Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-3284/2021 24.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 530000 rus rublu məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 31.03.2020-ci il tarixdə 200000 rus rublu və 08.04.2020-ci il tarixdə isə 330000 rus rublu "xxxx" ASC-nin Şəki filialındakı hesabına mədaxil edilmişdir. Bundan sonra Rusiya Federasiyasının Orenburq vilayəti, Orenburq şəhəri, Svillinqa 61/1 ünvanında fəaliyyət göstərən "xxxx" ASC (OOO "xxxx") ilə aralarındakı 01.11.2019-cu il tarixli, 0947/19 saylı müqavilə, 25.12.2019-cu il tarixli CЧ 098113 saylı hesab fakturaya əsasən alınacaq xörək duzunun dəyərinin qalan hissəsinin qabaqcadan ödənilməsi məqsədi ilə 530000 rus rublu məbləğində pulun Rusiya Federasiyasının Orenburq vilayəti, Orenburq şəhəri, Svillinqa 61/1 ünvanında fəaliyyət göstərən "xxxx" ASC (OOO "xxxx")-nin hesabına köçürülməsi üçün 22 aprel 2020-ci il tarixdə "xxxx"ın Şəki filialma müraciət etmişdi ("A" formatlı ödəniş tapşırığı). "Emitenet Bank" tərəfindən ödəniş tapşırığı 22 aprel 2020-ci il tarixdə icra edilmək üçün qəbul edilmişdir. Lakin həmin ödəniş tapşırığı icra edilməmişdir. Bu səbəbdən hesabında olan 530000 rus rublunu geri istədikdə isə bankın Şəki filialından pulun olmadığını, bankın bağlandığını bildirmişlər. Çox acınacaqlı bir haldır ki, bank tərəfindən pul köçürülməsi həyata keçirilməmiş pul köçürülməsi icra edilməmiş, hesabında pul qalmış, bank da həmin pul məbləğini qaytarmamışdır. Bununla bağlı dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna, ləğv prosesində olan "xxxx" ASC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına müraciətlər etmişdir. Ləğvedici-Əmanətlərin Sığortalanması Fondunun 14 avqust 2020-ci il tarixli və 10 sentyabr 2020-ci il tarixli məktubları ilə bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020- ci il tarixli. 2-3(103)-432/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı isə 8 iyul 2020-ci il tarixli məktubu ilə bildirmişdir ki, "xxxx" ASC-yə bank əməliyyatlan aparılması üçün verilmiş lisenziya X3 Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə ləğv edilmişdir və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020ci il tarixli 2-3(103)-132/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və ləvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin olunması qərara alınmışdır. Göründüyü kimi "xxxx" ASC tərəfindən ödəniş tapşırığı icra edilməsi üçün 22 aprel 2020-ci il tarixdə qəbul edilmiş, 20 gün sonra isə, yəni 12 may 2020-ci il tarixdə X3 Heyətinin qərarı ilə bank əməliyyatları aparılması üçün banka verilmiş lisenziyası ləğv edilmişdir. Lakin həmin 20 gün ərzində bank nə ödəniş tapşırığını icra etməmiş, nə də ki, hesabında qalan pulunu ona qaytarmamışdır. Bununla da bank tərəfindən ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 İddiaçı irəli sürdüyü iddia üzrə tələb ləğv prosesində olan banka qarşı yönəldilmiş kreditor tələb olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 isə işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə İddiaçı və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası qanununun: 72.1.3-cü maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. "xxxx" ASC müflis elan edilmiş və “Banklar haqqında” Qanunun tələblərinə görə banka qarşı bütün tələblər yalnız həmin qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür və buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.06.2017-ci il tarixli qərarına əsasən, bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməlidir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı məhkəmə icraatına başlanılmır və banka qarşı göstərilən tələblər yalnız “Banklar haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməlidir. İddia ərizəsinin məzmunundan isə görünür ki, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə və bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyü iddianın predmetini ləğv prosesində olan "xxxx" ASC tərəfindən ona dəymiş ziyanın ödənilməsi təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC-yə (ləğv prosesindədir) və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürdüyü iddia üzrə tələb ləğv prosesində olan banka qarşı yönəldilmiş kreditor tələb olduğundan iddia ərizəsinə məhkəmədə baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə iddia ərizəsi üzrə icraata xitam verilməli, iddiaçıya hazırkı tələbləri iflas proseduru çərçivəsində irəli sürmək hüquqları izah edilməlidir Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, hazırkı tələblərlə iflas proseduru çərçivəsində iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməlidir. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-3284/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-3284/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver