Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1187/2020 26.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 İstehsalat Birliyinə qarşı qarşı əsassız hesablanmış borcun silinməsi və təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi tələbi barədə iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 İstehsalat Briliyinin X1rşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh1 tərəfindən ona 7.500 (yeddi min beş yüz) manat məbləğində borc məbləğinin hesablanmasına dair aktın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə Cavabdeh1 X2 X5 əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh1 İstehsalat Biriliyi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 7500 manat borcun silinməsi və və təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə B-9 ünvanında yerləşən ünvanda çayxana işlədir. İstirahət ərazisi olduğundan çayxana yalnız yay mövsümündə cəmi üç ay, yəni iyun, iyul və avqust aylarında fəaliyyət göstərir. İlin digər vaxtları mövsümlə əlaqədar olaraq çayxana işləmir və bağlı qalır. Abonent olaraq qazdan istifadəyə görə Cavabdeh1 ilə onun arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bununla bağlı qeyd olunan çayxanada akt əsasında smart-kart tipli sayğac quraşdırılmış və istismara verilmişdir. Lakin xx xxxx 2018ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları güya sayğacda müəyyən edilmiş nöqsan olduğundan laboratoriya yoxlanışına verilməsi adı ilə açıb aparmış və guya baxış keçirilən zaman müəyyən olunmuşdur ki, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. Bundan sonra obyektə müvəqqəti sayğac quraşdırdılar, lakin bir müddət sonra həmin sayğacı da çıxarıb aparmışdılar. Bundan sonra o, yeni sayğac alınması və müqavilə bağlamaq məqsədi ilə 1 saylı ASAN Xidmətinə müraciət etdi və bu zaman ona bildirdilər ki, ona qaza görə təxminən 7.500 (yeddi min beş yüz) mamnat məbləğində dəymiş ziyan hesablanaraq borcu yaranmışdır. Hesab edir ki, Cavabdeh1 tətbiq etdiyi cərimə və təqdim etdiyi yekun borc məbləği qanunvericiliyin tələbləri pozulmaqla hesablanmış və ona görə də əsassızdır. Belə ki, cavabdeh tərəfindən quraşdırılmış sayğaca onun tərəfindən hər hansı müdaxilə olunmamış və sayğac blomlandığından ona müdaxilə edilməsi mümkün də deyildir. Cavabdeh təşkilatın əməkdaşları özləri sayğacı açarkən blomu qırmış və süni surətdə sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsini əsas gətirərək heç bir xəbərdarlıq etmədən ona böyük məbləğdə cərimə hesablamışlar. Halbuki, quraşdırılmış sayğaca kənar müdaxilə qeyri-mümkündür və o istifadə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-739/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. İstifadə etdiyi qaza görə əvvəlcədən qaz kartına yüklədiyi məbləğə uyğun olaraq qazdan istifadə etmiş və hal-hazırda heç bir borcu yoxdur. Onu da qeyd etmək lazımdır ki, Cavabdeh1 əməkdaşları yuxarıda qeyd olunan əməliyyatı onun iştirakı olmadan həyata keçiriblər və aktda qeyd ediblər ki, güya yoxlama zamanı çayxananın Əhmədov Şahin adlı nümayəndəsi də iştirak etmişdir. Ancaq o bildirmək istəyir ki, o, Şahin Əhmədov adlı şəxsi tanımır və ona nümayəndə kimi heç vaxt etibarnamə verməmişdir. Bununla əlaqədar olaraq o, Cavabdeh1nə pretenziya ünvanlamış və departament tərəfindən ona 3895 nömrəli, xx xxxxxx 2019-cu il tarixli cavab ünvanlanmış və ona bildirilmişdir ki, ona məxsus obyektdə yerləşən qaz sayğacı onların əməkdaşları tərəfindən çıxarılmış, guya onun nümayəndəsi Şahin Əhmədovun iştirakı və razılığı ilə çıxarılmaqla akt tərtib olunmuş və imza əsasında təsdiq olunmuşdur. Sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. Buna görə də, ona cərimə aktı tərtib olunmuşdur. Sayğacın dəyəri onun tərəfindən ödənildikdən, müqavilə bağlandıqdan və yaranmış debitor borc ödənildikdən sonra smart kartı blokdan çıxarılaraq qaz təminatı bərpa oluna bilər. Təkrarən bildirmək istəyir ki, aktda və müraciətinə cavab məktubunda göstərilən Şahin Əhmədov adlı şəxsi tanımır və ona nümayəndə kimi heç vaxt etibarnamə verməmiş, onun belə bir nümayəndəsi olmamışdır. Cavabdeh1 İstehsalat Birliyinin abonentləri qaz sayğaclarının quraşdırılması və istismarı barədə məlumatında bildirirlər ki, dövlət yoxlamasına gətirilən sayğaclar xətdən açıldıqdan sonra 5 (beş) iş günü müddətində “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə” gətirilir. İstehlakçının istəyi ilə qaz xəttinin üzərindən açılmış sayğacın yoxlanmasının bütün mərhələlərində, həmçinin sınaq qurğusunda iştirakı təmin edilir. Göründüyü kimi Cavabdeh1 əməkdaşları qaz sayğacının yoxlanmasını apararkən qanunverciliyin tələblərini kobud surətdə pozaraq heç bir qanuni əsas olmadan, onun iştirakını təmin etmədən sayğacı qaz xəttinin üçtündən açmaqla süni surətdə şişirdilmiş cərimə məbləği hesablamışdır. Belə olan halda hesab edir ki, Cavabdeh1 yuxarıda qeyd olunan aktları əsassız və qanunsuzdur, ona görə də ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 İstehsalat Birliyinə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və araşdıraraq, tərəflərin nümayəndələrinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı adından “Klassik” kafesi ilə Cavabdeh1 X7 X9 arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında bağlanmış qazın alğı-satqısı barədə xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə B-9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 1 ədəd Smartkart tipli G4 markalı-1202AQ**********1 saylı sayğac quraşdırılmışdır. - xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus obyektə baxış keçirilmiş və G4 markalı -1202AQ**********1 saylı sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşildiyi aşkar olunmuşdur. - Dəymiş ziyanın bərpasında dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı, ünvan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə B-9, fəaliyyət növü çayxana, abonent kodu **********00000, aşkar edilmiş nöqsan: G4 markalı-1202AQ**********1 saylı sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşildiyi aşkar olunmuşdur. İcra olunacaq tədbirlər mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablansın. Əsas: xx.xx.2018-ci il tarixli, ******* saylı akt. - Cavabdeh1 İB tərəfindən İddiaçı ünvanlanan 3895 saylı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçıya məxsus obyektdə yerləşən qaz sayğacı birliyin əməkdaşları tərəfindən çıxarılmış, iddiaçının nümayəndəsi Əhmədov Şahinin iştirakı və razılığı ilə çıxarılma aktı tərtib olunmuş və imza əsasında təsdiq olunmuşdur. Sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın plasmas borusu kənar təsir nəticəsində deşilmişdir. Kənar təsir nəticəsində yaranmış nasazlığa görə cərimə aktı tərtib olunmuşdur. Bildirilir ki, Smart kartı müqavilə müddəti bitdiyi üçün bloklaşdırılmışdır. Sayğacın dəyəri ödənildikdən, müqavilə bağlandıqdan və yaranmış debitor borc iddiaçı tərəfindən ödənildikdən sonra smart kartı blokdan çıxarılaraq qaz təminatı bərpa oluna bilər. -Abonentin saldosundan müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə B-9 saylı ünvana xx.xx.2019-cu il tarixdə yeni Smart G-6 İtron Diafraqma 1705AZ**********3 saylı sayğac quraşdırılmış və 2019-cu ilin iyun ayına akt üzrə borc 0,00 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2018-ci il tarixdə obyektə quraşdırılmış sayğaca baxış keçirilmiş, bu zaman sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşildiyi müəyyən edilərək eyni tarixli akt tərtib edilmişdir. Akt əsasında abonentə 7500 manat borc yazılmışdır. Müəyyən olunmuş hallarla bağlı məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən, yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 1.6-1.-ci bəndinə əsasən, qanunun 8.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanın sahibkarın müraciətinə əsasən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məqsədilə yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana gəlməsi Reyestrdə qeydiyyata alınmır. Belə tədbirlər nəticəsində əldə olunan faktlarla bağlı sahibkarlıq fəaliyyətinin subyekti məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda qeyd olunan maddi huquq normalarının tələblərinə əsasən məhkəmə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan obyektə quraşdırılmış sayğaca texniki baxışın keçirilməsi halına qiymət verərək bildirir ki, xx.xx.2018-ci il tarixdə iddiaçının istifadəsində olan obyektə xidmət edən qaz sayğacına baxış keçirib sayğacın plasmas borusu kənar təsir nəticəsində deşildiyi əsas gətirilərək akt tərtib edilmişdir. Sözügedən baxış yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən müvafiq reyestrdə qeydiyyata alınması şərtləndirilmiş yoxlamaların dairəsinə aid edilmişdir. Lakin cavabdeh tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi, yoxlamanın keçirilməsinə dair müvafiq bildirirşin iddiaçıya təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübutlar təqdim edilməmişdir. Belə olan halda qanunvericiliyin göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan obyektdə quraşdırılmış sayğacla bağlı aparılmış yoxlama hüquqi nəticə doğurmur. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektə quraşdırılmış sayğac qanunvericiliyin pozulması ilə yoxlanıldığından həmin akt əsasında abonentə artıq hesablanmış 7500 manat borc abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı abonent hesabına (abonent kodu **********00000) xx.xx.2018-ci il tarixli akt əsasında təbii qazdan istifadəyə görə artıq hesablanmış 7500 (yeddi min beş yüz) manat borcun silinməsi vəzifəsi Cavabdeh1 İstehsalat Birliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı abonent hesabına (abonent kodu **********00000) xx.xx.2018-ci il tarixli akt əsasında təbii qazdan istifadəyə görə artıq hesablanmış 7500 (yeddi min beş yüz) manat borc silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-1187/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1187/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver