Məhkəmə qərarları › İş №2-2(108)-69/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-69/2025

24.04.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2-2(108)-69/2025 24.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Kommersiya Kollegiyası Hakimlər - X15 (sədrlik edən və məruzəçi), X22 və X23 ibarət tərkibdə, məhkəmə iclas katibi X8, iddiaçı (cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi nümayəndə1 və cavabdeh (iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi nümayəndə2 iştirakları ilə, Iddiaçı (cavabdeh) İddiaçı MMC-nin cavabdeh (iddiaçı) Cavabdeh MMC-yə qarşı “elektron qaimə əsasında yaranmış borcun ödənilməsi” və cavabdeh (iddiaçı) Cavabdeh MMCnin iddiaçı (cavabdeh) İddiaçı MMC-yə qarşı “vurulmuş maddi zərərə görə pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, 2025-ci il ## ####### tarixli qətnaməsindən iddiaçı (cavabdeh) və cavabdeh (iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. e-*-*(***)-***/**** nömrəli iş üzrə: "X12” MMC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında bağlanmış ##.##.2023-cü il tarixli * nömrəli alqı-satqı müqaviləsinin müvafiq bəndlərində tərəflər aşağıda göstərilən şərtlər barədə razılığa gəlmişlər; 1.1. Mal (mallar) - un və quş yemi müqavilə üzrə satışı tərəfindən alıcının mülkiyyətinə verilən və çeşidi (assortimenti), növü, çəkisi/tarası (miqdarı), qiyməti, zəmanət müddəti, göndərmə (çatdırılma) şərtləri və tarixi (müddəti), müqaviləyə ediləcək əlavələrdə ("Qiymətlərin razılaşdırılması protokolu"nda) göstərilən əmtəədir. Mal satıcının mülkiyyətindədir və üçüncü şəxslərin hüquqları ilə yüklü deyildir. 1.2. Malın (malların) təhvil verilməsi - əgər təklif və "Qiymətlərin razılaşdırılması protokolu"nda fərqli qeyd-şərt yoxdursa, mal satıcının ünvanında alıcıya tərəflərin imzaları və möhürlər ilə təsdiq olunmuş təhvil-təslim aktı və digər sənədlər (qaimə, vergi hesab-fakturası və s.) əsasında təhvil verilir. 1.3. Təhvil-təslim aktı - sifarişlərin yerinə yetirilməsini təsdiqləyən sənədlərdir. 2.1. Satıcı "Qiymətlərin razılaşdırılması protokolu"nda göstərilən malları verməyi (satmağı), alıcı isə müvafiq olaraq həmin malı qəbul etdikdən sonra vergilər daxil olmaqla "Qiymətlərin razılaşdırılması protokolu"nda və ya protokollarında göstərilən ümumi məbləği ödəməyi qaimə, vergi hesab-fakturası və s. təqdim edildikcə, öhdəsinə götürür. 3.1. Alıcı sifariş etdiyi malların miqdar və çeşidi barədə məlumatı özündə əks etdirən "Qiymətlərin razılaşdırılması protokolu"nu imzalayıb satıcıya təqdim edir. 3.2. Satıcı sifariş olunan malları normativ texniki sənədlərin tələblərinə uyğun olaraq istehsal edir və alıcıya təhvil verir. Tələblərə cavab verməyən mallara görə satıcı məsuliyyət daşıyır. 3.3. Mallar müqaviləyə əlavə olunan qaimə əsasında qəbul edilir. 4.4. Müqavilə dəyərinin ödənilmə müddəti və qaydası: mallar təhvil verildiyi gün alıcı tərəfindən malların dəyəri 15 gün müddətində ödənilir. 4.5. Malların dəyərinin ödənilməsi və malların satıcıdan (nümayəndəsindən) təhvil alınması üçüncü şəxslər tərəfindən də həyata keçirilə bilər. 4.6. Müqavilə əsasında bütün ödənişlər rəsmi bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Alıcı satıcı tərəfindən təqdim edilmiş qaiməyə və s. sənədlərə uyğun olaraq aldığı malların dəyərini satıcının yerləşdiyi ölkədəki bank hesabına ödəyir. Ödəmə aparılmadıqda sifarişlərin yerinə yetirilməsi dayandırılır və məsuliyyət alıcının üzərində qalır. 8.1. Müqavilə tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalandığı andan qüvvəyə minir və sonuncu sifariş icra olunduqdan 6 ay sonra, hər bir halda müqavilə imzalandıqdan 1 il sonra qüvvədən düşmüş hesab olunur.

2. Ilkin iddia tələbinə görə alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş və 210.732,30 manat borc ödənilməmişdir.

3. e-*-*(***)-***/**** nömrəli işə birləşdirilmiş e-*-*(***)-***/****) nömrəli iş üzrə: Cavabdeh MMC-nin iddiasına görə İddiaçı MMC-dən alınmış quş yemi ilə təsərrüfatında olan quşların qidalandırılması nəticəsində 2024-cü il ## ###### - 21 senyabr tarixləri arasında olan müddətdə 49.324 ədəd quş ölmüş və ona 477.456,32 manat məbləğində maddi zərər yetirilmişdir.

Iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat

5. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh (iddiaçı) ilə aralarında müxtəlif yemlərin alınması ilə bağlı alqı-satqı müqaviləsi imzalanmış və qarşılıqlı olaraq ticari əlaqələrdə olunmuşdur. Bağlanmış müqaviləyə əsasən müxtəlif vaxtlarda müxtəlif miqdarda quş yemləri cavabdeh (iddiaçı)ya satılmış və həmin satılan malların dəyəri rəsmi qaydada elektron qaimələr əsasında vurulmuşdur. Cavabdeh (iddiaçı) tərəfindən həmin elektron qaimələr təsdiq olunmuş, lakin sonuncu öz üzərinə düşən öhdəliyi tam və vaxtında icra etməmişdir. Belə ki, cavabdeh (iddiaçı)nın hazırda ona 210.732,30 manat elektron qaimədən yaranan borcu vardır. Bununla bağlı dəfələrlə danışıqlar aparılmış, lakin nəticəsi olmamışdır. Son dəfə rəsmi pretenziyada 5 gün müddətində borcun qaytarılmağı barədə cavabdeh (iddiaçı)ya xəbərdarlıq edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi, həmçinin bu zaman çəkilən xərclərin də məhkəmə qaydasında cavabdeh (iddiaçı)dan tələb ediləcəyi bildirilmişdir.

6. Iddiaçı (cavabdeh) iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 14.2-14.2.1, 324.1-324.4, 389.1-389.4, 390.1, 390.2, 425.1 və 425.2-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh (iddiaçı) 2025-ci il ## #### tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş maddi zərərə görə 477.456,32 manatın, məhkəmə xərcləri üçün ödənilmiş 768 manat dövlət rüsumunun və hüquqi xidmətlə əlaqədar vəkilə ödənilmiş 300 manatın iddiaçı (cavabdeh)dən tələb olunub ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. (iş № e-2-2(108)-255/2025).

8. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh (iddiaçı) 2020-ci il ## ###### tarixdə vergi ödəyicisiX25 kimi dövlət qeydiyyatına alınmışdır. Əsas fəaliyyət sahəsi quşçuluq təsərrüfatını həyata keçirməkdən ibarətdir.

9. 2024-cü il ## #### tarixdən başlayaraq cavabdeh (iddiaçı) tərəfindən saxlanılan quşların kütləvi ölümü baş vermişdir. Bunun səbəbini müəyyənləşdirmək, qarşısını almaq məqsədi ilə cəmiyyətdə və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən, tanıdıqları baytar həkimlərə müraciət etdikdə ilkin olaraq quşların ölümünün yem məhsulundan ola biləcəyi deyildiyindən iddiaçı (cavabdeh)ə bu barədə bildirilmiş, sonuncunun nümayəndələri tərəfindən isə quşların ölümünə səbəb quş yeminin olmadığı göstərilmişdir. Ölmüş quşlar cavabdeh (iddiaçı)nın işçiləri və baytar həkim Əli Imaninin, iddiaçı (cavabdeh)in nümayəndələri və baytar həkimi X24 adlı şəxsin iştirakları ilə araşdılılmış, hər iki baytar həkimi tərəfindən quşların ölüm səbəbinin quş yemindən zəhərlənmə olması bildirilmişdir. Tərəflərin iştirakı ilə quşların ölüm səbəbinin iddiaçı (cavabdeh)dən alınmış quş yemindən olması müəyyən edilməsinə baxmayaraq iddiaçı (cavabdeh)in rəhbərliyinin təklifi ilə quşların ölüm səbəbinin quş yemindən olmasını müəyyənləşdirmək məqsədilə razılığa gəlmişlər ki, cavabdeh (iddiaçı) tərəfindən Türkiyədən cücələr alınsın, Şərur rayonu ərazisində boş olan fabrikdə saxlanılsın, həmin quşların yemlənməsi iddiaçı (cavabdeh) tərəfindən həyata keçirilsin.

10. Cavabdeh (iddiaçı) tərəfindən Türkiyədən 45.000 ədəd quş alınaraq gətirilmiş, Şərur rayonu ərazisindəki fabrikdə saxlanılmış, quşlar iddiaçı (cavabdeh) tərəfindən cavabdeh (iddiaçı)ya satılan yemlərlə qidalandırılmış və həmin quşlar da qida zəhərlənməsindən ölmüşdür. Həmin vaxt cavabdeh (iddiaçı) tərəfindən Türkiyədən alınaraq gətirilmiş quşlar Bakı şəhərindən alınıb gətirilmiş quş yemi ilə yemləndirilmiş, həmin quşlarda ölüm hadisəsi, qida zəhərlənməsi baş verməmişdir.

11. 2024-cü il ## #### tarixdən başlayaraq qısa müddət ərzində cavabdeh (iddiaçı)ya məxsus 49.324 ədəd quş ölmüşdür.

12. Iddiaçı (cavabdeh) tərəfindən satılmış quş yemi Türkiyə Respublikasının Konya şəhərindəki NutriLab özəl qida və yem analizi laboratoriyasında analiz olunmuş, ##.##.2024-cü il tarixli 080820241560 barkod nömrəsi ilə verilmiş nəticəyə əsasən yem məhsulları keyfiyyətə uyğun olmamışdır. Həmin analizin nəticəsindən göründüyü kimi keyfiyyət və yararlılıq dərəcəsinə görə keyfiyyətsiz və yararsız məhsuldur. Bu analizin nəticəsindən məlum olur ki, quş yemi üçün müəyyən olunmuş zülallar, karbohidratlar və zəruri elementlər yem tərkibində aşkar olunmamışdır.

13. Quşların kütləvi ölümünün yem məhsulundan olmasını iddiaçı (cavabdeh)lə müzakirə etdikdən sonra razılığa gəlmişlər ki, vurulmuş zərərin bir hisəsinin əvəzi olaraq sonuncu tərəfindən satılmış yem məhsulunun dəyərinin bir hissəsini ödəməməklə əvəzləşdirilsin, alınmış yem məhsulunun bir hissəsinin dəyəri isə 2 il müddətində hissə ilə ödənilsin. Iddiaçı (cavabdeh) quş yeminin keyfiyyətində olan çatışmamazlıqları qəbul etmiş və bu çatışmamazlıqları aradan qaldırmaqla keyfiyyətli quş yemi satacağını vəd etmişdir.

14. Cavabdeh(iddiaçı) tərəfindən satılmış quş yeminin keyfiyyətsiz olması səbəbindən quşların ölümü nəticəsində cavabdeh (iddiaçı)ya hər bir quşun orta çəkisi 2,2 kq, 49.324 baş quşun ümumi çəkisi 108.512,80 kq, 1 kq quş ətinin satış qiyməti 4,40 manat olmaqla, 477.456,32 manat maddi zərər dəymişdir.

15. Dəymiş zərərin və satılmış quş yemi məhsulunun dəyərinin ödənilməsinə dair aralarında olan şifahi razılaşmaya iddiaçı(cavabdeh) tərəfindən əməl olunmamış, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

16. Cavabdeh (iddiaçı) iddia ərizəsində Mülki Məcəllənin 6.1, 6.1.7-6.1.9, 14.2 və 14.2.6, 21.1, 21.2, 588.1, 589.1, 589.2, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1099.1, 1128.1, 1128.3, 1128.6, 1128.8, 1129.1, 1129.2, 1129.3 və 1130.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 4.1, 26.1 və 35.2-ci maddələrinə istinad etmişdir.

17. e-*-*(***)-***/**** nömrəli iş üzrə qəbul olunmuş ##.##.2025-ci il tarixli qərardadla həmin iş e-*-*(***)-***/**** nömrəli kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilmişdir.

18. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, 2025-ci il ## ####### tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməyərək rədd olunmaları və ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət olunmuşdur. (hakim Qabil Məmmədov)

19. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Müəyyən edilmişdir ki, tərəflər arasında sahibkarlıq fəaliyyətinin yaranması üçün alqısatqı müqaviləsi bağlanmamışdır. Birinci tələb üzrə iddiaçı (cavabdeh)in təqdim etdiyi ##.##.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "X14” MMC ilə "xxxx” MMC arasında məhsulların satışının reallaşması barədə razılıq olmuşdur. Bundan başqa, ##.##.2024-cü il və ##.##.2025-ci il tarixli alqı-satqı müqavilələrindən görünür ki, iddiaçı (cavabdeh)lə cavabdeh (iddiaçı) arasında mal satışının reallaşması barədə razılıq olması qeyd olunmuş, müqavilə satıcı - iddiaçı (cavabdeh) tərəfindən təsdiqlənmiş, cavabdeh (iddiaçı) tərəfindən təsdiqlənməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi isə cavabdeh (iddiaçı)ya qarşı verilmişdir. Göründüyü kimi "xxxx” MMCX25 ilə cavabdeh (iddiaçı) (VÖEN **********) eyni cəmiyyətlər deyildir.

20. Məhkəmə təqdim olunan elektron qaimələrə münasibətdə bildirir ki, qaimələr müqavilə əsasında görülən işlərə dair yaranan hüquqi sənəd olduğundan, müqavilə olmadığı üçün həmin işlərin görülməsinə qanuni əsaslar olmadığından, qaimələrin tərtibatı zərurəti olmadığından həmin sənədlərin də sübutedici əsas qüvvəsi yoxdur.

21. Həmçinin məhkəmə birinci tələb üzrə iddiaçı (cavabdeh)in təqdim etdiyi satış fakturalarına münasibətdə qeyd edir ki, fakturalar "X14” MMC-nin adından 2024-cü ildə tərtib olunduğundan sübut sənədi olaraq qəbul oluna bilməz. Belə ki, ##.##.2023-cü il tarixli cavabdeh (iddiaçı)nın iştirakçılarının ümumi yığıncağının qərarından görünür ki, "X14” MMC-nin adı dəyişdirilərək "X13” MMC edilmişdir. Həmçinin satış fakturasının yaranması üçün tərəflər arasında müqavilə zərurəti vardır.

22. Məhkəmə birinci tələb üzrə iddiaçı (cavabdeh)in təqdim etdiyi ##.##.2024-cü il tarixli "xxxx” MMC-nin *****a nömrəli sınaq protokoluna münasibətdə qeyd edir ki, həmin sənədin sübut olaraq qəbulu əsasları yoxdur. Belə ki, protokoldan görünür ki, iddiaçı (cavabdeh) tərəfindən təqdim olunan 6 ədəd ölü toyuq müayinədən keçirilmiş, ekspertiza zamanı hər hansı zəhərlənmə əlaməti görülməmişdir. Quşlarda boğulma halları müşahidə edildiyindən havalandırma sisteminə diqqət edilməsi tövsiyə olunmuş, bronxitin aşkar olunması qeyd edilmişdir.

23. 6 ədəd toyuğun iddiaçı (cavabdeh)ə cavabdeh (iddiaçı) tərəfindən təqdim olunması, iddiaçı (cavabdeh)in həmin toyuqları "xxxx” MMC-yə təqdim etməsi sübutları məhkəməyə təqdim edilməmişdir.

24. Birinci tələb üzrə iddiaçı (cavabdeh) fakturada Şərur broylerə quş yemi təhvil verməsini qeyd etmişdir. Şərur broylerə quş yemi təhvil verilməsinə görə cavabdeh (iddiaçı)nın borclu olmaqla cavabdehlik daşıması barədə sübutlar isə məhkəməyə təqdim olunmamışdır.

25. Məhkəmə iş üzrə tərəflərin izahatlarında və şahidlərin ifadələrində göstərdikləri iddiaçı (cavabdeh)dən cavabdeh (iddiaçı)ya quş yeminin verilməsi fikirlərinə münasibətdə qeyd edir ki, bu hallar sübut kimi qəbul oluna bilməz. Belə ki, həmin fikirlərin dəqiq olmayaraq real sübutlarla təsdiq olunmadığını, məqsədli olaraq iddia tələblərinə münasibətdə səsləndirildiyini, dəqiq olaraq miqdar və məbləğ baxımından real fikirlər olmadığını, iddia tələblərinin maddiyatla əlaqədar olmasına uyğun izahat və ifadə olmadığını nəzərə alaraq məhkəmə bu halların sübut olaraq qəbul olunmasının qanuni əsaslarını görmür. Izahatlarda mal satılmasının baş verməsinin olduğu qeyd olunsa da, real olaraq tələbin təsdiqi barədə izahatlar verilməmişdir.

26. Məhkəmə həmçinin bildirir ki, bu xarakterli mübahisələrdə tərəflər arasında müqavilə olması zərurəti vardır, qeyd olunan əsaslarla birinci tələb üzrə iddianın təmini əsaslarını görmür.

27. Məhkəmə ikinci tələb üzrə təqdim olunan sübutlara, izahat və ifadələrə qiymət verərək qeyd edir ki, tələbin təmini üçün əsaslar yoxdur.

28. Məhkəmə qeyd edir ki, cavabdeh(iddiaçı) iddiaçı(cavabdeh) tərəfdən onlara mal satılması barədə real sübutları təqdim edə bilməmişdir. Belə ki, birinci tələb üzrə cavabdeh (iddiaçı) iddiaçı (cavabdeh)in iddiasının əsassızlığını aralarında müqavilənin olmaması ilə əsaslandırmışdır. Hazırkı tələblərində də sübut olaraq müqavilənin olması barədə sübutları təqdim etməmişdir.

29. Məhkəmə, həmçinin bildirir ki, cavabdeh (iddiaçı) ətlik quş yetişdirməsi fəaliyyəti ilə məşğul olması, həmçinin quşların gətirilməsi, cavabdeh (iddiaçı)ya qəbulu barədə sübutları təqdim etməmişdir.

30. Məhkəmə ikinci tələb üzrə təqdim olunmuş ##.##.2024-cü il tarixli 49.324 ədəd quşun zəhərlənərək tələf olması barədə akta, eyni zamanda gündəlik quş tələfatına dair tərtib olunmuş aktlara münasibətdə qeyd edir ki, quşların say olaraq tələf olması barədə akt tərtibatı mümkün ola bilər, zəhərlənərək tələf olması aktla deyil, rəylə sübut olunması zərurəti olduğundan sübut sənədi kimi qəbul oluna bilməz.

31. Həmçinin ikinci tələb üzrə təqdim olunmuş NutriLab özəl qida və yem analiz laboratoriyasının (Türkiyə) müayinə nəticələrinə dair sənədə münasibətdə məhkəmə qeyd edir ki, müayinə üçün yemin haradan götürülməsi və laboratoriyaya təqdim olunması sübutları təqdim olunmadığından sübut əhəmiyyətli sənəd kimi qəbul oluna bilməz.

32. Məhkəmə cavabdeh (iddiaçı)nın nümayəndəsi nümayəndə2 məhkəmədə verdiyi izahatına və təqdim olunan əmək müqaviləsinə əsasən qeyd edir ki, təqdim olunan gündəlik cücə təlafatı aktları imzalarla təsdiq olunarkən rəsmi işçilər tərəfindən təsdiq olunması təsdiqini tapmır. Belə ki, nümayəndə2 ##.##.2025-ci il tarixdən cavabdeh (iddiaçı) cəmiyyətdə mühasib olaraq fəaliyyətə başlaması görsənsə də, 2024cü ilin avqust-sentyabr aylarında tərtib olunan aktlarda mühasib olaraq imza etmişdir.

33. Bundan başqa, təqdim olunan çəkilişə münasibətdə məhkəmə qeyd edir ki, çəkilişin sadə qaydada mobil telofon vasitəsi ilə aparılması qeyd olunmaqla zaman baxımından bilinməməklə tələf olmuş quşların kisələr vasitəsilə lafet üzərinə yığılmasını əks etdirir. Bu çəkilişlə quşların zəhərlənmədən ölməsi təsdiqini tapmır.

34. Məhkəmə qeyd edir ki, cavabdeh (iddiaçı) 477.456,32 manat zərər tələb etsə də, məbləğə dair real sübutları da təqdim etməmişdir. Şəxsi yanaşma ilə bir quşun orta çəkisini 2,2 kq, qiymətini kq üzrə 4,40 manat müəyyən etmişdir.

35. Məhkəmə hər iki iddiaçı tərəfindən təqdim olunan elektron qaimələrə, satış fakturalarına əsasən bildirir ki, tərəflər arasında müqavilə əsasında işlərin görülməsi nəzərdə tutulduğundan təqdim olunan sənədlər sübut kimi qəbul oluna bilməz.

36. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən edir ki, birinci tələb üzrə iddiaçı tərəfindən 210.732,30 manat dəyərində malların verilməsi və xidmətlərin göstərilməsi, eyni zamanda ikinci tələb üzrə 477.456,32 manat məbləğində zərər tələbinin təqdim olunan sənədlərlə təsdiqini tapmaması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir.

37. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 329.2, 329.3, 385.1, 425.1, 442 və 567-ci, Mülki Prosessual Məcəllənin 14.2, 107, 108.2, 119.1, 217.5, 220.4 və 220.5-ci maddələrinə, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin 3-cü bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) “HYPERLINK "https://www.constcourt.gov.az/az/decision/136" S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il ## ###, “N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il ## #### tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

38. 2025-ci il ## ###### tarixdə iddiaçı (cavabdeh) tərəfindən apellyasiya şikayəti verilərək e-*-*(***)-***/**** nömrəli 2025-ci il ## ####### tarixli qətnamənin öz iddiasına münasibətdə qismən ləğv olunması və iddiaçı (cavabdeh)in cavabdeh (iddiaçı)ya qarşı “pul” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul olunması, 2025-ci il ## ###### tarixdə isə cavabdeh (iddiaçı) tərəfindən apellyasiya şikayəti verilərək qeyd olunan qətnamənin cavabdeh (iddiaçı)nın iddiaçı (cavabdeh)ə qarşı iddia tələbinə dair hissəsində ləğv edilməsi, həmin iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

Apellyasiya şikayətlərinin dəlilləri

Iddiaçı (cavabdeh)in apellyasiya şikayəti üzrə:

39. Mülki Məcəllənin 2.1, 2.2, 6.1-6.1.5, 14.1-14.2.1-ci maddələri üzrə - birinci instansiya məhkəməsi bu maddi hüquq normalarını nəzərə almamış, tərəflər arasında müqavilə münasibətlərinin olmamasına istinad etmiş, müqavilənin cavabdeh (iddiaçı) tərəfindən imzalanmadığını qeyd etmişdir. Halbuki işə baxılarkən verilmiş izahatlardan aydın olur ki, tərəflər arasında ticari adətlər və işgüzar münasibətlər olmuş, hətta iş üzrə cavabdeh (iddiaçı) iddiaçı (cavabdeh)lə ticarət əlaqəsində olduğunu, iddiaçı (cavabdeh)dən yem aldıqlarını qeyd etmişdir. Bu fakt həm cavabdeh (iddiaçı)nın direktorunun, həm də nümayədənin izahatı ilə öz təsdiqini tapmış və işin mübahisəsiz halına çevrilmişdir. Məhkəmənin müqavilənin olmaması və ya imzalanmamasına istinad edərək iddianı rədd etməsi heç bir halda qəbul edilən ola bilməz. Məhkəmə təqdim olunmuş elektron qaimə və satış fakturalarına düzgün hüquqi qiymət verməmiş və həmin satış fakturalarının sübut kimi nəzərə alına bilməməsini qeyd etmişdir. Halbuki iddiaçı (cavabdeh)in adı əvvəlcə “X14" MMC olmuş, sonradan dəyişdirilərək “X13" MMC edilmişdir. Cəmiyyətin daxili sənədi sayılan satış fakturalarında adın düzəldilməməsi həmin sübutun mötəbərliyinə kölgə sala bilməz. Işin faktiki halları ilə bu tam təsdiqini tapır.

40. Mülki Prosessual Məcəllənin 76.1-76.2-ci maddələri üzrə - birinci instansiya məhkəməsi istinad olunan maddələrin tələblərini pozmuş, sübutlara, təqdim olunmuş Şərur broyler yazılan satış fakturalarına da düzgün hüquqi qiymət verməmişdir. Belə ki, tərəflərin izahatından tam aydın olur ki, tərəflər arasında işgüzar münasibətlər olmuş, hətta Şərurda cavabdeh (iddiaçı)nın fəaliyyət göstərməsi və həmin yerə yemlərin aparılması öz təsdiqini tapmışdır.

41. Mülki Prosessual Məcəllənin 80-ci maddəsi üzrə - iddiaçı (cavabdeh) tərəfindən iddianın uğurlu həlli üçün bütün lazımi sübutlar məhkəməyə təqdim olunmuşdur.

Cavabdeh (iddiaçı)nın apellyasiya şikayəti üzrə:

42. Işin halları üzrə - cavabdeh (iddiaçı)nın iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnamədə istinad etdiyi əsaslar iş materiallarında olan sübutlarla təkzib olunur. Belə ki, iddiaçı (cavabdeh) tərəfindən cavabdeh (iddiaçı)ya 2024-cü ilin ## ####-09 avqust aralığında quş yemi satılması iş materiallarına əlavə olunmuş satış fakturaları ilə təsdiq edilir. Həmin malların cavabdeh (iddiaçı) tərəfindən alınması cəmiyyətin anbar müdiri şahid4 imzası və möhür ilə təsdiqlənmişdir. Şahid qismində dindirilən şahid4 göstərilən yemlərin qəbul edilərək anbara mədaxil edildiyini və quşların yemlənməsində istifadə olunduğunu təsdiq etmişdir.

43. Şahid qismində dindirilmiş iddiaçı (cavabdeh)in icraçı direktorun müavini işləyən şahid5 məhkəməyə verdiyi izahatında cavabdeh (iddiaçı)ya quş yemi satıldığını, sonradan quşların kütləvi ölümü ilə bağlı tərəflər arasında müzakirələr aparıldığını, quşların ölümünün səbəblərini müəyyənləşdirmək üçün ölmüş quş və quş yemindən nümunələrin götürülüb Türkiyə və Bakı laboratoriyalarına göndərildiyini bildirmişdir.

44. Quşların ölüm səbəbinin iddiaçı (cavabdeh)in istehsal etdiyi quş yemi ilə əlaqədar olub-olmamasını müəyyən etmək üçün cavabdeh (iddiaçı) tərəfindən Türkiyədən 45.000 baş və 25.000 baş cücə alınaraq gətirilmiş, 45.000 baş cücə iddiaçı (cavabdeh) tərəfindən Şərur broylerdə sonuncunun istehsal etdiyi quş yemi ilə yemlənməklə saxlanmış, 25.000 baş cücə isə cavabdeh (iddiaçı) tərəfindən həmin cəmiyyətə məxsus yerdə saxlanmaqla Türkiyədən alınmış quş yemi ilə yemlənmişdir. Cücələrin saxlandığının 22-25-ci günlərində Şərur broylerdə saxlanılan quşlar kütləvi şəkildə ölməyə başlamış, quşların ölümünün qarşısını almaq məqsədi ilə cavabdeh (iddiaçı)nın direktoru təklif etmişdir ki, quşların iddiaçı (cavabdeh)in istehsal etdiyi quş yemi ilə yemləndirilməsi dayandırılsın, quşlar Türkiyədən gətrilmiş quş yemi ilə yemlənsin. Türkiyədən gətirilmiş quş yemi ilə quşların yemləndirilməsi vaxtından quşların ölümü dayanmışdır. Həmin müddətdə cavabdeh (iddiaçı) tərəfindən saxlanılan və Türkiyədən alınmış quş yemi ilə yemlənmiş quşlarda ölüm hadisəsi baş verməmişdir.

45. Məhkəmə cavabdeh (iddiaçı)ya məxsus 49.324 ədəd quşun zəhərlənərək tələf olmasının gündəlik quş tələfatına dair tərtib olunmuş aktlarla mümkünlüyünü qəbul etmiş, lakin quşların tələf olmasının aktla deyil, rəylə sübut olunması zərurəti olduğundan quşların ölüm səbəbinin quş yemindən olmasını sübut kimi qəbul etməmişdir.

46. Quşların ölüm səbəbinin keyfiyyətsiz yemlə bağlı olması laborator analizlərlə də təsdiq edilir. Nutrilab laboratoriyasının (Türkiyə) ##.##.2024-cü il tarixli rəyinə əsasən, yem məhsulları normativ keyfiyyət göstəricilərinə uyğun olmamış, tərkibində zəruri qida elementləri aşkar edilməmişdir. Eyni zamanda X6 (Iran) tərəfindən aparılmış analiz nəticələrinə görə yemin protein və enerji balansı normativlərdən kəskin şəkildə kənara çıxmışdır, bu balanssızlıq quşlarda metabolik xəstəliklərin, immun zəifliyinin, skelet pozğunluqlarının və kütləvi ölüm hallarının başvermə ehtimalını artırır.

47. Iddiaçı (cavabdeh) tərəfindən istehsal olunan quş yemindən nümunənin götürülüb analiz olunması üçün Türkiyəyə göndərilməsi iş materiallarına əlavə olunmuş sənədlərlə sübuta yetirilmişdir.

48. Cavabdeh (iddiaçı)nın 477.456,32 manat məbləğində zərər tələb etməsinə dair real sübutlar təqdim etməməsinə dair məhkəmənin mövqeyi qanuni və əsaslı ola bilməz. Cavabdeh (iddiaçı) tərəfindən quşların ölümü nəticəsində dəymiş maddi zərərin məbləği saxlanılan quşların satışa çıxarılma çəkisi və satış qiymətlərinə əsasən hesablanmışdır. Belə ki, hər quşun orta çəkisi 2,2 kq, satış qiyməti isə 4,40 manat götürülməklə 108.512,80 kq məhsula görə ümumilikdə 477.456,32 manat zərər müəyyən edilmişdir. Cavabdeh (iddiaçı)ya maddi zərər dəyməsi mötəbər sübutlarla təkzib olunmadığından iddia tələbi həmin məbləğdə təmin olunmalıdır.

49. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələri üzrə - iddiaçı tərəfindən quşların ölümü ilə əlaqədar dəymiş maddi zərərin miqdarı və hesablanma qaydası iddia ərizəsində göstərilmiş, quşların gündəlik ölümünə və cəsədlərinin utilizasiya olunaraq basdırılmasına dair aktlar sübut olaraq iş materiallarına əlavə olunmuş, ölmüş quşların sayı gündəlik ölüm aktları ilə hesablanmış, hər bir quşun orta çəkisi və quşların bazarda satış qiyməti əsas götürülməklə dəymiş maddi zərər hesablanmışdır.

50. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələri üzrə - iddiaçı (cavabdeh)in cavabdeh (iddiaçı)ya satdığı quş yeminin təsirindən quşların ölüm hadisəsi baş verməsi üç üsul ilə - həm quş yeminin laborator analizi vasitəsi ilə, həm quşların ölüm səbəbinin müəyyən olunması üçün laborator müayinələrdən keçilməsi ilə, həm də praktik olaraq yeni alınmış quşların iddiaçı(cavabdeh)ə məxsus quş yemi ilə qidalandırılması, digər yeni alınmış quşların Türkiyədən alınmış quş yemi ilə qidalandırılması ilə sübuta yetirilmişdir. Bu halda məhkəmə nəzərə almalıdır ki, yeni alınmış quşların cavabdeh (iddiaçı)ya məxsus fermalarda saxlanması zamanı ölüm hadisəsinin baş verməməsi, iddiaçı (cavabdeh)in quşların saxlanması zamanı havalandırmada olan problemlərdən ölümünə dair mülahizələrini istisna edir.

51. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəainin II hissəsi, Mülki Məcəllənin 588.1, 589.1, 589.2, 1097.1,1097.3, 1128.1, 1128.3, 1128.6, 1128.8, 1129.1- 1129.3 və 1130.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1 və 14.2-ci maddələri üzrə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni ifadə edən izah verilməmişdir.

52. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi üzrə - birinci instansiya məhkəməsi işin cavabdeh (iddiaçı)nın iddia tələbinə dair hallarına və həmin hallara dair sübutlara düzgün hüquqi qiymət verməmişdir. "xxxx” MMC-yə ##.##.2024-cü il tarixdə akkreditasiya attestatı verilmişdir. Məhkəmə qanunla müəyyən olunmuş əsaslarla laborator analizi aparmağa səlahiyyəti olmayan "xxxx” MMC-nin quşların ölümünə dair verdiyi analizə istinad etmişdir, bununla bağlı məhkəmənin mövqeyi əsassız və qanunsuzdur. "xxxx” MMC-nin ##.##.2024-cü il tarixli *****a nömrəli sınaq protokolunda quşların ölümünə səbəb femurbaşı nekrozu və s. olması qeyd olunmuş, məhkəmə bu halların hansı səbəbdən yaranmasına qiymət verməmişdir.

53. Mülki Prosessual Məcəllənin 81-ci maddəsi üzrə - məhkəmə qətnamə qəbul edərkən işin həllində prossesual qanunvericiliyin tələblərini düzgün tətbiq və təfsir etməmişdir. Məhkəmə normaları elə seçib tətbiq etməlidir ki, mülki prossesual hüququn əsas müddəlarından biri olan qanunçuluq prinsipinin pozulması ilə nəticələnməsin. Qətnamənin qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

54. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması üzrə - iş materiallarına quşların ölümünə və ölmüş quşların utilizasiyasına dair aktlar əlavə olunmuşdur. Bu aktlar Nehrəm qəsəbə bələdiyyəsinin və Babək Rayon Icra Hakimiyyətinin Nehrəm qəsəbə nümayəndəsinin iştirakları ilə tərtib olunmuş və ölmüş quşların utilizasiyası onların iştirakları ilə aparılmışdır. Məhkəmə tərəfindən həmin aktlara, aktların tərtib olunmasında iştirak etmiş şəxslərin məhkəmədə şahid qismində dindirilmələri zamanı izahatlarına qanunla müəyyən olunmuş əsaslarla qiymət verilməmişdir. Nutrilab laboratoriyasının (Türkiyə) müayinə nəticələrinə dair aktını məhkəmənin müayinə üçün yemin haradan götürülməsi və laboratoriyaya təqdim olunmasına dair sübut təqdim olunmadığından qəbul etməməsi əsassızdır. Analizə təqdim olunmuş quş yeminin iddiaçı (cavabdeh) tərəfindən cavabdeh (iddiaçı)ya satılmış quş yemi olmasını sonuncu bildirmişdir. Onun əksini təsdiq edən sübutlar olmadığından məhkəmənin gəldiyi mövqe əsassız və qanunaziddir.

55. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi üzrə - məhkəmə iddiaçı(cavabdeh) tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli *****a nömrəli sınaq protokoluna münasibətdə sübutun qəbul olunması üçün əsasların olmaması nəticəsinə gəlməkdə əsassız olmuşdur. Belə ki, məhkəmə baxışı zamanı sübuta yetrilmişdir ki, 2024-cü ilin iyul-sentyabr aylarında cavabdeh(iddiaçı)ya məxsus quşların kütləvi surətdə ölməsi və ölümə səbəbin qidalanma üçün verilmiş yemdən olması tərəfər arasında mübahisə yaratmışdır. Ölümün səbəbini müəyyən etmək üçün tərəfər araşıdrma aparmış, iddiaçı (cavabdeh) tərəfindən 6 baş ölü toyuq müayinədən keçirilmişdir. “xxxx” MMC-nin həmin tarixdə quşların ölümü ilə əlaqədar analiz aparmaq səlahiyyətinin olmamasına məhkəmə tərəfindən qiymət verilməli və ölümün səbəbinə dair hissədə rəyi qəbul etməməli, quşların ölümünə münasibətdə, quşlarda yem qidalanması ilə bağlı yaranmış çatışmamazlıqlarla bağlı hissədə sübutu cavabdeh (iddiaçı) qəbul etdiyindən qəbul olunmalıdır.

56. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə - birinci instansiya məhkəməsi cavabdeh (iddiaçı)nın iddia tələbinə dair qətnamə qəbul edərkən Mülki Prosessual Məcəllənin 193 və 220.4-cü maddələrinin tələblərinə uyğun olmayan qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətlərinə qarşı etirazların dəlilləri

57. Mülki Prosessual Məcəllənin 367.2-ci maddəsində nəzərdə tutulan müddətdə apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi

58. Işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, iddiaçı (cavabdeh)in ##.##.2025-ci il tarixli vəsatətində ##.##.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınması, növbəti məhkəmə iclasında vəkili və nümayəndəsinin məhkəmə iclasında iştirak edəcəyi göstərilmiş,##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında nümayəndəsi vəkillə hələlik müqavilə bağlanmadığını bildirmiş, ##.##.2026-cı il tarixdə məhkəmə iclasında nümayəndəsi iştirak edərək vəkilnümayəndə ilə təmsil olunmaq üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, ##.##.2026-cı il tarixli ərizədə ##.##.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasının vəkil və nümayəndə ilə təmsil olunmasına şərait yaradılması üçün təxirə salınması xahiş edilmiş, prosesin çəkişmə prinsipinin təmin edilməsi üçün məhkəmə iclası bir neçə dəfə təxirə salınsa da, iddiaçı (cavabdeh)in nümayəndəsi (vəkili və nümayəndəsi) məhkəmə iclaslarına gəlməmiş və ona göndərilmiş sorğulara cavab verilməmişdir.

59. Iddiaçı (cavabdeh)in nümayəndəsi nümayəndə3 ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında vermiş olduğu izahatında göstərdi ki, o, apellyasiya şikayətini müdafiə edir, qarşı tərəfin apellyasiya şikayətini isə qəbul etmir. Onlar cavabdeh (iddiaçı)ya malları müqavilə və elektron qaimələr əsasında satmışlar. Ümumi olaraq təxminən 211.000 manat dəyərində məhsul təqdim olunmuş, lakin həmin məbləğ üzrə ödəniş edilməmişdir. Qarşı tərəfin iddialarını qəbul etmir, çünki həmin tələb əsassızdır. Onlar müqavilədən kənar heç bir satış həyata keçirməmişlər. Bütün mallar yalnız müqavilə və elektron qaimələr əsasında verilmişdir. Müqavilənin tarixini hazırda dəqiq xatırlamır, lakin növbəti məhkəmə iclasında həmin müqaviləni təqdim edəcəkdir. Satılan məhsullar əsasən qarışıq və ətlik quş yemindən ibarət olmuşdur. 211.000 manat məbləğ üzrə üzləşmə aktı tərtib olunmamışdır, ola bilər ki, digər məbləğlər üzrə belə akt mövcuddur, lakin onun tarixi hazırda yadında deyil. Mal anbardan çıxan kimi dərhal elektron qaimə tərtib olunur. Həmin qaimə qarşı tərəfə göndərilir və əgər 5 gün ərzində geri qaytarılmırsa, avtomatik təsdiq olunur. Onlar yalnız müqavilə bağladıqları müəssisələrə mal verirlər. Həmin müəssisələr əvvəlcədən sifariş verir, onlar da anbarda mal olduqda onlara təqdim edirlər. Gələn şəxslərdən ayrıca etibarnamə tələb etmirlər, çünki qarşı tərəfi tanıyırlar və münasibətləri müqaviləyə əsaslanır. Tanımadıqları şəxslərə isə ümumiyyətlə mal verilmir. Ödənişlər həm nağd, həm də bank köçürməsi ilə həyata keçirilmişdir. Bəzən ödəniş həmin gün, bəzi hallarda isə mallar nisyə qaydada verilərək 1-2 ay sonra ödəniş edilmişdir. Təqdim olunmuş 25 elektron qaimə üzrə heç birinə dair ödənişin olmamasını tam deyə bilmir. Şərur broyler müəssisəsi Mamed müəllimə məxsusdur və onlarla bağlılığı yoxdur. Lakin həmin yeri Şərur broyler onlara icarəyə vermiş, onlar həmin yeri ortaq olaraq götürüb cücə böyütmüşlər. Bu səbəbdən bəzi satış fakturalarında malların getdiyi yerə uyğun olaraq Şərur broyler adı qeyd olunmuşdur. ** AF *** dövlət nömrə nişanlı avtomobil iddiaçı (cavabdeh)ə məxsusdur və yemlər həmin avtomobillə Şərur broylerin ərazisinə daşınmış, qarşı tərəfin nəqliyyat vasitəsi olmadığı üçün daşımaları onların sürücüləri həyata keçirmişlər. Islam Vəliyev onların sürücüsü, Elvin Məmmədov isə satış şöbəsinin mühasibidir. M.Kərimov adlı şəxsi tanımır, Vüsal Isayev isə onların işçisidir. Mallar öz işçiləri tərəfindən qəbul olunaraq digər işçilərinə təhvil verilmişdir. Şərur broylerlə iş materiallarında borc varsa, onu da tələb edirlər. Onlar ortaq iş görürmüşlər. Mal alan istehsalçı Nehrəm broyler olduğuna görə onlar qaimələri elə kəsməli olmuşlar, icarə götürdükləri Şərur broylerin adına qaimə vura bilməzdilər. Cavabdeh (iddiaçı) yemin pulunu, toyuqdan çıxan gəlirin hamısını ödəniş edəcək, əgər gəlir əldə olunsaydı, 50-50-yə bölünəcəkdi. 25 elektron qaimədən neçəsinin Şərur broylerə aidliyini, həmin yerdən qazanc əldə edildiyini, Şərur broyler ilə ortaqlığın hansı müddətdə olduğunu bilmir, quşların məhz həmin ərazidə saxlanılmasının səbəbləri barədə də məlumatı yoxdur. Onun quşların ölümü barədə heç bir məlumatı yoxdur. Əgər quşların ölümü olarsa, bu barədə onlarda yem istehsal edən müəssisənin müdiri və direktora məlumat verilir. Digər müəssisələr yemə görə onları məhkəməyə verməmişlər.

60. Iddiaçı (cavabdeh)in nümayəndəsi nümayəndə1 ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında vermiş olduğu izahatında göstərdi ki, apellyasiya şikayətini müdafiə edir, qarşı tərəfin isə apellyasiya şikayətini qəbul etmir. Sənədlərdə qeyd etdikləri kimi digər alqı-satqılar olmuşdur. Sadəcə onların açıqda qalan 25 qaimə ilə bağlı iddialarıdır. Digər qaimələrin pulu ödənilmişdir, lakin yerdə qalan 25 qaimə üzrə 211.000 manat borc olduğuna görə onu tələb edirlər. Laboratoriya analizlərində qeyd edilmişdir ki, həmin analizlər avqusta ayında aparılmışdır. Bunların hamısı isə digər aylarda 8000, 9000 manat məbləğlərində olan qaimələrdir. Bu qədər kütləvi məhsul olanda bir və yaxud iki qaimə əsasında təqdim olunması onlar üçün qeyri-müəyyən olur. Birdən-birə bu qədər kütləvi tələf olma da prosesin fərqliliyini göstərir. Göndərilən qaimələr 5 iş günü ərzində sistem tərəfindən təsdiqlənir. Satış nümayəndələri malı götürən şəxsin yanında onların elektron qaiməsini sistemlərinə vurub kağızlarını imzalayırlar. Sonra həmin mal mühafizədə baxılıb qapıdan çıxarılır. Bunların hamısı sistemdə ardıcıl olaraq gedir. Satış bölməsi onun iştirak etmədiyi bir bölmə olduğundan, bəlkə də gözdən qaçan bir şey olar. Islam Vəliyev onların sürücüsü, Elvin Məmmədov satıcı işləmişlər, Nurlan Kərimov və Məhərrəm Kərimov barədə məlumatı yoxdur. Şərur broylerlə bağlı onu deyə bilər ki, orada quşçuluq olmuşdur deyə onlardan yem almışlar. Onlar malı elektron qaimə vasitəsilə göndərmişlər. Yemin Şərur broylerə getməsinin, elektron qaimənin isə cavabdeh (iddiaçı)ya yazılmasının səbəbini bilmir. şahid4 anbardar olub, o da sahə ərazisində olan biridir. O sadəcə gələn malları qəbul edir. Malları gəlib götürən şəxs iddiaçı (cavabdeh)dən götürən şəxsdir. Avqustun 8-dən sonra mal götürmədiklərini bildirirlər, ancaq sentyabr ayının 3-ü və 12-si iki elektron qaimə vurulmuşdur, bunlardan ən azından birini görməsələr belə, digərini “düzəlişə qaytar və yaxud ləğvini tələb et” vura bilərdilər. Apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş edir.

61. Cavabdeh (iddiaçı)nın vəkil-nümayəndəsi vəkil2 iddia ərizəsi və apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında göstərdi ki, öz apellyasiya şikayətlərini müdafiə edir, qarşı tərəfin apellyasiya şikayətini isə qəbul etmir. Qarşı tərəf apellyasiya şikayətinin məzmununda tərəflər arasında müqavilə olmadığına istinad etsə də, nümayəndəsi məhkəməyə verdiyi izahatında tərəflər arasında müqavilə münasibətlərinin və işgüzar adətlər şəklində malın alqı-satqısının olduğunu bildirir. Cavabdeh (iddiaçı) tərəfindən iddiaçı (cavabdeh)dən quş yemi alınmasının tarixləri qaimə və faktura ilə öz əksini tapmışdır. Bu mallarla quşların yemləndirilməsindən bir müddət sonra quşların kütləvi ölüm halı olmuş və ölmüş quşlar iddiaçı (cavabdeh)ə təqdim olunmuşdur ki, quşlar kütləvi surtədə ölür, ölüm səbəbi sizdən alınan yem məhsullarındandır. Şərur broyler ilə bağlı hissədə qarşı tərəfin nümayəndəsi izahatında tərəflər arasında olan münasibəti ortaqlıq münasibəti kimi təqdim edir. Birgə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tərəflər arasında nə şifahi, nə də yazılı qaydada saziş olmamışdır. Sadəcə tərəflər arasında quşların ölümü ilə bağlı münaqişənin həlli yolunda danışıqlar olmuş, bununla bağlı da tərəflər arasında razılaşma olmuşdur ki, əgər bu quş yemindən deyilsə, bunu praktikada həyata keçirək. Bunu təklif edən iddiaçı (cavabdeh) olmuş, iddiaçı(cavabdeh) tərəfindən Şərur broylerlə danışıq aparılmış və iddiaçı (cavabdeh) tərəfindən Şərur broyler icarəyə götürülmüş, cavabdeh (iddiaçı)ya bildirilmişdir ki, “biz oranı götürmüşük, siz bizə quşları verəcəksiniz, biz həmin quşları saxlayıb öz quş yemimizlə yemləyəcəyik”. Bu məqsədlə də cavabdeh (iddiaçı) tərəfindən Türkiyədən 45.000 ədəd cücə gətirilib iddiaçı (cavabdeh)ə təhvil verilmiş, bu quşların iddiaçı (cavabdeh)in istehsal etdiyi yemlə yemlənməsinin 22-ci günündən başlayaraq kütləvi ölüm hadisəsi baş vermişdir. Şərur broylerə cücə alınıb verilməsi ilə bağlı yazılı sübut iddiaçı (cavabdeh)in təqdim etdiyi satış fakturaları və qaimə fakturalardır. Eyni zamanda cavabdeh (iddiaçı) Türkiyədən 25.000 ədəd quş gətirib öz fermalarında saxlamış, həmin dövrdə bu quşlarda ölüm hadisəsi olmamışdır. Birinci instansiya məhkəməsi quşların ölüm sayı ilə bağlı halları mübahisələndirməmiş, qeyd etmişdir ki, cavabdeh (iddiaçı)nın quşları dəyərləndirməsinin əsasları yoxdur. Həmin dövrdə Naxçıvanda quş yemini analiz edən bir laboratoriya aşkar olunmamış, quşların ölümü zamanı baytarlıq xidmətinə müraciət olunsa da, demişlər ki, “bizdə belə bir xidmət yoxdur”. Quşların yeganə əlaqə vasitəsi olan təyyarə ilə Bakı şəhərinə aparılması mümkün olmadığından, onlar quşların ölümünü aydınlaşdırmaq məqsədilə Türkiyəyə müraciət etmişlər. Tərəflərin direktorları bir-birinə etimad etdiklərindən qarşılıqlı surətdə ölümün səbəbini araşdırmaq üçün müəyyən proseduralardan keçmiş, həmin dövrdə bununla bağlı mübahisə də yaratmamışlar. Hətta yem məhsullarında belə endirim olunub ki, dəymiş zərərin əvəzini çıxartsınlar. Belə bir sənəd iş materiallarına əlavə olunmasa da, qaimə və fakturalardan görsənir. Cavabdeh (iddiaçı) olaraq 25 elektron qaimə-faktura üzrə mal alışını təsdiqləmirlər, sadəcə mühasib səhlənkarlıq edib həmin elektron qaimələri qaytarmamışdır.

62. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında isə cavabdeh (iddiaçı)nın vəkil-nümayəndəsi göstərdi ki, hazırkı mərhələdə qarşı tərəf ## ###### 2023-cü il tarixdə bağlanmış müqaviləni təqdim edərək bildirir ki, “axtarıb tapmışıq” və bu müqavilə əsasında tələblərini əsaslandırmaq istəyir. Bu müqavilə tərəflər arasında olan hüquq münasibətlərinin sonrakı proseslərini həyata keçirmək üçün əldə olunmuş bir razılaşmadır. Bu müqavilədən göründüyü kimi o tərəflər arasında olan quş yeminin alqı-satqısının həyat keçirilməsinə yönəldilmiş və müqavilənin şərtləri tərəflər arasında razılaşdırılmışdır. Müqavilənin 1.3-cü bəndində tərəflər razılaşır ki, təhvil-təslim aktı sifarişlərin yerinə yetirilməsini təsdiqləyən sənəddir. Bu hissədə qarşı tərəf elektron qaimə fakturalar təqdim etmiş, lakin malların təhvil verilməsi ilə əlaqədar iş materiallarına “X14” MMC-nin adından satış fakturaları əlavə etmişdir. Digər qaimə və fakturalar iddiaçı (cavabdeh)in adından Şərur broylerə verilmiş malların qaimə və fakturalarıdır. Həmin qaimə və fakturalarda göstərilən şəxslər cavabdeh (iddiaçı)nın işçiləri deyil. Həmçinin həmin sənədlərdə göstərilən mallar cavabdeh (iddiaçı) tərəfindən qəbul olunmamışdır. Bu sənədlər həmin malların təhvil verilməsi, alqı-satqı, təhviltəslim aktı deyil. Qaimələr tərəflərin məsul şəxslərin imzaları və möhürləri ilə təsdiq olunmamışdır və bu sənədlər cavabdeh (iddiaçı)ya təqdim olunmuş elektron qaimə-fakturalar üzrə malların təhvil verilmə sənədləri deyil. M.Kərimov və Nurlan Kərimov adlı şəxslərin imzaları ilə olan 12 ədəd satış fakturasında göstərilən malın dəyəri 96.875 manat təşkil edir. Həmin mallar cavabdeh (iddiaçı)ya təhvil verilməmiş və təhvil alınmamışdır. Həmçinin iddiaçı (cavabdeh) tərəfindən sübut kimi əlavə olunmuş digər satış fakturaları əsasında Şərur broylerə təhvil verilmiş mallar çapdan çıxmış sənəddə Şərur broyler oxunur, oxunan sənədlərdə 69.534 manat məbləğində malın Şərur broylerə təhvil verilməsi göstərilir, digər sənədlərdə isə hara təhvil verilməsi göstərilmir. Hesab edirlər ki, onlar da Şərur broylerə verilmişdir. Orada göstərilən malların ümumi dəyəri isə 59.360 manatdır. Hər ikisi birlikdə 128.894 manat təşkil edir, digər “Kərimov” soyadlı şəxslərin malı qəbul etməsi göstərilən sənədlər də 96.875 manat təşkil edir. Bu məbləğlərin cəmini hesabladıqda malların ümumi dəyəri olan 125.000 manatdan artıq məbləğdə mal verilmişdir. Lakin faktiki olaraq bu mallar qarşı tərəfin təqdim etdiyi qaimələr əsasında cavabdeh (iddiaçı) tərəfindən təhvil alınmamışdır. Cavabdeh (iddiaçı)nın təqdim etdiyi satış fakturalarında göstərilən mallar iddiaçı (cavabdeh)dən təhvil alınaraq nümayəndəsi tərəfindən müqavilədə göstərilən qaydada möhürlə təsdiqlənmişdir. Iş materiallarına ödəniş tapşırıqları əlavə olunmuşdur ki, həmin ödəniş sənədləri də alınmış mallar ilə bağlı edilmiş ödənişlərdir. Satış fakturalarında göstərilən ** BD ***, ** BL *** nömrəli nəqliyyat vasitələri cavabdeh (iddiaçı)ya aid deyil. Cavabdeh (iddiaçı) 2024-cü ilin mart-aprel aylarına aid fakturalarda göstərilən şəxsləri tanımır və onlardan da mal almamışdır. Onun aldığı malları anbar müdiri şahid4 təhvil almışdır. Cavabdeh (iddiaçı)nın aldığı malların ödəniş sənədləri təqdim edilmişdir. Onun keçən məhkəmə prosesində qarşı tərəfin nümayəndəsinə “bu günə qədər sizinlə bizim aramızda üzləşmə aktı aparılıb-aparılmayıb?” sualına sonuncu “aparılmayıb” cavabını vermiş, səbəbini də bildirməmişdir. Tərəflərin direktorları arasında yoldaşlıq münasibətləri olmuş, cavabdeh (iddiaçı)nın direktoru birinci instansiya məhkəməsində verdiyi izahatında “sadəcə köməklik etmək məqsədilə taxılı qarşı tərəfdən almağa başladığını, Irandan gətirdiyi baytarı da qarşı tərəfə kömək etməsi üçün göndərdiyini, bu mübahisələr yarandıqdan sonra “hərə öz işinə baxsın” dediyini, quşların ölümünün qarşı tərəfin yemindən olduğunu sübut etdiyini” göstərmişdir. Bundan sonra cavabdeh (iddiaçı)nın direktoru pulunu da tələb etməmiş, artıq qarşı tərəf məhkəmədə iddia qaldırandan sonra demişdir ki, “bu qədər hörmət bəsdir”.

63. Cavabdeh(iddiaçı)nın vəkil-nümayəndəsi ##.##.2026-cı il tarixdə elektron qaydada göndərilmiş yazılı izahatına ödəniş tapşırıqlarını əlavə edərək göstərmişdir ki, cavabdeh (iddiaçı)nın iddiaçı (cavabdeh)ə hər hansı bir məbləğdə ödənilməyən borcu qalmamışdır.

64. Cavabdeh (iddiaçı)nın nümayəndəsi nümayəndə4 ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında vermiş olduğu izahatında göstərdi ki, verdikləri apellyasiya şikayətini müdafiə edir, qarşı tərəfin isə apellyasiya şikayətini qəbul etmir. Kütləvi ölüm ilə bağlı heç nə deyə bilməz. Şərura gedən mallar onlarda qeydiyyata düşmüş, elektron qaiməni sistem özü təsdiqləmişdir. Şərur broylerin sənədləri onlarda yoxdur, onları qarşı tərəf məhkəməyə təqdim etmişdir. 25 qaimədən tam dəqiq bilmir, 100.000 manatı Şərur broylerə aiddir.

65. Cavabdeh (iddiaçı)nın nümayəndəsi nümayəndə2 ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında vermiş olduğu izahatında göstərdi ki, apellyasiya şikayətini müdafiə edir, qarşı tərəfin isə apellyasiya şikayətini qəbul etmir. Vəkilləri vasitəsilə bütün sənədlər təqdim olunmuşdur. Şərur broyler ilə bağlı olan qaimələri qəbul etmirlər, çünki həmin yem onlara gəlməmişdir. Onlara gələn qaimələrdən avqust ayının 8-i vurulan qaimə üzrə malı avqust ayının 9-u qəbul etmişlər. 9 avqustda olan digər iki qaiməni isə qəbul etmirlər, çünki onlara belə bir mal gəlməmişdir. Həmçinin onların bu qədər malı saxlayacaq şəraitləri, 3 maşın malı bir gündə müəssisəyə yerləşdirəcək yerləri olmamışdır. Onlar 09 avqustdan sonra qarşı tərəfdən mal almamışlar. Islam Vəliyev və Elvin Məmmədov onların deyil, qarşı tərəfin işçiləri olmuş, bu şəxslərin onların müəssisəsi ilə heç bir əlaqələri olmamışdır. N.Kərimov kimdirsə, onu tanımır. Həmin şəxsin aldığı malları onlar qəbul etməmişlər. Anbardar şahid4 qəbul etmədiyi mallar onların müəssisəsinə daxil olmamışdır. Iddiaçı (cavabdeh)dən aldıqları yemlərlə onların müəssisəsində kütləvi ölüm halları olduğuna görə oradan yem almamışlar. Buna görə Şakir müəllim Rafiq müəllimdən xahiş etmişdir ki, “mənə cücə al ver, mən onları Şərurda yer götürmüşəm, saxlayacam, 45.000 cücəyə nə qədər pul verilibsə, o pulu sonra sənə qaytaracam”. Burada məqsəd qarşı tərəfin yemindən cücələrin zəhərlənməsini sübut etmək olmuşdur. Apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş edir.

66. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.

67. Apellyasiya baxışında iddiaçı (cavabdeh) tərəfdən ##.##.2023-cü il tarixli * nömrəli alqı-satqı müqaviləsi təqdim olunmuşdur. (bax §1)

68. Cavabdeh (iddiaçı)nın vəkil-nümayəndəsi ##.##.2026-cı il tarixli etirazda Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad edərək göstərmişdir ki, tərəflər arasında müqavilə mövcud olmamışdır. Iddiaçı (cavabdeh) tərəfindən sübut kimi təqdim olunan elektron qaimə-fakturalar malların faktiki təqdim olunmasını təsdiq etmir. Qanunvericiliyə görə elektron qaimə-faktura yalnız ilkin uçot sənədlərinə (müqavilə, təhvil-təslim aktı, qaimə və s.) əsasən tərtib edilməlidir. Lakin təqdim olunmuş qaimələrdə bu sənədlərə istinad edilməmişdir və malların təhvil verilməsini təsdiq edən aktlar mövcud deyil. Təqdim olunan 25 ədəd elektron qaimə-faktura üzrə ümumi məbləğ 214.803,60 manat təşkil etdiyi halda, iddia tələbi 210.732,30 manatdır və arada 4.098,30 manat fərq mövcuddur. Bundan əlavə, iş materiallarına əlavə edilmiş satış fakturaları iddiaçı (cavabdeh)in deyil, əvvəlki adı olan “X14” MMC-nin adından tərtib olunmuşdur. Həmin fakturalar üzrə malların təhvil alındığı göstərilən şəxslər cavabdeh (iddiaçı)nın işçiləri olmamış və onlara heç bir etibarnamə verilməmişdir. 12 ədəd satış fakturalarının tarixləri (01 mart - ## ##### 2024-cü il) ilə elektron qaiməfakturaların tarixləri (25 iyul - ## ####### 2024-cü il) arasında uyğunsuzluq mövcuddur. Bu isə iddiaçı (cavabddeh)in nümayəndəsinin malların qaimədən sonra təqdim olunması barədə izahatını təkzib edir. Təqdim olunmuş bəzi fakturalardan görünür ki, yem məhsulları cavabdeh (iddiaçı)ya deyil, Şərur broylerə təhvil verilmişdir. Ümumilikdə satış fakturaları üzrə 225.769 manatlıq malın satıldığı göstərildiyi halda, iddia tələbi 210.732,30 manatdır ki, bu da iddianın əsassızlığını təsdiqləyir. Şahid ifadələri də iddiaçı (cavabdeh)in təqdim etdiyi satış fakturalarında göstərilən malların cavabdeh (iddiaçı) tərəfindən qəbul edilmədiyini göstərir. Anbar müdiri şahid4 bildirmişdir ki, təqdim olunan sənədlərdəki malları qəbul etməmişdir, sənədlərdə adı keçən şəxsləri tanımır. Şahid şahid5 isə ifadəsində satış fakturalarında Şərur broylerə təhvil verilməsi göstərilən yem mallarının qarşılıqlı razılaşma əsasında Şərur broylerdə quşlar saxlandığından həmin quşların saxlanması üçün verildiyini bildirmişdir. Elektron qaimə-fakturalar qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından və təsdiqedici sənədlərlə dəstəklənmədiyindən, onlar sübut kimi qəbul edilə bilməz. Nəticə etibarilə, tərəflər arasında müqavilə olmaması, malların təhvilinin sübuta yetirilməməsi və təqdim olunan sənədlərdəki ziddiyyətlər iddiaçı (cavabdeh)in pul tələbinin əsassız və qanunsuz olduğunu göstərir.

69. Apellyasiya baxışında cavabdeh (iddiaçı) tərəfdən təqdim olunan; Kredit köçürməsi (ödəniş tapşırığı) sənədlərindən görünür ki, Azər-X3 filialı - Kapital Bank ASC-nin Naxçıvan MR Idarəsi vasitəsi ilə cavabdeh (iddiaçı) tərəfindən iddiaçı (cavabdeh)ə alınan quş yeminin dəyəri olaraq ##.##.2024-cü il tarixdə (kredit köçürməsi №***) 40.000 manat, ##.##.2024-cü il tarixdə (kredit köçürməsi №***) 20.000 manat, ##.##.2024-cü il tarixdə (kredit köçürməsi № ***) 30.000 manat, ##.##.2024-cü il tarixdə (kredit köçürməsi № ***) 10.000 manat, ##.##.2024-cü il tarixdə (kredit köçürməsi № ***) 40.000 manat, ##.##.2024-cü il tarixdə (kredit köçürməsi № ***) 14.500 manat, ##.##.2024-cü il tarixdə (kredit köçürməsi № ***) 11.200 manat, ##.##.2024-cü il tarixdə (kredit köçürməsi № ***) 10.000 manat, ##.##.2024-cü il tarixdə (kredit köçürməsi № ***) 20.000 manat, ##.##.2024-cü il tarixdə (kredit köçürməsi № ***) 1.000 manat, ##.##.2024-cü il tarixdə (kredit köçürməsi № ***) 5.000 manat, ##.##.2024-cü il tarixdə (kredit köçürməsi № ***) 5.000 manat, ##.##.2024-cü il tarixdə (kredit köçürməsi № ***) 5.000 manat, ##.##.2025-ci il tarixdə (kredit köçürməsi № ***) 10.500 manat, ##.##.2025-ci il tarixdə (kredit köçürməsi № ***) 10.000 manat, ##.##.2025-ci il tarixdə (kredit köçürməsi № ***) 7.000 manat, ##.##.2025-ci il tarixdə (kredit köçürməsi № ***) 3.000 manat və ##.##.2025-ci il tarixdə (kredit köçürməsi № ***) 4.000 manat - cəmi 246.200 manat pul ödənilmişdir.

70. Cavabdeh (iddiaçı)nın vəkil-nümayəndəsinin sorğusuna Naxçıvan MR DIN X1 Idarəsinin ##.##.2026-cı il tarixli *-**-**-**/*-***/**** nömrəli məktubundan görünür ki, “Mitsubishi FE659E” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil X17, “Hundai HD72“ markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil X16 adlarına qeydiyyatdadır. “X4 818L“ markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2024-cü il tarixdən iddiaçı (cavabdeh)in balansında olmuş, ##.##.2026-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında satılmışdır. “X7 1844” markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2024-cü il tarixdən şahid5 adına qeydiyyata alınmış, həmin avtomobilə ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək X10 etibarnamə verilmişdir.

71. ## ###### 2024-cü il tarixli tranzit müşahidə sənədi və kommersiya hesabfakturasından məlum olur ki, “X5 Hayvancılık Sanayi və Ticaret A.Ş.” tərəfindən Cavabdeh MMC-yə Dilucu-Sədərək gömrük keçid məntəqəsi vasitəsi ilə 1500 ABŞ dolları daşıma xərci daxil 24.300 ABŞ dolları dəyərində 45.000 ədəd bir günlük ətlik cücə göndərilmişdir.

Tətbiq edilən hüquq

72. Mülki Məcəllə; Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ... Maddə 567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. ... Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir...

73. Mülki-Prosessual Məcəllə; Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. ... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəliyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 393. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405. Kassasiya şikayəti vermə müddəti 405.0. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; ... Maddə 406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

74. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli 2021-ci il # ###### tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”;

1. Ümumi müddəalar 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. ...

3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

75. Konstitusiya Məhkəməsi Plenumunun Qərarları; "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərar - "Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli Qərar - “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”.

Apellyasiya baxışının hədləri

76. Kollegiya Mülki-Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayətləri qətnamənin ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətlərin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

77. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyatorların apellyasiya şikayətlərində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

78. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri, işdə iştirak edən şəxslərin izahatları və apellyasiya baxışında təqdim olunmuş sənədlər üzrə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

79. Hazırkı işdə ilkin iddia üzrə mübahisə "X14”xxxxsatıcı ilə cavabdeh (iddiaçı) alıcı arasında bağıanmış * nömrəli, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı (cavabdeh) tərəfindən cavabdeh (iddiaçı)ya quş yemi satılması, malların təqdim edilməsi barədə iddiaçı (cavabdeh) tərəfindən hazırlanıb təsdiq edilərək portal vasitəsilə cavabdeh (iddiaçı)nın elektron kabinetinə göndərilmiş 25 ədəd elektron qaimə-faktura üzrə yaranmış 210.732,30 manat borcun və ödənilmiş 502 manat dövlət rüsumunun tələb olunması ilə bağlıdır.

80. Bu iddianın maddi-hüquqi əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir.

81. Kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki-hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Bu müqavilə əsasında yaranan öhdəlik maddi nemətlərin bir şəxsdən digərinə keçməsi, müəyyən əmlakın özgəninkiləşdirilməsi və əldə edilməsi prosesini rəsmiləşdirir. Alqı-satqı müqaviləsində iştirak edən tərəflərin hər ikisi üçün hüquq və vəzifələr əmələ gəlir: satıcı müəyyən əşyanı alıcıya verməyə borcludur, o, buna görə müəyyən pul məbləğinin (qiymətin) ödənilməsini tələb etmək hüququna malikdir. Öz növbəsində alıcı əşyanı qəbul edib, müəyyən pul məbləğini ödəməyə borcludur.

82. Bu müqavilə üzrə sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi baxımından satıcı satdığı əşyanı alıcının mülkiyyətinə verməsini, alıcı isə aldığı əşyanın müqabilində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməsini sübut etməlidir.

83. Iş üzrə iddiaçı (cavabdeh) tərəfindən cavabdeh (iddiaçı)ya göndərilmiş və sonuncu tərəfindən qaytarılmamış aşağıdakı elektron qaimə-fakturalar təqdim edilmişdir: (Cədvəl 1) Seriya Nömrə Tarix Yekun məbləğ 1) MT2407 11677349 ##.##.2024 8760 man. 2) MT2407 11794788 ##.##.2024 8760 man. 3) MT2407 11859814 ##.##.2024 8760 man. 4) MT2407 12005332 ##.##.2024 8760 man. 5) MT2407 12067271 ##.##.2024 8730 man. 6) MT2408 10035634 ##.##.2024 8740 man. 7) MT2408 10134570 ##.##.2024 17420 man. 8) MT2408 10169763 ##.##.2024 4340 man. 9) MT2408 10218062 ##.##.2024 8680 man. 10) MT2408 10335451 ##.##.2024 4340 man. 11) MT2408 10344534 ##.##.2024 4340 man. 12) MT2408 10469602 ##.##.2024 8680 man. 13) MT2408 10737565 ##.##.2024 17360 man. 14) MT2409 10123265 ##.##.2024 11270 man. 15) MT2409 10720468 ##.##.2024 5948 man. 16) MT2409 10829000 ##.##.2024 9970 man. 17) MT2409 10900397 ##.##.2024 5982 man. 18) MT2409 11029124 ##.##.2024 9970 man. 19) MT2409 11144958 ##.##.2024 9970 man. 20) MT2409 11327449 ##.##.2024 5880 man. 21) MT2409 11352673 ##.##.2024 9970 man. 22) MT2409 11770701 ##.##.2024 9030 man. 23) MT2409 11850124 ##.##.2024 9030 man. 24) MT2410 10089907 ##.##.2024 9030 man. 25) MT2410 10473449 ##.##.2024 1083,60 man. Bu elektron qaimə-fakturalarda 214.803,6 manat məbləğdə mal təqdim olunduğu göstərilsə də, iddia tələbi 210.732,30 manat təşkil edir.

84. Iddiaçı (cavabdeh) tərəfindən ətlik quş yeminin təhvil verilməsi və alınmasına aid aşağıdakı satış fakturaları təqdim edilmişdir: İddiaçıxxxx“X2 MMC (Cədvəl 2) Nömrə Tarix Məbləğ N/vasitəsi Təhvil verən - Təhvil alan 1) ..... ##.##.2024 8680 man. ** BD *** Novruzov - M.Kərimov 2) ..... ##.##.2024 4340 man. ** BD *** M.Elvin - M.Kərimov 3) ..... ##.##.2024 8680 man. ** BD *** V.Isayev - M.Kərimov 4) ..... ##.##.2024 8680 man. ** BD *** M.Elvin - M.Kərimov 5) ..... ##.##.2024 8680 man. ** BL *** E.Məmmədov - N.Kərimov Yekun məbləğ: 39.060 man. İddiaçı MMC - Şərur broyler (taxıl ortaq) (Cədvəl 3) Nömrə Tarix Məbləğ N/vasitəsi Təhvil verən - Təhvil alan 1) ..... ##.##.2024 5390 man. ..... ..... - ..... 2) ..... ##.##.2024 5880 man. ** AF *** ..... - ..... 3) Tahıl 8-411 ##.##.2024 5612 man. ** AF *** M.Elvin - İ.Vəliyev 4) Tahıl 8-427 ##.##.2024 9970 man. ** CA *** M.Elvin - R.R... 5) Tahıl 8-439 ##.##.2024 5982 man. ** AF *** M.Elvin - İ.Vəliyev 6) Tahıl 8-457 ##.##.2024 9970 man. ** AF *** M.Elvin - İ.Vəliyev 7) Tahıl 8-472 ##.##.2024 9970 man. ** AF *** M.Elvin - İ.Vəliyev 8) Tahıl 8-496 ##.##.2024 9970 man. ** AF *** M.Elvin - İ.Vəliyev 9) Tahıl 8-535 ##.##.2024 9030 man. ** AF *** M.Elvin - İ.Vəliyev 10) Tahıl 8-547 ##.##.2024 9030 man. ** AF *** M.Elvin - İ.Vəliyev 11) ..... ##.##.2024 9030 man. ** AF *** M.Elvin - İ.Vəliyev Yekun məbləğ: 89.834 man.

85. Cavabdeh (iddiaçı) tərəfindən isə iddiaçı (cavabdeh)dən quş yeminin təhvil alınmasını təsdiq edən elektron qaimə-fakturalarda qeyd olunan tarixlərə aid aşağıda göstərilən satış fakturaları təqdim olunmuşdur: (Cədvəl 4) Nömrə Tarix Məbləğ N/vasitəsi Təhvil verən - Təhvil alan 1) Tahıl7-18 ##.##.2024 8760 man. ** BD *** Novruzov - şahid4 2) Tahıl7-39 ##.##.2024 8760 man. ** BD *** Novruzov - şahid4 3) Tahıl7-50 ##.##.2024 8760 man. ** BD *** Novruzov - şahid4 4) Tahıl7-59 ##.##.2024 8760 man. ** BD *** Novruzov - şahid4 5) Tahıl7-70 ##.##.2024 8730 man. ** BL *** Novruzov - şahid4 6) Tahıl7-81 ##.##.2024 8740 man. ** BD *** Novruzov - şahid4 7) Tahıl7-95 ##.##.2024 8740 man. ** BD *** Novruzov - şahid4 8) Tahıl7-96 ##.##.2024 8680 man. ** BL *** Novruzov - şahid4 9) Tahıl7-105 ##.##.2024 4340 man. ** BD *** Novruzov - şahid4 10) Tahıl7-110 ##.##.2024 8680 man. ** BD *** Novruzov - şahid4 11) Tahıl8-156 ##.##.2024 4340 man. ** BD *** M.Elvin - şahid4 12) Tahıl8-190 ##.##.2024 8680 man. ** BL *** M.Elvin - şahid4 Yekun məbləğ: 95.970 man.

86. Göstərilən sənədləri müqayisəli təhlil etdikdə aydın olur ki, MT2408 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli və MT2408 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli elektron qaimə-fakturaların hər birində (Cədvəl 1 - 10,11) təqdim olunan malın məbləği 4340 manat qeyd olunmuş, iddiaçı (cavabdeh)in təqdim etdiyi eyni tarixli satış fakturasında (Cədvəl 2 - 2) 4340 manatlıq malı təhvil verənin “M.Elvin” və təhvil alanın “M.Kərimov” olduğu, cavabdeh (iddiaçı)nın təqdim etdiyi həmin tarixli satış fakturasında (Cədvəl 4 - 11) isə təhvil verənin “M.Elvin” və təhvil alanın “şahid4” olduğu göstərilmişdir.

87. MT2408 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli elektron qaiməfakturada (Cədvəl 1 - 13) göstərilən 17.360 manat ##.##.2024-cü il tarixli 2 ədəd satış fakturasında (Cədvəl 2 - 4,5) təhvil verənlərin “M.Elvin və E.Məmmədov” təhvil alanların isə “M.Kərimov və N.Kərimov” qeyd edildiyi göstərilən (8680 man. + 8680 man.) məbləğlərin cəmidir.

88. MT2409 seriyalı ******** nömrəli ##.##.2024 tarixli elektron qaimə-fakturada (Cədvəl 1 - 14) göstərilən 11.270 manat isə üzərinə ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli qaimə fakturalar yapışdırılmış, təhvil alan və təhvil verənlərin kimlər olduğu göstərilməyən, imzasız satış fakturalarında ( Cədvəl 3 - 1,2) qeyd olunan 5390 man.+5880 man.) məbləğlərin cəmini təşkil edir.

89. MT2409 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli elektron qaiməfakturada (Cədvəl 1 - 15) 5948 manat dəyərində malın təqdim edildiyi göstərilsə də, buna qarşılıq satış fakturası təqdim olunmamış, lakin iddiaçı (cavabdeh)in təqdim etdiyi ##.##.2024-cü il tarixli satış fakturasında (Cədvəl 3 - 3) 5612 manatlıq ətlik quş yeminin “M.Elvin” tərəfindən təhvil verilib, “İ.Vəliyev” tərəfindən təhvil alındığı göstərilmişdir.

90. MT2409 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli elektron qaiməfakturada (Cədvəl 1 - 20) 5880 manat və MT2410 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli elektron qaimə-fakturada (Cədvəl 1 - 25) 1083,60 manat dəyərində malın təqdim edildiyi göstərilməsinə baxmayaraq onlara qarşılıq malın təhvil alındığını təsdiq edən heç bir satış fakturası və ya başqa sənəd təqdim olunmamışdır.

91. ##.##.2024-cü il tarixli satış fakturasında (Cədvəl 4 - 1) təhvil alındığı qeyd olunan 8760 manat dəyərində mala görə MT2407 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli elektron qaimə-faktura (Cədvəl 1 - 1), ##.##.2024-cü il tarixli satış fakturasında (Cədvəl 4 - 12) təhvil alındığı qeyd olunan 8680 manat dəyərində mala görə isə MT2408 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli elektron qaimə-faktura (Cədvəl 1 - 12) göndərilmişdir.

92. Iddiaçı (cavabdeh)in apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddiaya münasibətdə hüquqi qiymətləndirmə düzgün aparılmamış, tərəflər arasında müqavilə olmaması səbəbindən həmin iddianın təmin olunmaması nəticəsinə gəlinərək maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış * nömrəli ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin apellyasiya baxışında təqdim olunmasından asılı olmayaraq, işin birinci instansiya məhkəməsində tədqiq edilmiş hallarından, iş materialları və işdə iştirak edən şəxslərin izahatlarından aydın olmuşdur ki, tərəflər arasında işgüzar ticarət münasibətləri olmuş və onlar quş yeminin alqı-satqısı üzrə müəyyən əməliyyatları həyata keçirmişlər. Cavabdeh (iddiaçı) tərəfindən iddiaçı (cavabdeh)dən quş yemi alınmış, tərəflər arasında elektron qaimə-fakturaların mübadiləsi olmuş, satılan malların təhvil verilib alınması barədə müvafiq satış fakturaları tərtib olunmuş, yəni tərəflər arasında quş yeminin alqı-satqısının faktiki olaraq həyata keçirilməsi işin mübahisəsiz halı olmuşdur.

93. Maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması səbəblərindən birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddiaya aid hissədə ləğv olunmalı və yeni qətnamə qəbul edilməlidir.

94. Apellyasiya baxışı zamanı təqdim edilmiş qeyd edilən alqı-satqı müqaviləsindən məlum olur ki, satıcı ("X14” MMC) və alıcı cavabdeh (iddiaçı) azad iradə ifadəsi əsasında, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərə riayət olunmaqla həmin alqı-satqı müqaviləsini bağlamış, bu müqavilə mübahisələndirilməmiş, onun etibarsızlığını təsdiq edən hər hansı bir sübut təqdim olunmamış və bununla bağlı heç bir mötəbər dəlil müəyyən edilməmişdir. Bu müqavilənin mövcudluğu isə cavabdeh (iddiaçı)nın qarşı tərəflə aralarında “müqavilənin olmaması” dəlilinə istinad etməsini istisna edir. Çünki həmin müqavilənin 8.2-ci bəndində “müqavilənin Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 2 nüsxə olmaqla tərtib edilməsi və nüsxələrdən birinin satıcıda, digərinin isə alıcıda saxlanılması” göstərilmişdir.

95. Müqavilənin istinad olunan 1.1, 1.2, 1.3, 2.1, 3.1, 3.2, 3.3, 4.4, 4.5, 4.6 və 8.1-ci bəndləri işin hallarında göstərilmişdir (bax §1)

96. Kollegiya qeyd edir ki, müqavilə münasibətlərindən irəli gələn mübahisələrin həlli zamanı ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtləri əsas götürülür. Hazırkı halda müqavilədə tərəflər satılan malın dəyərinin malların verildiyi gündən alıcı tərəfindən 15 gün müddətində ödənilməsi və bütün ödənişlərin rəsmi bank hesabına köçürmə yolu ilə həyata keçirilməsi barədə razılığa gəlmişlər. Ancaq tərəflərin nümayəndələrinin izahatlarından və iş materiallarına əlavə edilən bank sənədi olan ödəniş tapşırıqlarından məlum olur ki, tərəflər arasında quş yeminin alqı-satqısı zamanı həm alınacaq malın dəyərinin həm alındığı zaman, həm də sonradan ödənilməsi üzrə işgüzar adət formalaşmışdır.

97. Kollegiya ilkin iddia tələbinə münasibətdə Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeni nəzərə alır. (bax §75) Iddiaçı (cavabdeh) tərəfindən cavabdeh (iddiaçı)ya göndərilmiş ##.##.2024, ##.##.2024, ##.##.2024, ##.##.2024, ##.##.2024, ##.##.2024, ##.##.2024, ##.##.2024, ##.##.2024 (№********) və ##.##.2024-cü il tarixli elektron qaimə-fakturalar üzrə 95.970 manat məbləğdə quş yeminin sonuncu tərəfindən alınması işin mübahisəsiz halıdır. Həmin elektron qaimə-fakturalara əsasən satış fakturaları (təhvil-təslim aktları) tərtib olunmuş və müqavilənin 1.2-ci bəndinə müvafiq olaraq tərəflərin imzaları və cavabdeh (iddiaçı)nın möhürü ilə təsdiq edilmişdir.

98. Iddiaçı (cavabdeh) tərəfindən cavabdeh (iddiaçı)ya göndərilmiş MT2408 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli və MT2408 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli elektron qaimə-fakturalarda (Cədvəl 1 - 11,13) qeyd olunan (4340+17360) 21.700 manat məbləğində, satış fakturalarında M.Kərimov və N.Kərimov tərəfindən təhvil alındığı göstərilən quş yemlərinin iddiaçı (cavabdeh) tərəfindən cvabdeh (iddiaçı)ya təhvil verilməsi sonuncu tərəfindən təkzib olunmaqla mötəbər sübutlarla təsdiq olunmur.

99. Həmin mübahisəli elektron qaimə-fakturaların əsasında malların verilməsinə dair hər iki tərəfin birgə təsdiq etdiyi satış fakturası (təhvil-təslim aktı) və malın səlahiyyətli şəxsə verilməsini təsdiq edən digər sənədlər olmadığından həmin qaimə-fakturaların müvafiq malların təqdim edilməsini rəsmiləşdirən sənəd kimi qəbul olunması üçün əsaslar mövcud deyil. Tərəflər arasında malların təhvil-təsliminin satıcının ünvanında tərəflərin imzaları və möhürlər ilə təsdiq olunmaqla rəsmiləşdirilməli olması onlar arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.2-ci bəndində də nəzərdə tutulmuşdur. Müqavilənin həmin bəndinə görə, mallar satıcının ünvanında alıcıya tərəflərin imzaları və möhürlər ilə təsdiq olunmuş təhviltəslim aktı və digər sənədlər əsasında təhvil verilir. Cavabdeh (iddiaçı) tərəfindən təqdim olunaraq iş materiallarına əlavə edilmiş satış fakturaları ilə də bu fakt təsdiq edilir.

100. Mülki Məcəllənin 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 433.3-cü maddəsinə görə isə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Göstərilən maddələrə müvafiq olaraq, demək olar ki, iddiaçı (cavabdeh) öz öhdəliyi üzrə malı cavabdeh (iddiaçı)nın səlahiyyət verdiyi şəxsə təhvil verməli, sonuncunun malı qəbul etməsinə dair ondan sübutların təqdim olunmasını tələb etməli olduğu halda, bunu etməməsinin nəticələrinin riski onun üzərinə düşür.

101. Kollegiya qeyd edir ki, ##.##.2024-##.##.2024-cü il tarixləri aralığında quş yemi alqı-satqısına dair iş materiallarına əlavə olunmuş 12 ədəd satış fakturasının hazırkı iddia tələbinə aidiyyəti yoxdur, həmin satış fakturalarına aid elektron qaiməfakturalar iş materiallarına əlavə olunmamış və bu fakturalarda qeyd edilən məbləğlər üzrə pul iddiaçı (cavabdeh) tərəfindən tələb edilməmişdir. Iş üzrə iddiaçı (cavabdeh)in iddia tələbi elektron qaimə əsasında yaranmış borcun ödənilməsindən ibarət olmaqla 2024-cü il ## #### tarixdən 08 oktyabr tarixədək satılmış, 25 ədəd “malların təqdim edilməsi barədə elektron-qaimələr”də göstərilən məbləğlərdən ibarətdir. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

102. Iddiaçı (cavabdeh) tərəfindən təqdim olunmuş, malın göndərildiyi yer kimi Şərur broyler (ortaq) yazılmış satış fakturaları ilə bağlı kollegiya qeyd edir ki, həmin sənədlər tərəflər arasında Şərur broyler deyilən yerdə quşların ortaq (şərikli) saxlanması üzrə öhdəlik hüquq münasibətlərinin mövcud olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar olmadığından ilkin iddia tələbi həmin hissədə də təmin olunmamalıdır.

103. Şərur broylerə göndərilmiş mallarla bağlı iddiaçı (cavabdeh) tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar üzrə məbləğ - 97.133,60 manat, satış fakturaları üzrə isə 89.834 manat təşkil edir. Həmin mallar iddiaçı (cavabdeh)in işçiləri tərəfindən bir-birinə təhvil verilmiş, iddiaçı (cavabdeh)ə və onun işçisinə məxsus nəqliyyat vasitələri ilə Şərur broylerə daşınmışdır.

104. Işin qeyd olunan halı üzrə birinci instansiya məhkəməsində cavabdeh (iddiaçı)nın direktoru ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında vermiş olduğu izahatında Şərur broylerlə bağlı təkilfi onun vermədiyini, quşlarının zəhərləndiyini, həmin quşları iddiaçı (cavabdeh) cəmiyyətə gətirdiklərini, birlikdə müzakirə etdiklərini, Şakir müəllimin Şərur broylerlə danışaraq "xahiş edirəm tövlələrinizin hamısını mənə verəsiniz, mən orda quş saxlayacam” dediyini, sonuncunun da razılaşdığını, Şakir müəllimin danışdığını və eyni gündə quş gətirdiklərini, bu quşların 45.000-nin Şərura getdiyini, 20.000-nin Nehrəmə gəldiyini, yemləri qarşılaşdırdıqlarını, Nehrəmdə olanların yeminin Türkiyədən gəldiyini, qarşı tərəfin Şərur broylerdəki quşları öz yemləri ilə yemlədiyini, yemi özlərinin daşıdığını, özlərinin nəzarət etdiyini, onun sadəcə cücəni alıb verdiyini, Şərur broylerdə 26-cı gündə kütləvi ölümün başladığını, onun quşlara heyfi gəldiyi üçün özünün Türkiyədən aldığı yemdən 10 ton Şərura göndərdiyini və qarşı tərəfə cücələrin onların yemindən öldüyünü sübut etdiyini göstərmişdir.

105. ##.##.2026-cı il tarixdə keçirilmiş apellyasiya baxışında iddiaçı (cavabdeh)in nümayəndəsi nümayəndə3 izahatında göstərmişdir ki, Şərur broyleri Şərur bizə icarəyə vermişdi, biz həmin yeri ortaq olaraq götürüb cücə böyüdürdük. Mal alan istehsalçı Nehrəm broyler olduğuna görə biz qaimələri elə kəsməliydik. Icarə götürdüyümüz Şərur broylerin adına qaimə vura bilməzdik. Yemin pulunu, toyuqdan çıxan gəlirin hamısını ödəniş edəcəkdilər, əgər gəlir əldə olunsaydı, 50-50-yə bölünəcəkdi. Ortaqlığın mahiyyəti rəhbərlər arasında olan danışıqdan asılı olub, ortaqlıqla bağlı heç bir sənəd yoxdur”.

106. Cavabdeh (iddiaçı)nın nümayəndəsi nümayəndə2 isə ##.##.2026-cı il tarixdə vermiş olduğu izahatında göstərmişdir ki, “iddiaçı (cavabdeh)dən aldığımız yemlərlə bizim müəssisədə kütləvi ölüm halları olduğuna görə biz oradan yem almadığımız üçün Şakir müəllim Rafiq müəllimdən xahiş edib ki, mənə cücə al ver, mən onları Şərurda yer götürmüşəm, orada saxlayacam. Sonda cücəyə nə qədər pul verilibsə, o pulu sənə qaytaracam”.

107. Göründüyü kimi, quşların ortaq (şərikli) saxlanması ilə bağlı tərəflər arasında yazılı müqavilə bağlanmamışdır, şifahi razılaşmanın olması isə müəyyən edilmir.

108. Kollegiya qeyd edir ki, ortaq fəaliyyət göstərilməsi ilə bağlı hüquqi müəyyənlik və risklərin idarə olunması baxımından, xüsusilə də kommersiya subyektləri arasında mübahisə halında məsuliyyət və risklərin bölüşdürülməsi məsələlərini dəqiq əks etdirən yazılı formada müqavilənin bağlanması məqsədəuyğun sayılır.

109. Hazırkı işdə iddiaçı (cavabdeh) qarşı tərəflə aralarında quş saxlanması ilə bağlı şəriklik münasibətlərinin olduğunu satış fakturalarında “Şərur broyler (ortaq)” yazılmaqla və nümayəndəsinin izahatı ilə qəbul etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiqləyəcək zəruri, mötəbərliyi şübhə doğurmayan sübutlar (yazılı müqavilə, mühasibat uçotu sənədləri, audit rəyləri, bank əməliyyatları və s.) təqdim etməmişdir.

110. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda, sübutetmə yükü iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür.

111. Istinad olunan prosessual tələbləri nəzərə alan kollegiya hesab edir ki, iddiaçı (cavabdeh) tərəfindən cavabdeh (iddiaçı)dan ortaqlıq münasibətlərinə istinadla pul tələb edildiyindən, həmin fəaliyyət üzrə gəlir və zərər nəzərə alınmaqla, cavabdeh (iddiaçı)nın iddiaçı (cavabdeh) qarşısında 97.133,60 manat pul öhdəliyinin mövcud olmasını, həmçinin birgə fəaliyyətin şərtlərini sübut etmək yükü iddiaçı (cavabdeh)in üzərinə düşür. Lakin iş materiallarından şəriklik fəaliyyətinin həyata keçirilməsini, eləcə də cavabdeh (iddiaçı)nın iddia olunan pul öhdəliyini şərtləndirən “əsaslı şübhələr yaratmayan” mötəbər sübutların olması müəyyən edilmir.

112. Cavabdeh (iddiaçı) isə Şərur broylerdə quşların saxlanması ilə bağlı ortaq fəaliyyət göstərmədiyini və belə bir razılaşmanın olmadığını göstərərək aralarında qeyd edilənlərlə əlaqədar şəriklik münasibətlərinin olmasını qəbul etməmişdir.

113. Apellyasiya baxışı zamanı cavabdeh (iddiaçı) tərəfindən elektron qaydada göndərilmiş kredit köçürməsi (ödəniş tapşırıqları) sənədlərindən aydın olmuşdur ki, ##.##.2024-cü il - ##.##.2025-ci il tarixləri aralığında Azər-X3 filialı - Kapital Bank ASCnin Naxçıvan MR Idarəsi vasitəsi ilə cavabdeh (iddiaçı) tərəfindən iddiaçı (cavabdeh)ə alınan quş yeminin dəyəri olaraq 186.200 manat pul ödənilmiş, cavabdeh (iddiaçı)nın vəkil-nümayəndəsi isə ##.##.2026-cı il tarixli elektron qaydada göndərilmiş yazılı izahatında cavabdeh (iddiaçı)nın iddiaçı (cavabdeh)ə hər hansı bir məbləğdə ödənilməyən borcunun qalmadığını göstərmişdir. Iddiaçı (cavabdeh) tərəfindən bununla bağlı heç bir etiraz daxil olmamış və həmin faktı təkzib edən hər hansı bir sübut təqdim edilməmişdir.

114. Beləliklə, ilkin iddia üzrə kollegiya bu nəticəyə gəlir ki, iddiaçı (cavabdeh)in cavabdeh (iddiaçı)ya qarşı “elektron qaimə əsasında yaranmış borcun ödənilməsi” tələbi rədd olunmalı, apellyasiya şikayəti verilərkən ödənilmiş 252 manat dövlət rüsumu iddiaçı (cavabdeh)in özünə aid edilməlidir.

115. Hazırkı işdə birləşdirilmiş iddia üzrə mübahisə iddiaçı (cavabdeh)dən alınmış quş yeminin keyfiyyətsizliyi səbəbindən cavabdeh (iddiaçı)ya məxsus 49.324 ədəd quşun ölməsi nəticəsində ona vurulmuş maddi zərərə görə 477.456,32 manatın, ödənilmiş 768 manat dövlət rüsumunun və hüquqi xidmətlə əlaqədar vəkilə ödənilmiş 300 manatın iddiaçı (cavabdeh)dən alınması tələbi ilə bağlıdır.

116. Bu iddianın maddi-hüquqi əsasını Mülki Məcəllənin 1097.1-ci maddəsi təşkil edir. Mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü bir qayda olaraq zərərçəkənin öhdəsinə qoyulur.

117. Cavabdeh (iddiaçı)nın apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarına əlavə olunmuş gündəlik cücə tələfat aktları və toyuq cəsədlərinin basdırılması aktlarından göründüyü kimi, ##.##.2024-##.##.2024-cü il tarixləri arasında cavabdeh (iddiaçı)nın təsərrüfatında qeyd edilən quşların kütləvi ölüm halları olmuş, ölümün səbəbi kimi “ağızdan köpük gəlmə, baş əyilməsi, ayaqların iflic olması, mədənin şişməsi” qeyd edilmişdir.

118. Toyuq cəsədləri və quş yeminin laborator analizləri iş materialları və cavabdeh (iddiaçı)nın apellyasiya şikayətində göstərilmişdir. (bax §22,46, 52) Lakin laborator analiz üçün təqdim olunmuş həmin toyuq cəsədlərinin və quş yeminin müvafiq olaraq məhz cavabdeh (iddiaçı)nın təsərrüfatında ölmüş toyuqlar və iddiaçı (cavabdeh)in istehsal etmiş olduğu quş yemi olması mötəbər (şübhədən kənar) sübutlarla təsdiq olunmur.

119. Belə ki, laborator analiz üçün toyuq cəsədləri və quş yemi nümunələrinin götürülməsi, qablaşdırılması və rəsmiləşdirilməsi qaydalarına əməl olunması iş materialları ilə müəyyən edilmir. Halbuki quş yeminin və ölü quş cəsədinin laborator analizinin aparılması üçün nümunələrin götürülməsi prosesi mühüm baytarlıq-sanitariya və qida təhlükəsizliyi qaydalarına əsasən həyata keçirilməlidir. Nümunələrin düzgün götürülməsi və saxlanılması analiz nəticələrinin etibarlılığı və diaqnozun dəqiqliyi üçün ən vacib şərtdir.

120. Bu sahədə nümunələrin götürülməsinin ümumi qaydalarına görə, nümunələr tərəflərin və baytarlıq və ya qida təhlükəsizliyi mütəxəssislərinin birgə iştirakı ilə və ya onların təlimatına əsasən götürülməli, fərdi qoruyucu vasitələrdən istifadə edilməli, bütün alətlər və qablar steril olmalı, nümunələr kənardan hər hansı bir çirklənməyə məruz qalmamalı, götürülən hər bir nümunə üçün “nümunə götürmə aktı” tərtib olunmalı, tarix, yer, nümunənin növü və məqsədi qeyd edilməli və mütləq mübahisə tərəfləri tərəfindən imzalanmalıdır. Quş cəsədləri sızdırmaz, qalın polietilen paketdə laboratoriyaya göndərilməli, cəsədlər soyuducu temperaturda saxlanaraq təhvil verilməlidir. Quş yemindən nümunələrin götürülməsi zamanı yem partiyasının müxtəlif yerlərindən (üst, orta və alt qatlardan, müxtəlif kisələrdən) az miqdarda nümunə götürülərək təmiz səth üzərində qarışdırılmalı, nümunə təmiz, quru, qoxusuz polietilen paketə və ya şüşə qaba qoyularaq bağlanmalıdır. Götürülmüş nümunələr isə Azərbaycan Qida Təhlükəsizliyi Institutunun (AQTI) tabeliyindəki mərkəzləşmiş nümunə qəbulu məntəqələrinə və ya akkreditasiya olunmuş digər baytarlıq laboratoriyalarına təhvil verilməlidir.

121. Digər tərəfdən "xxxx” MMC-də ölü toyuqların bir neçə gün fərqlə laborator analizlərinin aparılmasına dair ##.##.2024-cü il tarixli *****a nömrəli sınaq protokolunda göstərilən analizlərə görə yekun rəy verilməsə də, ##.##.2024-cü il tarixli *****a nömrəli sınaq protokolunda bu nəticəyə gəlinmişdir ki, quşlarda boğulma halları müşahidə edilir. Havalandırma sistemlərinə diqqət edilməlidir. X11 uğrayır. Bronxit diaqnozu qoyulub nümumələr əkilib PCR analiz nəticəsində bronxit aşkarlanmışdır.

122. "xxxx” MMC-yə ##.##.2024-cü il tarixdə akkreditasiya attestatı verildiyinə görə analizlərin aparıldığı dövrdə onun müvafiq səlahiyyətə malik olmaması dəlilinə gəldikdə, bildirilir ki, həmin cəmiyyətin qeyd edilən dövrdə Beynəlxalq Akkreditasiya Mərkəzi tərəfindən verilmiş akkreditasiya sertifikatı olmaqla laborator analiz aparılması səlahiyyətinə malik olmuşdur. Bunu (https://nac-us.org/) saytına daxil olmaqla görmək mümkündür.

123. Gündəlik cücə tələfat aktlarından göründüyü kimi, quşların ölümü ##.##.2024 -##.##.2024-cü il tarixləri aralığında olmuş, bu müddətdə cavabdeh (iddiaçı) AQTI-nin Analitik Ekspertiza Mərkəzinin nəzdində heyvan (quş) sağlamlığı istiqamətində heyvan (quş) xəstəliklərinin diaqnostikası üzrə sınaqları həyata keçirən X21, qida təhlükəsizliyi istiqamətində qida məhsullarında keyfiyyət və təhlükəsizlik göstəricələri üzrə sınaqları həyata keçirən, Bakı şəhərində yerləşən laboratoriyalara müraciət etmək imkanına malik olmasına baxmayaraq onun tərəfindən bu laboratoriyalara müraciət olunmamışdır.

124. Mülki Prosessual Məcəlləninin 81-ci maddəsinin tələblərinə görə sübutların mümkünlüyü prinsipinə ciddi riayət edilməlidir. Belə ki, mülki prosessual qanunvericilik, hər bir sübut növünün formasına, əldə edilməsinə və məhkəməyə təqdim edilməsinə dair müəyyən tələblər nəzərdə tutur. Həmin tələblərə cavab verməyən sübutlar qanunvericiliyə zidd və deməli, mümkün olmayan və ya qeyri-mötəbər sübutlar hesab edilir və onlardan iş üzrə hər hansı halın araşdırılmasında istifadə oluna bilməz.

125. Qeyd olunanlara görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi birləşdirilmiş iddia tələbi üzrə 6 ədəd toyuq cəsədinin iddiaçı (cavabdeh)ə cavabdeh (iddiaçı) tərəfindən təqdim olunması və iddiaçı (cavabdeh)in həmin toyuqları "xxxx” MMC-yə təqdim etməsi, həmçinin müayinə üçün yemin haradan götürülüb NutriLab özəl qida və yem analiz laboratoriyasına (Türkiyə), eləcə də X6oratoriyasına (Iran) təqdim olunması barədə sübutların olmamasına əsaslanmaqla ikinci tələb üzrə iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də qətnamə həmin tələbə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

126. Apellyasiya şikayətinin Şərur broylerdə saxlanan quşların iddiaçı (cavabdehin) istehsal etdiyi yemlə qidalandırılması nəticəsində ölmələri dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin quşların ölüb-ölməmələri, ölüm halları olmuşdursa, hansı səbəbdən ölmələri, eləcə də həmin quşların saxlanması nəticəsində əldə olunan gəlir və ya zərər barədə tərəflərin heç biri tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

127. Cavabdeh (iddiaçı)nın apellyasiya şikayətində Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Məcəllənin 588.1, 589.1, 589.2, 1097.1, 1097.3, 1128.1, 1128.3, 1128.6, 1128.8, 1129.1-1129.3, 1130.1-ci və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1 və 14.2-ci maddələrinin tələblərinin pozulması dəlili ilə əlaqədar bildirilir ki, müvafiq maddi və prosessual hüquq normalarının yalnız mətnlərinə istinad olunmuş, həmin normaların birinci instansiya məhkəməsi tərəfindən yol verilən pozuntusunun konkret olaraq nədə ifadə olunduğu şikayətdə göstərilməmiş, həmin hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair heç bir dəlil qeyd olunmamışdır. Ona görə də kollegiya tərəfindən həmin dəlillərin hüquqi qiymətləndirilməsi aparılmır.

128. Kollegiya hər iki iddia tələbinə münasibətdə qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il ## #### tarixli qərarında formalaşdırdığı hüquqi mövqedə aydın şəkildə ifadə olunmuşdur. (bax §75)

129. Kollegiya tərəfindən tərəflərin apellyasiya şikayətlərinin digər dəlilləri, işdə iştirak edən şəxslərin apellyasiya baxışı zamanı izahatlarında göstərdikləri digər fikirləri onların subyektiv mülahizələri kimi dəyərləndirilir.

130. Beləliklə, göstərilənlərə əsasən kollegiya aşağıdakı nəticələrə gəlir: - iddiaçı(cavabdeh)in və cavabdeh (iddiaçı)nın apellyasiya şikayətləri təmin edilməməli, - e-*-*(***)-***/**** nömrəli, 2025-ci il ## ####### tarixli qətnamə qismən - İddiaçı MMCnin Cavabdeh MMC-yə qarşı “elektron qaimə əsasında yaranmış borcun ödənilməsi” hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmalı, - iddiaçı (cavabdeh)in cavabdeh (iddiaçı)ya qarşı iddiası rədd edilməli, - qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanmalı, - apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumları hər bir tərəfin özünə aid edilməlidir.

Nəticəvi hissə

131. Mülki-Prosessual Məcəllənin 365, 382, 384.0-384.0.2, 392, 393, 402.1, 405.0- 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı (cavabdeh) İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh (iddiaçı) Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin olunmasın. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, 2025-ci il ## ####### tarixli qətnaməsi qismən - İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “elektron qaimə əsasında yaranmış borcun ödənilməsi” hissəsində ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul olunsun. Iddiaçı (cavabdeh) İddiaçı MMC-nin elektron qaimə əsasında yaranmış və təsdiq olunmuş 210.732,30 (iki yüz on min yeddi yüz otuz iki manat otuz qəpik) manatın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 502 (beş yüz iki) manat dövlət rüsumunun, ümumilikdə 211.234,30 (iki yüz on bir min iki yüz otuz dörd manat otuz qəpik) manatın cavabdeh (iddiaçı) "X2” MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi üzrə iddiası rədd edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlansın. Apellyasiya şikayəti verilərkən iddiaçı (cavabdeh) İddiaçı MMC tərəfindən ödənilmiş 252 (iki yüz əlli iki) manat dövlət rüsumu onun özünə aid olunsun. Apellyasiya şikayəti verilərkən cavabdeh (iddiaçı) "X2” MMC tərəfindən ödənilmiş 384 (üç yüz səksən dörd) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar