Məhkəmə qərarları › İş №2-2(113)-330/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-330/2020

18.11.2020 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-330/2020 18.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, cavabdeh (borclu) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlak inzibatçısı X1, Cavabdeh MMC-nin nümayəndəsi X3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və fərdi uçot üzrə mərkəzi filialının nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi (kreditor) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh (borclu) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” QSC-yə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialına və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə) qarşı iflas prosesinə xitam verilməsi və cəmiyyətin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (kreditor) İddiaçı MMC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək borclu Cavabdeh MMC-nin müflis elan edilməsi və İddiaçı MMC-yə olan 1200 manat borcunun ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi (kreditor) İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 2011-ci ildə dövlət qeydiyyatına alınmaqla fəaliyyət göstərir. Borclu Cavabdeh MMC xx.xx.2001-ci il tarixdə M-1568 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır və fəaliyyət göstərmişdir. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2013- cü il tarixli tapşırıq müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə hüquqi xidmət göstərilmişdir. Həmin tapşırıq müqaviləsindən Cavabdeh MMC ilə İddiaçı MMC arasında öhdəliklər yaranmışdır. Bu məqsədlə göstərilən xidmətlərə dair hər iki firmanın möhürü ilə təsdiq edilmiş aktlar tərtib edilmişdir və həmin aktlar görülmüş işləri təsdiq edir. Tərəflər arasında bağlanılmış müqavilə müddəti başa çatdıqdan sonra Cavabdeh MMC tərəfindən müqavilə şərtlərinə əsasən razılaşdırılmış xidmət haqqı ödənilməmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə bir neçə dəfə pretenziya göndərilsə də, pretenziyaya cavab olaraq Cavabdeh MMC müqavilə öhdəliklərini yerinə yetirməməsini təsdiq edərək, bunu özünün maddi durumu ilə əlaqələndirmişdir. Hətta həmin cavab məktubuna Cavabdeh MMC-nin təsis sənədlərinin surətlərini təqdim etmişlər. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xidmət göstərilən müddətdə məlum olmuşdur ki, Cavabdehxxxx«X18 Şirkəti ilə bağladığı lizinq müqaviləsi əsasında əldə etdiyi avtobuslarla sərnişin daşıma xidmətlərini həyata keçirməklə sahibkarlıq fəaliyyəti göstərmiş, lakin Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin müvafiq əmrlərinə və qaydalarına əsasən sərnişin daşıma nəqliyyat vasitələrinin təkmilləşdirilərək yeniləri ilə əvəz edilməsi və köhnə nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması ilə əlaqədar “xxxx” MMC-nin sahibkarlıq fəaliyyəti məhdudlaşdırılmış, sonuncu qeyd edilən lizinq ödənişlərini həyata keçirə bilməmiş və «X15» Şirkətinə də külli miqdarda borcu yaranmışdır. Ərizəçi (kreditor) İddiaçı MMC göstərilən əsaslarla iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-ci il tarixli, 2-2(82)-497/16 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü X9 Cavabdeh MMC-nin iflas prosesinin həyata keçirilməsi və İddiaçı MMC-nə olan 1200 manat borcun ödənilməsi məqəsdilə aktivlərin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi qət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-2(82)-497/2016 saylı qərardadına əsasən cavabdeh (borclu) Cavabdeh MMC-nin iflas prosesinə xitam verilməsi və cəmiyyətinin ləğv edilməsi qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri X20 İdarəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-2(82)-497/2016 saylı qərardadının ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-2(103)-546/2018 saylı qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri X20 İdarəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 apellyasiya şikayətləri təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2-2(82)- 497/2016 saylı qərardadının ləğv edilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(82)- 497/2016 saylı qərardadına əsasən Cavabdeh MMC-nin iflas prosesinin həyata keçirilməsi və İddiaçı MMC-yə olan 1200 manat borcunun ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısı təyin edilməsi məsələsi Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilməsi qərara alınmış və qərardada əsasən “xxxx” MMCnin direktor-auditoru X4 Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2019-cu il 14 yanvar tarixli 1/6 SDO nömrəli sərəncamı ilə Cavabdeh MMC-nin iflas prosesinin həyata keçirilməsi və İddiaçı MMC-yə olan 1200 manat borcunun ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısı təyin edilmişdir. Əmlak inzibatçısı A.Qurbanovun xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən iflas prosesində olan “xxxx” MMC-nin dövlət qeydiyyatında dəyişikliklər aparılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(82)-497/2016 saylı qərardadı AR Vergilər Nazirliyi yanında Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə göndırmiş və xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin dövlət büdcəsinə 261255,14 manat ödənilməmiş vergi borcunun olduğundan departamenti kreditor kimi tanınmasını məhkəmədən xahiş etmişdir. Daha sonra əmlak inzibatçısı A.Qurbanov xx.xx.2019-cu il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək, iflas prosesinin həyata keçirilməsi zamanı kreditorlara olan borcların ödənilməsi məqsədilə “xxxx” MMC-nin adına olan aktivlərin müəyyən edilməsi üçün xx/xx/2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə daşınmaz əmlaklar barədə, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Baş Dövlət X16 nəqliyyat vasitələri barədə məlumat verməsinə dair və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə sorğu verilmiş və cavablar alındığını bildirmişdir. “xxxx” QSC məhkəməyə ərizə ünvanlayaraq 2(82)-1149/2008 saylı, xx xxxxxx 2008ci il tarixli qətnamə ilə müəyyən olunmuş 290382 ABŞ dolları borcdan “xxxx” MMC-nin ödənilməmiş qalıq borcu 269766 ABŞ dolları təşkil etdiyini nəzərə alaraq, “xxxx” QSC-ni “xxxx” MMC-nin kreditorlar siyahısına daxil edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş, əvvəlki məhkəmə iclasında iştirak etmiş “xxxx” QSC-nin nümayəndəsi X8 izahatında borclu “xxxx” MMC cəmiyyətə 269766 ABŞ dolları məbləğində borcun qaldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh (borclu) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlak inzibatçısı X4 izahatında ”Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin iflas prosesinə xitam verilməsini və cəmiyyətin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh (borclu) Cavabdeh MMC-nin nümayəndəsi X7 izahatında ”Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin iflas prosesinə xitam verilməsini və cəmiyyətin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş, məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və fərdi uçot üzrə mərkəzi filialının nümayəndəsi X10 izahatında borclu “xxxx” MMC-nin ödənilməmiş borcun olduğunu nəzərə alaraq, sonuncunun iflas prosesinə xitam verilməsinə və cəmiyyətin ləğv edilməsinə razı olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi (kreditor) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” QSC-nin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər və məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əmlak inzibatçısı A.Qurbanov xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmiş son hesabatda aşağıdakılar göstərilmişdir: - İflas prosesinin həyata keçirilməsi zamanı kreditorlara olan borcların ödənilməsi məqsədilə “xxxx” MMC-nin adına olan aktivlərin müəyyən edilməsi üçün xx/xx/2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə daşınmaz əmlaklar barədə, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Baş Dövlət X16 nəqliyyat vasitələri barədə məlumat verməsinə dair və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə sorğu verilmiş və cavablar alınmışdır. Qeyd 1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx/xx/2019-ci il tarixli **********78 saylı məktubunda Cavabdeh MMC-nin adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməməsi göstərilmişdir (məktub - İİ cild iş vər.35). Qeyd 2. Azərbaycan Respublikası Baş Dövlət X14 xx/xx/2019-ci il tarixli 016-55863- 1219 saylı məktubunda Cavabdeh MMC-nin adına 41 ədəd nəqliyyat vasitələri olduğu göstərilmişdir (siyahı əlavə olunur – İİ cild iş vər.43-49). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx/xx/2019-cu il tarixli məktubuna əsasən yuxarıda göstərilən nəqliyyat vasitələrinin 29 ədədinin və Bakı şəhəri İcra hakimiyyəti başçısının xx/xx/1998-ci il tarixli sərəncamı əsasında istifadəsində olan 0.17 ha və 0.40 ha torpaq sahəsinin Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-iqt-(81)-2674/2012 saylı, xx/xx/2012-ci il tarixli icra sənədinə əsasən alınaraq Cavabdeh MMC-yə verilməsinin icrası mümkün olmamışdır. (İİ cild iş vər. 73) - Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 8(011)-20/2015 saylı qərardadı ilə vergi borcuna görə '‘Cavabdeh” MMC-yə məxsus yuxarıda göstərilən nəqliyyat vasitələrinin (Nömrə nişanı: 10TB404, 10TB412, 10TB413, 10TB417, 10TB408, 10TB419, 10TB403, 10TB414, 10TB418) üzərinə həbs qoyulmuş (qərardad İİ cild iş. vər. 74), lakin hal hazırkı dövrə kimi fiziki tapılmamış və səbəbdən icrası mümkün olmamışdır. Qeyd 3. Kreditorlara olan borcların ödənilməsi məqsədilə aktivlərin müəyyən edilməsi və iflas prosesinin həyata keşirilməsi zamanı qanunvericiliyin tələbinə əsasən həyata keçirilmiş araşdırmalar nəticəsində heç bir əmlak aşkar etmək mümkün olmadı. Belə ki, yuxarıda göstərilən əmlakları aşkar etmək mümkün olmadığına görə onlara qiymət vermək mümkün deyil. - Bu iş üzrə xxxx QSC-ni, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X20 İdarəsini (məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialını cəlb etmiş) kreditor kimi cəlb edilməsi və məhkəmədə araşdırılınası məqsədə uyğun hesab olunur. Kreditorlara olan borclar aşağıdakı kimidir:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə – vergilər üzrə əsas vergi məbləği – 2660 manat və faiz məbləği 676,58 manat Qeyd: məhkəmə qərarı ilə təmin edilmiş - 257915,99 manat borc xx.xx.2020-ci il tarixdə (şəxsi hesab vərəqəsi iş materiallarına əlavə olunub) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən (qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə) silinmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X20 İdarəsinə - 1304,44 manat;

3. “xxxx” QSC-yə - 290382 ABŞ dolları (2(82)-1149/2008 saylı, xx xxxxxx 2008-ci il tarixli qətnamə iş materiallarına əlavə olunub);

4. İddiaçı MMC-yə - 1200 manat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci (bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat) fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun: 28.1-ci maddəsinə əsasən təyin olunmasından ən azı 14 gün sonra əmlak inzibatçısı məhkəməyə öz fəaliyyəti barəsində hesabat təqdim edir. Hesabatda əmlak inzibatçısının fəaliyyətinə dair hesabat, maliyyə hesabatları, o cümlədən balans dəyəri üzrə aktivlərin siyahısı, kreditorların tələblərinin ilkin reyestri və əmlak inzibatçısının həmin tələblərə verdiyi dəyərin pulla ifadəsi, habelə ödənilmiş tələblərin məbləğləri, əmlak inzibatçısına ödənilən haqq və xərclər barəsində məlumat, kreditorların bütün tələbləri ödənildikdən sonra qalan vəsaitdən istifadəyə dair hesabat, borclu müəssisənin müdirinin hər hansı qanuna zidd hərəkəti və ya bağladıqları əqdlər barəsində müfəssəl məlumat, fərdi borcluya dair müəyyən edilməli şərtlər, habelə iflas prosesinin xitamınadək keçməli olan müddət haqqında tövsiyyələr, əmlak inzibatçısının qənaətinə görə, məhkəməyə lazım ola bilən digər məlumat göstərilir. Həmin Qanunun 60-cı maddəsinin:

1. Məhkəmə borclu barəsində iflas prosesinə aşağıdakı hallarda xitam verir: a) əmlak inzibatçısının son hesabatı məhkəməyə təqdim edildikdə və əmlak inzibatçısını dinlədikdən sonra məhkəmə heç bir edilməli hərəkətin qalmadığına əmin olduqda; b) bütün kreditorların tələbləri tamamilə ödənildikdə; c) əmlak inzibatçısı kreditorlar ilə güzəştli sazişin tamamilə yerinə yetirildiyi və ya sağlamlaşdırmanın başa çatdırıldığı barədə məhkəməyə bildiriş göndərdikdə. ç) məhkəmənin buna müvafiq saydığı başqa hallarda. Məhkəmə hesab edir ki, ərizəçi (kreditor) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh (borclu) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iflas prosesinə xitam verilməsi və cəmiyyətin ləğv edilməsi tələbi təmin edilə bilməz. Belə ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli son hesabatdan görünür ki, xx xxxx 2016ci il tarixdən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin iflas prosesinə başlanılmasına baxmayaraq kreditorlara həmin müddət ərzində heç bir borc ödənilməmiş, halbuki borclunun mülkiyyətində kifayət qədər əmlaklar vardır. Göründüyü kimi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlak inzibatçısı cəmiyyətin mülkiyyətində olan əmlakların hesabına kreditorların borcların ödənilməsi ilə bağlı hər hansı hərəkət etməmişdir. Odur ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlak inzibatçısının edilməli olan hərəkətləri qaldığından və bütün kreditorların tələbləri tamamilə ödənilmədiyindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin iflas prosesinə xitam verilməsi və cəmiyyətinin ləğv edilməsi tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: Ərizəçi (kreditor) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh (borclu) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” QSC-yə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialına və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə) qarşı iflas prosesinə xitam verilməsi və cəmiyyətin ləğv edilməsi tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar