Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-562/2020 10.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Bağman qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı xx xxxx 2019-cu il tarixli ******* saylı akta görə əsassız hesablanmış dəymiş ziyan hesab olunan 2268,2 manat məbləğin iddiaçının hesabından silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh1 Xaçmaz X5 İdarəsinə və Cavabdeh1 Siyəzən Qaz Xidmət Sahəsinə qarşı xx xxxx 2019-cu il tarixli ******* saylı aktın ləğv edilməsi və bu akta görə əsassız hesablanmış dəymiş ziyan hesab olunan 2268,2 manat məbləğin iddiaçının hesabından silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə, iddianın, cavabdehlər Cavabdeh1 Xaçmaz X5 İdarəsinə, Cavabdeh1 Siyəzən Qaz Xidmət Sahəsinə qarşı və xx xxxx 2019-cu il tarixli ******* saylı aktın ləğv edilməsi hissələrində iş üzrə icraata xitam verilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin mühəndisləri tərəfindən xx.xx.2019-cu il tarixində "Təbi qazdan istifadə qaydalarının pozulması haqqında" ******* saylı Akt tərtib edilmişdir. Ondan ötrü ki, istehlakçıya məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanmış və müəyyən olunmuşdur ki, sayğacın gövdəsi təzyiq nəticəsində şişib, hava keçir, hesablayıcı mexanizim işləmir. Bundan sonra iddiaçıya xx.xx.2019-cu il tarixli "Bildiriş-Xəbərdarlıq" göndərilmiş və iddiaçı bu akta əsasən guya vurduğu ziyana görə 2268,2 manat ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 3.1.7-ci bəndinə əsasən qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. Akt xx.xx.2019-cu il tarixdə tərtib olunmasına baxmayaraq aktın bir nüsxəsi iddiaçıya xx.xx.2019-cu il tarixdə verilmişdir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda qazdan istifadədə pozuntuya yol verilməsini təsdiq edən aktın tərtib olunmasının xüsusi qaydası müəyyən edilmişdir ki, bu pozuntunun baş verməsi yalnız həmin qaydalara riayət olunmaqla tərtib edilmiş aktla təsdiq oluna bilər. Başqa qaydada və ya formada tərtib edilmiş hər hansı akt, yaxud sənəddə digər hər hansı pozuntunun olmasını əks etdirən nüanslar varsa, bu zaman onlar sübut kimi qəbul oluna bilməz. Belə ki, Aktın, "Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyd hissəsində ******* saylı rəyə əsasən "sayğacın gövdəsi təzyiq nəticəsində şişib, hava keçir, hesablayıcı mexanizim işləmir" qeyd edilmişdir. Yoxlama anında 0110332saylı rəyi kim verib və iddiaçının ziyan vurması necə müəyyən olunub, yəni birincisi aktda nöqsan kimi qeyd edilən savğacın gövdəsi təzyiq nəticəsində şişib, hava keçir, hesablayıcı mexanizim işləmir" kimi nasazlıq hansısa o, anda verilən ******* saylı rəyinə əsasən müəyyən olunmuş, ikincisi aktda qeyd edilməmişdir ki, sayğacda yaranan nöqsan iddiaçının təqsiri üzündən baş vermiş, yəni nasazlığın yaranmasında iddiaçı təqsirkar deyildir. Əgər belə bir nöqsan həqiqətən sayğacda baş veribsə də, aktda iddiaçının təqsiri qeyd edilməyibsə, nəyə görə iddiaçının təqsirindən baş verməyən ziyanı ödəməlidir. Habelə 2268,2 manat ziyan məbləğin əsassız tələb edilməsinin əsas təsdiqi budur ki, "xx.xx.2019-cu il tarixli Bildiriş-Xəbərdarlıqa diqqət yetirilsə görünür ki, sayğacın göstəricisinə xx.xx.2019-cu il tarixdə nəzarətçi tərəfindən baxılaraq sərfiyyat hesablanmışdır. Buradan görünür ki, əgər sayğac nasaz idisə bunu nəzarətçi görməli idi. Yox, əgər xx.xx.2019-cu il tarixdən sonra sayğacda nasazlıq baş vermişdirsə, onda 2 gündən sonra, yəni xx.xx.2019-cu il tarixdə tərtib edilən akta görə iddiaçının hesabına 2 günə görə ziyan hesablanmalı idi, buda ki, 2268,2 manat edə bilməzdi, habelə hesab edilsə ki, yay aylarında qazdan demək olar istifadə olunmur, belə halda ümumiyyətlə ziyan hesablanması üçün heç bir arqumet qalmır. Beləliklə həmin akt sərh edilən qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyindən, qanunu pozmaqla əldə edilmiş sübut kimi iş üzrə hər hansı bir halın təsdiq və ya təkzib edilməsində istifadə edilə bilməz. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 əvvəl keçirilmişməhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, sayğaca baxış keçirilən zaman işləmədiyi müəyyən olunmuş və sayğac dövlət yoxlamasına göndərilmişdir. xx.xx.2019 tarixli akt iddiaçı tərəfindən imzalanmış və sayğac göndərilmişdir. Baxış zamanı sayğacın gövdəsinin şişdiyi və işləmədiyi müəyyən olunmuşdur. Sağyac dəyişdirildikdən sonra qaz sərfiyyatında fərqlər müəyyən olunmuşdur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Q-AK-83 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər. xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazın istifadə qaydalarının pozulması haqqında” Aktdan görünür ki, Cavabdeh1 əməkdaşları tərəfindən Siyəzən rayonu, Məşrif Bələdiyyəsi ərazisində yerləşən iddiaçıya məxsus obyektə yoxlama keçirilən zaman sayğacın gövdəsinin təzyiq nəticəsində şişməsi, hava keçirnəsi, hesablayıcı mexanizimin işləməməsi aşkar olunmuşdur. xx xxxxxxxx 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyan 11340 kub.metr (11340 x 0,20 (1 m3 qazın dəyəri) = 2268,20 manat) müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiatəmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh1 əməkdaşları tərəfindən Siyəzən rayonu, Məşrif Bələdiyyəsi ərazisində yerləşən iddiaçıya məxsus obyektə yoxlama keçirilən zaman sayğacın gövdəsinin təzyiq nəticəsində şişməsi, hava keçirnəsi, hesablayıcı mexanizimin işləməməsi aşkar olunaraq xx xxxx 2019-cu il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2268,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilmişdir. Həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmiş və əgər sayğaca müdaxilə olunmuşdursa, bu müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, hazırki iddia istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar olduğuna görə və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin nəfinəcavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 tərəfindən xx xxxx 2019-cu il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 2268,2 manat onun hesabından silinsin. Dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1ndən tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-562/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-562/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver