Məhkəmə qərarları › İş №2-2(113)-48/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-48/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-48/2020 17.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçılar X1 və X3 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar X1 və X3 ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər X1 və X4 qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçılar X1 və X6 ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, haqları olan 8902.43 AZN və ƏDV 18% pulların geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia üzrə cavabdehlər X1 və X4 qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və X2 şirkətdən avans alınmış 9914.38 manat məbləğində, aparılan alçipan tavan və alçipan arakəsmə divarlarının quraşdırılmasında yalnış görülmüş işlər nəticəsində yazılmış cərimə 11783 manat məbləğində və Cavabdeh MMC tərəfindən cavabdehlərin işçilərinə ödənilmiş 2445 manat məbləğində, cəmi 24142.38 manat məbləğində pulun Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçılar X1 və X6 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, haqları olan 14387 (on dörd min üç yüz səksən yeddi) manat pulun cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 2(81)-231/2019 nömrəli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, həmin qərardada əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən xx xxxxx 2019-cu il tarixli, 7430 nömrəli məhkəmə ekspertizasının rəyi daxil olmuş və ekspertiza zamanı aparılmış tədqiqatın dəyəri 230 manat təşkil etmişdir. Daha sonra iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)-231/2019 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, həmin qərardada əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən xx xxxxxx 2020-ci il tarixli, 18903 nömrəli məhkəmə ekspertizasının rəyi daxil olmuş və ekspertiza zamanı aparılmış tədqiqatın dəyəri 145 manat təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçılar X1 və X6 məhkəməyə birgə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və ilkin iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, qarşılıqlı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə, ərizəni baxılmamış saxlayır. Bu səbəbdən də məhkəmə hesab edir ki, həm ilkin iddia ərizəsi həm də qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 375 manat məbləğində pulun 187,50 manatı müştərək qaydada X1 və X2, 187,50 manatı isə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülməlidir. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçılar X1 və X3 ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər X1 və X4 qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İlkin iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, eləcə də 30 manat dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2018-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılsın. Qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, eləcə də 30 manat dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2018-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 375 manat məbləğində pulun 187,50 manatı müştərək qaydada X1 və X2, 187,50 manatı isə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar