Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-47/2021 13.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Süleımanov Maftunun, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X3 qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 452430 manat əsas borcun, 116710 manat cərimənin və 30 manat dölət rüsumunun, cəmi 569170 manatın X1 tutularaq ona ödənilməsi, müqavilənin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqları və onun yerləşdiyi tikilini kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 468 nömrəli sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası NK-nın xx.xx.2005-ci il tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması qaydalarına müvafiq olaraq ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 04-LA/14 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə dəyəri ******* manat olan 2.5 ha sahədə istixana avadanlıqlarını lizinqə götürmüşdür. Cavabdeh texnoloji avadanlığın dəyərindən cəmiyyətə ilkin ödəniş aparmamış, qalan ******* manat məbləği isə lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə xx xxxxxxx 2016-cı il tarixədək 761090 manat ödənilməli olduğu halda cavabdeh tərəfindən 308660 manat məbləğində ödəniş aparılmış və göstərilən müddət üzrə 452430 manat borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizə verərək ******* manat əsas borcun, 1349338,74 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 2791838,74 manatın X1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Süleımanov Maftun iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, İddiaçı ASC tərəfindən aparılmış hesablamalar əsassızdır. Belə ki, müqavilə müddəti ərzində yalnız faiz borcunun artması mümkündür. Lakin İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən əsas borcun məbləği 452430 manat idisə, hazırda bu məbləğ ******* manat təşkil edir. Əsas borcun məbləği ******* manat göstərildiyi halda, 1349338,74 manat cərimənin hesablanması da qanunsuzdur. Mülki iş materiallarında olan: - Masallı rayonu ərazisində quraşdırılmış xüsusi polietilen örtüklü, tunel tipli istixana avadanlıqlarının və konstruksiyalarının icraçı təşkilatdan təhvil götürülməsi və lzinq alana təhvil verilməsi barədə 12..11.2013-cü il tarixli akta əsaəsn Masallı rayonu Şərəfə kəndi ərazisində 2.5 ha sahədə quraşdırılmış xüsusi polietilen örtüklü, tunel tipli istixana avadanlıqlarının və konstruksiyalarının icraçı təşkilatdab təhvil götürülərək lizinq alana təhvil vermilmişdir. - xx.xx.2014-cü il tarixli, 04-LA/14 saylı İddiaçı ASC-yə məxsus istixana avadanlıqlarının quşadırılması ilə birlikdə lizinqə verilməsi barədə müqavilə ilə ümumi dəyəri ******* manat olan Masallı rayonunda 2.5 ha sahədə istixana avadanlıqlarının quraşdırılması ilə birlikdə dəyərini lizinq ödəniş qrafikində göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verilmişdir. - İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli, 65/ü saylı “istixana avadanlıqlarının quraşdırılması ilə birlikdə lizinqə verilməsi barədə” əmr ilə Masallı rayonu, Qasımlı kənd sakini X4 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 04-LA/14 saylı lizinq müqaviləsi üzrə avadanlıqlar 10 il müddətinədək lizinqə verilməsi əmr edilmişdir. - Maliyyə arayışına əsasən Masallı rayonu Qasımlı kənd sakini X4 ilə İddiaçı ASC arasında bağlanmış 22.01.201.2014-cü il tarixli 14-LA/14 nömrəli müqaviləyə əsasən lizinqə götürülmüş ümumi dəyəri ******* manat olan texnoloji avadanlıq üçün həmin şəxs vcəmiyyətin hesabına heç bir ilkin ödəniş etməmiş. qalan 27667600 manat məbləğmisə ödəniş qrafiki tərtib olunmuşdur. Bu ödəniş qrafiki üzrə xx.xx.2019-cu il tarixinədək ******* manat ödəməli olduğu halda 425660 manat ödəniş etmişdir. X2 xx.xx.2019-cu il tarixinə olan gecikdirilmiş borcu 958140 manat və lizinq müqaviləsinin 4.2 bəndinə əsasən hesablanmış cərimə 621427,50 manat təşkil edir. - Maliyya arayışına əsasən xx.xx.2014-cü il tarixli 04-LA/14 saylı müqavilə üzrə ecikdirilmiş borc ******* manat və hesablanmış cərimə 857382,42 manat olmaqla cəmi 2023092,42 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, 30822 saylı ekspert rəyinə əsasən istismarda olmuş Türkiyə istehsalı “Qotik” markalı, polietilen örtüklü, tunel tipli 2.5 ha torpaq sahəsində quraşdırılmış istixana avadanlıqlarının və konstruksiyalarının işlənm dərəcəsi nəzərə alınmaqla hazırkı orta bazar qiyməti təxminən ******* manat-20%/x6 dəfə (201-2019)=725510 manat müəyyən edilir. - xx.xx.2020-ci il tarixli maliyyə arayışına xx.xx.2014-cü il tarixli 04-LA/14 saylı müqavilə üzrə ecikdirilmiş borc ******* manat və hesablanmış cərimə 1349338,74 manat olmaqla cəmi 2791808,74 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən Bakı Kommersiya Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən 2-2(82)-1122/2019 nömrəli iş üzrə verilmiş xx xxxxx 2020-ci il tarixli 30822 nömrəli ekspert rəyinin nəticələrinə görə, ekspert baxışına təqdim olunmuş itismarda olmuş Türkiyə istehsalı olan “Qotik” markalı, polietilen örtüklü, tunel tipli, 2.5 ha torpaq sahəsində quraşdırılmış istixana avadanlıqların və konstrukiyalarının işlənmə dərəcəsi nəzərə alınmaqla hazrıkı orta bazar qiyməti təxminən 725510 manat müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən X2 xx.xx.2020-ci il tarixə əsas borcu ******* manat cərimə üzrə borcu 1349338,74 manat müəyyən edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbacan Respublikası Prezidentinin xx xxxxxx 2020-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı ASC-nin adı dəyişdirilərək “xxxx” ASC adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və buna görə də iddiaçının öhdəliklərin icrasını tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşin hallarından və ekspert rəyindən göründüyü kimi cavabdehin xx.xx.2020-ci il tarixə əsas borcu ******* manat təşkil etmiş, həmin borc cavabdeh tərəfindən ödənilməmişdir və yuxarıda göstərilən hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə ******* manat məbləğində əsas borca tənasübsüz olaraq 1349338,74 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 1349338,74 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 20000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 16 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 340 manat məbləğində pul vəsaitinin 178 manat məbləğində hissəsi cavabdehdən, 162 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X3 qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 1442470 manat məbləğində əsas borc, 20000 manat məbləğində cərimə olmaqla ümumilikdə ******* manat məbləğində pul vəsaiti X1 tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 16 manat məbləğində pul vəsaiti X1 tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertizaların keçirilməsinə xərclənmiş 340 manat məbləğində pul vəsaitinin 178 manat məbləğində hissəsi X1, 162 manat məbləğində hissəsi “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-47/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-47/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver