Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1584/2022 26.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı xidmət haqqının ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23630 manat məbləğində əsas borc və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi miqdarında 5456 manat məbləğ olmaqla, ümumilikdə 29086 manat məbləğin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 12.10.2018-ci il tarixli ASFX18/285 saylı xidmət müqaviləsinə əsasən Özbəkistan Respublikasının Surxandərə vilayətinin Şerobad qəsəbəsində sifarişçinin icrasını həyata keçirdiyi Almatı layihəsində obyektlərin və mal-materialların mühafizəsi üzrə işlərin icrasını və nəzarətini həyata keçirmişdir. Ərizəyə əlavə olunan görülmüş işlərin təhvil-təslimi barədə aktların surətlərindən görünür ki, 12.10.2018-ci il tarixli ASEX18/285 saylı xidmət müqaviləsində qeyd olunan xidmətlərin göstərilməsi qarşılığında 2020-ci il yanvar-oktyabr ayları üçün hər ay 2218 (iki min iki yüz on səkkiz) manat olmaqla, 22180 (iyirmi iki min yüz səksən) manat və 2020-ci ilin noyabr ayı üçün 1450 (min dörd yüz əlli) manat olmaqla, ümumilikdə cəmi 23630 (iyirmi üç min altı yüz otuz) manat məbləğ İddiaçı ödənilməlidir. "xxxx" ASC ilə fərdi sahibkar arasında üzləşməyə dair 02 noyabr 2020-ci il tarixli aktı ilə də təsdiq olunur ki, "xxxx" ASC İddiaçı təhvil-təslim aktlarına əsasən ödənməli olan 2020-ci il yanvar-oktyabr ayları üçün hər ay 2218 (iki min iki yüz on səkkiz) manat olmaqla, cəmi 22180 (iyirmi iki min yüz səksən) manat məbləği ödəməmiş və İddiaçı qeyd olunan həmin məbləği borcludur. "Akkord STİK” ASC ilə fərdi sahibkar arasında üzləşməyə dair akt iddiaçıya 02 noyabr 2020-ci il tarixində təqdim olunmuşdur. İddiaçı həmin akt verildikdən sonra da, yəni 2020-ci il noyabr ayının 20-ə kimi müqavilədə göstərilən xidmətləri icra etmişdir. Həmin akta əsasən cavabdeh iddiaçıya noyabr ayı üçün 1450,23 manat (min dörd yüz əlli manat iyirmi üç qəpik) məbləğ ödəməlidir. Beləliklə, 2020-ci il yanvar-oktyabr ayları üçün 22180 (iyirmi iki min yüz səksən) manat və 2020-ci ilin noyabr ayı üçün 1450 (min dörd yüz əlli) manat olmaqla, ümumilikdə cəmi 23630 (iyirmi üç min altı yüz otuz) manat məbləğ iddiaçıya ödənməmiş və "Akkord STİK” ASC qeyd olunan məbləği iddiaçıya ödəməyə borcludur. Qeyd olunan borcun ödənilməsi üçün cavabdehə xəbərdarlıqpretenziya göndərilsə də, cavabdeh 12.10.2018-ci il tarixli ASFX18/285 saylı xidmət müqaviləsinə əsasən "Akkord Sənaye Tikinti İnvestisiya korporasiyası” ASC tərəfindən iddiaçıya ödənməli olan 23630 (iyirmi üç min altı yüz otuz) manat məbləğ indiyə kimi hələ də ödənməmişdir. İddiaçı müqavilə üzrə görülmüş işlərin təhvil-təslim aktına əsasən bir aylıq əmək haqqısı 2218 (iki min iki yüz on səkkiz) manat təşkil etdiyindən qeyd olunan əmək haqqının bir faizi 22,18 manat (iyirmi iki manat on səkkiz qəpik) manat təşkil edir. Əmək haqqının ödənilməsinin gecikdirildiyi müddət 20 noyabr 2020-ci il tarixli sonuncu təhvil-təslim aktından sonra hesablanmalı olduğu üçün 20 noyabr 2020-ci il tarixdən 26.07.2021-ci il tarixinə kimi yığılan ödənişin məbləği 22,18 x 246 (gün) = 5456 (beş min dörd yüz əlli altı) manat təşkil edir. Cavabdeh iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası əsassızdır. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi əmək münasibətlərini qeyd etmişdir. Halbuki, tərəflər arasında əmək müqaviləsi yox, xidmət müqaviləsi imzalanmışdır. Belə olan halda iddiaçının xidmət haqqının gecikdirilməsi ilə bağlı Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən faiz tələb etməsi tamamilə əsassızdır. Bundan əlavə, iddiaçı xidmətlərin göstərilməsi ilə bağlı təhvil-təslim aktlarına da istinad etmişdir ki, həmin təhviltəslim aktları birtərəfli qaydada imzalanmışdır. Bundan əlavə, həmin təhvil-təslim aktlarının əsillərini məhkəməyə təqdim etməmişdir. Beləliklə də, məhkəmədən İddiaçı iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş edirlər. Daha sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əmək haqqının ödənilməsi tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı əmək haqqının ödənilməsi tələbinin xidmət haqqının ödənilməsi kimi oxunmasını xahiş edir. Həmçinin iddia tələbinə hazırda aidiyyat qaydalarına uyğun olaraq Bakı Kommersiya Məhkəməsində baxılır. Hazırkı işə Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinin normalarının tətbiq edilərək baxılmasını və iddiaçının cavabdeh tərəfindən kobud şəkildə pozulmuş hüquqlarının bərpa edilərək ədalətli və obyektiv qərar çıxarılmasını xahiş edir. Eləcə də, iddia tələbində xidmət müqaviləsinə əsasən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi miqdarında 5456 (beş min dörd yüz əlli altı) manatın cavabdehdən tutulmasını xahiş etmişlər. Həmin məbləğin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya ödənilməli olan pulunu gecikdirdiyinə görə hazırkı tələb üzrə cərimə olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Açıq səhmdar Cəmiyyəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - "xxxx" qismində "xxxx" ASC ilə “İcraçı” qismində “İddiaçı” arasında 12 oktyabr 2018ci il tarixli, ASFX18/285 nömrəli Xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində obyektlərin və mal materialların mühafizəsi üzrə işlərin icrasını və nəzarətini öz üzərinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Sifarişçi İcraçıya 1 (bir) ay üçün 1943 (min doqquz yüz qırx üç) manat xidmət haqqı ödəyir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında “təhvil-təslim aktı” imzalandıqdan sonra Sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə İcraçıya ödənilir. - 12 oktyabr 2018-ci il tarixli, ASFX18/285 nömrəli Xidmət müqaviləsinə 01.01.2019cu il tarixli 1 nömrəli Əlavədə qeyd olunmuşdur ki, tərəflər, yəni "xxxx" ASC və İddiaçı razılaşırlar ki, 12 oktyabr 2018-ci il tarixli, ASFX18/285 nömrəli Xidmət müqaviləsinin 2.1-ci bəndi: “Sifarişçi İcraçıya 1 (bir) ay üçün 2190 (iki min yüz doxsan) manat xidmət haqqı ödəyir“ kimi redaksiyada verilsin. - 31 yanvar 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 12 oktyabr 2018-ci il tarixli, ASFX18/285 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.01.2020-31.01.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 1508 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin Baş icraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 29 fevral 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 12 oktyabr 2018-ci il tarixli, ASFX18/285 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.02.2020-29.02.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin Baş icraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 mart 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 12 oktyabr 2018-ci il tarixli, ASFX18/285 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.03.2020-31.03.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin Baş icraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 30 aprel 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 12 oktyabr 2018-ci il tarixli, ASFX18/285 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.04.2020-30.04.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin Baş icraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 may 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 12 oktyabr 2018-ci il tarixli, ASFX18/285 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.05.2020-31.05.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin Baş icraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 30 iyun 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 12 oktyabr 2018-ci il tarixli, ASFX18/285 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.06.2020-30.06.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin Baş icraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 iyul 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 12 oktyabr 2018-ci il tarixli, ASFX18/285 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.07.2020-31.07.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin Baş icraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 avqust 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 12 oktyabr 2018-ci il tarixli, ASFX18/285 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.08.2020-31.08.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin Baş icraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 30 sentyabr 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 12 oktyabr 2018-ci il tarixli, ASFX18/285 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.09.2020-30.09.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin Baş icraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 oktyabr 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 12 oktyabr 2018-ci il tarixli, ASFX18/285 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.10.2020-31.10.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin Baş icraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 20 noyabr 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, 12 oktyabr 2018-ci il tarixli, ASFX18/285 nömrəli Xidmət müqaviləsinə əsasən İcraçı İddiaçı 01.11.2020-30.11.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 1450,23 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni İcraçı İddiaçı imzası və "xxxx" qismində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin Baş icraçı direktorunun imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - "xxxx" ASC ilə fərdi sahibkar İddiaçı arasında üzləşməyə dair 02 noyabr 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, bir tərəfdən "xxxx" ASC-nin Özbəkistan Respublikasındakı səlahiyyətli nümayəndəsi Elvin N.Məmmədov, "xxxx" ASC-nin Özbəkistan Respublikasındakı Daimi Müəssəsinin Maliyyə direktoru Qasim İ.Mirzəzadə, digər tərəfdən fərdi sahibkar İddiaçı bu aktı imzaladılar ondan ötəri ki, həqiqətən də "xxxx" ASC ilə İddiaçı arasında 12.10.2018-ci il tarixli ASFX18/285 saylı xidmət müqaviləsi qüvvədə olmuşdur və 12.10.2018 - 02.11.2020-ci il tarixləri üzrə 12.10.2018-ci il tarixli ASFX18/285 saylı xidməti müqaviləyə əsasən göstərilmiş xidmətlər qarşılığında "xxxx" ASC fərdi sahibkar İddiaçı aşağıda göstərilən məbləği ödəməmişdir və fərdi sahibkar İddiaçı aşağıda qeyd olunan məbləği borcludur: Yanvar ayı 2020-ci il 2218 manat (iki min iki yüz on səkkiz), Fevral ayı 2020-ci il 2218 manat (iki min iki yüz on səkkiz), Mart ayı 2020-ci il 2218 manat (iki min iki yüz on səkkiz,), Aprel ayı 2020-ci il 2218 manat (iki min iki yüz on səkkiz), May ayı 2020-ci il 2218 manat (iki min iki yüz on səkkiz), İyun ayı 2020-ci il 2218 manat (iki min iki yüz on səkkiz), İyul ayı 2020-ci il 2218 manat (iki min iki yüz on səkkiz), Avqust ayı 2020-ci il 2218 manat (iki min iki yüz on səkkiz), Sentyabr ayı 2020-ci il 2218 manat (iki min iki yüz on səkkiz), Oktyabr ayı 2020-ci il 2218 manat (iki min iki yüz on səkkiz) olmaqla, cəmi ödənilməli məbləğ 22180 manat (iyirmi iki min bir yüz səksən) təşkil edir. Akt hər iki tərəfin imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanan 29.06.2021-ci il tarixli xəbərdarlıq – pretenziya məktubundan görünür ki, "xxxx" ASC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 oktyabr 2018-ci il tarixli, ASFX18/285 nömrəli Xidmət müqavisindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə olan halda iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət edərək müqavilə üzrə göstərilmiş xidmətin haqqının ödənilməsini xahiş etmişdir. İddia tələbinin bir hissəsini cavabdehdən 23630 manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsasə borcun tutulması hissəsində təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 23630 (iyirmi üç min altı yüz otuz) manat məbləğində pul (22180+1450=23630) tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin digər hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 5456 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1500 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 23630 (iyirmi üç min altı yüz otuz) manat məbləğində xidmət haqqı və 1500 (min beş yüz) manat cərimə olmaqla, cəmi 25130 (iyirmi beş min yüz otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №2-2(113)-1584/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1584/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver