Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-347/2020 05.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X1 cavabdeh “xxxxxxxx” Mənzil Tikinti Kooperativinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X3 cavabdeh “xxxxxxxx” Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxx” Mənzil Tikinti Kooperativindən 7.500.000 manat məbləğində əsas borcu, 720.415.51 manat məbləğində faiz borcu, ümumilikdə 8.220.415,51 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “xxxxxxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 020/16 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə 60 ay müddətinə qaytarmaq şərti ilə, 7.500.000 manat məbləğində kredit verməyi, borc alan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən, kredit nağd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Cavabdeh “xxxxxxxx” Mənzil Tikinti Kooperativi bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin banka 7.500.000 manat məbləğində əsas borcu, 720.415.51 manat məbləğində faiz borcu, ümumilikdə 8.220.415,51 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, eləcə də yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və ohdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(81)-466/2018 saylı qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)525/2018 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehdən 7.500.000 manat məbləğində əsas borcu, 720.415.51 manat məbləğində faiz borcu, ümumilikdə 8.220.415,51 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(82)525/2018 saylı qərardadı ilə xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edib, iddia ərizəsinə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh “xxxxxxxx” Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili X2 iddianı qəbul etmədiyini, MTK tərəfindən kredit müqaviləsi üzrə müəyyən ödənişlərin edildiyini bildirmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı ASC (borc verən) ilə “xxxxxxxx” Mənzil Tikinti Kooperativinə (borc alan) arasında xx xxxx 2016-cı il tarixli, 020/16 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən borc verən borc alana xx xxxx 2021-ci il tarixənədək illik 7% ödənilmək şərtilə istehlak məqsədi ilə 7.500.000 manat məbləğində kredit verilmişdir. 2.1-ci bəndinə əsasən borc alan kredit müqaviləsi üzrə faizləri hər il dekabr ayının sonuncu iş günü, əsas borcu isə müddətin sonunda ödəməlidir. Borc alan kredit və ya ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün ödəniş məbləğinin 1% həcmində və vaxtı keçmiş kredit üzrə illik faiz dərəcəsi 14% ödəməlidir. Müqavilənin 2.5-ci bəndinə görə borc alan kredit müqaviləsi üzrə faizləri hər il dekabr ayının sonuncu iş günü, əsas borcu isə müddətin sonunda ödəməlidir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə ərizəçi X5 Palatasının ərizəsi təmin edilmiş, İddiaçı ASC-nin məcburi ləğv edilməsi və X1 xx.xx.2016-cı il tarixindənhn etibarən bankın ləğvedicisi təyin edilməsi qərara alınmışdır. xx.xx.2017-ci il tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, cavabdeh “xxxxxxxx” Mənzil Tikinti Kooperativi ilə xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsi üzrə sonuncunun ödənilməmiş 7.500.000 manat əsas (qalıq) borcu, 720.415,51 AZN məbləğində faiz borcu, cəmi 8.220.415,51 manat borcu var. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)57/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən “xxxxxxxx” MTK-yə ünvanlanmış xx xxxxxxx 2017-ci il tarixli xəbərdarlıqdan görünür ki, sonuncuya xx.xx.2017-ci il tarixədək hesablanmış 7.500.000 manat əsas, 647.499,01 manat faiz borcunun 5 gün müddətində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7814 saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2016-cı il tarixli, 020/16 saylı kredit müqaviləsi ilə illik 7% dərəcəsi olmaqla 60 ay müddətinə verilmiş 7.500.000 manat məbləğində kredit məbləği üzrə əsas və faiz borcunu ekspertiza tədqiqatı ilə müəyyən etmək mümkün olmamışdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə “xxxxxxxx” Mənzil Tikinti Kooperativi ilə arasında xx.xx.2017-ci il tarixdə 020/16 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən MTK-ya 7.500.000 manat məbləğində kredit verilmişdir. Hazırda İddiaçı ASC-nin ləğvedicisi X3 mübahisəli müqavilə üzrə MTK-nın banka 7.500.000 manat əsas, 720.415,51 manat məbləğində faiz borcu, cəmi 8.220.415,51 manat məbləğində borcunun olmasını iddia edir. Cavabdeh “xxxxxxxx” MTK isə müqavilə üzrə müəyyən ödənişlərin edildiyini bildirərək borcun məbləği ilə razı olmadığını bildirir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaya etirazlarına əsas kimi mübahisəli müqavilə üzrə ödənişlər etməsinə və borclarının məbləğinin daha az olmasına istinad etsə də, müqavilə üzrə ödənişləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə “xxxxxxxx” Mənzil Tikinti Kooperativinin İddiaçı ASC-yə 7.500.000 manat əsas, 720.415,51 manat məbləğində faiz borcu, cəmi 8.220.415,51 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə cavabdeh “xxxxxxxx” Mənzil Tikinti Kooperativinin xx.xx.2016-cı il tarixli, 020/16 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, kredit müqaviləsinin bağlanmasından 4 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən həmin müqavilə üzrə heç bir ödənişin həyata keçirilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı X7 ləğvedicisi X3 kredit müqaviləsi üzrə yaranmış faiz borcunun tələb etməkdə haqlıdır. Digər tərəfdən məhkəmə cavabdehin kredit müqaviləsinin bağlanmasından keçən müddət ərzində faiz borcunun ödənilməsi öhdəliyini ümumiyyətlə icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı MM-in 743-cü maddəsinə əsasən əsas borcun dərhal qaytarılmasını tələb etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh “xxxxxxxx” Mənzil Tikinti Kooperativindən 7.500.000 manat məbləğində əsas borc, 720.415.51 manat məbləğində faiz borcu, ümumilikdə 8.220.415,51 manat məbləğində borc tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 7.500.000 (yeddi milyon beş yüz min) manat məbləğində əsas borc, 720.415,51 manat (yeddi yüz iyirmi min dörd yüz on beş manat əlli bir qəpik) məbləğində faiz borcu, cəmi 8.220.415,51 manat (səkkiz milyon iki yüz iyirmi min dörd yüz on beş manat əlli bir qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı X8 ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-347/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-347/2020
05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver