Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-432/2020 06.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin Cavabdehna qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı məhkəmə əmrinin verilməsi barədə ərizə ilə Sabirabad rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə bağlanmış VİP 9220 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1500 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün borcun bir faizi həcmində 247 ABŞ dolları məbləğində cərimənin, cəmi 1747 ABŞ dolları məbləğində pulun və 20 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə bağlanmış VİP 9220 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən kreditor borcluya satış qiyməti 1500 ABŞ dolları olan “2 sim-kart” markalı mobil telefon aparatları ödəniş qrafikinə əsasən nisyə satmışdır. Borclu ilə kreditor arasında həmin müqavilə bağlandıqdan sonra borclu ödəmə qrafiki üzrə ödənilməli olan pul məbləğini ödəməmiş, bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdeh Cavabdeh İddiaçı-yə 1500 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında bağölanılmış müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödəniş gecikdirildiyi məcmu borcun 1 faizi həcmində satıcının xeyrinə faiz ödəyir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(056)-94/2014 saylı məhkəmə əmri ilə Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 5, mənzil 20-də yaşayan Cavabdeh 1500 ABŞ dolları məbləğində əsas borc və 247 ABŞ dolları cərimə borcu, cəmi 1747 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pulun İddiaçı-nin hesabına köçürülməsi əmr edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh əmrdən etirazla məhkəməyə müraciət etmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-964/2019 saylı qərardadı ilə etiraz təmin edilmiş, Sabirabad rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(056)- 94/2014 saylı məhkəmə əmri ləğv edilmiş, işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sabirabad rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-964/2019 saylı qərardadı ilə İddiaçı-nin Cavabdehna qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir: Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (satıcı) Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2011-ci il tarixli VİP 9220 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı cəmi 1500 ABŞ dolları dəyərində olan mobil telefonları alıcıya verməyi, alıcı isə həmin telefonların dəyərini müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində satıcının xeyrinə cərimə ödəyir. Ödəniş qrafikindən görünür ki, Cavabdeh mobil telefonların dəyəri olan 1500 ABŞ dolları məbləğində pulu sonuncu ödəniş xx.xx.2011-ci il tarixdə olmaqla 6 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2011-ci il tarixli 45 saylı qaimədən görünür ki, cəmi 1500 ABŞ dolları dəyərində mobil telefonlar Cavabdehna təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə bağlanmış VİP 9220 saylı nisyə alqı-satqı müqaviləsi üzrə sonuncunun ödənilməmiş 1500 ABŞ dolları əsas (qalıq) borcu və ödənişin gecikdirildiyi hər gün üçün borcun bir faizi həcmində 176 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 1676 ABŞ dolları borcu var. İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə Cavabdehna məktub ünvanlanaraq borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2011-ci il tarixli VİP 9220 saylı nisyə alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqının predmeti olan mobil telefonları cavabdehə təhvil verərək üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən verilmiş malların dəyərini tam ödəməmiş, bununla göstərilən müqavilə əsasında üzərinə düşən öhdəliyi pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 1500 ABŞ dolları məbləğində borcu yaranmışdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələri) Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. ( Mülki Məcəllənin 567, 600.1-ci maddələri) Belə olan halda məhkəmə Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə düşdüyü öhdəliyi icra etməyərək malların dəyərini ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə ödəmədiyini, belə olan halda isə iddiaçının cavabdehdən öhdəliyin icra edilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, əsas borc məbləğinin ödənilməsi hissəsində iddia əsaslı olduğundan təmin edilməli, 1500 ABŞ dolları məbləğində borc ödənişi günü Azərbaycan manatının məzənnəsinə əsasən manatla Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, İddiaçı ərizəsində əsas borcla yanaşı 247 ABŞ dolları məbləğində cərimə borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 20 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində əsas borc, 20 (iyirmi) ABŞ dolları məbləğində cərimə, cəmi 1520 ABŞ dolları məbləğində borc, ödəniş günü Azərbaycan manatına məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-432/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-432/2020
06.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver