Məhkəmə qərarları › İş №2-2(113)-4066/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4066/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4066/2021 28.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanılmış 05 iyun 2014-cü il tarixli, ZM-160\06-2014 nömrəli, 281 saylı Zaminlik Müqaviləsinin və həmin Zaminlik Müqaviləsinə bağlanmış 17.12.2014-cü il tarixli ZM-160\06-2014-01 saylı, 21.01.2015-ci il tarixli ZM-160\06-2014-02 saylı, 30.03.2015-ci il tarixli ZM-160\06-2014-03 saylı, 30.07.2015-ci il tarixli ZM-160\06-2014-04 saylı, 29.04.2016-cı il tarixli, ZM-160\06-2014-05\01 saylı X1 etibarsız hesab edilməsi, həmin Zaminlik Müqavilələri ilə iddiaçı üçün əsassız olaraq yaranmış bütün öhdəliklərə xitam verilməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanılmış 05 iyun 2014-cü il tarixli, ZM-160\06-2014 nömrəli, 281 saylı Zaminlik Müqaviləsinin və həmin Zaminlik Müqaviləsinə bağlanmış 17.12.2014-cü il tarixli ZM-160\06-2014-01 saylı, 21.01.2015-ci il tarixli ZM-160\06-2014-02 saylı, 30.03.2015-ci il tarixli ZM-160\06-2014-03 saylı, 30.07.2015-ci il tarixli ZM-160\06-2014-04 saylı, 29.04.2016-cı il tarixli, ZM-160\06-2014- 05\01 saylı X1 etibarsız hesab edilməsi, həmin Zaminlik Müqavilələri ilə iddiaçı üçün əsassız olaraq yaranmış bütün öhdəliklərə xitam verilməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə X9 arasında 05 iyun 2014cü il tarixli, LM-160\06-2014 saylı X14 bağlanılmışdır. Həmin müqaviləyə əsasən "xxxx" QSC X5 FLORA İNKJET markalı, LJ 320P modellli, LJH + 3200A/SP-B/USB/490 seriyalı, 2013-cü il istehsalı, Çin istehsalı, bir ədəd 26.000 manat qiyməti olan Çap avadanlığı satmışdır. Bundan sonra da "xxxx" QSC ilə X9 arasında bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2014-cü il tarixli LM-160\06-2014-01 saylı, 21.01.2015-ci il tarixli LM- 160\06-2014-02 saylı, 30.03.2015-ci il tarixli LM-160\06-2014-03 saylı, 29.07.2015-ci il tarixli LM-160\06-2014-04 saylı və 29.04.2016-cı il tarixli LM-160\06-2014-5 saylı razılaşma müqavilələri bağlanılmış və digər çap avadanlıqları ona verilmişdir. "xxxx" QSC ilə X9 arasında 05 iyun 2014-cü il tarixli, LM-160\06-2014 saylı X14 bağlanılan zaman eyni zamanda "xxxx" QSC ilə iddiaçı arasında 05 iyun 2014-cü il tarixli, ZM-160\06-2014 nömrəli, 281 saylı Zaminlik Müqaviləsi, 17.12.2014-cü il tarixli, ZM-160\06-201 4-01 saylı, 21.01.2015-ci il tarixli, ZM-160\06-2014-02 saylı, 30.03.2015-ci il tarixli, ZM-160\06-2014- 03 saylı, 30.07.2015-ci il tarixli, ZM-160\06-2014-04 saylı, 29.04.2016-cı il tarixli, ZM- 160\06-2014-05\01 saylı X12 bağlanılmışdır. "xxxx" QSC ilə X9 arasında 05 iyun 2014-cü il tarixli, LM-160\06-2014 saylı X14 bağlandıqdan sonra "xxxx" QSC tərəfindən X5 digər çap avadanlıqları da verilmişdir. Beləliklə də X9 tərəfindən çap avadanlıqlar qurulmuş və çap işlərinə başlanılmışdır. Lakin dünyada və o cümlədən Azərbaycanda baş verən devalvasiya, yəni, 2015-ci il ərzində ABŞ dollarının Azərbaycan manatına nisbətən həddindən artıq bahalaşması, Azərbaycanın bütün iqtisadiyyatında olduğu kimi, X4 da ümumi işlərinə böyük zərbə vurmuşdur. Bundan sonra işləmək olduqca çətinləşmiş, lizinqə götürülmüş avadanlıqların pullarını vaxtı-vaxtında ödəmək çətinləşmişdir. Bu səbəbdən "xxxx" QSC X5 və iddiaçıya qarşı “pulun ödənilməsi, lizinq obyektinin geri qaytarılması və müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi tərəfindən 31 iyul 2018-ci il tarixli, 2-2(81)-782\2018 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamədən narazı qaldıqları üçün apellyasiya şikayəti vermişlər, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyası iqtisadi işə baxaraq 10 aprel 2019-cu il tarixli, 2-2(103)-10.04.2019 saylı qətnaməsi qəbul edilmişdir. Həmin qətnamənin qət etdi hissəsində “Cavabdeh X4 apellyasiya şikayəti təmin edilmişdir. İddiaçı "xxxx" QSC-nin apellyasiya şikayəti qismən təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-2(81)-782/2018 saylı iş üzrə qəbul etdiyi 31 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İs üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmişdir. 05.06.2014-cü il tarixli LM-160\06-2014 saylı X18i müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2014-cü il tarixli LM-160\06-2014-01 saylı, 21.01.2015-ci il tarixli LM-160\06-2014-02 saylı, 30.03.2015-ci il tarixli LM-160\06-2014-03 saylı, 29.07.2015-ci il tarixli LM-160\06-2014-04 saylı və 29.04.2016-cı il tarixli LM-160\06-2014-5 saylı razılaşma müqaviləsi ləğv edilmişdir. 05.06.2014-cü il tarixli LM-160\06-2014 saylı X18i müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2014-cü il tarixli LM-160\06-2014-01 saylı, 21.01.2015-ci il tarixli LM-160\06-2014-02 saylı, 30.03.2015-ci il tarixli LM-160\Q6-2014-03 saylı, 29.07.2015-ci il tarixli LM-160\06-2014-04 saylı və 29.04.2016-cı il tarixli LM-160\06-2014-5 saylı razılaşma müqavilələri üzrə cavabdehlər X9 və İddiaçı "xxxx" QSC-nin xeyrinə 79.036.94 manat əsas borc, 13.212.56 manat faiz (mükafat) borcu, 703.4 manat gecikməyə görə borc (dəbbə pulu) olmaqla, cəmi 92952,9 manat borc tutulmuşdur. “Lizin obyektləri olan “MİMAKİ UJV-160” çap avadanlığı (Seriva N G93CB571), “Roland LEC 540 UV” plotterçap avadanlığı (Seriya NZBQ0398), “MAXİMA PZ3208 G12” çap avadanlığı (Seriva N E1329021 2800T), “Roland ARM 10” çap avadanlığı (Seriya N ZBR0208), “Roland EXC 360” cap avadanlığı (Seriya N ZBN0328), “Mimaki CİV BO-1 60BS” çap avadanlığı (Seriva N 2CE11 3), “Flora Ll 320P” çap avadanlığı (Seriva N EJ**********00) və Polietelen paket istehsal xəttinin (ekstruder 1, ekstryder 2, kəsim avadanlığı 2, cap avadanlığı, doğrayıcı, (drabilka), təkrar emal) cavabdeh X8 tərəfindən iddiaçı "xxxx" QSC-yə qaytarılmışdır. İddiaçı "xxxx" QSC- nin xeyrinə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi xidmətlərə görə 800 manat xidmət haqqı cavabdehlər X10 və İddiaçı müştərək qaydada tutulmuşdur.” göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyası tərəfindən çıxarılmış 10 aprel 2019-cu il tarixli, 2-2(103)-10.04.2019 saylı qətnaməsi qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Həmin qətnamənin qət etdi hissəsində “05.06.2014-cü il tarixli LM-160\06-2014 saylı X18i müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2014-cü il tarixli LM-160\06-2014-01 saylı, 21.01.2015-ci il tarixli LM-160\06-2014-02 saylı, 30.03.2015-ci il tarixli LM-160\06-2014-03 saylı, 29.07.2015-ci il tarixli LM-160\06-2014-04 saylı və 29.04.2016-cı il tarixli LM-160\06- 2014-5 saylı razılaşma müqaviləsi ləğv edilsin.” göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən çıxarılmış 10 aprel 2019-cu il tarixli, 2-2(103)-10.04.2019 saylı qətnaməsi qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Qətnamədə qət edilmiş “...cavabdehlər X10 və İddiaçı "xxxx" QSC-nin xeyrinə 79.036.94 manat əsas borc, 13.212.56 manat faiz (mükafat) borcu. 703.4 manat gecikməyə görə borc (dəbbə pulu) olmaqla, cəmi 92.952.9 manat borc” müştərək qaydada tamamilə ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2-2(103)-10.04.2019 saylı qətnaməsinin qət etdi hissəsində “Lizinq obyektləri olan “MİMAKİ UİV-160” cap avadanlığı (Seriva N G93CB571), “Roland LEC 540 UV” plotterçap avadanlığı (Seriya NZBQ0398), “MAXİMA PZ3208 G12” çap avadanlığı (Seriva N EJ**********T), “Roland ARM 10” cap avadanlığı (Seriva N ZBR0208), “Roland EXG 360” çap avadanlığı (Seriya N ZBN03281), “Mimaki CİV 30-160BS” çap avadanlığı (Seriya N 2CE113), “Flora U 320P” çap avadanlığı (Seriya N Eİ**********00) və Polietelen paket istehsal xəttinin (ekstruder 1, ekstryder 2, kəsim avadanlığı 2, çap avadanlığı doğrayıcı, (drabilka), təkrar emal) cavabdeh X15 oqlu tərəfindən iddiaçı "xxxx" OSC-yə qaytarılması göstərilmişdir. Beləliklə də Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2-2(103)-10.04.2019 saylı qətnaməsi ilə də lizinq obyekti olan avadanlıqların lizinq alan və cavabdeh X9 tərəfindən lizinq verən və iddiaçı “MCB Lizinq’’ QSC-nə qaytarılması bir vəzifə kimi qoyulmuşdur. Həmin lizinq obyektlərinin qaytarılması da cavabdeh X9 tərəfindən həyata keçirilməlidir. İddiaçı ilə bağlanılmış 05 iyun 2014-cü il tarixli Zaminlik Müqaviləsinin 1.2-ci bəndində “Lizinq alan” tərəfindən Lizinq Müqaviləsi üzrə öhdəliklərin verinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə “Zamin” və “Lizinq alan” “Lizinq verən” qarşısında birgə məsuliyyət daşıyırlar.” göstərilmişdir. Bundan əlavə, həm 05 iyun 2014-cü il tarixli, ZM-160\06-2014 nömrəli, 281 saylı Zaminlik Müqaviləsinin, həm ondan sonra bağlanılmış X6 3-cü maddəsi “Zamin”in məsuliyyətinin həcmini müəyyənləşdirir. Qeyd olunanlar bir daha təsdiq edir ki, tərəflər arasında bağlanılmış Zaminlik Müqavilələrində “Zamin” yalnız pul ödənişləri, yəni, “əsas borc, dəbbə pulu və cərimələrin ödənilməsi, Lizinq Müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi nəticəsində Lizinq verənə borcun, vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi” üzrə məsuliyyətini müəyyən etmişdir.” Digər tərəfdən isə “Zamin” “Lizinq alan” tərəfindən alınmış avadanlıqların (dəzgahların) itirilməsi, oğurlanması, zədələnməsi, qaytarılmaması və qaytarılmamasına görə və sairə hallara görə məsuliyyət daşımasını nə Lizinq, nə Zaminlik Müqavilələrində, nə də məhkəmə tərəfindən çıxarılmış qətnamədə nəzərdə tutulmamışdır. Beləliklə də, qeyd olunanlar bir daha təsdiq edir ki, iddiaçı bir zamin kimi üzərinə düşən öhdəlikləri tam və layiqincə yerinə yetrimiş və bu səbəbdən də “MCB Lizinq" QSC ilə iddiaçı arasında bağlanılmış 05 iyun 2014-cü il tarixli, ZM-160\06-2014 nömrəli, 281 saylı Zaminlik Müqaviləsi və həmin Zaminlik Müqaviləsinə əlavə edilmiş 17.12.2014-cü il tarixli, ZM- 160\06-2014- 01 saylı, 21.01.2015-ci il tarixli, ZM-160\06-2014-02 saylı, 30.03.2015-ci il tarixli, ZM-160\06-2014-03 saylı, 30.07.2015-ci il tarixli, ZM-160\06-2014-04 saylı, 29.04.2016-cı il tarixili, ZM-160\06-2014-05\01 saylı Zaminlik Müqavilələri etibarsız hesab edilməklə ləğv edilməlidir. "xxxx" QSC ilə iddiaçı arasında 05 iyun 2014-cü il tarixli, ZM- 160\06-2014 nömrəli, 281 saylı Zaminlik Müqaviləsi və həmin Müqaviləyə X7 bağlanılmışdır. 05 iyun 2014-cü il tarixli, ZM-160\06-2014 nömrəli, 281 saylı Zaminlik Müqaviləsinə edilmiş 17.12.2014-cü il tarixli, ZM-160\06-201 4-01 saylı, 21.01.2015-ci il tarixli, ZM-160\06-2014-02 saylı, 30.03.2015-ci il tarixli, ZM-160\06-2014-03 saylı, 30.07.2015-ci il tarixli, ZM-160\06-2014-04 saylı, 29.04.2016-cı il tarixili, ZM-160\06-2014- 05\01 saylı X1 bağlanılması səbəbindən zamin kimi iddiaçının məsuliyyəti artmış, sonda isə iddiaçı üçün əlverişsiz nəticələrə səbəb olan şərait yaranmışdır. Digər tərəfdən isə iddiaçı ilə bağlanılmış 05 iyun 2014-cü il tarixli, ZM-160\06-2014 nömrəli, 281 saylı Zaminlik Müqaviləsinin və həmin Müqaviləyə Əlavə kimi bağlanılmış Zaminlik Müqavilələrinin 1.1-ci bəndində “Bu Müqaviləyə əsasən “Zamin” İddiaçı LM-160\06-2014 saylı, 05.06.2014-cü tarixli X18 Müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə (bundan sonra “Lizinq Müqaviləsi”) X4 (bundan sonra “Lizinq alan” adlanacaq) öhdəliklərinin tam icrasına görə bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə “Lizinq verən” qarşısında məsuliyyət daşıyır.” göstərilmişdir. "xxxx" QSC ilə X9 arasında bağlanılmış LM-160\06-2014 saylı, 05.06.2014 tarixli X18 Müqaviləsi və ona edilmiş bütün əlavələr (razılaşmalar) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2-2(103)-10.04.2019 saylı qətnaməsi ilə ləğv edildiyindən öz hüquqi qüvvəsini də itirmişdir. Lizinq alan, həm də iş üzrə cavabdeh X9 tərəfindən lizinq verən və iddiaçı "xxxx" QSC-nə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2-2(103)-10.04.2019 saylı qətnaməsində göstərilən avadanlıqların qaytarılmaması heç bir hüquqi əsas olmadan sabiq bir zamin kimi iddiaçı üçün problemlər və əlverişsiz nəticələrə səbəb olan şərait yaratmışdır. Belə ki, "xxxx" QSC yenidən Bakı Kommersiya məhkəməsinə “zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət etmiş, həm X2, həm də heç bir əsas olmadan iddiaçıdan əlavə pullar tələb edir. İddiaçı ilə "xxxx" QSC arasında bağlanılmış 05 iyun 2014-cü il tarixli, ZM-160\06-2014 nömrəli, 281 saylı Zaminlik Müqaviləsi və həmin Zaminlik Müqavilələrinə edilmiş X7 etibarsız hesab edilməli və həmin Zaminlik Müqavilələri ilə bağlı yaranmış bütün öhdəliklərə xitam verilməlidir. Digər tərəfdən də "xxxx" QSC ilə iddiaçı arasında bağlanılmış 05 iyun 2014-cü il tarixli, ZM-160\06-2014 nömrəli, 281 saylı Zaminlik Müqaviləsi və həmin Zaminlik Müqaviləsinə bağlanılmış X7 iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə qorunan hüquq və azadlıqlarını pozur. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçının özünün də iddia ərizəsində göstərdiyi kimi və iddiaya əlavə etdiyi sənədlərdən də müəyyən olunur ki, "xxxx" QSC (əvvəlki adı "xxxx" QSC) iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi məhkəməsinə müraciət edərək 05.06.2014-cü il tarixli LM№160/06-2014 saylı X18i müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2014 tarixli LM№160/06-2014-01 saylı, 21.01.2015 tarixli LM№160/06-2014-02 saylı, 30.03.2015 tarixli LM№160/06-2014-03 saylı, 29.07.2015 tarixli LM№160/06-2014-04 saylı və 29.04.2016 tarixli LM№160/06-2014-05 saylı razılaşma müqaviləsi (bundan sonra – “Lizinq müqaviləsi”) üzrə "xxxx" QSC-yə olan lizinq ödənişləri və cərimələr üzrə iddia verilən tarixə cəmi 88886 manat məbləğində borc, o cümlədən məhkəmə qətnaməsi icra olunan günədək hesablanacaq lizinq ödənişləri və cərimələrin, 30 manat dövlət rüsumunun və hüquqi xidmətlərə görə ödəniləcək 1000 manat xidmət haqqının cavabdehlər X9 və İddiaçı müştərək qaydada tutulması, 05.06.2014-cü il tarixli LM№160/06-2014 saylı X18i müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2014 tarixli LM№160/06-2014-01 saylı, 21.01.2015 tarixli LM№160/06-2014-02 saylı, 30.03.2015 tarixli LM№160/06-2014-03 saylı, 29.07.2015 tarixli LM№160/06-2014-04 saylı və 29.04.2016 tarixli LM№160/06-2014-05 saylı razılaşma müqaviləsi ləğv edilməklə “MİMAKİ UJV-160” çap avadanlığının (Seriya№ G93CB571); “Roland LEC 540 UV” plotter-çap avadanlığının (Seriya№ ZBQ0398); “MAXİMA PZ3208 GT2” çap avadanlığının (Seriya№ EJ**********T); “Roland ARM 10” çap avadanlığının (Seriya№ ZBR0208); “Roland EGX 360” çap avadanlığının (Seriya№ ZBN0328); “Mimaki CJV 30-160BS” çap avadanlığının (Seriya№ N62CE113); “Flora LJ 320P” çap avadanlığının (Seriya№ LJİİ+3200A/8P-B/USB/789); “Maxima GT2 PZ 3208” çap avadanlığının (Seriya№EJ**********0) və Polietilen paket istehsal xəttinin (ekstruder 1, ekstruder 2, kəsim avadanlığı 2, çap avadanlığı, doğrayıcı, (drabilka), təkrar emal) X9 tərəfindən "xxxx" QSC-yə geri qaytarılması barədə məhkəmə qətnaməsini çıxarılmasını xahiş etmişdi. 1 saylı Bakı İnzibati İqtisadi məhkəməsinin 2-2(81)-782/2018 saylı 31.07.2018-ci il il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin iddiası qismən, yəni 69075.25 manat əsas borc, 11976.75 faiz borcu, 500 manat dəbbə pulu, 30 manat dövlət rüsumu, cəmi 81582 manat pulun cavabdehlər X9 və İddiaçı müştərək qaydada tutulması, 05.06.2014cü il tarixli LM№160/06-2014 saylı X18i müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2014 tarixli LM№160/06-2014-01 saylı, 21.01.2015 tarixli LM№160/06- 2014-02 saylı, 30.03.2015 tarixli LM№160/06-2014-03 saylı, 29.07.2015 tarixli LM№160/06-2014-04 saylı və 29.04.2016 tarixli LM№160/06-2014-05 saylı razılaşma müqaviləsi ləğv edilməklə “MİMAKİ UJV-160” çap avadanlığının (Seriya№ G93CB571); “Roland LEC 540 UV” plotter-çap avadanlığının (Seriya№ ZBQ0398); “MAXİMA PZ3208 GT2” çap avadanlığının (Seriya№ EJ**********T); “Roland ARM 10” çap avadanlığının (Seriya№ ZBR0208); “Roland EGX 360” çap avadanlığının (Seriya№ ZBN0328); “Mimaki CJV 30-160BS” çap avadanlığının (Seriya№ N62CE113); “Flora LJ 320P” çap avadanlığının (Seriya№ LJİİ+3200A/8P-B/USB/789); “Maxima GT2 PZ 3208” çap avadanlığının (Seriya№EJ**********0) və Polietilen paket istehsal xəttinin (ekstruder 1, ekstruder 2, kəsim avadanlığı 2, çap avadanlığı, doğrayıcı, (drabilka), təkrar emal) X9 tərəfindən "xxxx" QSC-yə geri qaytarılması hissəsində təmin edilmiş, iddia qalan hissələrdə təmin edilməmişdir. Həmin qətnamədən verdikləri apellyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-65/2019 saylı 16.01.2019-cu il tarixli qətnaməsinə ilə X9 və İddiaçı müştərək qaydada 92952.90 manat məbləğində cəmi borc, 30 manat dövlət rüsumu, hüquqi xidmətlərə görə 800 manat xidmət haqqı, cəmi 93783 manat "xxxx" BOKT QSC-nin (əvvəlki adı "xxxx" QSC) xeyrinə tutulması, 05.06.2014-cü il tarixli LM№160/06-2014 saylı X18i müqaviləsi üzrə lizinq obyektləri olan “MİMAKİ UJV- 160” çap avadanlığı (Seriya№ G93CB571); “Roland LEC 540 UV” plotter-çap avadanlığı (Seriya№ ZBQ0398); “MAXİMA PZ3208 GT2” çap avadanlığı (Seriya№ EJ**********T); “Roland ARM 10” çap avadanlığı (Seriya№ ZBR0208); “Roland EGX 360” çap avadanlığı (Seriya№ ZBN0328); “Mimaki CJV 30-160BS” çap avadanlığı (Seriya№ N62CE113); “Flora LJ 320P” çap avadanlığı (Seriya№ LJİİ+3200A/8P-B/USB/789); “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya№EJ**********0) və Polietilen paket istehsal xətti (ekstruder 1, ekstruder 2, kəsim avadanlığı 2, çap avadanlığı, doğrayıcı, (drabilka), təkrar emal) X9 tərəfindən "xxxx" BOKT QSC-yə geri qaytarılması qət edilmişdir. Beləliklə, hazırda Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-65/2019 saylı 16.01.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş, pul məbləğlərinin tutulması hissəsində, o cümlədən zamin İddiaçı tərəfindən artıq icra edilmiş, “Mimaki CJV 30-160BS” çap avadanlığı (Seriya№ N62CE113), “Flora LJ 320P” çap avadanlığı (Seriya№ LJİİ+3200A/8P-B/USB/789) və “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya№EJ**********0) X9 tərəfindən "xxxx" QSC-yə geri qaytarılması hissəsində isə hələlik icra edilməmiş qalır. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: 05.06.2014-cü il tarixli, ZM-160\06-2014 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, müqavilə cavabdeh ilə iddiaçı arasında bağlanmış və müqaviləyə əsasən iddiaçı 05.06.2014-cü il tarixli, LM-160\06-2014 nömrəli X18 Müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə X4 öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə cavabdeh qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 17.12.2014-cü il tarixli ZM-160\06-2014-01 saylı Zaminlik Müqaviləsindən görünür ki, müqavilə cavabdeh ilə iddiaçı arasında bağlanmış və müqaviləyə əsasən iddiaçı 17.12.2014-cü il tarixli, LM-160\06-2014-01 nömrəli Razılaşma (05 iyun 2014-cü il tarixli, LM-160\06-2014 nömrəli X18 Müqaviləsinə əlavə və dəyişikliklər edilməsi haqqında) və ona edilmiş bütün əlavələr üzrə X4 öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada,həcmdə və şərtlərlə cavabdeh qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 21.01.2015-ci il tarixli ZM-160\06-2014-02 saylı Zaminlik Müqaviləsindən görünür ki, müqavilə cavabdeh ilə iddiaçı arasında bağlanmış və müqaviləyə əsasən iddiaçı 21.01.2015-ci il tarixli, LM-160\06-2014-02 nömrəli Razılaşma (05 iyun 2014-cü il tarixli, LM-160\06-2014 nömrəli X18 Müqaviləsinə əlavə və dəyişikliklər edilməsi haqqında) və ona edilmiş bütün əlavələr üzrə X4 öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada,həcmdə və şərtlərlə cavabdeh qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 30.03.2015-ci il tarixli ZM-160\06-2014-03 saylı Zaminlik Müqaviləsindən görünür ki, müqavilə cavabdeh ilə iddiaçı arasında bağlanmış və müqaviləyə əsasən iddiaçı 30.03.2015-ci il tarixli, LM-160\06-2014-03 nömrəli Razılaşma (05 iyun 2014-cü il tarixli, LM-160\06-2014 nömrəli X18 Müqaviləsinə əlavə və dəyişikliklər edilməsi haqqında) və ona edilmiş bütün əlavələr üzrə X4 öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada,həcmdə və şərtlərlə cavabdeh qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 30.07.2015-ci il tarixli ZM-160\06-2014-04 saylı Zaminlik Müqaviləsindən görünür ki, müqavilə cavabdeh ilə iddiaçı arasında bağlanmış və müqaviləyə əsasən iddiaçı 30.07.2015-ci il tarixli, LM-160\06-2014-04 nömrəli Razılaşma (05 iyun 2014-cü il tarixli, LM-160\06-2014 nömrəli X18 Müqaviləsinə əlavə və dəyişikliklər edilməsi haqqında) və ona edilmiş bütün əlavələr üzrə X4 öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada,həcmdə və şərtlərlə cavabdeh qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 29.04.2016-cı il tarixli, ZM-160\06-2014-05\01 saylı X3 görünür ki, müqavilə cavabdeh ilə iddiaçı arasında bağlanmış və müqaviləyə əsasən iddiaçı 29.04.2016-cı il tarixli, LM-160\06-2014-05 nömrəli Razılaşma (05 iyun 2014-cü il tarixli, LM-160\06-2014 nömrəli X18 Müqaviləsinə əlavə və dəyişikliklər edilməsi haqqında) və ona edilmiş bütün əlavələr üzrə X4 öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada,həcmdə və şərtlərlə cavabdeh qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2-2(103)-10.04.2019 saylı qətnaməsindən görünür ki, cavabdeh X4 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı "xxxx" QSC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-782/2018 saylı iş üzrə qəbul etdiyi 31 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, is üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, 05.06.2014-cü il tarixli LM-160\06-2014 saylı X18i müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2014-cü il tarixli LM-160\06- 2014-01 saylı, 21.01.2015-ci il tarixli LM-160\06-2014-02 saylı, 30.03.2015-ci il tarixli LM- 160\06-2014-03 saylı, 29.07.2015-ci il tarixli LM-160\06-2014-04 saylı və 29.04.2016-cı il tarixli LM-160\06-2014-5 saylı razılaşma müqaviləsi ləğv edilmiş, 05.06.2014-cü il tarixli LM-160\06-2014 saylı X18i müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2014-cü il tarixli LM-160\06-2014-01 saylı, 21.01.2015-ci il tarixli LM-160\06-2014- 02 saylı, 30.03.2015-ci il tarixli LM-160\Q6-2014-03 saylı, 29.07.2015-ci il tarixli LM- 160\06-2014-04 saylı və 29.04.2016-cı il tarixli LM-160\06-2014-5 saylı razılaşma müqavilələri üzrə cavabdehlər X9 və İddiaçı "xxxx" QSC-nin xeyrinə 79.036.94 manat əsas borc, 13.212.56 manat faiz (mükafat) borcu, 703.4 manat gecikməyə görə borc (dəbbə pulu) olmaqla, cəmi 92952,9 manat borc tutulmuş, lizin obyektləri olan “MİMAKİ UJV-160” çap avadanlığı (Seriya N G93CB571), “Roland LEC 540 UV” plotter-çap avadanlığı (Seriya NZBQ0398), “MAXİMA PZ3208 G12” çap avadanlığı (Seriva N E1329021 2800T), “Roland ARM 10” çap avadanlığı (Seriya N ZBR0208), “Roland EXC 360” cap avadanlığı (Seriya N ZBN0328), “Mimaki CİV BO-1 60BS” çap avadanlığı (Seriva N 2CE11 3), “Flora Ll 320P” çap avadanlığı (Seriva N Eİ**********00) və Polietelen paket istehsal xəttinin (ekstruder 1, ekstryder 2, kəsim avadanlığı 2, cap avadanlığı, doğrayıcı, (drabilka), təkrar emal) cavabdeh X11 tərəfindən iddiaçı "xxxx" QSC-yə qaytarılmış, iddiaçı "xxxx" QSC-nin xeyrinə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi xidmətlərə görə 800 manat xidmət haqqı cavabdehlər X10 və İddiaçı müştərək qaydada tutulmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən müqavilələr 2014-2016-cı illərdə tarixdə bağlanmış, lakin həmin tarixlərdən 5-7 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Eyni zamanda, məhkəmə tədqiqatı zamanı zaminlik müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı zaminlik müqavilələrinin etibarsız hesab edilməsi üçün hər hansı əsas olan sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddia tələbinin Zaminlik Müqavilələri ilə iddiaçı üçün əsassız olaraq yaranmış bütün öhdəliklərə xitam verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin göstərilən hissəsi zaminlik müqavilələrinin etibarsızlığına əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia rədd edildiyindən iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanılmış 05 iyun 2014-cü il tarixli, ZM-160\06-2014 nömrəli, 281 saylı Zaminlik Müqaviləsinin və həmin Zaminlik Müqaviləsinə bağlanmış 17.12.2014-cü il tarixli ZM-160\06-2014-01 saylı, 21.01.2015-ci il tarixli ZM-160\06-2014-02 saylı, 30.03.2015-ci il tarixli ZM-160\06-2014-03 saylı, 30.07.2015-ci il tarixli ZM-160\06-2014-04 saylı, 29.04.2016-cı il tarixli, ZM-160\06-2014-05\01 saylı X1 etibarsız hesab edilməsi, həmin Zaminlik Müqavilələri ilə iddiaçı üçün əsassız olaraq yaranmış bütün öhdəliklərə xitam verilməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar