Məhkəmə qərarları › İş №2-2(113)-458/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-458/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-458/2020 17.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İddianın baxılmamış saxlanması haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, X1 "X5 Sanayi və Ticarət Ananim Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 "X5 Sanayi və Ticarət Ananim Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı cavabdeh tərəfindən iddiaçıya 8.400 manat məbləğində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, hazırki iş üzrə mübahisə tərəflər arasında bağlanmış xx xxx 2018-ci il tarixli, KOL-SXM- TS-063 saylı xidmət müqaviləsindən irəli gəldiyinə görə, ilk əvvəl həmin müqavilə üzrə tərəflər arasında yaranan mübahisənin danışıqlar yolu ilə həll edilməsinə üstünlük verilməsinə dair razılaşmışdırlar. Lakin F.Ş.Fətullayev müqavilənin şərtlərini pozaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa iddiaçı Azərbaycan Respublikasının Mülki Prosesual qanunvericilyinin tələblərinə də əməl etməmişdir. Belə ki, kommersiya mübahisələri üzrə iddia ərizəsinin cavabdehə çatdılımasını təmin etməmişdir. Bunlara görə də, cavabdehin nümayəndəsi hesab edir ki, hazırki iş üzrə mübahisəyə baxılması yol verilməzdir. Sonda cavabdehin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanması məhkəmədən xahiş etdi. İddiaçı məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehinnümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, cavabdehin vəsatəti təmin edilməli vəiddia ərizəsi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. İş materiallarında olan hazırki iş üzrə tərəflər arasında bağlanmış xx xxx 2018-ci il tarixli, KOL-SXM-TS-063 saylı düşərgə ərazisində yerləşən septik quyulardan tullantı çirkab sularının daşınması və kənarlaşdırlması haqqında xidmət müqaviləsinin 6.1 bəndinə əsasən tərəflər onlar arasında həmin müqavilənin icrası prosesində yaranacaq bütün mübahisələrin, danışıqlar yolu ilə həll edilməsinə üstünlük verirlər. Həmin müqavilənin 6.2 bəndinə uyğun olaraq, danışıqlar yolu ilə həll edilə bilməyən mübahisələr, Azərbaycan Respublikasının aidiyyatı üzrə məhkəmələrində həll ediləcəklər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.3 maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Qeyd olunan Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 149.2 və 149.2.4-cü maddələrinə uyğun olaraq iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Qeyd olunan Məcəllənin 259.0, 259.0.1 və 259.0.12 maddələrinə uyğun olaraq, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də həmin Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilə üzrə yaranan mübahisəyə dair iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən, həm müqavilənin şərtlərinə, həm Azərbaycan Respublikasının Mülki Prosesual qanunvericilyinin tələblərinə əməl etməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, X1 "X5 Sanayi və Ticarət Ananim Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və iddiaçıya izah olunmalıdır ki, o, hazırki iş üzrə yaranmış mübahisənin həlli üçün ilk əvvəl cavabdehlə aralarında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, mübahisənin danışıqlar yolu ilə həll edilməsinə üstünlük verməli, bu hərəkət müsbət nəticə vermədikdə, o zaman Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu və 150-ci maddələrinin tələblərinə riayət etməklə, mübahisənin məhkəmə qaydasında həll edilməs üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməli. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdehin vəsatəti təmin edilsin. X1 "X5 Sanayi və Ticarət Ananim Şirkətinin” Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar