Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-440/2020 30.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abonent kodu **********00017 hesablanmış 20822,40 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan əlaqəli olan 2-2(113)-1678/2020 saylı işi ilə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasənhakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, mübahisə predmeti eyni olan hər iki kommersiya işinin obyektiv araşdırılması üçün birgə baxılması məqsədilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair hazırki kommersiya işin 2-2(113)- 1678/2020 saylı kommersiya işi ilə bir icraatda birləşdirilmələri məqsədə uyğundur. Azərbaycan Respublikası MPM-nin 263 və 264-ci maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə 2-2(113)-440/2020 kommersiya işi, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı 2-2(113)-1678/2020 saylı kommersiya işinə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-440/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-440/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver