Məhkəmə qərarları › İş №2-2(113)-22/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-22/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-22/2021 15.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun silinməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən elektron qaimə ilə 790,95 manatın və cavabdeh tərəfindən ödənilməsi tələb olunan 7000 manat məbləğində borcun silinməsi, həmçinin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi nəticəsində MMC-yə dəyən maddi ziyan kimi 30000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 2010-cu il tarixdə dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan edilməyən çoxşaxəli fəaliyyət növləri ilə məşğul olur. MMC-nin əsas fəaliyyət növü nəşriyyat və poliqrafiya xidmətlərinin həyata keçirilməsindən ibarətdir. İddiaçı mobil rabitə xidmətindən yararlanmaq məqsədilə Cavabdeh MMC ilə xx.xx.2015-ci il tarixli abunə müqaviləsi bağlamışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən “Cavabdeh" MMC siyahısı bu Müqaviləyə 1 saylı Əlavədə müəyyən edilən nömrələri və telekommunikasiya xidmətlərini abunəçiyə təmin edir, abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. Belə ki, cavabdeh tərəfindən Müqavilə əsasında iddiaçıya 5 (beş) ədəd (***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**) nömrə ayrılmışdır ki, bu nömrələrdən son ikisi, yəni ***-***-**-** və ***-***-**-** ayrıldığı gündən qapalı olub, istifadə olunmur. Hər ay mobil nömrələr aktiv şəkildə qalması üçün ***-***-**-** nömrəsinin balansına 50 manat, ***-***-**-** və ***-***-**-** nömrələrinin hər birinin ayrı-ayrılıqda balansına isə 02 manat məbləğində pul köçürülür. xx.xx.2018-ci il tarixində 036714 nömrəli elektron qaimə iddiaçıya göndərilmişdir ki, bu qaiməyə əsasən iddiaçının 790,95 manat məbləğində borcu vardır. Cavabdeh MMC ilə bu barədə əlaqə saxlanılarkən onlar tərəfindən borcun 7000 manat olduğu bildirilmişdir. Əvvəla nə elektron qaimədə qeyd olunan məbləğlə onların şifahi şəkildə tələb etdikləri məbləğ üst-üstə düşür, digər tərəfdən də qeyd olunan borc məbləği ilə bağlı onlar tərəfindən MMC-yə hər hansı xəbərdarlıq məktubu göndərilməmişdir. Hazırda da ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrəli rabitə xəttləri cavabdeh təşkilat tərəfindən deaktiv olunmuşdur və əsassız olaraq hesablanmış borcun ödənilməsi tələb olunur. Pretenziya qaydalarına uyğun olaraq tərəflərindən cavabdeh təşkilata xx xxxxxxxx 2018-ci il tarixində pretenziya məktubu göndərilərək qanunsuz olaraq hesablanmış 790.95 manat, şifahi şəkildə bildirilmiş 7000 manat məbləğində pulun silinməsini və Cavabdeh MMC tərəfindən deaktiv olunmuş ***- ***-**-**, ***-***-**-**, ***-***-**-** nömrəli rabitə xətlərinin aktiv olunmasını hazırkı bildiriş rəsmi qaydada təqdim edildikdən sonrakı 3 iş günü ərzində təmin etmələri xahiş edilərək bunu təmin etməyəcəkləri təqdirdə müvafiq qaydada məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən heç bir tədbir görülməyərək pretenziya məktubu cavabsız qalmışdır. Odur ki, məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Cavabdeh təşkilatın qeyd olunan məbləğdə pul vəsaitini tələb edərək rabitə xətlərini bağlaması qanundankənar davranış olub iddiaçının hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Hesab edir ki, heç bir hüquqi əsası olmayan cavabdeh təşkilatın bu əməllərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliyin lazımi qaydada icra olunmaması və əsassız varlanma ilə bağlı müddəaları tətbiq olunaraq qanunsuz olaraq hesablanmış borcun silinməsinə dair qətnamə qəbul edilməlidir. İddiaçı uzun müddətdir ki, fəaliyyət göstərir və kifayət qədər tanınmış bir şirkətdir. Hər gün davamlı şəkildə müxtəlif sifarişlər alınır, müştərilərlə əlaqə saxlanılır ki, bütün bunlar da yuxarıda qeyd olunan işlək 3 nar mobil nömrəsi vasitəsilə həyata keçirilir. Yəni iddiaçının öz fəaliyyətini normal şəkildə həyata keçirə bilməsində mobil əlaqənin rolu olduqca böyükdür. Lakin cavabdeh təşkilat tərəfindən xx.xx.2018-ci il tarixində hər üç mobil nömrə deaktiv olunmuşdur ki, bu da MMC-nin işinə maneə yaradaraq sifarişlərin, müştərilərin qəbul edilməsinə, digər şirkətlərlə əlaqə saxlanılmasına imkan vermir. Nəticədə də iddiaçı maddi zərərə məruz qalır. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələrin aktivləşdirilməsi və deaktiv edilməsinin qadağan olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(82)-1030/2018 saylı qərardadı ilə ərizə təmin edilmiş, mülki işə baxılıb yekun qərar qəbul edilənədək, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrələrin aktivləşdirilməsi və deaktiv edilməsinin cavabdehə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh MMC tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(103)-989/2018 saylı qərardadı ilə təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(82)- 1030/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən 7.856,28 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsi əsassızdır. Belə ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh "İddiaçı" MMC öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. "İddiaçı" MMC-nin iddia ərizəsində göstərdiyi hallar formal mülahizələrə əsaslanır. Əksinə "İddiaçı" MMC-nin tərəflər arasında imzalanmış xx xxxxxx 2015-ci il tarixli abunə müqaviləsinə əsasən 7856,28 borcu yaranmışdır. Həmin borc məbləği "İddiaçı" MMC-nin istifadəsinə verilmiş *** *** ** **, *** *** ** **, 077 *** ** ** və 077 *** ** ** nömrələrinə görə yaranmışdır. Borc məbləğinin 6545,70 manatı (altı min beş yüz qırx beş manat 70 qəpik) əsas borc, 1310,58 (min üç yüz on manat 58 qəpik) hissəsi isə gecikməyə görə cərimə borcu təşkil edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarxili, 2-2(81)-507/2019 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, - Cavabdeh MMC (Cavabdeh) ilə İddiaçı MMC (abunəçi) arasında xx.xx.2015-ci il tarixdə abunə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən hazırkı müqaviləyə əsasən Cavabdeh siyahısı bu müqaviləyə olan 1 saylı əlavədə müəyyən edilən nömrələri və telekommunikasiya xidmətlərini abunəçiyə təqdim edir, abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq tarif plnı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. 4.1.1-ci bəndinə görə Cavabdeh abunəçi tərəfindən hazırkı Müqavilə imzalanan tarixə qüvvədə olan tariflər, abunəçinin seçdiyi Tarif Planı üzrə nəzərdə tutulmuş ilkin ödəniş məbləğinin ödənişi həyata keçirildikdən sonra rabitə xəttini aktivləşdirir, yoxlayır və Abunəçini Nömrə və SİM Kart ilə təmin edir. 4.1.3-cü bəndinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq xidmətləri yerinə yetirir. 4.2.1-ci bəndinə görə abunəçidən onun bu müqavilə üzrə öhdəliklərinin tam, vicdanla və tələblərə uyğun surətdə icra edilməsini tələb etmək Cavabdehun hüququdur. 4.3.1 və 4.3.2-ci bəndlərinə əsasən müntəzəm olaraq balansını yoxlamaq və müsbət olmasını təmin etmək, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə və Cavabdehdan ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirmək abunəçinin öhdəliyidir. 5.3-cü bəndinə görə abunəçi, Cavabdeh tərəfindən müəyyən olunan və bu müqavilə ilə nəzərdə tutulmuş qaydada vaxtaşırı olaraq dəyişdirilən tarif planı və qaydalarla nəzərdə tutulan ödəniş şərtlərinin pozmasına görə gecikdirilmiş hər təqvim günü üçün ödəniləcək məbləğin 0,1 % həcmində, lakin ümumilikdə 30% çox olmamaq şərti ilə cərimə ödəyir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 90,72 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, 075572 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 106,98 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, 359417 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 177,93 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2017-ci il tarixli, EAAA seriyalı, 971731 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 269,97 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2017-ci il tarixli, EAAB seriyalı, 527460 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 209,67 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2017-ci il tarixli, EAAC seriyalı, 327253 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 258,78 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2017-ci il tarixli, EAAC seriyalı, 753753 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 283,63 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2017-ci il tarixli, EAAD seriyalı, 311163 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 368,79 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2017-ci il tarixli, EAAD seriyalı, 968680 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 386,47 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2017-ci il tarixli, EAAE seriyalı, 565266 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 174,40 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAG seriyalı, 181090 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 506,49 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAH seriyalı, 001926 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 525,36 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAH seriyalı, 706561 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 581,26 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 148843 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 347,06 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAİ seriyalı, 942625 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 691,21 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAJ seriyalı, 639248 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 733,30 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAK seriyalı, 293393 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 790,95 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAL seriyalı, 036714 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 4 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2018-ci il tarixli, EAAO seriyalı, 159960 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil 2,08 manat dəyərində telefon xidmətlərinin göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, EAAO seriyalı, 923742 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. -Elektron qaimələr təsdiq edildikdən sonra Cavabdeh xx.xx.2017-ci il tarixli, HN seriyalı, 587525 saylı, xx.xx.2017-ci il tarixli, HN seriyalı, 859187 saylı, xx.xx.2017-ci il tarixli, HO seriyalı, 293028 saylı, xx.xx.2017-ci il tarixli, HO seriyalı, 668433 saylı, xx.xx.2017-ci il tarixli HP seriyalı, 223013 saylı, xx.xx.2017-ci il tarixli, HP seriyalı, 457368 saylı, xx.xx.2017-ci il tarixli, HP seriyalı, 849447 saylı, xx.xx.2017-ci il tarixli, HQ seriyalı, 335351 saylı, xx.xx.2017-ci il tarixli, HQ seriyalı, 785687 saylı, xx.xx.2018-ci il tarixli, HR seriyalı, 204364 saylı, xx.xx.2018-ci il tarixli, HR seriyalı, 636906 saylı, xx.xx.2018-ci il tarixli, HS seriyalı, 009616 saylı, xx.xx.2018-ci il tarixli, HS seriyalı, 233447 saylı, xx.xx.2018-ci il tarixli, HS seriyalı, 738346 saylı, xx.xx.2018-ci il tarixli, HT seriyalı, 130881 saylı, xx.xx.2018-ci il tarixli, HT seriyalı, 525162 saylı, xx.xx.2018-ci il tarixli, HT seriyalı, 905148 saylı, xx.xx.2018-ci il tarixli, HW seriyalı, 197618 saylı, xx.xx.2019-cu il tarixli, HW seriyalı, 862250 saylı elektron vergi hesab - fakturaları tərtib edərək borcun ödənilməsi tələb edilmişdir. -Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZF/GR-8255/19 saylı maliyyə arayışı ilə müəyyən edilir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə 077 436 00 00, 077 437 00 00, 077 438 00 00 və 077 439 00 00 nömrələr ilə göstərilmiş xidmətlərə görə hesablanmış borc cəmi 6.545,70 manat təşkil edir: 077 436 00 00 nömrə üzrə 519,21 manat, 077 437 00 00 nömrə üzrə 727,00 manat, 077 438 00 00 nömrə üzrə 4.448,87 manat, 077 439 00 00 nömrə üzrə 850,63 manat borc hesablanmışdır.Eyni zamanda həmin borca 1.310,58 manat hissəsi isə gecikmə faizi hesablanmışdır. ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələr üzrə borcun açıqlanması barədə məlumatlarla təsdiq edilir ki, ***-***-**-** nömrəsinə 2017-ci ilin mart- 2018-ci ilin avqust ayları üçün aylıq abunə haqqı 34 manat, ölkədaxili zənglərə görə 470,14 manat, sms-lərə 1,65 manat olmaqla, cəmi 519,21 manat borc hesablanmışdır. ***- ***-**-** nömrəsinə 2017-ci ilin mart-2018-ci ilin avqust ayları üçün aylıq abunə haqqı 34 manat, ölkədaxili zənglərə görə 675,13 manat, sms-lərə 10,32 manat olmaqla, cəmi 727 manat borc hesablanmışdır. ***-***-**-** nömrəsinə 2017-ci ilin mart-2018-ci ilin avqust ayları üçün aylıq abunə haqqı 754 manat, ölkədaxili zənglərə görə 37,62 manat, sms-lərə 1,65 manat, GPRSNoRoamFEE xidmətinə görə 3.610,59 manat olmaqla, cəmi 4.448,87 manat borc hesablanmışdır. ***-***-**-** nömrəsinə 2017-ci ilin mart-2018-ci ilin avqust ayları üçün aylıq abunə haqqı 34 manat, ölkədaxili zənglərə görə 272,92 manat, sms-lərə 6,18 manat, GPRSNoRoamFEE xidmətinə görə 535,67 manat olmaqla, cəmi 850,63 manat borc, cəmi 6545,70 manat məbləğində borc hesablanmışdır. Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, AZF/GR- 9106/21 saylı məktubuna əsasən müəyyən edilir ki, İddiaçı MMC-nin istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələri üzrə Cavabdeh MMC-yə rouminq xidməti ilə bağlı sifariş verilməmişdir. Həmin nömrələr üzrə kredit limiti 2017-2018ci illərdə 5 manat olmuş, 2019-cu il tarixdə isə abunəçinin müraciəti əsasında 50 manata qaldırılmışdır. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, qanunsuz olaraq hesablanmış borcun silinməsini və 077-436-00 00, ***-***-**- **, ***-***-**-** nömrəli rabitə xətlərinin aktiv olunmasını 3 iş günü ərzində təmin edilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: İş materiallarından görünür ki, ilkin iddia üzrə İddiaçı MMC ilkin iddia ərizəsində iki tələb irəli sürmüşdür.

1. Borcun silinməsi tələbi. İlkin iddia üzrə İddiaçı MMC ona cavabdeh tərəfindən göstərilmiş rabitə xidmətlərinə görə hesablanmış cəmi 7000 və elektron qaiməyə əsasən tələb edilən 790,95 manat məbləğində, cəmi 7.790,95 manat məbləğində borcun əsaslı olmamasını əsas göstərərək həmin borcun silinməsini tələb edir. Göstərilən tələblə bağlı məhkəmə əvvəla qeyd etməyi zəruri sayır ki, İddiaçı MMC Cavabdeh MMC ilə aralarında bağlanılmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən 7.790,95 manat məbləğində borcun silinməsini tələb etdiyi halda iş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş elektron qaimələrdən də göründüyü kimi iddiaçının iddia ərizəsində ayrıca göstərdiyi 790,95 manat məbləğində elektron qaimə də daxil olmaqla cavabdeh tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixli abunə müqaviləsi üzrə hesablanmış borc məbləği cəmi 6545,70 manat təşkil edir. İş materiallarında əlavə edilmiş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələr üzrə borcun açıqlanması barədə məlumatlardan və izahlı qaimələrdən görünür ki, ***-***-**-** saylı nömrə üzrə 2017-ci ilin mart-2018-ci ilin avqust ayları üçün hesablanmış 3.610,59 manat məbləğində borc və ***-***-**-** nömrə üzrə 535,67 manat məbləğində borc istisna olmaqla qalan borc məbləğinin hesablanması əsasları ilə bağlı açıqlama verilmiş, izahlı qaimələrdə mübahisəli nömrələrdən gedən SMS və zənglərin ünvanlandığı telefon nömrələri, saatları və həmin zəng, SMS-lərə görə hesablanmış məbləğlər, eyni zamanda həmin nömrələrə görə hesablanmış aylıq abunə haqlarının məbləğləri açıqlanmışdır. İlkin iddia üzrə ddiaçı İddiaçı MMC-yə hesablanmış borcun yaranma əsasları açıqlanmamış 4146,26 manat hissəsinə gəldikdə iş üzrə keçirilmiş ilk məhkəmə iclaslarında ilkin iddia üzrə cavabdehin nümayəndəsi həmin borcun ilkin iddia üzrə iddiaçı tərəfindən rouminq xidmətlərindən istifadəyə görə hesablandığını bildirmişdir. İlkin iddia üzrə ddiaçı rouminq xidmətlərindən istifadə etdiyi inkar etdiyindən məhkəmə tərəfindən nömrələrdən rouminq xidmətlərindən istifadə edilib-edilməməsini aydınlaşdırmaq üçün kompleks-mühəndis-texniki və mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə ekspertizasının keçirilməsindən imtina edilməsi barədə ekspertin məlumatı məhkəmə daxil olduqdan və iş üzrə icraat təzələndikdən sonra keçirilmiş məhkəmə iclasında isə ilkin iddia üzrə cavabdehin nümayəndəsi ekspertiza tədqiqatı aparılarkən mübahisəli nömrələrin rouminq xidmətindən istifadə edilmədiyini, mübahisəli borcun isə rouminq xidmətinə görə deyil, ölkədaxili internetdən istifadəyə görə yarandığını bildirmişdir. Eyni zamanda məhkəmənin sorğusuna cavab məktubunda da ilkin iddia üzrə Cavabdeh MMC abunəçi tərəfindən rouminq xidmətinin sifariş verilmədiyini təsdiqləmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə Cavabdeh MMC-nin ***-***-**-** saylı nömrə üzrə hesablanmış 3.610,59 manat məbləğində borc və ***-***-**-** nömrə üzrə 535,67 manat məbləğində borcun əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə hesablanmış 4146,26 manat məbləğində borc silinməlidir. Cavabdeh MMC tərəfindən iddiaçıya hesablanmış 6545,70 manat məbləğində borcun qalan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi həmin borc ilkin iddia üzrə iddiaçıya abunə müqaviləsi əsasında abunə haqqına və göstərilmiş xidmət haqqına görə hesablanmış borcdur və həmin borcun yaranma əsasları barədə izahlı qaimə və açıqlamalar cavabdeh İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmişdir. İddiaçı MMC isə həmin hissədə borcun əsassız olmasını iddia etsə də, borcun hesablandığı dövr üçün aylıq abunə haqqını, eləcə də mübahisəli telefon nömrələri üzrə aparılmış danışıqlara görə xidmət haqqını ödəməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə ilkin iddia əsassız olmaqla rədd edilməlidir. Rabitə xidmətlərinin təqdim edildiyi telefon nömrələri əvvəlcədən ödənilən (prepaid) nömrələr olması, yəni göstəriləcək rabitə xidmətlərinə görə əvvəlcədən pul ödənilmədən həmin nömrələrdən istifadə etməyin mümkün olmaması barədə iddiaçının istinad etdiyi dəlilə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə mübahisəli nömrələr üzrə xidmətlərin dəyərinin əvvəlcədən ödənilməli olması barədə müddəa yer almamışdır. Digər tərəfdən hər iki tərəfin də təsdiq etdiyi kimi nömrələr üzrə kredit limitinin müəyyən edilməsi həmin nömrələrin əvvəlcədən ödənilən nömrələr olmasını istisna edir. Müqavilənin 9.3-cü bəndinə əsasən abunəçi ödəniş öhdəliklərinin yerinə yetirmədikdə Cavabdeh MMC-nin müqaviləsinin icrasını dayandırmaq hüququna malik olduğu halda nömrələrə xidmət göstərməkdə davam etməsi faktının borcun əsassızlığına dəlalət etməsi barədə ilkin iddia üzrə iddiaçının dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Cavabdeh MMC-nin Müqavilənin 9.3-cü bəndində nəzərdə tutulmuş hüququndan istifadə etməyərək nömrəni bağlamaması ilkin iddia üzrə iddiaçını abunə haqqını və göstərilmiş xidmət haqqını ödəmək vəzifəsindən azad etmir. İlkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videoyazıya münasibətdə məhkəmə qeyd edir ki, həmin videoyazı xx.xx.2020-ci il tarixdə yazıldığı halda mübahisəli borc 2017-2018-ci illər üçün rabitə xidmətlərindən istifadəyə görə yaranmışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, sözügedən videoyazı iş üçün əhəmiyyət kəsb edən hallarla bağlı olmadığından, yəni işə aid olmadığından sübut qismində qəbul edilə bilməz. MPM-in 88-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

2. Maddi zərər tələbi. Həmin hissədə ilkin iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixində üç mobil nömrənin deaktiv olunması, bununla MMC-nin işinə maneə yaradılaraq sifarişlərin, müştərilərin qəbul edilməsinə, digər şirkətlərlə əlaqə saxlanılmasına imkan verilməməsi nəticəsində ilkin iddia üzrə iddiaçıya maddi zərər dəymişdir. Mülki Məcəllənin: 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Məhkəmə ilk növbədə qeyd edir ki, maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı halda isə ilkin iddia üzrə iddiaçı nə ilkin iddia üzrə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin pozulmasına yol verilməsini (belə ki, Cavabdeh borcla əlaqədar nömrələrin deaktiv etmək hüququ müqavilədə nəzərdə tutulmuşdur), nə ona hər hansı məbləğdə maddi zərər dəyməsini, nə də ilkin iddia üzrə cavabdehin hərəkətləri ilə ona dəymiş maddi zərər arasında səbəbli əlaqənin mövcudluğunu sübuta yetirə bilmişdir. Belə olan halda isə maddi zərərin ödənilməsi tələbinə dair hissədə də ilkin iddia əsassız olmaqla rədd edilməlidir. Cavabdeh MMC-nin qarşılıqlı iddiasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından və borcun açıqlanması barəıdə məlumatlardan da göründüyü kimi İddiaçı MMC-nin Cavabdeh MMC -yə əsas borcunun 6.545,70 manat təşkil etdiyini, eyni zamanda ilkin iddianın qismən təmin edilərək həmin borcun 4146,26 manat hissəsinin silindiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh MMC -nin qarşılıqlı iddiası həmin qismən təmin edilməli, rabitə xidmətlərinə görə İddiaçı MMC-dən tutulmalı olan əsas borc məbləği 2.399,44 manat manat (6.545,7- 4146,26) məbləğində müəyyən edilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində abunəçinin ödəniş şərtlərini pozduğuna görə gecikdirilmiş hər təqvim günü üçün ödəniləcək məbləğin 0,1 % həcmində hesablanmış 1.835,32 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, abunə haqqını və xidmət haqqını ödəmək öhdəliyinin icrasını gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehdən tutulması tələb olunan dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq qarşılıqlı iddia üzrə cavabdehdən tutulacaq dəbbə pulu 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə ilkin iddianın və qarşılıqlı iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməli, 10 manat hissəsi iddiaçıya aid edilməli, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməli, qalan hissəsi qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.

Nəticə hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh MMC tərəfindən ilkin iddia üzrə İddiaçı MMC-yə hesablanmış 4.146,26 manat (dörd min yüz qırx altı manat iyirmi altı qəpik) məbləğində borc silinsin, ilkin iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. İlkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən 2.399,44 manat (iki min üç yüz doxsan doqquz manat qırx dörd qəpik) məbləğində əsas borc və 100 (bir yüz) manat məbləğində dəbbə pulu, cəmi 2.499,44 manat (iki min dörd yüz doxsan doqquz manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul məbləği tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilsin. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar