Məhkəmə qərarları › İş №2-2(113)-473/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-473/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-473/2020 11.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş Hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı Quliyev Elşad Məmmədəli oğlunun və onun nümayəndəsi və vəkili Ələsgərov Ziya Camal oğlunun, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Saniyev Fuad Nadir oğlunun, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx Sığorta" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Süleymanov Sabir Orucəli oğlunun iştirakları ilə, İddiaçı Quliyev Elşad Məmmədəli oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı üçüncü şəxs şəxs “xxxx Sığorta" Açıq Səhmdar Cəmiyyəti olmaqla “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı Quliyev Elşad Məmmədəli oğlu cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-nin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və cavabdehin hərəkətsizliyi nəticəsində dəymiş zərərin əvəzi olan 17948.34 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, ümumilikdə 17978.34 manat pulun cavabdeh “xxxx” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı Quliyev Elşad Məmmədəli oğlu məhkəməyə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh “xxxx” ASC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehin hərəkətsizliyi nəticəsində dəymiş zərərin əvəzi kimi 11828.28 manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın, ümumilikdə 11858.28 manat pulun cavabdeh “xxxx” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli, 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 % güzəştli lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması qaydaları”xxxx“xxxx”xxxxilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 185-LD/16 nömrəli müqaviləyə əsasən o, güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 47363,80 manat olmaqla, 30 baş damazlıq heyvanları icarəyə götürmüş, damazlıq heyvanların dəyərindən 23681.93 manat məbləğində ilkin ödəniş etmişdir. Həmin tarixdə lizinqə verilən 30 baş damazlıq heyvan lizing verən cavabeh tərəfindən sığortalanmış və faydalanan şəxs qismində lizinq verən “xxxx”xxxxgöstərilmişdir. Yenə xx.xx.2016-cı il tarixdə sığorta haqqının ödənilməsi barədə tərəflər arasında müqavilə imzalanmış və müqavilənin predmeti ondan ibarət olmuşdur ki, 30 baş damazlıq heyvan sığortalanaraq Quliyev Elşad Məmmədəli oğluna lizinqə verilir. Müqavilənin 2-ci bəndinə əsasən Lizinq alan 2841.86 manat sığorta haqqını lizinq verənə tam şəkildə ödəyir.Müqavilənin 4-cü bəndinə əsasən sığorta hadisəsi baş verdikdə sığorta təşkilatı tərəfindən lizinq verənə ödənilmiş vəsaitin yarısı lizinq alana qaytarılır. Qeyd edir ki, tərəfindən lizinqə götürülmüş 30 baş “Simmental” tipli irirbuynuzludan AT251802628, AT131495128, AT635550728, AT138486528, AT**********, AT366358328, AT560978822, AT654507428, AT194937828, AT381963728, AT132294928 və AT403810322 birka nömrəli iribuynuzlu müxtəlif xəstəliklərdən tələf olmuş, bu barədə təsərüffatın baytar həkiminə məlumat verilmiş, lazımı qaydada akt tərtib edilərək heyvanlar məcburi kəsimə göndərilmiş, sığorta haqqının ödənilməsi üçün nəzərdə tutulmuş bütün sənədlər - akt, yarma prtokolları, heyvanın pasportu, heyvanın birkaları və şəkillər lizinq şirkətinə yerləşən sığorta nümayəndəsinə təqdim edilmişdir. Lakin cavabdehin qərəzi və hərəkətsizliyi səbəbindən sığorta ödənişləri bugünədək ödənilməmiş, heyvanların tələf olması nəticəsində onlardan fayda götürmək imkanı məhdudlaşdrılmış və iddiaçıya 17948.34 manat məbləğində maddi ziyan dəymişdir. Tərəfindən dəfələrlə rəsmi və şifahi şəkildə müraciətlər edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qərəzli hərəkətlər davam etdirilməklə pulun alınıb ona ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. Hesab edir ki, həmin zərər iddiaçının hərəkətsizliyi nəticəsində vurulduğundan dəymiş zərərin əvəzi ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçı Quliyev Elşad Məmmədəli oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Ələsgəov Ziya Camal oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbnin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Saniyev Fuad Nadir oğlu iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”xxxx“xxxxxxxxilə Quliyev Elşad Məmmədəli oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli 185-LD/16 nömrəli müqaviləyə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsim əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 47363,80 (qırx yeddi min üç yüz altmış üç manat 80 qəpik) manat olmaqla, 30 baş damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 23681,93 (iyirmi üç min altı yüz səksən bir manat 93 qəpik) manat məbləğində ilkin ödəniş etmişdir. Quliyev Elşad Məmmədəli oğlu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən məhkəməyə müraciət edilmiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-2803/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Quliyev Elşad Məmmədəli oğlundan12557,98 manat əsas borc və 200 manat cərimə borcunun və 20 manat dövlət rüsumu olmaqla, cəmi 12.777.98 manat pulun alınaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin məhkəmə prosesində E.Quliyev tərəfindən tələf olmuş 12 baş damazlıq heyvanın sığorta ödənişlərinin həyata keçirilməsi ilə bağlı “xxxx ASC-nin hərəkətsiz qalmadığı, sığorta şirkətlərinə müvafiq sənədləri göndərməklə müraciət etdiyi təsdiq edilmişdir. Məhz Cəmiyyətin müraciətləri əsasında E.Quliyevin lizinqə götürdüyü, tələf olmuş AT251802628,AT131495128,T138486528 və AT********** birka nömrəli 5 baş heyvana görə 4850.86 manat sığorta vəsaiti ödənilmiş, həmin vəsait lizinq alan E.Quliyevin borcuna yönəldilmişdir. AT635550728 birka nömrəli bir baş heyvanın tələf olması barədə lizinq alan tərəfindən “xxxx” ASC-yə şifahi məlumat verildikdən sonra Cəmiyyət 3273.85 manat sığorta məbləğinin ödənilməsi üçün məktubla “xxxx” ASC-yə müraciət etmişdir. xx xxxx 2017-ci il tarixdə “xxxx”xxxxləğv olunması səbəbindən “xxxx” ASC-nin müraciəti cavabsız qalmışdır. Daha sonra sığorta ödənişi ilə bağlı sığorta şirkətinin ləğvetmə komissiyasına təkrar müraciət olunmuşdur. AT560978822,AT654507428, AT194937828, AT132294928 və AT381963728 birka nömrəli 5 baş heyvanın tələf olması “xxxx” Sığortaxxxxtərəfindən araşdırıdıqdan sonra heyvanların təsərrüfatda baxımsızlığından tələf olmaları səbəbindən sığorta ödənişindən imtina edilmişdir. Göründüyü kimi, “xxxx”xxxxElşad Quliyevin təsərrüfatında tələf olmuş damazlıq heyvanların sığorta ödənişlərinin həyata keçirilməsi istiqamətində hərəkətsiz qalmadığını təsdiq edən müvafiq sənədlər, sığorta şirkətlərinə müraciətlər, sığorta şirkətlərinin cavabları məhkəməyə təqdim olunmuş, həmin sənədlər məhkəmədə araşdırılmış və iş üzrə yekun məhkəmə qərarı çıxarılmışdır. Ona görə də iddia tələbinin qanuni əsası olmadığı üçün rədd edilməsini xahiş edir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx Sığorta" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Süleymanov Sabir Orucəli oğlu izahatında göstərdi ki, Quliyev Elşad Məmmədəli oğluna lizinqə verilmiş AT- 194937828 və AT-654507428 inventar nömrəli Simmental cinsli damazlıq düyələrin tələf olması ilə əlaqədar tərtib olunmuş sənədlər sığorta Ödənişinin aparılması üçün "xxxx Sığorta" ASC-yə təqdim edilmişdir. Sənədlərə aidiyyatı üzrə "xxxx Sığorta" ASC-də baxılmış və araşdırmalar zamanı müəyyən olmuşdur ki, təqdim edilmiş sənədlər mövcud qanunvericiliyin tələblərinə cavab verməməklə, sənədlərin tərtibinə etinasız yanaşılmışdır. AT ********* inventar nömrəli heyvana dair tərtib edilmiş xx xxxxxx 2018-ci il 03 saylı yarma protokolunda ilkin və patanatomik diaqnoz "balalığın tökülməsi" təyin edildiyi halda, heyvanın tələf olmasından bir ay vaxt keçdikdən sonra tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli aktda isə həmin heyvanda "qastroenterit " diaqnozu ilə müalicə aparıldığı qeydolunmuşdur. Yarma protokolunda balalığın cırıldığı, aktda isə balalığın yuyulub təmizləndikdən sonra yerinə salındığı göstərilmişdir. Sənədlər bir-birini təkzib edir. Bundan əlavə yarma protokolunda rəy bölməsində “məcburi kəsilmiş heyvanın 171 kq ət istifadəyə yararlıdır” göstərilmişdir. Maraqlıdır ki, Respublika Baytarlıq Laboratoriyasının xx.xx.2018ci il tarixli L-4/85 saylı Ekspertiza nəticələrinə görə AT ********* inventar nömrəli heyvanda "pasterellyoz" və "xlamidioz" xəstəliyinin törədicisi aşkar olunmuşdur. Beləliklə, ekspertiza cavabı olmadan xəstə heyvanın ətinin satışa verilərək, insanlar və heyvanlar arasında xəstəliyin yayılma təhlükəsinin daha da artırılmasına şərait yaradılmış, "Baytarlıq haqqında AR Qanununun müvafiq maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Xəstəliyin yayılma təhlükəsinin və digər heyvanlara keçməsinin qarşısının alınması və ləğvi istiqamətində təlimata müvafiq tədbirlər tətbiq edilməsi barədə müvafiq sənədlər də təqdim edilməmişdir. Eyni analoji hallar, sənədlərin tərtibində yol verilmiş etinasızİıq və s. digər tələf olmuş AT654507428 inventar nömrəli heyvana dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli 04 saylı yarma protokolunda təkrarlanmışdır. Mövcud qanunvericiliyin tələblərinə əsasən bu cür sənədlərin hüquqi əsası yoxdur. Damazlıq heyvanlar arasında xəstəliyi və ölümü törədən səbəblər barədə arayış, heyvanların sağlamlıq durumunun vəziyyətini müəyyənləşdirmək məqsədilə aparılan laborator müayinələrin nəticələri, yemin və suyun keyfiyyəti, yem nümunələrində yemlərin qidalılıq dəyəri və s. barədə laboratoriyaların rəyi təqdim edilməmişdir. Bu səbəbdən cavabdehə sığorta ödənişi etməkdən imtina edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında: “xxxx”xxxxilə Quliyev Elşad Məmmədəli oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli 185-LD/16 nömrəli müqaviləyə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsim əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 47363,80 (qırx yeddi min üç yüz altmış üç manat 80 qəpik) manat olmaqla, 30 baş damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 23681,93 (iyirmi üç min altı yüz səksən bir manat 93 qəpik) manat məbləğində ilkin ödəniş etmişdir. “Sığorta haqqının ödənilməsi” barədə “xxxx”xxxxilə Quliyev Elşad Məmmədəli oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləxxxxsonuncunun “xxxx” ASC-dən lizinqə götürdüyü və sayış dəyəri 47363.8 manat olan 30 baş Simmental cinsli damazlıq heyvanlar 5683.65 manat sığorta haqqı məbləğində sığortalanmışdır. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-2803/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsixxxxidiaçı “xxxx” ASC-nin Quliyev Elşad Məmmədəli oğluna qarşı üçüncü şəxs qismində “xxxx” Sığorta şirkəti cəlb edilməklə pul tələbinə dair iddia tələbi təmin edilmiş, Quliyev Elşad Məmmədəli oğlundan12557,98 manat əsas borc və 200 manat cərimə borcu və 20 manat dövlət rüsumu olmaqla, cəmi 12.777.98 manat pulun alınaraq, “xxxx” açıq səhmdar cəmiyyətinə ödənilməsi qət edilmişdir. “xxxx”xxxxtərəfindən Quliyev Elşad Məmmədəli oğlunun sığorta ödənişi ilə əlaqədar müraciətinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli məktubda göstərilir ki, Sığorta Şirkəti təsərrüfatda cins damazlıq heyvanların saxlanılması, bəslənilməsində baytarlıqsanitariya tələblərinin pozulmasına yol verilməsi, təsərrüfatda mal-qaraya baytarlıq xidmətinin göstərilməsi üçün təsərrüfatın baytar həkiminin olmaması, heyvan diri ikən laborant müayinələrin aparılmaması, diaqnozun dəqiqləşdirilməməsi, xəstəliyi törədən səbəblərin vaxtında aşkar olunmaması və müvafiq müalicə tədbirləri aparılması imtinaya əsas səbəb göstərilmişdir. “xxxx”xxxxtərəfindən Quliyev Elşad Məmmədəli oğlunun sığorta ödənişi ilə əlaqədar müraciətinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli məktubda göstərilir ki, Sığorta Şirkəti təsərrüfatda baytar həkimi olmadından mütəmadi baytar müşahidələri və müayinələrinin olmaması, laborant müayinələrin edilməməsi, bu səbəbdən diaqnozun düzgün qoyulmaması, müvafiq müalicə tədbirlərinin aparılmaması, baytar sanitariya tələblərinə riayət olunmaması, heyvanların əlverişsiz şəraitdə saxlanılması, düzgün və tam yemləndirilməməsi və bunun nəticəsində yoluxucu və daxili xəstəliklərə gətirib çıxarılması, sahibkar tərəfindən məsuliyətsiz və etinasız yanaşılması, lazımı və mümkün tədbirləri görmək iqtidarında olduğu halda təsərrüfatsızlıq nəticəsində həmin tədbirləri görməməsi imtinaya əsas kimi göstərilmişdir. “xxxx”xxxx“xxxx”xxxxarasında bağlanmış “xxxx” ASC-yə məxsus cins damazqlıq heyvanların sığortalanmasının satınalınması barədə 06-15 saylı, xx.xx.2015-ci il tarixli müqaviləxxxxsığortaçı “xxxx”xxxxsığortalı “xxxx” ASC-yə məxsus cins damazlıq heyvanların sığortalanması öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndində göstərilir ki, bu müqaviləyə əsasən Sığortaçı, Sığortalının və Lizinqə alanın öz vəzifəlrini düzgün icra etməməsinə və həmçinin bu müqavilədə qeyd olunan mühüm şərtlərə əməl olunmasına baxmayaraq aşağıdakı risklərin (bütün növ yoluxan və yoluxmayan xəstəliklər, damazlıq əhəmiyyətini itirmə, çətin doğuş, cərrahiyyə əməliyyatları aparılması və sığortalanmasından asılı olmayan səbəbdən baş verən qan parazitar xəstəliklər) səbəb olduğu sığorta hadisələri nəticəsində sığorta predmetinin tam məhv olmasına dair sığorta təminatı verir. Həmin müqavilənin 17-ci bəndində göstərilir ki, lizinq alan (təsərrüfat sahibi) sığorta predmetini “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və müvafiq normativlərə uyğun olaraq saxlanılıb bəslənməsini təmin etməlidir. xx.xx.2017-ci il tarixli “Sığorta müqavilələrinin ötürülməsi üzrə əsas müqavilə”xxxx“xxxx”xxxxsəorta müqavilələrini “xxxx Sığorta” ASC-yə ötürmüşdür. “xxxx Sığorta”xxxxtərəfindən “xxxx” ASC-nin idarə heyətinin sədr müavini Mehman İsmayılovun “sığorta ödənişi ilə bağlı müraciəti”nə cavab olaraq ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilir ki, lizinq alan Quliyev Elşad Məmmədəli oğluna lizinqə verilmiş AT132294928 inventar nömrəli Simmental cinsli inəyin tələf olmasına “xxxx Sığorta” ASC-də baxılmış, həmin heyvanı yarma protokolunda diri ikən “qaraciyərin iltihabı, pnevmaniya” patanatomik “qaraciyər sirrozu, xroniki bronxopnevmaniya” diaqnozu qoyulmuşdur. Həmçinin araşdırma zamanın müəyyən olunmuşdur ki, təsərrüfatın baytar həkimi olmadığından mütəmadi baytar müşahidəsi və müayinələri aparılmamışdır. Heyvan uzun müddət xəstə olmuşdur və s. Ən sonda qeyd olunur ki, sahibkar tərəfindən xx.xx.2015-ci il tarixli, 06/15 nömrəli “xxxx” ASC-yə məxsus cins damazlıq heyvanların sığortalanmasının satılması barədə müqavilənin 17-ci bəndinə riayət edilmədiyindən, təsərrüfatsızlıq səbəbindən AT132294928 inventar nömrəli heyvanın çıxdaş olunması ilə bağlı “xxxx Sığorta” ASC-nin məsuliyyəti yaranmır. “xxxx Sığorta”xxxxtərəfindən “xxxx” ASC-nin idarə heyətinin sədri Elmin Rəhimovun AT ********* inventar nömrəli Simmental cinsli inəyin tələf olmasına dair müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilir ki, heyvanın yarma protokolunda diri ikən “ağciyərin iltihabı bronxopnevmaniya” patanatomik “ağciyərin iltihabı, hepatit” diaqnozu qoyulmuşdur. Aparılmış araşdırma nəticəsində təsərrüfatda cins damazlıq heyvanların saxlanma-bəslənməsində baytarlıq sanitariya tələblərinin pozulmasına və s. yol verildiyi müəyyən olunmuşdur. Bu səbəbdən də AT ********* inventar nömrəli heyvanın çıxdaş olunması ilə bağlı “xxxx Sığorta” ASC-nin məsuliyyəti yaranmır. “xxxx Sığorta”xxxxtərəfindən “xxxx” ASC-nin idarə heyətinin sədr müavini Mehman İsmayılovun AT ********* inventar nömrəli Simmental cinsli inəyin tələf olmasına dair müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilir ki,Quliyev Elşad Məmmədəli oğluna məxsus damazlıq mal-qara fermasında olmuş və heyvanların saxlanma-bəslənməsi ilə bağlı monitorinq keçirilmiş, heyvanın tələf olması səbəbi ilə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, malqaranının saxlanma-bəslənməsində baytarlıq-sanitariya tələblərinin pozulmasına, vəziyyətin bu cür davam etməsinə görə təsərrüfatda ölüm hallarının baş verməsinə görə məsuliyyət sahibkarın üzərində qalmalıdır. “xxxx Sığorta”xxxxtərəfindən “xxxx” ASC-nin idarə heyətinin sədri E.Məmmədova AT ********* inventar nömrəli Simmental cinsli inəyin tələf olmasına dair müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilir ki, Quliyev Elşad Məmmədəli oğlu tərəfindən heyvanların saxlanılması, sağlamlığı və təhlükəsizliyinin qorunması üçün zootexniki tələblərə uyğun şərait yaradılmamış, heyvan axura düşərək boğulmuşdur. Bu cür hadisələr sığorta xidməti xaricindədir. Bu sırf təsərrüfatsızlıq olduğu üçün, şəxsən sahibkar məsuliyyət daşıyır. Ona görə həmin heyvanla bağlı sığorta ödənşindən imtina olunmuşdur. “xxxx Sığorta”xxxxtərəfindən “xxxx” ASC-nin idarə heyətinin sədr müavini Mehman İsmayılovun “Quliyev Elşad Məmmədəli oğlunun şikayət ərizəsi ilə bağlı müraciəti”nə cavab olaraq ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir ki, lizinq alan Quliyev Elşad Məmmədəli oğluna lizinqə verilmiş AT ********* və AT ********* inventar nömrəli Simmental cinsli heyvanların tələf olmalarına “xxxx Sığorta” ASC-də baxılmış və müəyyən olunmuşdur ki, cins damazlıq heyvanların baytarlıq-sanitariya tələblərinə uyğun saxlanılma-bəslənilməsində mövcud qanunvericiliyin tələbləri pozulmaqla, sənədlərin tərtibində uyğunsuzuqlara yol verilmişdir. Həmin heyvanlarda “pasterellyoz və xlamidioz” xəstəliklərinin törədicilərinin aşkar olunması onu sübut edir ki, heyvanlar sahibkar və baytar nəzarətindən kənarda qalmış, heyvanların xəstəliyi vaxtında aşkar edilib müvafiq tədbirlər görülməmişdir. “xxxx Sığorta” şirkətinin xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, Abşeron rayonunun Mehdiabad kəndində maldarlıqla məşğul olan Quliyev Elşad Məmmədəli oğluna lizinqə verilmiş AT-194937828 və AT-654507428 inventar nömrəli Simmental cinsli damazlıq düyələrin tələf olması ilə əlaqədar tərtib olunmuş sənədlər sığorta Ödənişinin aparılması üçün "xxxx Sığorta " ASC-yə təqdim edilmişdir. Sənədlərə aidiyyatı üzrə "xxxx Sığorta" ASC-də baxılmış və araşdırmalar zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlər mövcud qanunvericiliyin tələblərinə cavab verməməklə, sənədlərin tərtibinə etinasız yanaşılmışdır. AT ********* inventar nömrəli heyvana dair tərtib edilmiş xx xxxxxx 2018-ci il 03 saylı yarma protokolunda ilkin və patanatomik diaqnoz "balalığın tökülməsi" təyin edildiyi halda, heyvanın tələf olmasından bir ay vaxt keçdikdən sonra tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli aktda isə həmin heyvanda "qastroenterit " diaqnozu ilə müalicə aparıldığı qeyd olunmuşdur. Yarma protokolunda balalığın cırıldığı, aktda isə balalığın yuyulub təmizləndikdən sonra verinə salındığı göstərilmişdir. Sənədlər bir-birini təkzib edir. Bundan əlavə yarma protokolunda rəy bölməsində “məcburi kəsilmiş heyvanın 171 kq əti istifadəyə yararlıdır” göstərilmişdir. Maraqlıdır ki, Respublika Baytarlıq Laboratoriyasının xx.xx.2018-ci il tarixli, L-4/85 saylı ekspertiza nəticələrinə görə AT ********* inventar nömrəli heyvanda "pasterellyoz" və "xlamidioz" xəstəliyinin törədicisi aşkar olunmuşdur. Beləliklə, ekspertizanın cavabı olmadan xəstə heyvanın ətinin satışa verilərək, insanlar və heyvanlar arasında xəstəliyin yayılma təhlükəsinin daha da artırılmasına şərait yaradılmış, "Baytarlıq haqqında” AR Qanununun müvafiq maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Xəstəliyin yayılma təhlükəsinin və digər heyvanlara keçməsinin qarşısının alınması və ləğvi istiqamətində təlimata müvafiq tədbirlər tətbiq edilməsi barədə müvafiq sənədlər də təqdim edilməmişdir. Eyni analoji hallar, sənədlərin tərtibində yol verilmiş etinasızİıq və s. digər tələf olmuş AT654507428 inventar nömrəli heyvana dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 04 saylı yarma protokolunda təkrarlanmışdır. Bildirilir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən bu cür sənədlərin hüquqi əsası yoxdur. O da qeyd edilir ki, damazlıq heyvanlar arasında xəstəliyi və ölümü törədən səbəblər barədə arayış, heyvanların sağlamlıq durumunun vəziyyətini müəyyənləşdirmək məqsədilə aparılan laborator müayinələrin nəticələri, yemin və suyun keyfiyyəti, yem nümunələrində yemlərin qidalılıq dəyəri və s. barədə laboratoriyaların rəyi təqdim edilmir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Abşeron rayon Baytarlıq İdarəsi tərəfindən verilmiş 757/6b saylı, xx.xx.2019-cu il tarixli arayışda göstərilir ki, Quliyev Elşad Məmmədəli oğlunun Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən təsərrüfatında mövcud olan 40-60 baş İBH-ları fəaliyyət göstədiyi 2016-2019-cu illərdə Xüsusi təhlükəli infeksion xəstəliklərə - “Qara yara”, “Pastrellyoz”, “Dalaq”, “Leptosprioz”, “Dabaq”, “Nodulyar-Dermatit”, Emkar (Emifiziamotoz Karbonku) qarşı profilaktiki tədbirlər epizodik plan əsasında yerinə yetirilmiş və helmintozlara və qan parazitar xəstəliklərə qarşı tədbirlər sahibkarın öz vəsaiti hesabına aparılmışdır. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarıxxxxqiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halı ondan ibarətdir ki, “xxxxxxxxilə Quliyev Elşad Məmmədəli oğlu arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 185-LD/16 nömrəli müqaviləyə əsasən E.Quliyev güzəştli satış dəyərinin bir hissəsim əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 47363,80 (qırx yeddi min üç yüz altmış üç manat 80 qəpik) manat olmaqla, 30 baş damazlıq heyvanları lizinqə götürmüşdür. Eyni zamanda “xxxx”xxxx“xxxx”xxxxarasında “xxxx” ASC-yə məxsus cins damazqlıq heyvanların sığortalanmasının satınalınması barədə 06-15 saylı, xx.xx.2015-ci il tarixli müqavilə bağlanmışdır. xx.xx.2017-ci il tarixdə “xxxx”xxxx“Sığorta müqavilələrinin ötürülməsi üzrə əsas müqavilə”yə əsasən sığorta müqavilələrini “xxxx Sığorta” ASC-yə ötürmüşdür. Quliyev Elşad Məmmədəli oğlu ona lizingə verilmiş damazlıq heyvanların bir qisminin tələf olması faktı ilə əlaqədar “xxxx ASCyə müraciət etmiş, sonuncunun sığorta şirkətinə müraciəti əsasında 5 baş heyvana görə 4850.86 manat sığorta vəsaiti ödənilmiş, həmin vəsait lizinq alan E.Quliyevin borcuna yönəldilmişdir. Digər heyvanların təsərrüfatsızlıq nəticəsində tələf olması, tərəflər arasında bağlanmış sığorta müqaviləsinin 17-ci bəndinin tələblərinin, lizinq alan (təsərrüfat sahibi) sığorta predmetini “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və müvafiq normativlərə uyğun olaraq saxlanılıb bəslənməsinin təmin edilməsi şərtlərinin pozulması səbəbindən “xxxx Sığorta”xxxxtərəfindən ödənilməmişdir. Məhkəmə iddia tələbinə qiymət verərək belə qənatə gəlir ki, iddiaçı məhkəməyə müraciət edərəkən öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni “xxxx”xxxxtərəfindən tərəflər arasında olan öhdəliklərlə bağlı hər hansı qanunsuz hərəkətsizlik etməsi və həmin hərəkətsizlik nəticəsində ona zərər dəyməsi hallarını sübuta yetirə bilməmiş, buna dair əsaslı, şübhədən kənar sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən sığorta ödənişinin ödənilməsi ilə bağlı sığorta şirkətinə müraciətlər olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkətsizlik etməsi və bunun nəticəsində iddiaçıya zərər vurulması sübuta yetirilmədiyindən Quliyev Elşad Məmmədəli oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı üçüncü şəxs şəxs “xxxx Sığorta"xxxxolmaqla “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Quliyev Elşad Məmmədəli oğlunun cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı üçüncü şəxs şəxs “xxxx Sığorta"xxxxolmaqla “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar