Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-555/2020 25.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, tərəflərin iştırakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehqarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh mülki işin aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, mülki iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh məhkəməyə yazılı ərizələr ünvanlayaraq aralarında bağlanmış və elektron kabinet vasitəsi ilə yeni redaksiyada təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh 35/6kv-luq Saadan YS-dan çıxan mövcud 6 kvluq Eynibulaq hava elektrik verilişi xəttindən budaqlanma yolu ilə quraşdırılmış onun balansında olan 6 kv-luq hava xəttinin budaqlanma yerindəki xətt ayrıcısından başlayaraq İddiaçı MMC-nin budaqlanma götürdüyü dayağa qədər olan hissəsini bu Saziş əsasında İddiaçı MMC-nin balansına verir, İddiaçı MMC isə xətti bu hissədə balansa götürür. Tərəflər xəttin balansdan balansa keçməsinin enerjitəchizatı müəssisəsi və ya digər səlahiyyətli qurumda lazimi qaydada rəsmiləşdirilməsi üçün gərəkli olan bütün əlavə addımları atacaqdır.
2. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh 35/6kv-luq Saadan YS-dan çıxan mövcud 6 kvluq Eynibulaq hava elektrik verilişi xəttindən budaqlanma yolu ilə quraşdırılmış onun balansında olan 6 kv-luq hava xətti ilə əlaqədar İddiaçı MMC-yə qarşı istənilən əsaslarla hər hansı bir tələb irəli sürməyəcək və bu Saziş imzalandıqdan sonra ən geci 10 (on) təqvim günü ərzində Siyəzən rayonu, Yenikənd kəndində fəaliyyət göstərən İddiaçı radiobaza stansiyasının elektrik enerjisi ilə təchiz edilməsinə yaradılmış maneələri aradan qaldıracaq, xəttin şəbəkədən ayrılması üçün enerjitəchizatı müəssisəsinə verdiyi ərizələri geri götürəcək, radiobaza stansiyasının elektrik enerjisi ilə təchiz edən enerji xəttinin Cavabdeh aid elektrik xəttinə daimi qoşulmasını təmin edəcək və bunun üçün gərəkli olan bütün addımları atacaq, o cümlədən enerjitəchizatı müəssisəsinə yazılı müraciət edəcəkdir.
3. Tərəflər razılığa gəlirlər ki, mübahisənin həlli məqsədi ilə İddiaçı MMC qəti və yekun olan vergilər daxil 10000 (on min) manat vəsaiti bu Saziş məhkəmə tərəfindən təsdiq edilərək qüvvəyə mindikdən sonra ən geci 15 (on beş) təqvim günü ərzində Cavabdeh bank hesabına ödəyəcəkdir.
4. Tərəflər razılığa gəlirlər ki, bu Sazişdə göstərilmiş öhdəliklər icra edilməzsə, qarşı tərəfin belə icranı bu Saziş əsasında tələb etmək, o cümlədən məcburi icra qaydasında icranı tələb etmək hüququ olacaqdır.
5. Bu Saziş biri İddiaçı MMC-də, biri Cavabdeh, digərləri isə məhkəmə və enerjitəchizatı müəssisəsində saxlanılmaqla, 4 (dörd) nüsxədə tərtib edilir, imzalandığı və məhkəmə tərəfindən təstiq edildikdən sonra qanunvericilikdə müəyyən edilmiş qaydada qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh 35/6kv-luq Saadan YS-dan çıxan mövcud 6 kv-luq Eynibulaq hava elektrik verilişi xəttindən budaqlanma yolu ilə quraşdırılmış onun balansında olan 6 kv-luq hava xəttinin budaqlanma yerindəki xətt ayrıcısından başlayaraq İddiaçı MMC-nin budaqlanma götürdüyü dayağa qədər olan hissəsini bu Saziş əsasında İddiaçı MMC-nin balansına verir, İddiaçı MMC isə xətti bu hissədə balansa götürür. Tərəflər xəttin balansdan balansa keçməsinin enerjitəchizatı müəssisəsi və ya digər səlahiyyətli qurumda lazimi qaydada rəsmiləşdirilməsi üçün gərəkli olan bütün əlavə addımları atacaqdır.
2. Tərəflər razılığa gəlirlər ki, Cavabdeh 35/6kv-luq Saadan YS-dan çıxan mövcud 6 kvluq Eynibulaq hava elektrik verilişi xəttindən budaqlanma yolu ilə quraşdırılmış onun balansında olan 6 kv-luq hava xətti ilə əlaqədar İddiaçı MMC-yə qarşı istənilən əsaslarla hər hansı bir tələb irəli sürməyəcək və bu Saziş imzalandıqdan sonra ən geci 10 (on) təqvim günü ərzində Siyəzən rayonu, Yenikənd kəndində fəaliyyət göstərən İddiaçı radiobaza stansiyasının elektrik enerjisi ilə təchiz edilməsinə yaradılmış maneələri aradan qaldıracaq, xəttin şəbəkədən ayrılması üçün enerjitəchizatı müəssisəsinə verdiyi ərizələri geri götürəcək, radiobaza stansiyasının elektrik enerjisi ilə təchiz edən enerji xəttinin Cavabdeh aid elektrik xəttinə daimi qoşulmasını təmin edəcək və bunun üçün gərəkli olan bütün addımları atacaq, o cümlədən enerjitəchizatı müəssisəsinə yazılı müraciət edəcəkdir.
3. Tərəflər razılığa gəlirlər ki, mübahisənin həlli məqsədi ilə İddiaçı MMC qəti və yekun olan vergilər daxil 10000 (on min) manat vəsaiti bu Saziş məhkəmə tərəfindən təsdiq edilərək qüvvəyə mindikdən sonra ən geci 15 (on beş) təqvim günü ərzində Cavabdeh bank hesabına ödəyəcəkdir.
4. Tərəflər razılığa gəlirlər ki, bu Sazişdə göstərilmiş öhdəliklər icra edilməzsə, qarşı tərəfin belə icranı bu Saziş əsasında tələb etmək, o cümlədən məcburi icra qaydasında icranı tələb etmək hüququ olacaqdır.
5. Bu Saziş biri İddiaçı MMC-də, biri Cavabdeh, digərləri isə məhkəmə və enerjitəchizatı müəssisəsində saxlanılmaqla, 4 (dörd) nüsxədə tərtib edilir, imzalandığı və məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanunvericilikdə müəyyən edilmiş qaydada qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Leyla Əliyeva