Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-377/2020 16.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehna qarşı lizinq obyektinin qaytarılması və pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11/289 saylı daxili lizinq müqaviləsinə İ saylı Əlavədə göstərilən “HOWO 8x4” markalı özüboşaldanın (mühərrik: **********37; şassi: LZZ5EXSD0BN63 1756, M İ,H: 9726 kub.sm; rəngi: ağ, buraxılış ili 2011) təhvil alınaraq “İddiaçı" MMC-yə geri qaytarılmasına və əsas məbləğ üzrə 23,122.75 ABŞ dolları, hesablanmış dəbbə pulu üzrə 6,025.36 ABŞ dolları olmaqla, cəmi 29,148.11 ABŞ dollarının manat ekvivalentinə bərabər məbləğin və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 31 AZN dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi X3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ümumi məbləğ üzrə 31,700.71 ABŞ dolları (əsas borc 26124.4ABŞ dolları, faiz borcu 5576.25 ABŞ dolları), dəbbə pulu üzrə isə 5653.49 ABŞ dolları olmaqla, cəmi 37354.20 ABŞ dollarının manat ekvivalentinə bərabər məbləğin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 X7-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(82)-471/2019 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh “İddiaçı" MMC-yə və X4 qarşı müqavilənin və müqaviləyə əlavənin etibarsız hesab edilməsi tələbinə dair iqtisadi mübahisə üzrə yekun məhkəmə aktı (qətnamə və ya qərardad) qanuni qüvvəyə minənədək hazırki iş üzrə icraat dayandırılmışdır. Bundan sonra Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)- 165/2020 qərardadı ilə hazırki iş üzrə icratın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılıdığı üçün, iş üzrə icraat təzələnmişdir. Hal-hazırda iddiaçının qanuni təmsilçisi X2 məhkəməyə ərizə ilə müraciət edərək, iddiadan imtina etdiyini və iddianın imtina edilməsinin hüquqi nəticələrinin iddiaçıya tamamilə aydın oluduğunu qeyd edədərk, hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında hazırki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehinnümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki,iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul olunmalı və hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, “xxxx” MMC-nin “xxxx” MMC-yə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin baş meneceri X1 iddiadan imtina etməsi qəbul olunsun. İddiaçı MMC Cavabdehna qarşı ümumi məbləğ üzrə 31.700,71 ABŞ dolları (əsas borc 26.124,40 ABŞ dolları, faiz borcu 5.576,25 ABŞ dolları), dəbbə pulu üzrə isə 5.653,49 ABŞ dolları olmaqla, cəmi 37.354,20 ABŞ dollarının manat ekvivalentinə bərabər məbləğin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-377/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-377/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver