Məhkəmə qərarları › İş №2-2(113)-46/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-46/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-46/2021 02.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh2 cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun silinməsi tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 030494 saylı xx.xx.2014-cü il tarixli ******* saylı kredit müqavilələri üzrə cavabdeh tərəfindən əsassız hesablanmış 341919 avro borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 ASC və Cavabdeh2 MMC arasında Barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 030494 saylı xx.xx.2014-cü il tarixli ******* saylı kredit müqavilələri üzrə öhdəliklərin tənzimlənməsinə yönəlmişdir. Barışıq sazişinə əsasən həmin kredit müqavilələri və onlara edilmiş əlavə və dəyişiklər üzrə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2017-ci il tarixə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə olan əsas borc qalığı 1248477,26 avro, faiz borcu 234609,74 avro, cərimə borcu 102446,35 avro təşkil edir. Sazişə əsasən tərəflər İddiaçına məxsus olan ******* manat məbləğində depozitin ******* manatlıq hissəsini 1.3 məzənnəsi ilə avroya konvertasiya edilərək, “xxxx” MMC-nin kredit müqavilələri üzrə borc öhdəliyinin əsas məbləğinin tam, artıq qalan məbləğinin əsas borca hesablanmış faizin bir hissəsindən silinir. Hesablanmış faizin ödənilməmiş qalıq hissəsi, kredit üzrə hesablanmış cərimə faizləri və dondurulmuş faizlər, o cümlədən hesablanacaq cərimələr, Cavabdeh1 ASC tərəfindən “xxxx” MMC-yə güzəşt edilməsi razılaşdırılmışdır. Odur ki, “xxxx” MMC-nin Cavabdeh1 ASC qarşısında olan öhdəliyi tam icra edilmiş, nəticədə hazırda iddiaçının cavabdehə kredit borcu qalmamışdır. Lakin hazırda cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçının qeyd olunan kredit müqavilələri üzrə 341919 avro borcunun olduğunu bildirmişdir. İddiaçı tərəfindən Cavabdeh1 ASC-nin qarşısında olan kredit öhdəliklərinin tam icra edilməsi və borcunun olmaması barədə arayışın təqdim olunması ilə bağlı ərizə ilə cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən müraciət təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında görünür ki,kreditor qismində Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə borcalan qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 030494 saylı xx.xx.2014-cü il tarixli ******* saylı kredit müqavilələri bağlanmışdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 030494 saylı xx.xx.2014-cü il tarixli ******* saylı kredit müqavilələri onlara edilmiş əlavə və dəyişiklər üzrə Cavabdeh2 xx.xx.2017-ci il tarixə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə olan əsas borc qalığı 1248477,26 avro, faiz borcu 234609,74 avro, cərimə borcu 102446,35 avro olmaqla cəmi 1585533,4 təşkil edir. Sazişə əsasən tərəflər İddiaçına məxsus olan ******* manat məbləğində depozitin ******* manatlıq hissəsini 1.3 məzənnəsi ilə avroya konvertasiya edilərək, "xxxx" MMC-nin kredit müqavilələri üzrə borc öhdəliyinin əsas məbləğinin tam, artıq qalan məbləğinin əsas borca hesablanmış faizin bir hissəsindən silinir. Hesablanmış faizin ödənilməmiş qalıq hissəsi, kredit üzrə hesablanmış cərimə faizləri və dondurulmuş faizlər, o cümlədən hesablanacaq cərimələr, Cavabdeh1 ASC tərəfindən “xxxx” MMC-yə güzəşt edilməsi razılaşdırılmışdır. Həmin sazişin 1.3-cü bəndinə əsasən bu sazişin icrası ilə əlaqədar yaranmış öhdəliklər istisna olmaqla, bu saziş icra edildikdən sonra kreditor tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 030494 saylı xx.xx.2014-cü il tarixli ******* saylı kredit müqavilələrinə dair hər hansı bir iddia və tələbə malik olmayacaqdır. Həmin sazişin 1.6-cı bəndinə əsasən bu saziş imzalandığı tarixdən qüvvəyə minir və hazırki saziş tərəflər bu saziş üzrə öhdəlikləri tam yerinə yetirənədək və ya kreditor tərəfindən xitam verilənədək qüvvədədir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli **********111800 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən Çıxarışdan görünür ki, xx.xx.1992-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğv prosesində olması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-28/2020 saylı qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Cavabdeh1 ASC və “xxxx” MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Barışıq sazişinin ləğv edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MMC ilə “xxxx” MMC arasında xx.xx.2014-cü il tarixli, 030494 saylı xx.xx.2014-cü il tarixli ******* saylı kredit müqavilələri bağlanmışdır. Tərəflər həmin müqavilələri üzrə Cavabdeh2 MMCnin yerinə yetirilməmiş öhdəliklərinə dair xx.xx.2017-ci il tarixli barışıq sazişi bağlanmışdır. Sazişə əsasən tərəflər İddiaçına məxsus olan ******* manat məbləğində depozitin ******* manatlıq hissəsini 1.3 məzənnəsi ilə avroya konvertasiya edilərək, Cavabdeh2 MMC-nin kredit müqavilələri üzrə borc öhdəliyinin əsas məbləğinin tam, artıq qalan məbləğinin əsas borca hesablanmış faizin bir hissəsindən silinir. Hesablanmış faizin ödənilməmiş qalıq hissəsi, kredit üzrə hesablanmış cərimə faizləri və dondurulmuş faizlər, o cümlədən hesablanacaq cərimələr, Cavabdeh1 ASC tərəfindən Cavabdeh2 MMC-yə güzəşt edilməsi razılaşdırılmışdır. Qeyd olunan saziş üzrə müəyyən edilmiş öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilmişdir. Lakin ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçının qeyd olunan kredit müqavilələri üzrə 341919 avro borcunun olduğunu bildirmişdir. İddiaçı tərəfindən Cavabdeh1 ASC-nin qarşısında olan kredit öhdəliklərinin tam icra edilməsi və borcunun olmaması barədə arayışın təqdim olunması ilə bağlı ərizə ilə cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən müraciət təmin edilməmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən bağlanmış xx.xx.2014-cü il tarixli, 030494 saylı xx.xx.2014-cü il tarixli ******* saylı kredit müqavilələri üzrə cavabdeh tərəfindən əsassız hesablanmış 341919 avro borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Eyni zamanda ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, həmin iş üzrə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Cavabdeh1 ASC və “xxxx” MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Barışıq sazişinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-28/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası təmin edilməmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən Cavabdeh1 ASC ilə “xxxx” MMC arasında xx.xx.2014-cü il tarixli, 030494 saylı xx.xx.2014-cü il tarixli ******* saylı kredit müqavilələri üzrə “xxxx” MMC-nin yerinə yetirilməmiş öhdəlikləri qalmışdır. Qeyd olunan öhdəliklərin təmin edilməsi məqsədi ilə Cavabdeh1 ASC ilə “xxxx” MMC arasında xx.xx.2017-ci il tarixdə Barışıq sazişi bağlanmış və bu saziş əsasında iddiaçının 1248477,26 avro əsas borcu, 234609,74 avro faiz borcu, 102446,35 avro cərimə borcu İddiaçına məxsus olan 3.900000 manat məbləğində depozitin 1.700000 manatlıq hissəsini 1.3 məzənnəsi ilə avroya konvertasiya edilərək əsas borc və faiz borcunun bir hissəsi ödənilmiş, yerdə qalan faiz borcu və cərimə borcu silinmişdir. Cavabdeh tərəfindən həmin barışıq sazişi mübahisələndirilməsinə baxmayaraq Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-28/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası təmin edilməmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-28/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1” ASC ilə “xxxx” MMC arasında xx.xx.2017ci il tarixdə bağlanmış Barışıq sazişi qanunvericiliyə əsasən bağlanması artıq öz təsdiqini tapdığından həmin saziş üzrə tərəflərin götürdüyü öhdəliklərinində tam qanuni olduğu təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunan saziş bağlandığı tarixə iddiaçının əsas borcu 1248477,26 avro olmuşdur. Saziş üzrə İddiaçına məxsus olan 3.900000 manat məbləğində depozitin ******* manatlıq hissəsini 1.3 məzənnəsi ilə avroya konvertasiya edilərək (1307692,3 - 1248477,26 = 59215,04) borcalanın kredit müqavilələri üzrə kreditora olan əsas borcunun tam ödənilmiş və artıq qalan (59215,04 avro) məbləğin 234609,74 avro faiz borcunun bir hissəsinə yönəlmişdir. Belə olan halda iddiaçı barışıq sazişi əsasən üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etmişdir. Belə olan halda tərəflər arasında bağlanmış barışıq sazişinin 1.3-cü bəndinə əsasən bu sazişin icrası ilə əlaqədar yaranmış öhdəliklər istisna olmaqla, bu saziş icra edildikdən sonra kreditor tərəflər arasında bağlanılmış xx.xx.2014cü il tarixli, 030494 saylı xx.xx.2014-cü il tarixli ******* saylı kredit müqavilələrinə dair hər hansı bir iddia və tələbə malik olmayacağına dair kreditor tərəfindən öhdəlik götürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, həmin saziş üzrə kreditor Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən götürülmüş öhdəliklər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təmin edilməlidir. Bu halda hazırda iddiaçının qeyd olunan kredit müqavilələri üzrə borcun olmaması və cavabdeh tərəfindən həmin müqavilələr üzrə iddiaçıya borc hesablaması qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan halları, sadalanan maddi hüququ normalarına tələblərinə əsasən belə qənaətə gəlir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 030494 saylı xx.xx.2014-cü il tarixli ******* saylı kredit müqavilələri üzrə cavabdeh tərəfindən əsassız hesablanmış 341.919 avro borc silinməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 030494 saylı xx.xx.2014-cü il tarixli ******* saylı kredit müqavilələri üzrə iddiaçı Cavabdeh2nə hesablanmış 341.919 avro borc silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar