Məhkəmə qərarları › İş №2-2(113)-3099/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-3099/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-3099/2021 29.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı “əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi və təkrar qiymətləndirmənin təyin edilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı “əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi və təkrar qiymətləndirmənin təyin edilməsi” tələbinə dair ərizə ilə müraciət edərək, Daşkəsən Rayon Məhkəməsinin 3(030)- 66/2019 saylı 28.03.2019-cu il tarixli icra vərəqəsinə və Cavabdeh2 sifariş məktubuna əsasən "xxxx" ASC-yə məxsus “QAZ3309” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomaşının qiymətləndirilməsinə dair "xxxx" MMC-nin “Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin” ləğv edilməsi və yenidən qiymətləndirmə təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı “əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi və təkrar qiymətləndirmənin təyin edilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 20 manat dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli 26.08.2020-ci il tarixli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar