Məhkəmə qərarları › İş №2-2(113)-39/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-39/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-39/2023 01.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Cavabdeh2 iştirakı olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyəli Cəmiyyətinə və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödəniməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka olan əmlakın açıq hərracdan satılması və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli BKN-00007-14/18A saylı əsas kredit müqaviləsinin və xx.xx.2020-ci il tarixli RPZ-00007- 14/20A saylı Əlavə kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2021-ci i tarixli RPZ-00007- 14/20A saylı Əlavə kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 105500 manat əsas borc, 10760,72 manat faiz borcu, 12375.89 manat dəbbə borcu, ümumilikdə 128636,61 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 MMC-dən iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli RPZ-00006-14/20A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 157791,5 manat əsas borc, 18553,65 manat faiz borcu, 11775,06 manat dəbbə borcu ümumilikdə 188120,21 manat məbləğində borcun, Cavabdeh1 MMC-dən iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması və Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli BKNG-B0007-14/18A saylı sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən ümumi sahəsi 190.8 kv.m. olan qeyri-yaşayış sahəsinə və iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BKNG-A0007-14/18A saylı sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh2 məxsus olan Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 110 ünvanında yerləşən 19 saylı mənzilə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və həmin ipotekalar ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 MMC-dən tutulması və ipoteka predmetləri olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən ümumi sahəsi 190.8 kv.m. olan qeyri-yaşayış sahəsinin və Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 110 ünvanında yerləşən 19 saylı mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixli BKN-00007-14/18A saylı əsas kredit müqaviləsi bağlanmışdır və bank tərəfindən cavabdehə 60 ay müddətinə, xx.xx.2023-cü il tarixinədək Əlavə Müqavilələr bağlanmaqla 361000 manat məbləğinədə kredit verilə biləcəyi razılaşdırılmışdır. Həmçinin tərəflər arasında xx.xx.2020-ci il tarixli RPZ-00006- 14/20A saylı əsas kredit müqaviləsi də bağlanmışdır və bank tərəfindən cavabdehə 157791.50 manat krediti 17 faizlə, 12 ay müddətinə borcalanın mülkiyyətinə vermişdir, borcalan isə həmin kreditdən xx.xx.2019-cu il tarixli BKX-E0007-14/19A saylı kredit xəttinin bağlanılması məqsədi ilə istifadə etməyi 3 ay güzəşt müddəti daxil olmaqla xx.xx.2021-ci il tarixinədək faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli BK- 00001-14/16A saylı əsas kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 arasında 15 may 2018-ci il tarixdə BKNG-B0007- 14/18A saylı ipoteka müqaviləsi bağlanmış və mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr-ti, 17A üvanında yerləşən ümumi sahəsi 190.8 kv.m olan qeyri-yaşayış sahəsini ipotekaya qoymuşlar. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli RPZ-00007-14/20A saylı Əlavə kredit müqaviləsinə əsasən, biznes məqsədi ilə bank tərəfindən cavabdehə 12 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 105500 manat məbləğində kredit verilmiş və cavabdeh krediti xx.xx.2021-ci il tarixədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli BKG- 00001-14/16A saylı əsas kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 arasında 15 may 2018-ci il tarixdə BKNG-A0007-14/18A saylı ipoteka müqaviləsi bağlanmışlar və mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 110 ünvanında yerləşən 19 saylı mənzili ipotekaya qoyulmuşdur. 21 may 2020ci il tarixində 15 may 2018-ci il tarixli BKNG-A0007-14/18A saylı sonrakı ipoteka müqaviləsinə, 15 may 2018-ci il tarixli BKN-00007-14/18A saylı əsas kredit müqaviləsinə əlavə saziş, 21 may 2020-ci il tarixli RPZ-00007-14/20A saylı əlavə kredit müqaviləsinə əlavə sazişlər imzalanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı tərəf cavabdehlə arasında olan əsas kredit müqaviləsinin 9.3-cü və ipoteka müqaviləsinin 7.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixli RPZ-00006-14/20A saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2021 -ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 157791.5 manat, faiz borcu 18553.65 manat, dəbbə borcu 11775.06 manat, cəmi 188120.21 manat və xx.xx.2020-ci il tarixli RPZ-00007-14/20A saylı əlavə kredit xətti müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 105500 manat, faiz borcu 10760.72 manat, dəbbə borcu 12375.89 manat, cəmi borcu 128636.61 manat təşkil edir. Cavabdehlə bağlanılan əlavə kredit müqavilələrinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-6185/2021 saylı qərardadı ilə "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, müqavilə üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair 2(004)- 6185/2021 saylı mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixi BKN-00007-14/18A əsas kredit müqaviləsinin və xx.xx.2020-ci il tarixli RPZ-00007-14/20A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2021-ci il tarixli RPZ-00007-14/20A saylı Əlavə kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 105500 manat əsas borc, 10760,72 manat faiz borcu, 12375,89 manat dəbbə borcu, ümumilikdə 128636,61 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 MMC-dən iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması və iddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli RPZ-00006-14/20A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 157791,5 manat əsas borc, 18553,65 manat faiz borcu, 11775,06 manat dəbbə borcu, ümumilikdə 188120.21 manat məbləğində borcun, Cavabdeh1 MMC iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında balanmış 15 may 2018-ci il tarixli BKNG-B0007-14/18A saylı sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanda yerləşən ümumi sahəsi 190,8 kv.m. olan qeyri-yaşayış sahəsinə və Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BKNG-A0007-14/18A saylı sonrakı ipoteka müqaviləsi əsasında Cavabdeh2 məxsus olan Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 110 ünvanında yerləşən 19 saylı mənzilə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və həmin ipotekalar ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 MMC-dən tutulması və ipoteka predmetləri olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən ümumi sahəsi 190.8 kv.m. olan qeyri-yaşayış sahəsinin və Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 110 ünvanında yerləşən 19 saylı mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdilər. xx.xx.2023-cü il tarixində isə iddiaçı məhkəməyə EMİS vasitəsi ilə ərizə ilə müraciət edərək məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 çıxış edərək bildirdi ki, iddia tələbini qismən qəbul edir, hazırda mövcud kredit borcunu hissə-hissə, aylıq 2000 manat olmaqla ödəməyə hazırdırlar. xx.xx.2018-ci il tarixli BKNG- B0007-14/18A saylı sonrakı ipoteka müqaviləsinin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair rəylə razılaşmır, məbləğlər arasında ciddi fərqin olduğunu bildirir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddiaçı Bank "xxxx" ASC isə elektron ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçı və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - Borcverən "xxxx" ASC-nin “Əcəmi” filialı ilə borcalan kimi Cavabdeh1 MMC-nin direktoru arasında 15 may 2018-ci il tarixli, BKN-00007-14/18A saylı əsas kredit müqaviləsi bağlamışlar. Müqavilənin aşağıdakı maddələrinə əsasən: 1.1. Borcverən Borcalana bu Müqavilə çərçivəsində 60 ay müddətinə, xx.xx.2023-cü il tarixinədək Əlavə Müqavilələr bağlamaqla 361000 manat məbləğinədək kreditlər verə bilər. 1.2. Borcalanın kredit verilməsinə dair müraciəti daxil olduqda kreditin verilməsi və ya verilməsindən imtina edilməsi Borcverənin mülahizəsinə əsasən müəyyən edilir. 1.3. Əlavə müqavilələr əsasında verilən kreditlərin müddəti və ümumi məbləği bu Müqavilənin 1.1. bəndi ilə müəyyən olunmuş müddət və məbləğdən artıq ola bilməz. 1.4. Əlavə Müqavilələrlə kreditlərin bu Müqavilənin 1.1 bəndində göstərilən valyutadan fərqli valyutada verilməsi nəzərdə tutula bilər. 6.1. Borcalanın bu müqavilədən irəli gələn öhdəliklərinin icrası xx.xx.2018-ci il tarixli BKNG-A0007-14/18A saylı sonrakı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil və xx.xx.2018-ci il tarixli BKNG-B0007-14/18A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipotekaları ilə təmin olunur. 7.4. Borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü gündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məblğinin 0.5%-i məbləğində gündəlik cərimə hesablanır. 8.1. Müqavilə tərəflərin imzaladığı tarixdən qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədə qalır. - "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 15 may 2018-ci il tarixli, BKN- 00007-14/18A saylı əsas kredit müqaviləsinə dəyişikliklərin edilməsinə dair bağlanmış 21 may 2020-ci il tarixli 1 saylı Əlavə Sazişə əsasən tərəflər arasında müqavilə üzrə maksimal faiz dərəcəsi 35 faiz müəyyən olunmuş və müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır. - 15 may 2018-ci il tarixli BKNG-A0007-14/18A saylı sonrakı ipoteka müqaviləsi ilə ipoteka saxlayan qismində Bank "xxxx" ASC-nin Əcəmi Filialı, ipoteka qoyan Cavabdeh2 və borclan kimi Cavabdeh1 MMC göstərilməklə üç tərəfli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ipoteka qoyan müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Azərbaycan Respublikası DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********63-05101- 093001 saylı reyestr, qeydiyyat nömrəsi **********, xx-xx-2013-cü il tarixində qeydə alınmış RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 110 ünvanında yerləşən 19 saylı mənzil ipoteka saxlayana ipoteka qoymuşdur. Tərəflərin qarşılıqlı razılığı ilə sonrakı ipoteka predmeti 93500 AZN məbləğində qiymətləndirilmişdir. Müqavilə borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir. - 15 may 2018-ci il tarixli BKNG-B0007-14/18A saylı sonrakı ipoteka müqaviləsi ilə ipoteka saxlayan qismində Bank "xxxx" ASC-nin Əcəmi Filialı, ipoteka qoyan Cavabdeh2 və borcalan kimi Cavabdeh1 MMC göstərilməklə üç tərəfli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ipoteka qoyan müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Azərbaycan Respublikası DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********42-05101- 083001 saylı reyestr, qeydiyyat nömrəsi **********, xx-xx-2011-ci il tarixində qeydə alınmış MA seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 190.8 kv.m. olan qeyri-yaşayış sahəsi ipoteka saxlayana ipoteka qoymuşdur. Tərəflərin qarşılıqlı razılığı ilə sonrakı ipoteka predmeti 425000 AZN məbləğində qiymətləndirilmişdir. Müqavilə borc alan, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10 avqust 2011-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən ümumi sahəsi 190.8 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları ********** saylı qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına hüquqi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 may 2018-ci il tarixli RX seriyalı, ******* saylı çıxarışına əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixli BNK-00007-14/18A KM əsasən Bank "xxxx" ASC-nin “Əcəmi” filialının xeyrinə yüklü edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 oktyabr 2013-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m. olan mənzil üzərində mülkiyyət hüquqları ********** saylı qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına hüquqi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında 16 may 2018-ci il tarixli RX seriyalı, ******* saylı çıxarışına əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2018-ci il tarixli BNK-00007-14/18A KM əsasən Bank "xxxx" ASC-nin “Əcəmi” filialının xeyrinə yüklü edilmişdir. - "xxxx" ASC-nin Əcəmi filialı, Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanmış 15 may 2018-ci il tarixli, BKN-00007-14/18A saylı (üçtərəfli) sonrakı ipoteka müqaviləsinə dəyişikliklərin edilməsinə dair bağlanmış 21 may 2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən tərəflər arasında müqavilə üzrə maksimal faiz dərəcəsi 35 faiz müəyyən olunmuş və müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır. Əlavə saziş üç tərəfin imzası ilə və Bank ilə MMC-nin möhürü ilə təsdiq edilmişdir. - "xxxx" ASC-nin Əcəmi filialı (İpoteka saxlayan/Borcverən) ilə Cavabdeh1 MMC (Borcalan) arasında bağlanmış 21 may 2020-ci il tarixli RPZ-0006-14/20A saylı Əlavə kredit müqaviləsinə əsasən Borcverən 157791.50 manat məbləğində krediti illik 17 faizlə 12 ay müddətinə Borcalanın mülkiyyətinə verir, Borcalan isə həmin kreditdən xx.xx.2019cu il tarixli BKX-E0007-14/19A saylı kredit xəttinin bağlanması məqsədilə istifadə etməyi və onu 3 ay güzəşt müddəti daxil olmaqla xx.xx.2012-ci il tarixinədək faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 6.4-cü maddəsinə əsasən Borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5%-i məbləğində gündəlik cərimə hesablanır. - 21 may 2020-ci il tarixli RPZ-0006-14/20A saylı Əlavə kredit müqaviləsinin 1 saylı əlavəsinin ödəniş cədvəlinə (sonradan qüvvədən düşmüş) əsasən Cavabdeh1 MMC-yə 157791,50 manat məbləğində 12 ay müddətinə və aylıq 1.42% və 3 ay güzəşt müddəti olmaqla kredit ayrılmış və yekun ödənilməli məbləğ 175838 manat; 2 saylı əlavənin ödəniş cədvəlinə əsasən isə 157791,5 manat məbləğində 19 ay müddətinə və aylıq 1.42% və 6 ay güzəşt müddəti olmaqla kredit ayrılmış və yekunda ödənilməli məbləğ 186917,91 manat müəyyən edilmişdir. - 21 may 2020-ci il tarixli RPZ-00006-14/20A saylı əlavə kredit müqaviləsinə 13 noyabr 2020-ci il tarixli 1 saylı Əlavə sazişə əsasən Tərəflər müqavilə müddəti ərzində borcalana kreditin ödənilməsində 20 noyabr 2020-ci il tarixdən hesablanmaqla 6 ay güzəşt müddəti müəyyən edilməsi, güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilməsi, əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəlinin tərtib olunması və müqavilə üzrə ödənişlər bu Əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasən aparılması, 21 may 2020-ci il tarixli ödəniş cədvəlinin bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab edilməsi, o cümlədən yeni tərtib olunmuş ödəniş cədvəlinin həmçinin bu əlavənin imzalandığı günə Borcalanın müqavilə üzrə ödənilməli olan lakin ödənilməmiş qalıq borcunu əks etdirdiyi, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 12 ay müddətinə 20 may 2022-ci il tarixinədək uzadılmış hesab edilməsi və müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 17 faiz olaraq müəyyən olunması barədə razılığa gəlmişlər. - "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında 21 may 2020-ci il tarixli RPZ-0007- 14/20A saylı bağlanmış Əlavə kredit müqaviləsi əsasən Borcverən 105500 manat məbləğində krediti illik 18 faizlə 12 ay müddətinə borcalanın mülkiyyətinə verir, Borcalan isə həmin kreditdən xx.xx.2019-cu il tarixli BKX-D0007-14/19A saylı kredit xəttinin bağlanması məqsədi ilə istifadə etməyi və onu 3 ay güzəşt müddəti daxil olmaqla xx.xx.20212-ci il tarixinədək faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. - 21 may 2020-ci il tarixli RPZ-0007-14/20A saylı əlavə kredit müqaviləsinin 1 saylı əlavəsinin ödəniş cədvəlinə (sonradan qüvvədən düşmüş) əsasən Cavabdeh1 MMC-yə 105500 manat məbləğində 12 ay müddətinə və aylıq 1.5% və 3 ay güzəşt müddəti olmaqla kredit ayrılmış və yekun ödənilməli məbləğ 118284,26 manat, 2 saylı əlavənin ödəniş cədvəlinə əsasən isə 105500 manat məbləğində 19 müddətinə və aylıq 1.5% və 6 ay güzəşt müddəti olmaqla kredit ayrılmış və yekunda ödənilməli məbləğ 126138,24 manat müəyyən edilmişdir. - 21 may 2020-ci il tarixli RPZ-0007-14/20A saylı əlavə kredit müqaviləsinin 13 noyabr 2020-ci il tarixli 1 saylı Əlavə sazişinə əsasən Tərəflər müqavilə müddəti ərzində Borcalana kreditin ödənilməsində 20 noyabr 2020-ci il tarixdən hesablanmaqla 6 ay güzəşt müddəti müəyyən edilməsi, güzəşt müddəti ərzində yalnız müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilməsi, əlavənin 1-ci bəndinə müvafiq olaraq yeni ödəniş cədvəlinin tərtib olunması və müqavilə üzrə ödənişlər bu əlavə imzalandıqdan sonra yeni ödəniş cədvəlinə əsasasən aparılması, 21 may 2020-ci il tarixli ödəniş cədvəlinin bu əlavənin imzalandığı tarixdən sonrakı hissədə qüvvədən düşmüş hesab edilməsi, o cümlədən yeni tərtib olunmuş ödəniş cədvəlinin həmçinin bu Əlavənin imzalandığı günə Borcalanın müqavilə üzrə ödənilməli olan lakin ödənilməmiş qalıq borcunu da əks etdirdiyi, müqavilə ilə kreditin qaytarılması üçün müəyyən olunmuş müddət 12 ay müddətinə 20 may 2022-ci il tarixinədək uzadılmış hesab edilməsi və müqavilə ilə verilmiş kredit üçün hesablanan faiz dərəcəsi 18 faiz olaraq müəyyən olunması barədə razılığa gəlmişlər. - “Bank "xxxx" ASC-nin Cavabdeh1 MMC-yə və Cavabdeh2 ünvanladığı xx.xx.2021ci il tarixli ƏCMF-2021/225 saylı və eyni tarixli ƏCMF-2021/226 bildirişlərdə Bank ilə Borcalan MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli RPZ-0006-14/20A saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə biznes məqsədi ilə 12 ay müddətinə, illik 17 faiz hesablanmaqla, 157791,50 manat məbləğində kredit verildiyi, həmin kredit müqaviləsinə 13.11.202-ci il tarixdə imzalanmış 2 saylı əlavə sazişə əsasən illik 17 faiz hesablanmaqla 12 ay müddətinə restrukturizasiya olunduğu və kredit üzrə ödənişlərdə 145 faktiki gecikmə günü müşahidə olunduğu, həmçinin xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixinə gecikdirilmiş 23618,04 manat kredit borcunun 11139,94 manatı əsas borcu, 11304,40 manat faiz borcu və 1169,70 manat dəbbə borcu olmaqla xx.xx.2021-ci il tarixə ümumi borcun 172000,85 manat olduğu, həmin borc, cərimə və faizlərin 10 gün ərzində ödənilmədiyi təqdirdə kredit müqaviləsinin ləğv olunacağı və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş (ünvan 2 ünvanında yerləşən mənzilə və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə) əmlaklara yönəldiləcəyi bildirilmişdir. - “Bank "xxxx" ASC-nin Cavabdeh1 MMC-yə və Cavabdeh2 ünvanladığı xx.xx.2021ci il tarixli ƏCMF-2021/287 saylı və eyni tarixli ƏCMF-2021/288 saylı bildirişlərdə bank ilə borcalan MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli RPZ-0007-14/20A saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə biznes məqsədi ilə 105500 manat məbləğində kredit verildiyi, həmin kredit müqaviləsinə 13.11.202-ci il tarixdə imzalanmış 2 saylı əlavə sazişə əsasən illik 18 faiz hesablanmaqla 24 ay müddətinə restrukturizasiya olunduğu və kredit üzrə ödənişlərdə 78 faktiki gecikmə günü müşahidə olunduğu, həmçinin xx.xx.2020ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixinə gecikdirilmiş 22187,31 manat kredit borcunun 14931,88 manat əsas borcu, 7255,43 manatı faiz borcu olmaqla xx.xx.2021-ci il tarixə ümumi borcun 113570,47 manat olduğu, həmin əsas borc, cərimə və faizlərin 10 gün ərzində ödənilmədiyi təqdirdə kredit müqaviləsinin ləğv olunacağı və ödənişin həyata keçirilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş (ünvan 2 ünvanında yerləşən mənzilə və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən qeyriyaşayış sahəsinə) əmlaka yönəldiləcəyi bildirilmişdir. - “Bank "xxxx" ASC-nin Əcəmi Filialı tərəfindən “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, ƏCMF-2021/300 saylı müraciətində bank tərəfindən Bank ilə Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli BKNG-A0007-14/18A saylı (üçtərəfli) “Sonraki İpoteka müqaviləsi”nə əsasən, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklü edildiyi, həmçinin Cavabdeh1 MMC kredit müqaviləsi üzrə borc öhdəliklərinin lazımınca icra etmədiyinə görə əsas borc, kreditlə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi məqsədi ilə ödənişin ipoteka predmetinə yönəldilməsi haqqında 09 iyul 2021-ci il tarixli ƏCMF-2021/287 saylı bildiriş göndərildiyi və bu bildirişin rəsmi qeydiyyata alınması xahiş olunmuşdur. - “Bank "xxxx" ASC-nin Əcəmi Filialı tərəfindən “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, ƏCMF-2021/301 saylı müraciətində bank tərəfindən Bank ilə Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli BKNG-A0007-14/18A saylı (üçtərəfli) “Sonraki İpoteka müqaviləsi”nə əsasən, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edildiyi, həmçinin Cavabdeh1 MMC kredit müqaviləsi üzrə borc öhdəliklərinin lazımınca icra etmədiyinə görə əsas borc, kreditə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi məqsədi ilə ödənişin ipoteka predmetinə yönəldilməsi haqqında 09 iyul 2021-ci il tarixli ƏCMF- 2021/288 saylı bildiriş göndərildiyi və bu bildirişin rəsmi qeydiyyata alınması xahiş olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********73 saylı məktubunda Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 110 saylı evin 19 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı bildirilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********74 saylı məktubunda Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı bildirilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********17 saylı məktubunda Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 110 saylı evin 19 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı bildirilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********18 saylı məktubunda Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alındığı bildirilmişdir. - "xxxx" ASC-nin 30 avqust 2021-ci il tarixli Arayışına əsasən 21 may 2020-ci il tarixli RPZ-0006-14/20A saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixə əsas borcu 157791,5 manat, ümumi faiz borcu 18553,65 manat, dəbbə borcu 11775,06 manat olmaqla cəmi borc 188120,21 manat təşkil edir. - "xxxx" ASC-nin 30 avqust 2021-ci il tarixli arayışına əsasən 21 may 2020-ci il tarixli RPZ-0007-14/20A saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixə əsas borcu 105500 manat, ümumi faiz borcu 10760,72 manat, dəbbə borcu 12375,89 manat olmaqla cəmi borc 128636,61 manat təşkil edir. - Məhkəmənin 30 noyabr 2021-ci il tarixli qərardadı ilə BKN-00007-14/18A saylı əsas kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli RPZ-0007-14/20A saylı Əlavə kredit müqaviləsi üzrə əsas borc, cərimə və faiz borcunun müəyyən edilməsi məqsədi ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2022-ci il tarixli, 9/348 saylı ekspert rəyinə əsasən X4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı, xx.xx.2020-ci il tarixli, RPZ-00007-14/20A nömrəli kredit müqaviləsi və Əlavə şazişin şərtləri əsas götürülməklə X2 xx.xx.2021-ci il tarixədək (iddia tələbində göstərilən tarixə) banka olan əsas borcu 105500 manat, faiz borcu isə 11676,58 manat müəyyən edilmişdir. - Məhkəmənin 19 aprel 2022-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 iyul 2022-ci il tarixli, 9/3707 saylı ekspert rəyinə əsasən iş materiallarında olan pul vəsaitinə dair hesabdan çıxarış, maliyyə arayışı, xx.xx.2020-ci il tarixli, RPZ-00007-14/20A nömrəli Kredit Müqaviləsi və həmin müqaviləyə edilmiş “Əlavə Saziş”in şərtləri əsas götürülməklə X2 xx.xx.2021-ci il tarixədək (maliyyə arayışında borcun hesablandığı tarixə) iddiaçı Bank "xxxx" ASC-yə olan əsas borcu – 105500 manat, faiz borcu – 11676,58 manat müəyyən edilmişdir. Həmçinin rəydə eksertiza təqdiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli RPZ-00007-14/20A saylı kredit müqaviləsi üzrə cərimə bəndinin nəzərdə tutulmasına baxmayaraq bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün xx.xx.2021-ci il tarixə cavabdeh X3 cərimə borcunun hesablanmadığı qeyd olunmuşdur. - Daha sonra məhkəmənin 04 oktyabr 2022-ci il tarixli qərardadı ilə xx.xx.2018-ci il tarixli, BKN-00007-14/18A saylı əsas kredit müqaviləsi və RPZ-0006-14/20A saylı Əlavə kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun düzgün hesablanması üçün əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, 9/8238 saylı ekspert rəyinə əsasən X4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı, xx.xx.2020-ci il tarixli, RPZ-00007-14/20A nömrəli kredit müqaviləsi, xx.xx.2020-ci il tarixli, RPZ-00006- 14/20A nömrəli kredit müqaviləsi və həmin müqavilələrə edilmiş Əlavə şazişin şərtləri əsas götürülməklə X2 xx.xx.2021-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) banka olan xx.xx.2020-ci il tarixli, RPZ-00007-14/20A nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borcu 105500 manat, faiz borcu isə 11676,58 manat, xx.xx.2020-ci il tarixli, RPZ-00006-14/20A nömrəli kredit müqaviləsi xx.xx.2021-ci il tarixə əsas borcu 157791,50 manat, faiz borcu isə 19846,37 manat müəyyən edilmişdir. Həmçinin rəydə eksertiza təqdiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli RPZ-00007-14/20A saylı və xx.xx.2020-ci il tarixli RPZ-00006-14/20A saylı kredit müqavilələri üzrə cərimə bəndinin nəzərdə tutulmasına baxmayaraq bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün xx.xx.2021-ci il tarixə X3 cərimə borcunun hesablanmadığı qeyd olunmuşdur. - "xxxx" MMC-nin 16 fevral 2022-ci il tarixli LP-063/2022 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi 110 saylı evin 19 saylı mənzilinin hazırkı bazar qiyməti 114000 manat, likvid dəyəri isə 105000 manat, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 17A saylı qeyri-yaşayış sahəsinin hazırkı bazar qiyməti 490000 manat, likvid qiyməti isə 470000 manat müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Bank "xxxx" ASCnin “Əcəmi” filialı ilə Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixli BKN-00007-14/18A saylı Əsas kredit müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, xx.xx.2023-cü il tarixinədək Əlavə Müqavilələr bağlanmaqla 361000 manat məbləğinədə kredit veriləcəyi razılaşdırılmışdır. Daha sonra tərəflər arasında iki Əlavə kredit müqavilələri imzalanmışdır. xx.xx.2020-ci il tarixli RPZ-00006-14/20A saylı Əlavə kredit müqaviləsinə əsasən Bank tərəfindən 157791.50 manat krediti illik 17 faizlə, 12 ay müddətinə Borcalanın mülkiyyətinə vermiş, Borcalan isə həmin kreditdən xx.xx.2019-cu il tarixli BKX-E0007-14/19A saylı kredit xəttinin bağlanılması məqsədi ilə istifadə etməyi, 3 ay güzəşt müddəti daxil olmaqla xx.xx.2021-ci il tarixinədək (sonradan güzəşt müddəti - 6 ay və qaytarma müddətləri uzadılaraq – xx.xx.2022-ci il tarixinədək) faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli RPZ-00007-14/20A saylı Əlavə kredit müqaviləsinə əsasən Bank tərəfindən 105500 manat krediti illik 18 faizlə, 12 ay müddətinə borcalanın mülkiyyətinə vermiş, Borcalan isə həmin kreditdən xx.xx.2019-cu il tarixli BKX-D0007-14/19A saylı kredit xəttinin bağlanılması məqsədi ilə istifadə etməyi, 3 ay güzəşt müddəti daxil olmaqla xx.xx.2021-ci il tarixinədək (sonradan güzəşt müddəti - 6 ay və qaytarma müddətləri uzadılaraq – xx.xx.2022-ci il tarixinədək) faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan Əsas və Əlavə kredit müqavilələrinin təminatı qısmində Bank "xxxx" ASC-nin “Əcəmi” filialı, Cavabdeh1 MMC və Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli BKNG-A0007-14/18A və BKNG-B0007-14/18A saylı sonrakı ipoteka müqavilələri bağlanılaraq mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr-ti, 17A üvanında yerləşən ümumi sahəsi 190.8 kv.m olan qeyriyaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 110 ünvanında yerləşən 19 saylı mənzil ipoteka qoymuşlar. Bundan başqa 15 may 2018-ci il tarixli BKN-00007-14/18A saylı əsas kredit müqaviləsinə, Əlavə kredit müqavilələrinə, Sonrakı İpoteka müqavilələrinə Əlavə sazişlər imzalanmışdır. İddiaçı “Bank "xxxx" ASC Cavabdeh1 MMC-yə müqavilədə və əlavə sazişdə (razılaşmada) müəyyən edilmiş şərtlərlə kredit verməklə, göstərilən müqavilələr və əlavə saziş (razılaşma) ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh1 MMC-nin iddiaçıya xx.xx.2021-ci il tarixinə 21 may 2020-ci il tarixli RPZ-0007-14/20A saylı kredit müqaviləsi üzrə 105500 manat əsas borcu, 10760,72 manat faiz borcu və 21 may 2020-ci il tarixli RPZ-0006- 14/20A saylı kredit müqaviləsi üzrə 157791,5 manat əsas borc, 18553,65 manat faiz borcu yaranmışdır. İddianın kredit və əlavə müqavilələrinin ləğv edilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi Cavabdeh1 MMC mübahisəli kredit müqaviləsi əsas kredit borcunu və faizləri ödəniş qrafikinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, kredit və əlavə müqavilələrin ləğv edilməsi tələbinə dair hissədə iddiaçı “Bank "xxxx" ASC-nin iddiası əsaslı olduğundan təmin edilməlidir. İddianın kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bundan başqa məhkəmə tələbin ikinci hissəsini təşkil edən əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin 26 dekabr 2022-ci il tarixli, 9/8238 saylı rəyinə əsasən cavabdehin xx.xx.2020-ci il tarixli, RPZ-00007-14/20A nömrəli kredit müqaviləsi, xx.xx.2020-ci il tarixli, RPZ-00006-14/20A nömrəli kredit müqaviləsi və həmin müqavilələrə edilmiş əlavə şazişin şərtləri əsas götürülməklə xx.xx.2021-ci il tarixədək (maliyyə arayışında borcun hesablandığı tarixə) banka olan xx.xx.2020-ci il tarixli, RPZ-00007-14/20A nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borcu 105500 manat, faiz borcu isə 11676,58 manat, xx.xx.2020-ci il tarixli, RPZ-00006-14/20A nömrəli kredit müqaviləsi 30.08.201-ci il tarixə əsas borcu 157791,50 manat, faiz borcu isə 19846,37 manat müəyyən edilmişdir. Həmçinin rəydə eksertiza təqdiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli RPZ-00007-14/20A saylı və xx.xx.2020-ci il tarixli RPZ-00006-14/20A saylı kredit müqavilələri üzrə cərimə bəndinin nəzərdə tutulmasına baxmayaraq bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün xx.xx.2021-ci il tarixə cərimə borcunun hesablanmadığı qeyd olunmuşdur. Beləliklə, müəyyən olunur ki, İddiaçının müqavilələr üzrə tələb etdiyi əsas borc məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil edir. Faiz borclarına gəldikdə isə - ekspert rəyində faiz borcuna dair məbləğlər daha yüksək olmasına baxmayaraq, İddiaçı tərəfindən “iddia tələbinin dəqiqləşdirilməsi” barədə xx.xx.2021-ci il tarixli ərizəsində (21 may 2020-ci il tarixli RPZ-0007-14/20A saylı kredit müqaviləsi üzrə əsas borc - 105500 manat, faiz borcu - 10760,72 manat və 21 may 2020-ci il tarixli RPZ- 0006-14/20A saylı kredit müqaviləsi üzrə əsas borc - 157791,5 manat, faiz borcu - 18553,65 manat) tələb olunan məbləğlərdə Cavabdehdən tutularaq İddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödəniş qrafikinə uyğun qaytarılmadığına görə RPZ-00006-14/20A saylı Əlavə kredit müqaviləsi üzrə 11775,6 manat və RPZ-00007-14/20A saylı Əlavə kredit müqaviləsi üzrə 12375,89 manat məbləğində hesablanmış dəbbə pulunun Cavabdeh1 MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu RPZ-00006- 14/20A saylı müqavilə üzrə 7890 manat və RPZ-00007-14/20A saylı müqavilə üzrə isə 5275 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallardan görünür ki, iddiaçı “Bank "xxxx" ASC borc üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ipoteka saxlayan qismində Bank "xxxx" ASC, ipoteka qoyan Cavabdeh2 və borclana kimi Cavabdeh1 MMC göstərilməklə üç tərəfli müqavilələr bağlanmış və 15 may 2018-ci il tarixli BKNG-A00007-14/18A saylı sonrakı ipoteka müqaviləsinə əsasən borc alanın öhdəliklərinin icrasının təmin edilməsi üçün tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 110 ünvanında yerləşən 19 saylı mənzil və BKNG-B00007-14/18A saylı sonrakı ipoteka müqaviləyə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipoteka qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 190.8 kv.m. olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, Cavabdeh1 MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 110 ünvanında yerləşən 19 saylı mənzilə və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 190.8 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına Bank "xxxx" ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılmalıdır. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh1 MMC-dən tutulmalıdır. Bununla yanaşı məhkəmə Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 (ipoteka qoyan)) arasında bağlanılmış ipoteka müqavilələrinin sonrakı ipoteka müqavilələri olmasını, yəni tutmanın yönəldilməsi qət edilən ipoteka predmetlərinin əvvəllər digər öhdəliklərin icra edilməsinin təminatı olaraq ipoteka ilə yüklü edildiyini nəzərə alaraq hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldilməsi və əmlakın açıq hərracdan satılması həyata keçirilərkən “İpoteka” haqqında Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddəyə görə sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. Bundan əlavə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır. Legal Prime” MMC-nin 16 fevral 2022-ci il tarixli LP-063/2022 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi 110 saylı evin 19 saylı mənzilinin hazırkı bazar qiyməti 114000 manat, likvid dəyəri isə 105000 manat, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 17A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı bazar qiyməti 490000 manat, likvid dəyəri isə 470000 manat dəyərində olması müəyyən edilmişdir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi 110 saylı evin 19 saylı mənzilinin likvid dəyəri isə 105000 manat, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 17A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyərinin isə 470000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi 110 saylı evin 19 saylı mənzilinin ilkin satış qiyməti 105000 manat və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 17A ünvanında yerləşən 190.8 kv.m. qeyri-yaşayış sahəsinin qeyri-yaşayış binasının ilkin satış qiyməti 470000 manat məbləğində müəyyən edilməlidir. İddianın “sonrakı ipoteka müqavilələri əsasında Cavabdeh2 məxsus olan Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 110 ünvanında yerləşən 19 saylı mənzilə və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 17A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və həmin ipotekalar ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi və ipoteka predmetləri olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən ümumi sahəsi 190.8 kv.m. olan qeyriyaşayış sahəsinin və Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 110 ünvanında yerləşən 19 saylı mənzilin boşaldılması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İşdən göründüyü kimi hazırkı mübahisənin predmeti olan ipoteka müqavilələri qanunda dəyişikliyin edildiyi tarixdən (30 dekabr 2018-ci il) əvvəl bağlandığına görə (xx.xx.2018-ci il) hal-hazırda qüvvədə olan “İpoteka haqqında” Qanununun 59-cu maddəsinin müddəaları tətbiq edilə bilməz. Həmin müddəalar tətbiq edildiyi halda bu tələblərlə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud olmadığından, iş üzrə icraata xitam verilməli idi. Buna görə də hazırkı mübahisə üzrə qanunun həmin tarixdən əvvəlki redaksiyada olan müddəaları tətbiq olunmalıdır. Belə ki, xx.xx.2018-ci il tarixinə kimi qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Hazırkı halda məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, ipoteka predmetləri olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən ümumi sahəsi 190.8 kv.m. olan qeyri-yaşayış sahəsinin və Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 110 ünvanında yerləşən 19 saylı mənzilin boşaldılması hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 371 manat, 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 28 manat, mediasiya xərclərinin əvəzi olaraq 371 manat məbləğində pul vəsaiti və 0,40 manat bank xidməti haqqı müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat qiymətləndirmə xidmətinin hesabına və məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 345 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin və "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin hesabına keçirilməlidir. . Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli BKN-00007-14/18A Əsas kredit müqaviləsi, xx.xx.2020-ci il tarixli RPZ-00006-14/20A saylı və xx.xx.2020-ci il tarixli RPZ-00007-14/20A saylı Əlavə kredit müqavilələri ləğv edilsin. Cavabdeh1ndən RPZ-00006-14/20A saylı müqavilə üzrə 157.791,50 manat əsas borc, 18.553,65 manat faiz borcu, 7890 manat dəbbə borcu, RPZ-00007-14/20A saylı müqavilə üzrə 105.500 manat əsas borc, 10.760,72 manat faiz borcu, 5275 manat dəbbə borcu olmaqla ümumilikdə 305.770,87 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən ümumi sahəsi 190.8 kv.m. olan qeyriyaşayış sahəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 470.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılsın. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 110 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m. olan 19 saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 105.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh1ndən tutulsun. İpoteka predmeti olan, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 17A ünvanında yerləşən ümumi sahəsi 190.8 kv.m. olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 110 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m. olan 19 saylı mənzil satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılsın. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat, mediasiya xərclərinin əvəzi olaraq 371 manat məbləğində pul vəsaiti, 0,40 manat bank xidməti haqqı cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin ("xxxx" MMC - VÖEN:**********, bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: **********, H/h: AZ30AZRT********************, M/h:AZ02NABZ********************, SWİFT: AZRT AZ22) hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 345 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1ndən və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar