Məhkəmə qərarları › İş №2-2(113)-695/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-695/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-695/2020 09.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh firmasının direktoru və nümayəndəsi X2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh firmasına qarşı “göstərilən texniki servis xidmətlərinə görə yaranan borcun ödənilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh firmasının cavabdeh İddiaçı MMC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMCCavabdeh firmasına qarşı göstərilən texniki servis xidmətlərinə görə yaranan borcun ödənilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firmasından “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən bugünədək 576, 67 manat əsas borc və gecikdirilmiş dəbbə puluna görə 45,24 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 651,91manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh firması qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddia tələbinin rədd edilməsi və İddiaçı MMC-dən 650 manat, əlavə olaraq servisə gedib-gəlmək üçün yanacaq və amortizasiya haqqı, həmin məsələnin müzakirəsi ilə bağlı telefon danışıqları üzrə 100 manat dəymiş ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun alınaraq Cavabdeh firmasına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən, cavabdehin istifadəsində (mülkiyyətində) olan nəqliyyat vasitələrinin texniki servis xidmətinin göstərilməsini İddiaçı MMC öz öhdəliyinə, cavabdeh şirkət isə öz növbəsində görülən işlərin dəyərini müqaviləyə əsasən vaxtlı-vaxtında ödəməyi öz öhdəsinə götürmüşlər. Bunu nəzərə alaraq cavabdeh sifarişi əsasənda nəqliyyat vasitələrini müxtəlif vaxtlarda idiaçıya məxsus servisdə təmir etdirmiş, lakin təmirə görə yaranan 576,67 borc ödənilməmişdir. Bununla bağlı qarşı tərəflə İddiaçı MMC tərəfindən dəfələrlə telefon danışıqları aparılsa da, heç bir nəticəsi olmamışdır. Eyni zamanda qeyd olunan öhdəliyin yerinə yetirilməsi üçün Cavabdeh firmasının elektron ünvanına xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli iki dəfə olmaqla məktub göndərilsədə məsələ öz həllini tapmamışdır. Tərəflər arasında bağlanan müqaviləyə əsasən ödənişdə gecikmə hallar olarsa, gecikdirilən hər həftəyə görə 1 (bir) % dəbbə pulu hesablanır və gecikmiş ödəniş həyata keçirilmiyənədək avtonəqliyyat vasitəsinə servis texniki xidmət göstərilməsinə qadağa qoyulur. Bununlada təqdim olunan xx.xx.2019-cu il tarixli, 697594 nömrəli elektron qaimə üzrə xidmət dəyəri 177 manat məbləğinin dəbbə pulu 12% faiz olaraq 21.24 manat, xx.xx.2019-cu il tarixli, 159621 nömrəli elektron qaimə üzrə xidmət dəyəri 150,10 manat məbləğinin dəbbə pulu 11% faiz olaraq 16,51 manat, xx.xx.2019-cu il tarixli, 190911 nömrəli elektron qaimə üzrə xidmət dəyəri 129,21 manat məbləğinin dəbbə pulu 3% faiz olaraq 3,88 manat və xx.xx.2019-cu il tarixli, 083302 nömrəli elektron qaimə üzrə xidmət dəyəri 120,36 manat məbləğinin dəbbə pulu 3% faiz olaraq 3.61 AZN manat, cəmi 45,24 manat təşkil edir. Qarşılıqlı iddia ərizəsi isə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən avqust ayının əvvəlində Cavabdeh firmasının direktoru X5 özünə məxsus 10SX022 dövlət nömrə nişanlı AUDİ Q7 avtomaşını sonuncunun işçisi tərəfindən quru kimyəvi təmizlənmə işlərinin yerinə yetirilməsi üçün servisə təhvil verilmişdir. A.Qəribov məzuniyyətdə ölkə hüdudlardan kənarda olduğundan, quru kimyəvi təmizlənmə işi görülən zaman özü iştirak edə bilməmişdir. Avtomaşın həmin dövrdə sürülməmiş və Qəribov Anar məzuniyyətdən qayıtdıqdan sonra avtomaşını idarə edərkən bir neçə gün mühərrikin qeyri sabit işləməsinə görə xx.xx.2019-cu il tarixdə Audi servisində texniki müayindən keçirimişdir. Müayinə zamanı elektrik problemlər üzə çıxmış və su buxarı təziqi ilə yuyulma əlamətləri aşkar olunmuşdur. Bununla əlaqədar, həmin nasazlıqları A.Qəribov telefonundakı kamera vasitəsi ilə qeydə alıb dərhal İddiaçı MMC-nin servisin məsul işçisi ilə danışımış və Whatsapp vasitəsi ilə müxtəlif rakurslarda çəkilən 4 ədəd fotoşəkili ona göndərmişdir. Həmin işçinin diqqətinə avtomobilin zavod tərəfindən yapışdırılan bir yapışqan tam qopub, digər iki ədət yapışqan hissələrin bir qismi yuyulub və qopub, səsə qarşı salon və mühərrik arasında yapışdırılan izolyasiya hissəsi tökülüb, mühərrik səsinə qarşı mühərik hissəsini örtən üst qapıya yapışdırılan izolyasiya buxar işlədiyi üçün ovulub tökülüb, babin su içində qaldığından sıradan çıxıb və dəyişdirilib. Elçin adlı şəxs A.Qəribova servisdə quraşdırılan təhlükəsizlik kameralarına sonuncunun iştirakı ilə baxılıb, müvafiq tədbirlər görüləcəyini bildirmişdir. Bir müddətdən sonra X6 bildirmişdir ki, kamera görüntüləri 15 gün müddətində saxlanığıldığından və hadisədən həmin müddətdə çox vaxt keçdiyinə görə, silinib və həmin məsələ ilə bağlı servis müdürü Nicat adlı şəxsə müraciət etməli və sonuncunun əlaqə nömrəsini bildirmişdir. A.Qəribova Nicat ilə əlaqə saxladı və o bildirdi ki, həmin məsələlər ilə bağlı müvafiq tədbirlər görüləcək. Bu səbəbdən digər avtomaşınların mühərrikinin təmizlənməsininin videoqeydiyyatma baxılaraq A.Qəribovun şikayətinin əsaslı olub-olmadığına dair münasibət bildirilməsi qərara alınmışdır. Bundan sonra Cavabdeh firmasının direktoru X5 özünə məxsus 10SX022 dövlət nömrə nişanlı AUDİ Q7 avtomaşının mühərrikinin yenədə qeyri sabit işləməsi səbəbi ilə xx.xx.2019-cu il tarixdə yenidən Audi servisdə texniki müayinə edəndə növbəti babin problemi aşkar olundu və babin dəyişdirən zaman üstündən çıxan babin past korroziya ləkələrin içində olduğunun fotoşəkilini sonuncu Whatsapp vasitəsi ilə servisin məsul işçisi Elçinə göndərdi və onunla danışanda A.Qəribova bildirildi ki, Nicat məzuniyyətdə olduğundan, məzuniyyətdən qayıdandan sonra həmin məsələlərə münasibətini bildirəcək. Bu məsələnin üstündən bir neçə gün keçdikdən sonra A.Qəribov Nicat ilə telefon əlaqə saxlayarkən, belə aydın oldu ki, o, Audi servisin əvəzinə İddiaçı MMC-nin servisinə gəlib problemi həll etməli idi. Buna cavab olaraq Qəribov Anar bildirdi ki, onların servisi yapon istehsalı avtomaşınlarına xidmət göstərir və audi avtomaşınların texniki müayinə proqramı və alətləri olmadığından, o, Audi servisinə müraciət etməli olub. A.Qəribov öz məsələsinin həllinin tapılmamasına görə, o, xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-nin elektron poçt ünvana şikayət məktubu göndərmişdir. Bundan sonra A.Qəribova İddiaçı MMC-nin Bəxtiyar adlı işçilsi zəng edib, onu servisinə dəvət etdi. O, servisə gedib həmin məsələni üç nəfər məsul işçilər ilə müzakirə etmişlər və müzakirədən sonra dəyişilən iki ədət babin, dəyişilən iki ədət babina xərclədiyi qəbzləri və su buxarı təziqi ilə yuyulma nəticəsində sıradan çıxmış ehtiyat hissələrinin sifariş listəsinin onlara təqdim etmişdir. Bundan sonra A.Qəribov servis işçilərinin təklifi ilə özünə məxsus 10SX022 dövlət nömrə nişanlı AUDİ Q7 avtomaşını yenidən servisə təhvil vermişdir. Servisdə səsə qarşı salon və mühərrik arasında su buxarı təziqi ilə yuyulma nəticəsində qopub açılan izolyasiya hissəsi yenidən yapışdırıldı və avtomaşınının təmizlənməmiş yerləri yenidən təmizlənərək iki saatdan sonra avtomaşın ona qaytarıldı. Nəticədə avtomobil mühərriki yerləşən yerin alt hissəsi xüsusi quru kimyəvi dərman ləvazimatlar vasitəsi ilə təmizləmək əvəzinə, su buxarı təzyiqi ilə yuyulmaya görə də, həmin hissə və ora olan elektrik hissələr sıradan çıxmışdır. Bununla da, Cavabdeh firmasının direktoru X3 650 manat zərər dəymişdir. Bundan başqa o, hər dəfə servisə gedib-gəlmək üçün yanacaq və amartizasiya haqqı, həmin məsələnin müzakirəsi ilə bağlı telefon danışıqları nəticəsində ona 100 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, ilkin iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh firmasının direktoru X3 məxsus 10SX022 dövlət nömrə nişanlı AUDİ Q7 avtomaşının elektrik hissələrinin sıradan çıxmasının səbəbi həmin hissələrin keyfiyyətsiz olması səbəbindən olmuşdur. Eyni zamanda Qəribov Anara məxsus 10SX022 dövlət nömrə nişanlı AUDİ Q7 avtomobilin Audi servis mərkəzində müayinə olunaraq, hansı qüsurların aşkar olunduğuna dair məlumat əldə etmək məqsədi ilə həmin servisə müraciət etdikdə, sonuncu tərəfindən bilririlmişdir ki, qeyd olunmuş avtomobil orada müayinə olunmamışdır. Bundan başqa İddiaçı MMC-nin nümayəndəsi bildirdi ki, A.Qəribov özünə məxsus avtomobili sonuncuya təhvil-təslim aktına əsasən verilmişdir. Sonda İddiaçı MMC-nin nümayəndəsi ilkin iddianın təmin olunmasına və qarşılıqlı iddianın rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh firmasının direktoru və nümayəndəsi ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, özünə məxsus 10SX022 dövlət nömrə nişanlı AUDİ Q7 avtomobilin əsas olan rəsmi Audi servis mərkəzinə deyil digər Audi servis mərkəzinə aparmışdır. Orada mühərrəkin ehtiyyat hissəsi olan babin onun yanında çıxarıldıqda, babinin su içində olduğunu aşkar etmişdir. Həmin servisdə aparılan xidmət haqqını və ehtiyyat hissələri nağd pul şəklində ödədiyindən, onlara dair qəbzləri İddiaçı MMC-yə təqdim etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən hazırki iş üzrə mübahisəsi gedən ödənişin ödənilməməsinin səbəbi isə, İddiaçı MMC tərəfindən göstərilmiş xidmət haqqının, ilkin iddiaçı tərəfindən A.Qəribova məxsus 10SX022 dövlət nömrə nişanlı AUDİ Q7 markalı avtomobili vurduğu ziyandan daha az miqdarda olduğundan, sonuncu ödəniş aparmaqdan imtina etmişdir. Eyni zamanda A.Qəribov özünə məxsus 10SX022 dövlət nömrə nişanlı AUDİ Q7 markalı avtomobildə yaranmış problemlərin səbəbinin araşdırılması məqsədi ilə iş üzrə ekspertizanın təyin edilməsini xahiş etmişdir. Sonda Cavabdeh firmasının direktoru və nümayəndəsi ilkin iddianın rədd edilməsinə və qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Mİ- 082/2019 saylı texniki servis xidmətlərin göstərilməsinə dair müqavilədən görünür ki, icraçının servisində sifarişçinin tapşırığı əsasında avtomaşının ümumi texniki sazlığının yoxlanılmasına, ehtiyyat hissələrinin və aksessuarlarının dəyişdirilməsinə, təmirinə, yuyulmasına və kimyəvi təmizlik işlərinin görülməsinə, digər avtotəchizat və kompleks servis xidmətlərinin göstərilməsinə dair icraçı İddiaçı MMC və sifarişçi Cavabdeh firması öz aralarında razılığa gələrək, icraçı öz növbəsində xidmətlərin peşəkar səviyyədə və keyfiyyətli yerinə yetirməyi, xidmətlərin yerinə yetirilməsi üsullarını müəyyənləşdirməyi və seçməyi, sifarişçinin həmin müqaviləyə zidd olmayan sifarişlərini həyata keçirməyi, icraçıdan asılı olmayan maneələr barədə sifarişçiyə məlumat verməyi, göstərilən texniki xidmətlərə və ehtiyyat hissələrinə 1 il zəmanət verməyi, sifarişçi tərəfindən aşkar edilmiş qüsur və nasazlıqları tam şəkildə və vaxtında aradan qaldırmağı, sifarişçi isə öz növbəsində icraçının yerinə yetirdiyi xidmətin qiymətini sifarişçiyə təqdim edilən ödəniş sənədinə əsasən nağd və ya köçürmə yolu ilə vaxtında ödəməyi, xidmətlərin normal və vaxtlı –vaxtında yerinə yetirilməsi üçün icraçıya zəruri şərait yaratmağı öz üzərilərinə öhdəlik götürmüşlər. İşdə olan İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli, Mİ-92142 hesab nömrəsindən və xx.xx.2019-cu il tarixli, EAAX seriyalı, 697594 nömrəli elektron qaimə fakturadan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh firmasının sifarişi əsasında 10DB070 dövlət qeydiyyat nişanlı avtomobilinə 177,00 manat dəyərində OttoWax dərindən təmizləmə xidməti göstərilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli, Mİ-92286 hesab nömrəsindən və xx.xx.2019-cu il tarixli, EAAX seriyalı, 934665 nömrəli elektron qaimə fakturadan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh firmasının sifarişi əsasında 10SX022 dövlət qeydiyyat nişanlı avtomobilinə 177,00 manat dəyərində OttoWax dərindən təmizləmə xidməti göstərilmişdir. Mülki işdə olan İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli, Mİ-92991 hesab nömrəsindən və xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 083302 nömrəli elektron qaimə fakturadan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh firmasının sifarişi əsasında 99LF779 dövlət qeydiyyat nişanlı avtomobilinə 120,36 manat dəyərində OttoWax dərindən təmizləmə xidməti göstərilmişdir. İşdə olan İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli, Mİ-93139 hesab nömrəsindən və xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 190911 nömrəli elektron qaimə fakturadan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh firmasının sifarişi əsasında 90OH737 dövlət qeydiyyat nişanlı avtomobilinə 129,21 manat dəyərində OttoWax dərindən təmizləmə xidməti göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti ilə Cavabdeh firması arasındaxx.xx.2019-cu il tarixli, Mİ-082/2019 saylı texniki servis xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. İddiaçı MMC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh firması isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, öhdəlikləri pozmuşdur. Nəticədə sonuncunun 576,76 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Mİ-082/2019 saylı texniki servis xidmətlərin göstərilməsinə dair müqavilənin 3.5 bəndinə əsasən, ödənişdə gecikmə halları olarsa, gecikdirilən hər həftəyə görə 1% dəbbə pullu hesablanır və gecikmiş ödəniş həyata keçirilməyənədək avtonəqliyyat vasitəsinə servisdə texniki xidmət göstərilməsinə qadağa qoyulur. Beləliklə, işin mübahisə edilməyən halı ondan ibarətdir ki, cavabdehin sifarişi əsasında hazırki iş üzrə iddiaçı tərəfindən 4 avtomobilə OttoWax dərindən təmizləmə xidməti göstərilmişdir. Həmin avtomobillərdən yalnız bir üzrə, yəni 10SX022 dövlət qeydiyyat nişanlı avtomobilinə 177,00 manat dəyərində OttoWax dərindən təmizləmə xidməti göstərilməsindən sonra avtomobildə yaranmış texniki nasazlıqlar cavabdeh tərəfindən mübahisələndirilmişdir. Eyni zamanda məhkəmə araşdırma zamanı , Cavabdeh firmasının direktoru X3 məxsus 10SX022 dövlət nömrə nişanlı AUDİ Q7 avtomaşının elektrik hissələrinin sıradan çıxmasının səbəbi və sonuncunun avtomobilinə dəymiş ziyanın məhz İddiaçı məhdud məsuliyətli cəmiyyəti tərəfindən göstərilmiş servis xidmətin nəticəsində yaranmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa dəymiş ziyanın ödənilməsinə dair də ödənişi təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 439.6-cı maddəsinə əsasən əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər. Qeyd olunan Məcəllənin 441.4-cü maddəsinə uyğun olaraq, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi barədə Cavabdeh firması tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Bundan başqa Cavabdeh firmasının borcunun ödənilməməsinin səbəbi kimi İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən firmanın direktoruna dəymiş ziyanın həcminin, sonuncunun cəmiyyətə olan borcundan çox olmasına görə həyata keçirilməməsinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasını Mülki qanunverciliyinin tələblərinə uyğun olaraq mülki dövriyyə iştirakçılarının biri-birinə qarşılıqlı borcları olduğu halda belə, onların hər biri aralarında bağlanmış müqavilədən irələ gələn və öz üzərilərinə götürdükləri öhdəliklərin yerinə yetiriməsi üçün müstəqil şəkildə cavabdehdirlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh firması iddiaçı və qarşılıqlı cavabdeh İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, Mİ-082/2019 saylı müqaviləsi üzrə İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətiqarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti müqavilə üzrə yaranmış və ödənilməmiş borcun Cavabdeh firmasından tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa Cavabdeh firması müqavilə üzrə üzrə edəcəyi ödənişi üzürsüz olaraq, gecikdirdiyi hər həftəyə görə 1% dəbbə pullu miqdarında ödəməyi üzərinə öhdəlik götürdüyünə görə də, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətimüqavilə üzrə ödənilməmiş borca görə, ona dəbbə pullu hesablamaqla, Cavabdeh firmasından tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh firmasının iddia tələbi ilə ilkin iddiaçı və qarşılıqlı cavabdeh İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin iddia tələbi arasında heç bir səbəbli əlaqə olmadığından, həmçinin həmin tələb formal mülahizələrə əsalandığı üçün hesab edir ki, qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir. Habelə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli, həmçinin qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh firmasına aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli və Cavabdeh firmasından “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən 576,67 (beş yüz yetmiş altı) manat, (altmış yeddi) qəpik əsas borc və gecikdirilmiş dəbbə puluna görə 45,24 (qırx beş) manat (iyirmi dörd) qəpik, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaitinin, cəmi 651,91 (altı yüz əlli bir) manat (doxsan bir) qəpik məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh firmasından “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən 576,67 (beş yüz yetmiş altı) manat, (altmış yeddi) qəpik əsas borc və gecikdirilmiş dəbbə puluna görə 45,24 (qırx beş) manat (iyirmi dörd) qəpik, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat , cəmi 651,91 (altı yüz əlli bir) manat (doxsan bir) qəpik məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar