yə hüquqi yardım xidmətləri göstərmişdir. Bu xidmətin məqsədi də gəlir əldə etmək olmuşdur. Lakin cavabdeh gördüyü xidmətlərin pulunu ödəmədiyindən (öhdəliyinin icrasından boyun qaçırdığından) iddiaçı hüquqi şə xs göstərdiyi xidmətlərin qarşılığı olan pulları ala bilmədiyindən zərərə uğramışdır (üçüncü şəxslərlə aralarında olan kommersiya münasibətləri pozulmuş, həm də bu vəsaitin yenidən dövriyyəyə salına bilməməsindən zərər yaranmış, eyni zamanda ödənişlər edilmədiyindən şirkətin maddi çətinlikləri yaranmış, işçilərin əmək haqları zamanında ödənilə bilməmiş, bu isə işçilərlə əmək müqavilələrinin xitam verilməsi ilə (ixtisarlar) nəticələnmiş və nəticədə yeni sifarişlərin götürülməsi, müştərilərə xidmət göstərilməsi çətinləşmiş, şirkət iqtisadi baxımdan böhran yaşamışdır).
4. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Qabil Məmmədov) 13 oktyabr 2025-ci il tarixli, e-2-2(123)-162/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN-********* *) 63000 (altmış üç min) manat əsas borc məbləği, ödəmənin gecikdirilməsinə görə 3127,6 (üç min yüz iyirmi yeddi manat altmış qəpik) manat faiz və 290 (iki yüz doxsan) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, xx.xx.2025-ci il tarixdən 63000 (altmış üç min) manata münasibətdə qətnamə icra olunan günədək ödəmənin gecikdirilməsinə görə hər gün üçün 8,63 (səkkiz manat altmış üç qəpik) manat hesablanaraq, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınıb İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2025-ci il tarixli, 709 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərci olaraq müəyyən olunmu ş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ**********0000005944, VÖEN **********) X6 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 329.2, 329.3, 385.1, 399.4, 442, 445.2.1, 445.2.2, 445.3, 445.7, 449.1, 462.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 76.1, 76.2, 77.1, 81, 88, 217.3, 217.4, 217.5, 218.1, 218.3, 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarına əsasən əsaslandırmışdır. b) Məhkəmə aktından verilən apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, e-2-2(123)-162/2025 nömrəli qətnaməsi ilə razılaşmayan cav abdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti 04 noyabr 2025-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, apellyasiya şikayətinin təmin olunmasını Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-162/2025 nömrəli qətnaməsinin tamamilə ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə işə baxılan zaman tərəflər arasında müqavilə münasibətlərinin olması öz təsdiqini tapsa da, ancaq iddiaçı tərəfindən təqdim edilmiş yazılı xidmət müqaviləsinin xitam olunmasını və eyni zamanda tərəflər arasında dəyəri 2.000 (iki min) manat olan bağlanılmış müqaviləni məhkəmə nəzərə almamışdır. Hansı ki, tərəflərindən təqdim edilmiş şahidlə də tam sübuta yetirilir ki, həmin müqavilənin dəyəri 2.000 (iki min) manat olmuşdur. Bundan əlavə iddiaçı tərəfindən vurulmuş olan e-qaimələrin də tərəflərindən təsdiq olunmaması bunun əyani sübutudur. Belə ki, həmin elektron qaimələr məhz aylıq 7.000 (yeddi min) manatdan hesablanaraq vurulduğuna görə tərəflərindən təsdiq olunmamış və qanunverciliklə müəyyən olunmuş müddətdə imtina olunmuşdur. Məhkəmə bunu da nəzərə almamış və buna ümumiyyətlə diqqət yetirməmişdir. Məhz e-qaimələrin hansı səbəbdən imtina olunmasını ümumiyyətlə araşdırmamış dır.
7. Həmçinin onu qeyd etmək lazımdır ki, tərəflərindən qarşı tərəfə 10.000 (on min) manat xidmət haqqının dəyəri ödənilmiş, bunun ödənilməsi də şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Məhkəmə qətnamənin 16-cı səhifəsində ödənilmiş olan 10.000 (on min) manata münasibətdə və həmçinin xidmət haqqının 2.000 (iki min) manat olmasına münasibətdə bu halları təsdiq edən sübutların məhkəməyə təqdim olunmamasını qeyd etmişdir. Bununla qəti şəkildə razılaşmırlar: Belə ki, yuxarıda qeyd etdikləri kimi məhkəməyə təqdim olunmuş yazılı müqavilə 2023-cü ilin sonundan xitam olunmuş və tərəflər arasında aylıq 2000 (iki min) manat dəyərində müqavilə bağlanılması şifahi şəkildə razılaşdırılmışdır. İkincisi yazılı surətdə həmin müqavilə tərəflərindən imzalanmış və qarşı tərəfə təsdiq olunmaq və bir nüsxə sinin geri qaytarılması üçün göndərilsə də, həmin müqavilə geri qayıtmamışdır.
8. Münasibətlərin normal olması və etibarlı tərəfdaşlıq çərçivəsində Cəmiyyət olaraq onlar qarşı tərəflə aylıq 2.000 (iki min) manatlıq xidmət haqqı dəyərində xidmət aldıqlarını qəbul etmişlər (şifahi formada da bu barədə razılıq əldə edilmişdir). Nəzərə almaq lazımdır ki, bu tipli müqavilələrdə müqavilənin yazılı olması mütləq şərt deyildir. Həmçinin tərəflərindən qarşı tərəfdən vurulmuş elektron qaimələrin təsdiq olunmaması və qanunla müəyyən olunmuş müddətdə imtina olunması buna əyani sübutudur.
9. Bundan əlavə tərəflərindən təqdim olunmuş şahidlər də qeyd edilənləri təsdiqləmiş və bu xüsusatlar tam sübuta yetrilmişdir. Lakin yuxarıda qeyd etdikləri kimi məhkəmə bunlara fikir verməmiş, ümumiyyətlə işə formal mülahizələr əsasında yanaşmış, işin faktiki halları ilə təqdim olunmuş sübutları əlaqəli şəkildə qiymətləndirə bilməmişdir.
10. İşə baxan məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Nəzərə almaq lazımdır ki, tərəflərindən təqdim olunmuş şahidlər mübahisənin birbaşa iştirakçılarıdır və məhz həmin şəxslərin verdiyi ifadələrlə qeyd edilənlər bir daha təsdiqlənmişdir. Hesab edirlər ki, məhkəmə həmin sübutlara obyektiv münasibət göstərməmişdir.
11. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1, 2.2, 6, 6.1, 6.1.1, 6.1.2, 6.1.3, 6.1.4, 6.1.5, 14, 14.1, 14.2, 14.2.1, 389, 389.1, 389.2, 389.3, 389.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 76.1, 76.2, 76.3, 80-ci maddələrinə istinad edilmişdir. b) Apellyasiya şikayətinə qarşı e tirazın dəlilləri
12. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 tərəfindən 23 dekabr 2025-ci il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayətinə qarşı daxil olmuş etirazda göstərilmişdir ki, iş materiallarında olan 11 iyun 2023-cü il tarixli, V.V.C.-07 saylı müqavilədən də görünür ki, "Hüquq xidmətləri" üçün aylıq xidmət haqqı - 7000 (yeddi min) manat olmuşdur, hətta iş materiallarındakı təhvil-təslim aktlarına nəzər saldıqda da görünür ki, sifarişçi (cavabdeh) tərəf "Sifarişçi" ilə "İcraçı" arasında 11 iyun 2023-cü il tarixdə bağlanmış V.V.C.-07 №-li "Xidmət müqaviləsi"nə uyğun olaraq xidmətləri təhvil almışdır (cavabdeh aktları öz imza və möhürləri ilə təsdiq etmişdir, hansı ki müqaviləyə diqqət yetirdikdə məlum olur ki, heç bu təhvil aktı olmasa belə müəy yən müddət daxilində etraz olmazsa xidmət qəbul edilmiş sayılırdı). Belə ki, tərəflər arasında müqavilə qiymətinin azaldılaraq 2.000 manat ödənişin edilməsi ilə bağlı danışıq olmamış, cavabdehlə aralarında ilk gündən sonuncu günə qədər razılaşma 7.000 manat olmuşdur və 4 hüquqşünas tərəfindən istər ölkə daxilində, istərsə də ölkə xaricində 7/24 tam hüquq xidməti göstərilmişdir. Nəzərə alınmalıdır ki, müqavilənin dəyərinin azaldılması üçün obyektiv səbəblər olmalı idi. Məsələn, cavabdeh şirkətə göstərilən xidməti yetmiş faiz azaltmaq və s. Göründüyü kimi, qeyd olunan azaltma heç bir halda ağlabatan deyil, burada icraçı olaraq eyni işi görərək niyə müqavilə dəyərini 5000 manat azaldıb 2.000 manat üçün razılaşmalıydıq ki? Bu tamamilə cavadehin xidmət haqqını ödəməmək üçün hüquqi müdafiə strat egiyasına aid mülahizəsidir. Cavabdehin təqdim etdiyi şahidlər belə məhkəmədə izahat verərkən həmin müqavilə (dəyərinin 2000 AZN olması iddia edilən müqavilə) barədə sadəcə direktordan eşitdiklərini qeyd etmişdirlər. Belə ki, cavabdeh tərəflərindən təqdim edilmiş şahidlə tam sübuta yetirildiyini qeyd etsə də, bu sadəcə onun şəxsi mövqeyidir, həqiqəti əks etdirmir. Halbuki tərəflərindən iş materiallarına əlavə edilmiş sübutlar - "Xidmət Müqaviləsi”, təhvil-təslim aktları, elektron qaimə, WhatsApp yazışmaları cavabdeh tərəfin 63000 AZN məbləğində borcunun olmasını təsdiq edir. Cavabdehlə aralarında 2000 (iki min) manat dəyərində müqavilənin bağlanılması barədə heç bir razılaşma olmamışdır. Cavabdeh tərəfindən onlara aralarında bağlanılmış 11 iyun 2023-cü il tarixli, V.V.C.-07 saylı müqavilən in xitam olunması barədə heç bir bəyanat göndərilməmişdir. Eləcə də təsdiq olunmaq üçün onlara heç bir müqavilə göndərilməmişdir. Cavabdeh apellyasiya şikayətində bu tipli müqavilələrdə müqavilənin yazılı olmasının mütləq şərt olmamasını qeyd etmişdir. Hazırkı münasibətlərin məzmununa nəzər saldıqda görünür ki, sözügedən dövrdə xidmətlər icraçı tərəfindən eyni qaydada göstərilməyə davam etmişdir, sirafişçi tərəfindən də hər hansı başqa bir formada rəftar edilməmişdir, bu da özlüyündə şifahi formada əqdi bağlamaq iradəsinin olmadığının daha başqa bir isbatıdır. Göndərilmiş elektron qaimələrin təsdiqindən imtina olunması həmin borcun mövcud olmamasına dəlalət etmir. Cavabdeh sadəcə olaraq borcu ödəməkdən yayınmaq niyyətindədir. Sözügedən "Xidmət müqaviləsi” üzrə borc həmin müqavilə, təhvil t əslim aktları ilə sübut olunur. Qaimə vergi öhdəliyinin yaranması ilə əlaqədar olan sənəddir (hansı ki vergi qanunvericiliyinə görə "Hesablama metodu”nda qaimə vurulan kimi, “Kassa metodu”nda isə pul hesaba və ya kassaya daxil olan kimi icbari qaydada vergi hesablaması aparılır). O tərəflərin arasında olan ticari münasibətə (mülki dövriyyəyə) dair hər hansı bir məsələ ilə bağlı isbat (sübut) vasitəsi (dəlil) deyildir. Cavabdeh apellyasiya şikayətində "10.000 (on min) manat xidmət haqqının dəyərinin ödənilməsi”ni qeyd etmişdir. Lakin qətiyyən cavabdehdən onlara belə bir məbləğ ödənilməmişdir. İş materiallarından göründüyü kimi cavabdeh şirkət həmin məbləğin ödənilməsini təsdiq edən heç bir sənəd əlavə etməmiş, şahid ifadəsi ilə bu arqument öz təsdiqini tapmır. Sonda iddiaçının nümayəndəsi "X3" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinin rədd edilməsi, Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-162/2025-089 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, e-2-2(123)-162/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi.
14. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə dəfələrlə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh tərəf məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti 15 yanvar 2026-cı il tarixdə elektron kabinet vasitəsilə ərizə göndərərək Naxçıvan MR Kommerisya Məhkəməsində iddiaçı "xxxx" MMC-nin cavabdeh "X3" MMC-yə qarşı "pul tələbi" nə dair iddia qaldırdığını, həmin iş üzrə iddianın təmin olunduğunu, həmin qətnamədən narazı qalaraq Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kolegiyasına apellyasiya şikayəti verdiklərini, həmin iş üzrə məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, həmin iş üzrə vəkil ilə də hüquqi yardım barədə müqavilə bağlamadıqlarını (müqavilənin bağlanılması nəzərdə tutulsa da, sonradan müqavilə bağlanılmadı) bildirərək apellyasiya məhkəməsinin iclasını iştirakları olmadan keçirilməsini, apellyasiya şikay ətinin təmin olunmaqla Naxçıvan MR Kommersiya Məhkəməsinin müvafiq qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İV. Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların v ə tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).
16. Cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətindən aydın olur ki, cavabdeh sözügedən qətnaməni tam mübahisələndirir.
17. Cavabdehin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam yoxlanılmalıdır. V. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 389-390. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yar adan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir.
20. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
21. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozul masına görə məsuliyyətdən azad etmir
22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
26. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. b) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....
33. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi i lə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qət namə qəbul edə bilər.
38. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Vİ. Apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi
39. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə əlaqəli şəkildə müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakı nəticəyə gəlmişdir.
40. İlk olaraq qeyd edilməsi zəruridir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
41. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli X7 Hüquqları Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə uyğun olaraq işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
43. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi məhkəmə kommersiya işi üzrə tərəflərə sübutlarını təqdim etməyi təklif edə bilər. Məhkəmənin tərəflərin əvəzinə sübut toplaması bərabərlik və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxara bilər ki, bu hal da yolverilməzdir.
44. Qeyd edilən nöqteyi nəzərdən apelyasiya şikayətində qeyd edilən “işə baxan məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir, tərəflərindən təqdim olunmuş şahidlər mübahisənin birbaşa iştir akçılarıdır və məhz həmin şəxslərin verdiyi ifadələrlə qeyd edilənlər bir daha təsdiqlənmişdir. Hesab edirlər ki, məhkəmə həmin sübutlara obyektiv münasibət göstərməmişdir” dəlilinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə uyğun olaraq “Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz”.
45. İş materiallarında isə həmin halı təsdiq edən hər hansı bir sənəd mövcud olmamaqla bərabər birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər cavabdeh təşkilatda əmək müqaviləsi ilə çalışan işçilərdi. Onlar isə öz ifadələrində müqavilənin 2000 (iki min) manatla əvəz olunmasını şifahi olaraq müəsissənin direktoru Şakir müəllimdən və digə r əməkdaşlardan eşitdiklərini bildirmişlər. Sübutların qiymətləndirilməsi hakimin daxili inamına əsaslanır. Lakin bu “inam” subyektiv deyil, işin halları ilə obyektiv şəkildə əsaslandırılmalıdır. Qanunvericiliyə görə yazılı müqavilənin şərtlərini təkzib etmək üçün şahid ifadəsi adətən kifayət etmir. İş materiallarında isə şahid ifadələrini təsdiq edən hər hansı sübut növü mövcud deyildir. Belə olan halda isə həmin şahidlərin verdikləri ifadələr hər hansı bir hüquqi nəticə yaratmamış olur.
46. Həmçinin, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh "X3" MMC (əvvəlki adı "X4" MMC adlanan) arasında bağlanmış 11 iyun 2023-сü il tarixli V.V.C-07 №li “Xidmət" müqaviləsinin bağlandığı və həmin müqavilənin 3.1.1-ci bəndində göstərilən “hüquq xidmətləri” üçün aylıq 7000 (yeddi min) manat “sabi t məbləğ”də xidmət haqqının müəyyən edilməsi iş üzrə hər iki tərəfin mübahisəsiz şəkildə qəbul etdiyi halıdır.
47. Müqavilənin 31 dekabr 2026-ci il tarixinə kimi, hər bir halda isə (müqavilənin müddəti bitsə belə) sonuncu “MT protokolu” (məlumatların təsdiq edilməsi protokolları) qarşılıqlı tam icra olunanadək qüvvədə olması müəyyən edilmişdir.
48. Həmçinin o da mübahisəsiz şəkildə iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, mübahisəli xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün mütəmadi olaraq hər ay aylar üzrə aktlar tərtib olunmuş, bu aktlarda müqavilə üzrə qeyd edilən xidmətlərin “İcraçı” tərəfindən göstərildiyi və nəticələrin “Sifarişçi” tərəfindən qəbul edildiyi qeyd edilməklə hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imza olunmaqla hüquqi ş əxslərin möhürləri ilə təsdiq edilmişdir.
49. Eyni zamanda, tərəflər arasında bağlanmış qeyd edilən müqavilənin 8.2-ci bəndində müqavilənin şərtlərinin dəyişdirilməsinə və ona əlavələr edilməsinə tərəflərin razılığı ilə yol verildiyi, müqaviləyə edilən bütün əlavə və dəyişikliklərin yazılı qaydada aparılıdığı və tərəflərin imzaları və müvafiq olaraq möhürləri ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minə biləcəyi və müqavilənin 9.3-cü bəndində müqaviləyə hər hansı dəyişiklik və əlavələrin hər iki “tərəfin” səlahiyyətli nümayəndəsi tərəfindən imzalandıqdan və möhürləndikdən sonra qüvvəyə minərək “müqavilənin” tərkib hissəsi sayıla biləcəyi konkret olaraq təsbit edilmişdir.
50. Həmçinin qeyd edilməlidir ki, müqavilənin hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq hüq uqi şəxsin möhürü ilə təsdiq edilməsi də mübahisə obyekti olmamışdır. Lakin, buna baxmayaraq müqaviləyə müqavilənin 8.2-ci və 9.3-cü bəndlərində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş hər hansı əlavə və ya dəyişikliyin tərtib və təsdiq edilməsi müəyyən olunmur.
51. Apellyasiya şikayətində qeyd edilmiş, yazılı müqavilənin 2023-cü ilin sonunda xitam olunması, tərəflər arasında aylıq 2000 (iki min) manat dəyərində müqavilə bağlanmasının şifahi razılaşdırılması, bu müqavilənin cavabdeh tərəfindən tərtib olunaraq və imzalanaraq qarşı tərəfə təsdiq üçün göndərilsə də geri qaytarılmaması barədə dəlilini təsdiq edəcək heç bir mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir.
52. O cümlədən, cavabdeh tərəfin israrla qeyd etdiyi imzalanmış yeni müqavilənin qarşı tərəfə göndərildiyini təsdiq edən poçt göndərişlərinin verilməsi haqqında xəbərnamə və ya bu barədə elektron yazışmanı əks etdirən hər hansı bir sənəd də məhkəməyə sübut kimi təqdim edilməmişdir.
53. Cavabdeh tərəf həm yeni müqavilənin şifahi şəkildə razılığa gələrək bağlandığını, həm də ki, müqavilənin imzalanaraq qarşı tərəfin də imzalanması üçün göndərdiyini iddia etdiyinə baxmayaraq, bu ziddiyyətli dəlillərinin təsdiqi ilə əlaqədar hər hansı sübut təqdim etməmişdir.
54. Ümumiyyətlə dəfələrlə rəsmi xəbərdarlıq edilərək məhkəmə prosesinin təxirə salınmasına baxmayaraq cavabdeh tərəf nümayəndəsinin məhkəmədə iştirakını və sübutların təqdim edilməsini təmin etməmişdir.
55. Konkret halda tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin dəyişdirildiyini şahid izahatları ilə birtərəfli qaydada sübut edilməyə çalışılması və ap ellyasiya şikayətində “bu tipli müqavilələrdə müqavilənin yazılı olması mütləq şərt deyildir” dəlili qəbul edilən hesab oluna bilməz.
56. Eyni zamanda tərəflərin hər hansı birinin qarşı tərəfə, müqaviləyə əlavə və ya dəyişikliyin edilməsi, eyni zamanda 02 sentyabr 2024-cü il tarixədək 11 iyun 2023-cü il tarixli, V.V.C-07 №-li “Xidmət müqaviləsi”nin xitam edilməsi barədə rəsmi müraciətinin olması faktını da təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir.
57. Apelyasiya şikayətində qeyd edilən qarşı tərəfə 10000 (on min) manat xidmət haqqının dəyərinin ödənilməsi və bunun da şahid ifadələri ilə öz təsdiqinin tapması barədə dəlili ilə bağlı qeyd edilməlidir ki, mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş, iyun 2023-cü il üçün xx.xx.2023-cü il tarixli, EBDJ 96431 4 nömrəli e-qaimə üzrə 7000 (yeddi min) manat, iyul, avqust, sentyabr 2023-cü il üçün xx.xx.2023-cü il tarixli, EBDO 378553 nömrəli e-qaimə üzrə 21000 (iyirmi bir min) manat, oktyabr 2023-cü il üçün xx.xx.2023-cü il tarixli, EBDR 881296 nömrəli elektron qaimə üzrə 7000(yeddi min) manat olmaqla, cəmi 35000 (otuz beş min) manat vəsaitin cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi iş materiallarında olan, cavabehin özü tərəfindən təqdim edilmiş sənədlərlə də mübahisəsiz şəkildə təsdiq olunur (İ cild, vərəq 227).
58. Lakin dəlildə qeyd edildiyi qarşı tərəfə 10000 (on min) manat xidmət haqqı ödənilməsini isə təsdiq edəcək məhkəməyə təqdim edilmiş hər hansı sübut ümumiyyətlə mövcud deyil.
59. Bu qəbildən olan sövdələşmələr və ödənişlə r (xüsusilə hüquqi şəxslər arasında və ya böyük məbləğlərdə) yazılı sübutlarla – kassa mədaxil orderi, bank çıxarışı və ya qəbzi ilə təsdiq olunmalıdır.
60. İddiaçı tərəfindən göndərilmiş digər elektron qaimələrin geri qaytarılması dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, həqiqətən iş materiallarında olan sənədlərlə iddiaçı təşkilatın cavabdeh təşkilata göndərilmiş 63000 (altmış üç min) manat dəyərində MT2411 seriya, 10558171 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə cavabdeh təşkilat tərəfindən xx.xx.2024-cü il tarixdə, eyni məbləğdə MT2411 seriya, 10558171 nömrəli, xx.xx.2024-cü il tarixdə göndərilmiş elektron qaimə isə xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilat tərəfindən düzəliş edilməsi üçün geri qaytarılmışdır.(İ cild, vərəq 69-71).
61. Son olaraq isə iddiaçı tərəfindən c avabdeh təşkilata göndərilmiş 63000 (altmış üç min) manat dəyərində MT2503 seriya,11646353 nömrəli xx.xx.2024-cü il tarixli elektron qaimə cavabdeh təşkilat tərəfindən xx.xx.2024-cü il tarixdə “bu məbləğdə borc olmadığına görə imtina olunur” qeydi ilə göndərənə düzəliş üçün geri qaytarılmışdır. (İ cild, vərəq 7273).
62. Həmçinin, iş materiallarında olan tərəflər arasında aparılmış “WhatsApp” yazışmalarından aydın olur ki, iddiaçı tərəfin müqaviləni birtərəfli şəkildə ləğv etdiyi anadək, yəni xx.xx.2024-cü ilədək xidmət göstərilmiş və göstərilən xidmətlə bağlı cavabdeh tərəfin hər hansı bir narazılığı ifadə olunmamışdır.
63. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində mə hkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir.
64. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmi yyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir.
65. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəl i gələn həqiqəti müəyyən etməlidir.
66. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə əsas borca və iddia qaldırıldığı müddətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış faizlərə münasibətdə düzgün nəticəyə gəlsə də, iddia qaldırılan tarixdən, yəni xx.xx.2025-ci il tarixdən əsas borc olan 63000 (altmış üç min) manata münasibətdə qətnamə icra olunan günədək ödəmənin gecikdirilməsinə görə hər gün üçün 8,63 (səkkiz manat altmış üç qəpik) manat hesablanaraq “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi hissəsində səhv nəticəyə gəlmişdir.
67. Belə ki, məhkəmə qətnaməsində nəzərdə tutulduğu kimi xx.xx.2025-ci il tarixdən 63000 (altmış üç min) manata münasibə tdə qətnamə icra olunan günədək ödəmənin gecikdirilməsinə görə hər gün üçün 8,63 (səkkiz manat altmış üç qəpik) manat hesablanaraq, cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, cavabdehin borcu hissə-hissə ödədiyi təqdirdə, hələ də ilkin azalmamış əsas borc məbləğinə hesablanmış faiz məbləğinin tutulmağına davam edilməsi qanuna uyğun hesab edilə bilməz.
68. Nəzərə alınarsa ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa nəzərdə tutulmuş qaydada icra sənədi üzrə nəzərdə tutulmuş məbləğin borclu tərəfindən könüllü və ya məcburi qaydada hissə-hissə ödənişi həyata keçirilərsə, konkret müəyyən edilmiş faiz məbləğinin ödənişi ciddi icra probleminin yaranmasına səbəb olar və belə olan halda əsas borcun zaman keçdikcə azalacağı üçün qalıq qalmış əsas borca illik beş faiz dərəcəsinin hesablanması daha dəqiq və ədalətli hesab edilməlidir.
69. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
70. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi nəzərdə tutulduğu halda, işə baxan birinci instansiya məhkəməsi hazırkı vəziyyətdə gecikdirilmiş məbləğin müəyyən edilməsi mümkün olmamasına baxmayaraq, maddi hüquq normasını pozaraq tam borc məbləği üçün illik faiz hesablanaraq tutulmasını qət etmişdir.
71. Bu nöqteyi nəzərdən qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən faizlərin hesablanması qaydası düzgün müəyyən edilməmişdir və bu hissədə qətnamə qismən ləğv edilməli, əsas borca münasibətdə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi məsələsi həll edilməlidir.
72. Bu qaydada həll edilməsi isə iddia tələbinin tam deyil qismən təmin edilməsinə səbəb olacaqdır.
73. Bu halda birinci instansiya məhkəməsinin qətnaməsi iddianın tam təmin edilməsi hissəsində ləğv edilməli və iddia qismən təmin edilməli, eyni zamanda iddia qaldırıldığı tarixdən sonrakı dövr üçün faizlərin tutulması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun tənzimlənməlidir.
74. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qətna məsi apellyasiya şikayətinin əsaslandırıldığı dəlillər əsasında deyil maddi hüquq normasının pozulduğu üçün qismən ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.
75. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
76. Birinci instansiya məhkəməsinin qətnaməsi əsas borca və iddia qaldırıldığı tarixə hesablanmış faizlərə münasibətdə qanuni və əsaslıdır, həmin hissədə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.
77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
78. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, e-2-2(123)-162/2025 nömrəli qətnaməsindən cavabdeh “X3” Məh dud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, e2-2(123)-162/2025 nömrəli qətnaməsi “İddia təmin edilsin və xx.xx.2025-ci il tarixdən 63000 (altmış üç min) manata münasibətdə qətnamə icra olunan günədək ödəmənin gecikdirilməsinə görə hər gün üçün 8,63 (səkkiz manat altmış üç qəpik) manat hesablanaraq “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin” hissələrində qismən ləğv edilməli, idda qismən təmin edilməli, iddianın qaldırıldığı xx.xx.2025-ci il tarixdən etibarən əsas borcun faktiki tam ödənildiyi günədək, əsas borc məbləğinin gecikdirilmiş hissəsinə münasibətdə faizlər illik beş faiz dərəcəsi ilə hesablanmaqla cavabde h “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, e-2-2(123)-162/2025 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
79. Bu nəticəyə gələrkən kollegiya onu da nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox Qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli Qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli Qərarı, “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli Qərarı) bunu belə ifadə etmi şdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
80. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, e-2-2(123)-162/2025 nömrəli qətnaməsi “İddia təmin edilsin və xx.xx.2025-ci il tarixdən 63000 (altmış üç min) manata münasibətdə qətnamə icra olunan günədək ödəmənin gecikdirilməsinə görə hər gün üçün 8,63 (səkkiz manat altmış üç qəpik) manat hesablanaraq “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin” hissələrində qismən ləğv edilsin. İdda qismən təmin edilsin. İddianın qaldırıldığı xx.xx.2025-ci il tarixdən etibarən əsas borcun faktiki tam ödənildiyi günədək, əsas borc məbləğinin gecikdirilmiş hissəsinə münasibətdə faizlər illik beş faiz dərəcəsi ilə hesablanmaqla cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli, e-2-2(123)-162/2025 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Al i Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Sənan Qarayev Hakimlər: Səxavət Bəylərli, Vera Kuimova