Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-487/2020 18.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi x4 iştirakı ilə, İddiaçı Cavabdehnə (MMC) qarşı əsas borcun və cərimənin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas borc 71533 manat əsas borc, 3576,65 manat cərimə, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş vəsatinin əvəzi qismində 30 manat olmaqla ümumilikdə 75139,65 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı 1995-ci ildən elektrik, istilik və havalandırma üzrə avadanlıqların satışı və təmiri, həmçinin, elektrik avadanlıqlarının servis və icarəsini həyata keçirir. İddiaçı ilə Cavabdeh MMC arasında 02 may 2018-ci il tarixli, 0082-H/18 saylı malların alqı – satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə edilmiş əlavə üzrə qiymət razılaşdırma protokoluna əsasən alıcı malın dəyərini satış tarixində və ya malın təslimi tarixinə verilən faktura tarixindən sonra 15 gün ərzində satıcının kassasına ödəməli olduğu halda, Cavabdeh MMC müqavilənin şərtini pozaraq 2018-ci ilin iyun ayından başlayaraq öhdəlikləri tam icra etməmiş, malın tam dəyərini ödəməmişdir və borcun məbləği 75139,65 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 8.3-cü bəndində malın dəyəri tam ödənilmədikdə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,1 %-i məbləğində dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Hal – hazırda əsas borca 3576,65 manat cərimə hesablanmışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi x5 iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh MMC-nin fəaliyyəti əsasən meyvə – tərəvəz məhsullarının Rusiya Federasiyasında satışını həyata keçirməkdən ibarətdir. Hal – hazırda satılan malların dəyəri onlara ödənilmədiyi üçün İddiaçınə olan 75139,65 manat məbləğində borcun ödənilməsi mümkün olmamışdır. İddianın cərimə borcunun ödənilməsi hissəsinin təmin olunması ilə razı deyildir. Belə ki, Cavabdeh MMC-nin borcu ödəyə bilməməsinin səbəbi maddi vəziyyətin pisləşməsidir və belə olduğu təqdirdə cərimənin hesablanması əsassızdır. Mülki iş materiallarında olan: - 02 may 2018-ci il tarixli, 0082-H/18 saylı alqı – satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı müqavilənin şərtlərinə və alıcının sifarişinə uyğun olaraq mali və xidmətlərin təchiz edilməsini, Cavabdeh MMC isə malların və xidmətlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür; - qiymətlərin razılaşdırılması protokollarının, maaların təhvil verilməsinə dair fakturaların və qaimələrin surətindən görünür ki, İddiaçı tərəfinjən mallar razılaşdırılmış formada Cavabdeh MMC-yə təhvil verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş qiymət razılaşma protokollarında malın dəyərini satış tarixində və ya malın təslimi tarixinə verilən faktura tarixindən sonra 15 gün ərzində satıcının kassasına ödəməli olduğu nəzərdə tutulmuş, yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Qeyd olunanlara əsasən və alınmış malların dəyərinin tam ödənilməməsi, iddia tələbində göstərilən əsas borc məbləği cavabdeh tərəfindən mübahisələndirilmədiyindən məhkəmə hesab edir ki, iddianın həmin hissədə təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 71533 manat əsas borca 3576,65 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 3576,65 manat dəbbə pulunun miqdarı azaldılaraq 400 manat miqdarında müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əsas borcun və cərimənin ödənilməsi barədə iddiası qismən təmin edilsin. 71533 (yetmiş bir min beş yüz otuz üç) manat məbləğində əsas borc, 400 (dörd yüz) manat məbləğində cərimə olmaqla ümumilikdə 71933 (yetmiş bir min doqquz yüz otuz üç) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 (iyirmi doqquz) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-487/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-487/2020
18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver