Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-6/2021 11.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin Cavabdeh MMC-yə qarşı zəbt olunmuş ərazinin boşaldılıb təhvil verilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı-yə məxsus Memarlıq və Şəhərsalma Baş İdarəsinin 05.07.2010-cu il tarixli, 10/83 saylı ayrıc aktı üzrə Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospekti 558-566-cı məhəllədə yerləşən zəbt olunmuş ərazinin Cavabdeh MMC tərəfindən boşaldılması və İddiaçı-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli 126 saylı sərəncamı ilə İddiaçı-yə Yasamal rayonu, H.Cavid prospekti 558-566-cı məhəllədə yaşayış binasının inşa edilməsi üçün 1,7 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında sözegedən torpaq sahəsinə dair İddiaçı-nin adına 28.07.2005-ci il tarixli, 05/293 saylı ayrıc aktı tərtib edilərək təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 20.05.2005-ci il tarixli 116 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 20.05.2005-ci il tarixli 126 saylı sərəncamının İddiaçı-yə aid olan 21-ci bəndindəki, 1,7 ha ərazinin 0,16 ha hissəsi İddiaçı-nin razılığı ilə eyni məqsədlə Cavabdeh MMC-nin adına keçirilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 20.05.2005-ci il tarixli 126 saylı sərəncamı ilə İddiaçı-yə Yasamal rayonu, H.Cavid prospekti 558-566-cı məhəllələrdə yaşayış binasının layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinə dair tərtib olunmuş Memarlıq və Şəhərsalma Baş İdarəsinin 28.07.2005-ci il tarixli, 05/293 saylı ayrıc aktına dəyişiklik edilərək yenidən Memarlıq və Şəhərsalma Baş İdarəsi tərtəfindən 05.07.2010-cu il tarixli, 10/83 saylı ayrıc aktı tərtib olunmuş və Memarlıq və Şəhərsalma Baş İdarəsinin 28.07.2005-ci il tarixli 05/293 saylı ayrıc aktı qüvvədən düşmüş hesab edilmişdir. Cavabdeh MMC tərəfindən Yasamal rayonu, H.Cavid prospekti 558-566-cı məhəllələrdə iki ədəd 16 mərtəbəli yaşayış binası inşa olunmuşdur. Əlavə olaraq bildirir ki, Cavabdeh MMC tərəfindən Yasamal rayonu, H.Cavid prospekti 558-566-cı məhəllələrində İddiaçı-yə məxsus 1,54 ha torpaq sahəsinin 0,2551 ha hissəsi zəbt edilmiş və müxtəlif tikililər aparılmışdır. Cavabdeh MMC-yə qanunsuz hərəkətləri barədə, yəni İddiaçı-yə məxsus torpaq sahəsində aparılan tikintilərin dərhal dayandırılması və ərazinin boşaldılıb təhvil verilməsi barədə dəfələrlə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Ancaq Cavabdeh MMC İddiaçı-nin xəbərdarlıqlarına məhəl qoymayaraq tikinti işlərini aparmaqda davam edir. Cavabdeh Cavabdeh MMC tərəfindən belə hallara yol verilməsi İddiaçı-nin hüquqlarının pozulması deməkdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Bakı şəhər İcra Hakimiyyəti Başçısının özünəməxsus ərazidə yaşayış binasının istehsalı sahəsinin və istirahət zonasının layihələşdirilməsi haqqında 20.05.2005-ci il tarixli 126 saylı sərəncamına əsasən Yasamal rayonu, H.Cavid prospekti 558-566-cı məhəllələrdə 1,7 ha torpaq sahəsi yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında İddiaçı-nin istifadəsinə verilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin 05/293 saylı 28.07.2005-cdi il tarixli ayrıc aktı”na əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli, 126 saylı sərəncamına əsasən Yasamal rayonu, H.Cavid prospekti, 558-566-cı məhəllələr ünvanında yaşayış binalarının tikintisi üçün İddiaçı-yə ayrılmış 1,6996 hektar torpaq sahəsinin cizgisi təsdiq edilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının H.Əliyev Fondu tərəfindən mədəniyyət kompleksinin tikintisi və Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra sərəncamlarında dəyişikliklərin aparılması haqqında 29.03.2007-ci il tarixli 116 saylı sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli 126 saylı sərəncamının “xxxx” MMC-yə aid olan 21-ci bəndindəki 1,7 ha ərazidən 0,16 ha torpaq sahəsi geri alınaraq eyni məqsədilə “xxxx” MMC-nin adına keçirilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin 07/86 saylı 03.05.2007-ci il tarixli ayrıc aktı”na əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2007-ci il tarixli, 116 saylı sərəncamına əsasən Cavabdeh MMC-yə yaşayış binalarının tikintisi üçün ayrılmış Yasamal rayonu, H.Cavid prospekti, 558-566-cı məhəllələrdə yerləşən 0,16 hektar torpaq sahəsinin cizgisi təsdiq edilmişdir. 05.06.2007-ci il tarixdə 19 avqust 2005-ci il tarixli 0585 torpaq icarə müqaviləsinə dəyişikliklər edilərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2007-ci il taruixli, 116 saylı sərəncamının 4-cü bəndinə əsasən Yasamal rayonu, H.Cavid prospekti, 558-566-cı məhəllələrdə ayrılmış torpaq sahəsinə dəyişiklik edilməsi ilə əlaqədar 19.08.2005-ci il tarixli, 0585 saylı torpaq icarə müqaviləsinin 1.1, 7.3 və 7.4 bəndləri dəyişdirilərək yeni redaksiyada qəbul edilmişdir. 1.1.16996 kv. m. 15.396 kv.m. kimi oxunmuşdur. 7.3 icarə haqqı 29.03.2007-ci il tarixdən hesablanır. 7.4. İcarəçi tərəfindən hər il 8.607 manat 97 qəpik torpaq sahəsinin ayrıldığı ərazi üzrə maliyyə idarəsinin yerli xəzinədarlıq orqanının hesabına ödənilməlidir. -Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin 10/83 saylı 05.07.2010-cu il tarixli ayrıc aktı”na əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli, 126 saylı sərəncamına əsasən Yasamal rayonu, H.Cavid prospekti, 558-566-cı məhəllələrdə cizgidə göstərilən sərhədlər çərçivəsində 1,54 hektar ərazi yaşayış binalarının tikintisi üçün İddiaçı-yə ayrılmışdır. -“xxxx” MMC-nin 14.01.2020-ci il tarixli 03 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 10/83 nömrəli 2010-cu il tarixli ayrıc aktı üzrə koordinatlar müəyyən edilmişdir: A X=399478.5461 Y=4470240.8358; B X=399465.8780, Y=4470383.7756, C X=399562.5360 Y=4470390.9553; Ç X=399571.0093, Y=4470294.8280; D X=399602.5669 Y=4470297.4946; E X=399606.7986 Y 4470250.6828 . Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 558-566 ünvanında İddiaçınin mövcud tikililərlə birlikdə faktiki sahibliyində olan ərazinin sahəsi ayrıc aktında qeyd edilən ölçülərə uyğundur. “xxxx” MMC-nin mövcud tikililərlə birlikdə faktiki sahibliyində olan ərazinin sahəsi isə ayrıc aktında qeyd ediləndən artıqdır. Belə ki, “xxxx” MMC Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 29.03.2007-ci il 116 saylı sərəncamı ilə ona ayrılmış 0,16 ha torpaq sahəsindən kənara çıxaraq “xxxx” MMC-yə ayrılmış torpaq sahəsinin 55 kv.metr hissəsində tikinti işləri aparmışdır. “xxxx” MMC tərəfindən tikintisi həyata keçirilmiş 55 kv.metrlik qazanxana Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrılmış 10/83 saylı 05.07.2010-cu il tarixli ayrıc aktında qeyd edilmiş, İddiaçıyə ayrılmış 1,54 ha torpaq sahəsinin (cənub hissəsində, bitişik hissədə) ərazisinə tam olaraq daxil olmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10.12.2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, qərardadın birinci və ikinci sualları üzrə: Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 558-566 ünvanında “Araz- Ti” MMC-nin və “xxxx” MMC-nin mövcud tikililərlə birlikdə faktiki istifadəsində müxtəlif çıxıntılı tikililər mövcud olduğundan, həmin torpaq sahələrinin dəqiqliklə sərhədlərini, sahələrini və eləcə də, “xxxx” MMC tərəfindən həyata keçirilən bütün tikililər Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 29.03.2007-ci tarixli 116 saylı sərəncamı ilə “xxxx” MMC-yə ayrılmış 0,16 ha torpaq sahəsini əhatə edibetməməsini, həmin tikililərin ona ayrılmış 0,16 ha torpaq sahəsindən kənara çıxılıbcıxılmamasını müəyyən etmək mümkün olmamışdır, İddiaçı-nin və “xxxx” MMC-nin mövcud tikililərlə birlikdə faktiki sahibliyində olan ərazinin sahəsi ayrı-ayrılıqda Azərbayçan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən GPS vasitəsi ilə ölçülməklə müəyyən oluna bilər. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfdən verilmiş 10/83 saylı 05.07.2010-cu il tarixli ayrıc aktına 1:2000 miqyasına uyğun əlavə olunmuş cizgiyə əsasən İddiaçı-yə ayrılmış 1,54 ha torpaq sahəsinin sərhədinin “xxxx” MMC tərəfindən inşa olunmuş yaşayış binasından təqribən 8,0 m kənarda yerləşdiyi və yaşayış binasının qarşısında İddiaçı-nin faktiki istifadəsində olan torpaq sahəsinin sərhədinə qədər məsafənin 16/17m təşkil etdiyi nəzərə alınaraq, “xxxx” MMC tərəfindən inşa olunmuş su anbarı və qazanxananın İddiaçı-yə ayrılmış 1,54 ha torpaq sahəsinin sərhədi daxilində olduğu müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının özünəməxsus ərazidə yaşayış binasının istehsalı sahəsinin və istirahət zonasının layihələşdirilməsi haqqında 20.05.2005-ci il tarixli 126 saylı sərəncamına əsasən Yasamal rayonu, H.Cavid prospekti 558-566-cı məhəllələrdə 1,7 ha torpaq sahəsi yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında İddiaçınin istifadəsinə verilmişdir. Həmin sərəncama əsasən İddiaçı-yə ayrılmış 1,6996 ha torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin 05/293 saylı 28.07.2005-ci il tarixli ayrıc aktı” təsdiq edilmiş və İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında 05.06.2007-ci i tarixli 19 avqust 2005-ci il tarixli 0585 saylı icarə müqaviləsi bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının H.Əliyev Fondu tərəfindən mədəniyyət kompleksinin tikintisi və Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra sərəncamlarında dəyişikliklərin aparılması haqqında 29.03.2007-ci il tarixli 116 saylı sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli 126 saylı sərəncamının “xxxx” MMC-yə aid olan 21-ci bəndindəki 1,7 ha ərazidən 0,16 ha torpaq sahəsi geri alınaraq eyni məqsədilə “xxxx” MMC-nin adına keçirilmişdir. Bununla əlaqədar İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsinə müvafiq dəyişiklər edilərək icarəyə verilmiş torpağın sahəsinin 15.396 kv.m. olması müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2007-ci il tarixli 116 saylı sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli 126 saylı sərəncamına edilmiş dəyişikliklərə uyğun olaraq Yasamal rayonu, H.Cavid prospekti 558-566-cı məhəllələrdə yerləşən 1,54 ha torpaq sahəsinə dair İddiaçı-nin adına və 0,16 ha torpaq sahəsinə dair isə cavabdeh “xxxx” MMC –nin adına ayrıc aktları verilmişdir. Hazırda İddiaçı cavabdeh “xxxx” MMC ona ayrılmış 0,16 ha torpaq sahəsinin hüdudlarından kənara çıxaraq iddiaçının icarəsində olan 1,54 ha torpaq sahəsinin bir hissəsini zəbt etdiyini əsas göstərərək “xxxx” MMC tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbini irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun məhkəmədə müdafiə vasitələrindən biri olan vindikasiya iddiasına əsasən mülkiyyətçi (qanuni sahib) fərdi-müəyyən edilmiş əşyanı digər şəxsin qanunsuz sahibliyindən tələb edir. Vindikasiya iddiasının əsaslı hesab edilməsi üçün məhkəmə tərəfindən iddiaçının mübahisəli əmlakın mülkiyyətçisi(qanuni sahibi) olması, həmin əşyanın hal-hazırda cavabdehin sahibliyində olması, eləcə də cavabdehin sahibliyinin qanunsuz olması müəyyən edilməlidir. Hazırkı işin materiallarından isə görünür ki, Yasamal rayonu, H.Cavid prospekti 558- 566-cı məhəllələrdə yerləşən mübahisəli 1,54 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli 126 saylı sərəncamına və həmin sərəncama dəyişikliklərin edilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2007-ci il tarixli 116 saylı sərəncamına əsasən İddiaçı-yə ayrılmış, həmin torpaq sahəsinə dair iddiaçının adına ayrıc aktı verilmiş, eləcə də İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında icarə müqaviləsi bağlanaraq mübahisəli torpaq sahəsi İddiaçı-nin icarəsinə verilmişdir. Beləliklə, işin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı Yasamal rayonu, H.Cavid prospekti 558-566-cı məhəllələrdə yerləşən 1,54 ha torpaq sahəsinin qanuni sahibidir. İkincisi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdeh “xxxx” MMC tərəfindən inşa olunmuş su anbarı və qazanxana İddiaçı-yə ayrılmış 1,54 ha torpaq sahəsinin sərhədi daxilində yerləşir. Eynilə işdə olan mütəxəssis rəyi ilə də müəyyən edilmişdir ki, cavabdeh “xxxx” MMC tərəfindən tikintisi həyata keçirilmiş 55 kv.metrlik qazanxana Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrılmış 10/83 saylı 05.07.2010-cu il tarixli ayrıc aktında qeyd edilmiş, İddiaçı-yə ayrılmış 1,54 ha torpaq sahəsinin (cənub hissəsində, bitişik hissədə) ərazisinə tam olaraq daxil olmuşdur. Azərbaycan Respublikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək bu baxımdan, eyni zamanda məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Beləliklə, iş materiallarında olan sübutlara əsasən təsdiq edilir ki, İddiaçı-nin icarəsinə verilmiş Yasamal rayonu, H.Cavid prospekti 558-566-cı məhəllələrdə yerləşən 1,54 ha torpaq sahəsinin bir hissəsinə hazırda faktiki olaraq cavabdeh “xxxx” MMC sahiblik edir. Və nəhayət, üçüncüsü, məhkəmə qeyd edir ki, cavabdeh “xxxx” MMC-nin mübahisəli torpaq sahəsinə sahiblik etməsi üçün hər hansı bir qanuni və ya müqavilə əsasının olması isə iş materiallarına əsasən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, torpaq sahəsinin qanuni sahibi olan İddiaçı mübahisəli torpaq sahəsini cavabdeh “xxxx” MMC-nin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli 126 saylı sərəncamına, həmin sərəncama dəyişikliklərin edilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2007-ci il tarixli 116 saylı sərəncamına və 10/83 saylı 05.07.2010-cu il tarixli ayrıc aktına əsasən İddiaçı-yə ayrılmış torpaq sahəsi cavabdeh “xxxx” MMC tərəfindən boşaldılmalı və İddiaçı-yə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli 126 saylı sərəncamına, həmin sərəncama dəyişikliklərin edilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2007-ci il tarixli 116 saylı sərəncamına və 10/83 saylı 05.07.2010-cu il tarixli ayrıc aktına əsasən İddiaçı-yə ayrılmış torpaq sahəsi cavabdeh “xxxx” MMC tərəfindən boşaldılsın və İddiaçı-yə təhvil verilsin. İddia verilərkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-6/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-6/2021
11.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver