Məhkəmə qərarları › İş №2-2(113)-774/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-774/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-774/2020 12.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı “xxxxx” Firmasının Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxx” Firması Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xxxxx” Firması, X10 və Bank arasında bağlanmış 117869-NEDVİJ-1780 saylı, xx xxxxxxx 2013-cü il tarixli Daşınmaz əmlakın ipoteka müqaviləsi üzrə ipotekaya və “xxxxx” firması ilə Bank arasında bağlanmış 117869-G_RAN-109 saylı xx xxxxxxx 2013-cü il tarixli Zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X10 ilə Cavabdeh ASC (bundan sonra “Bank” və ya “Cavabdeh”) arasında bağlanmış 117836-1-9130 saylı, xx xxxxxxx 2013-cü il tarixli Baş kredit razılaşmasına əsasən, X8 xx xxxxxxx 2023-cü ilədək 5 000 000 (beş milyon) ABŞ dolları həcmində kredit xətti açılmışdır. Baş kredit razılaşmasının təminatı kimi, “xxxxx” Firması, X10 və Bank arasında 117869- NEDVİJ-1780 saylı, xx xxxxxxx 2013-cü il tarixli Daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmış və tam mülkiyyət hüququ ilə “xxxxx” firmasına məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0.317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175.92 kv.m. ümumi, 2159.01 kv.m. əsas, 2016.92 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsi (kommersiya və iaşə obyekti) ipoteka qoyulmuşdur. Baş kredit razılaşmasından irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi, “xxxxx” firması ilə Bank arasında 117869-G_RAN- 109 saylı, xx xxxxxxx 2013-cü il tarixli Zaminlik müqaviləsi imzalanmışdır. Bundan sonra, X10 ilə Bank arasında bağlanmış 117836-1-9130/1 saylı, xx xxxxxxx 2013-cü il tarixli X9nə əsasən, X8 60 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə 1.910.000 (bir milyon doqquz yüz on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Əlavə olaraq bildirilir ki, ödəniş cədvəli bir neçə dəfə dəyişdirilib və öhdəliyin həcmi də artmışdır. Lakin zaminin və ipotekaya qoyanın bununla bağlı da razılığı alınmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. xx xxx 2018-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçininqeyd edir ki, “...Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. ...” Baş kredit razılaşmasının 2.3-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Razılaşmanın ayrılmaz hissəsi olan Kredit müqaviləsi ilə müəyyən edilir. Yəni Baş kredit razılaşmasında mühüm şərtlər qeyd olunmayıb və hər dəfə bağlanılacaq kredit müqavilələrində Zaminin və İpoteka qoyanın razılığı alınmalı idi. “xxxxx” firması ilə Bank arasında bağlanmış Zaminlik və İpoteka müqavilələri Baş kredit razılaşmasından irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi bağlanmışdır. Belə ki, 117869-G_RAN-109 saylı, xx xxxxxxx 2013-cü il tarixli Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən, bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar X10 (VÖEN **********) (Ş/V: seriya AZE № 13668832, verilib: ASAN-Sumqayıt tərəfindən xx.xx.2013-cü il tarixdə) şəxsində, bundan sonra “Kredit alan” adlanacaq və “Bank” arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, 117836-1-9130 saylı Baş Kredit Razılaşmasından (bundan sonra“Baş Kredit Razılaşması”adlanacaq) və qeyd olunan Baş Kredit Razılaşmasının ayrılmaz hissəsi olan “Kredit Müqaviləsi”, “Bank qarantiyasının verilməsinə dair Razılaşma”, o cümlədən bərpa olun(may)an Kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən və onlaraedilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir (bundan sonra “Zaminliklə təmin edilmiş öhdəlik”adlanacaq). 117869-NEDVİJ-1780 saylı, xx xxxxxxx 2013-cü il tarixli Daşınmaz əmlakın ipoteka müqaviləsinin 4.1-ci bəndinə əsasən, bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik “Bank”la “Kredit alan” arasında Bakı şəhərində bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, 117836-1-9130 saylı Baş Kredit Razılaşmasından (bundan sonra “Baş Kredit Razılaşması” adlanacaq) və qeyd olunan Baş Kredit Razılaşmasının ayrılmaz hissəsi olan “Kredit Müqaviləsi”, “Bank qarantiyasının verilməsinə dair Razılaşma”, o cümlədən bərpa olun(may)an Kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də “Bank”la“Kredit alan”arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn “Bank”ın “Kredit alan”a qarşı olan qanunvericilklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti “Kredit alan” la “Bank” arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalarda göstəriləcəkdir. Yəni kredit müqavilələri bağlanarkən Zamin və yaİpoteka qoyanın razılığı olmalı idi. Baş kredit razılaşmasına görə bağlanmış zaminlik və ya ipoteka müqaviləsi sonradan bağlanmış X9nin təminatı ola bilməz. Belə ki, kreditorun borcalanla bağladığı X9nə dair zamin və ipoteka qoyan ilə heç bir müqavilə bağlanılmamışdır. Zaminin X9 üzrə öhdəliyi üzərlərinə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: götürmələrinə dair digər formada razılığı alınmadığından və həmin müqavilə üzrə onların öhdəliyi yaranmadığından bu öhdəliyə görə borc məbləği tələb oluna bilməz. Baş Kredit Razılaşmasında(kredit xətti) faiz dərəcəsi qeyd olunmadığından, X9 bağlanarkən faiz dərəcəsi ilə bağlı Zaminin və İpoteka qoyanın razılığı alınmadığından və Zaminlik və İpoteka müqavilələrində mühüm şərtlər qeyd olunub razılaşdırılmadığından, “xxxxx” Firması, X10 və Bank arasında 117869- NEDVİJ- 1780 saylı, xx xxxxxxx 2013-cü il tarixli Daşınmaz əmlakın ipoteka müqaviləsi üzrə ipotekaya və “xxxxx” firması ilə Bank arasında 117869-G_RAN-109 saylı, xx xxxxxxx 2013-cü il tarixli Zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-986/2019 saylı, xx xxxx 2019cu il tarixli qərardadına əsasən vəsatət təmin edilmiş, iddiaçı “xxxxx” Firmasının Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair (İş № e-2-2(81)- 986/2019) iş Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X8, “xxxxx” firmasına və X4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair (İş № 2(060)-35/2019) işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. xx xxxxxx 2019-cu il tarixdə iddiaçının nümayəndəsi şikayət ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-986/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi və iş üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-986/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə iddiaçı “xxxxx” Firmasının Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-986/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətgeri qaytarılmışdır.. İddiaçı “xxxxx” Firması xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə şikayətlə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-986/2019 saylı, xx xxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli qərardadlarının ləğv edilməsi və iş üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə baxılması üçün şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-986/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət 7 gün müddətində iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin e-2-2(103)-675/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-986/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı “xxxxx” firması tərəfindən verilmiş şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-480/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin e-2-2(103)-675/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2470/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı “xxxxx” Firmasının Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyətinə dair məsələnin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3188/2020 saylı xx xxxx 2020ci il tarixli qərardadı ilə iddiaçı “xxxxx” Firmasının Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək həmçinin iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, “xxxxx” Firması xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmışdır. Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (əvvəlki) X10-100 faiz, Təsisçilər və Nizamnamə kapitalında mayalarının miqdarı (hazırki) X5r. Çıxarışın verildiyi tarix: xx.xx.2013. - Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, “xxxxx” Firmasının qanuni təmsilçisi (əvvəlki) Orucov Rövşən Cavanşir oğlu, qanuni təmsilçisi (hazırki) X14r. Çıxarışın verildiyi tarix: xx.xx.2013. - Cavabdeh ASC və X10 arasında bağlanan xx xxxxxxx 2013-cü il tarixli 117836-1- 9130 nömrəli baş kredit razılaşmasından görünür ki, bu razılaşma ilə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün bank kredit alana 5.000.000 (beş milyon) dollar məbləğində kredit xətti açır. X19 kredit alan kredit vermək öhdəliyini ifadə etmir və 2.6-cə bənd nəzərə alınaraq kredit (lər) bu Razılaşma əsasında tərəflər arasında Kredit müqaviləsi və Bank qarantiyasının verilməsinə dair razılaşma, o cümlədən bərpa olun(may)an Kredit xətti müqavilələri formasında bağlanmış müqavilələr və razılaşmlar əsasında veriləcək. Razılaşmanın 2.2-ci bəndinə əsasən, Bank bu razılaşma və həmin Razılaşmadan irəli gələn kredit müqavilələri əsasında kredit xəttini xx xxxxxxx 2013-cü il tarixdən xx xxxxxxx 2023-cü il tarixidək açır və kredit alan yalnız qeyd olunan müddət ərzində kredit xəttindən istifadə edə bilər. Razılaşmanın 2.3-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Razılaşmanın ayrılmaz tərkib hissəsi olan Kredit müqaviləsi (ləri) ilə müəyyən edilir. Razılaşmanın 2.4-cü bəndinə əsasən, bu Razılaşma əsasında verilən bütün kreditlərin ümumi məbləği hazırki Razılaşmanın 2.1-ci bəndində göstərilən məbləği heç bir halda aşmamalıdır. Razılaşmanın 5.1-ci bəndinə əsasən, Kredit üzrə faizlərin miqdarı, ödənilməsi şərtləri və ödənişlərin silinməsi növbəliliyi tərəflər arasında bağlanacaq kredit müqaviləsi (ləri) ilə müəyyən ediləcək. - Cavabdeh ASC, ipoteka qoyan “xxxxx” firması və kredit alan X10 arasında bağlanan xx xxxxxxx 2013-cü il tarixli 117869-NEDVİJ-1780 nömrəli daşınmaz əmlak ipoteka müqaviləsindən görünür ki, ipotekanın predmeti Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, reyestr nömrəsi **********40-06301, qeydiyyat nömrəsi- 140709373 olan, MH seriylaı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İpoteka qoyana xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0.317 ha torpaq sahəsində çyerləşən 2 girişli, 4175,92 kv.m ümumi, 2159,01 kv.m əsas, 2016,91 kv.m köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası (kommersiya və iaşə obyekti). Müqavilənin 3.4-cü bəndinə əsasən, ipoteka predmeti ipoteka qoyanın birbaşa (vasitəsiz) sahibliyində qalır. Müqavilənin 3.5-ci bəndinə əsasən, ipotekanın predmetinin bazar dəyəri 4.915.000 manat, likvid dəyəri 2.850.000 manat məbləğində qiymətləndirilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilə üzrə ipoteka ilə təmin edilmiş öhdəliklər Bankla kredit alan arasında Bakı şəhərində bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 117836-1-9130 saylı Baş Kredit Razılaşmasından və qeyd olunan Baş Kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, Bank qarantiyasının verilməsinə dair razılaşma, o cümlədən bərpa olun(may)an Kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələb Bankın Kredit alana qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İpoteka ilə təmin edilən gələcək öhdəliklərin ölçüsü və icra müddəti Kredit alanla Bank arasında gələcəkdə bağlanacaq kredit müqaviləsində, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalara göstəriləcəkdir. Müqavilənin 4.2-ci bəndinə əsasən, yuxarıda göstərilən Baş Kredit Razılaşmasına əsasən kredit alan bank tərəfindən açılmış 5.000.000 (beş milyon) ABŞ dolları məbləğində kredit xəttini, 120 ay müddətində istifadə etməyi və müvafiq ödəniş cədvəl (lər) inə uyğun olaraq həmin kredit xəttindən istifadəsinə görə müvafiq faizləri ödəməyi və krediti qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka ilə təmin edilən öhdəliklərin icra müddəti məsələləri Baş kredit Razılaşması və onun ayrılmaz hissəsi (ləri) olan kredit müqaviləsi, Bank qarantiyasının verilməsinə dair Razılaşması, o cümlədən bərpa olun (may) an kredit xətti müqavilələri, habelə gələcəkdə bağlanacaq kredit müqaviləsi və onların ayrılmaz tərkib hissələri olan əlavələri ilə tənzimlənir. Cavabdeh ASC və zamin “xxxxx” firması arasında bağlanan xx xxxxxxx 2013-cü il tarixli 117869-G_RAZ-109 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə zamin 2.2-ci bənddə göstərilən öhdəlik üzrə kredit alanın bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən, bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik fərdi sahibkar X10 şəxsində bundan sonra kredit alan adlanacaq və bank arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 117836-1-9130 saylı Baş kredit Razılaşmasından və qeyd olunan Baş Kredit Razılaşmasının ayrılmaz hissəsi olan Kredit müqaviləsi, Bank qarntiyasının verilməsinə dair Razılaşması, o cümlədən bərpa olun (may) an Kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələrdən irəli gələn bütün pul tələbləridir. Müqavilənin 2.5-ci bəndinə əsasən, Bank və kredit alan arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 117836-1-9130 saylı Baş kredit Razılaşmasının və qeyd olunan Baş kredit Razılaşmasının ayrılmaz hissəsi olan Kredit müqaviləsinin, Bank qarantiyasının verilməsinə dair Razılaşmasının o cümlədən bərpa olun (may) an Kredit xətti müqavilələrinin bütün şərtləri zaminə yaxşı məlumdur. Bank və kredit alan arasında bu bəndlə nəzərdə tutulmuş bağlanmış razılaşmalardan və müqavilələrdən irəli gələn öhdəliklər üzrə Bank tərəfindən kreditin vaxtından əvvəl tələb edilməsi halında belə zamin bank qarşısında kredit alanla eyni şərtlər daxilində məsuliyyət daşıyır. Cavabdeh ASC və X10 arasında bağlanan xx xxxxxxx 2013-cü il tarixli 117836-1- 9130/1 saylı X9ndən görünür ki, xx xxxxxxx 2013-cü il tarixli 117836-1-9130 saylı Baş Kredit Razılaşmasına uyğun olaraq bu müqaviləyə görə Bank kredit alana 1.910.000 (bir milyon doqquz yüz on min) ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 12 faiz ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən, kredit 60 ay müddətinə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(102)- 8465/2017 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(006)-7706/2016 saylı qərardadı ilı Cavabdeh ASC-nin cavabdehlər X8, X4 və “xxxxx” firmasına qarşı kredit müqaviləsi üzrə borc tələbi, borun ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılamış saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7706/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X7 Cavabdeh ASC-yə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7706/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə xx xxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-35/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ASC ilə X10 arasında bağlanmış 117836-1-9130 saylı, xx.xx.2013-cü il tarixli baş kredit razılaşması və 117836- 1-9130/1 saylı xx.xx.2013-cü il tarixli kommersiya kredit müqaviləsi ləğv edilməsi, Cavabdehlər X6, “xxxxx” firmasından və X3 iddiaçı “Cavabdeh ASC-nin xeyrinə milli manat ekvivalentində əsas borc üzrə 1.497.791,64 ABŞ dolları, faiz borcu üzrə 138011,49 ABŞ dolları, ümumilikdə 1.635.803,13 ABŞ dolları və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 25 manat tutulması, tələbin “xxxxx” firmasına məxsus Sumqayıt şəhəri, 53-cü məhəllədə 0,317 ha torpaq sahəsində yerləşən iki girişli 4.175,92 kv.m ümumi, 2.159,01 kv.m əsas, 2.016,91 kv.m köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 5.833.000 manat müəyyən edilməsi, qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 1.635.803,13 ABŞ dolları pul və dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pulun Cavabdeh ASC-yə ödənilməsi, qalan vəsaitin “xxxxx” firmasına qaytarılması qət edilmişidir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-4586/2019-cu il tarixli xx xxxxxx 2019cu il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-35/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ASC və X10 arasında xx xxxxxxx 2013-cü il tarixli 117836-1-9130 nömrəli baş kredit razılaşması bağlanmışdır. Bu razılaşma ilə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün bank kredit alana 5.000.000 (beş milyon) dollar məbləğində kredit xətti açmışdır. Razılaşmaya əsasən, Bank bu razılaşma və həmin Razılaşmadan irəli gələn kredit müqavilələri əsasında kredit xəttini xx xxxxxxx 2013-cü il tarixdən xx xxxxxxx 2023-cü il tarixidək açması və kredit alan yalnız qeyd olunan müddət ərzində kredit xəttindən istifadə edə biləcəyi razılaşdırılmışdır. Həmçinin verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Razılaşmanın ayrılmaz tərkib hissəsi olan Kredit müqavilələri ilə müəyyən edilməsi tərəflər arasında razılaşdırılmışdır. Bundan əlavə Cavabdeh ASC, ipoteka qoyan “xxxxx” firması və kredit alan X10 arasında xx xxxxxxx 2013-cü il tarixli 117869-NEDVİJ-1780 nömrəli daşınmaz əmlak ipoteka müqaviləsi bağlanmışdır. İpoteka predmeti olaraq “xxxxx” firmasına məxsus olan Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0.317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m ümumi, 2159,01 kv.m əsas, 2016,91 kv.m köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası olmuşdur. Həmçinin Cavabdeh ASC və zamin “xxxxx” firması arasında xx xxxxxxx 2013-cü il tarixli 117869-G_RAZ-109 saylı zaminlik müqaviləsi bağlanmışdır. Baş kredit Razılaşması, İpoteka müqaviləsi və zaminlik müqaviləsi bağlanan tarixdə, yəni xx xxxxxxx 2013-cü il tarixdə Cavabdeh ASC və X10 arasında xx xxxxxxx 2013-cü il tarixli 117836-1-9130 saylı Baş Kredit Razılaşmasına uyğun olaraq 117836-1-9130/1 saylı X9 bağlanmışdır. Bu müqaviləyə görə Bank kredit alana 1.910.000 (bir milyon doqquz yüz on min) ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 12 faiz ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı “xxxxx” firması xx xxxxxxx 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinin bağlanması zamanı onun razılığının alınmamış olmasına əsaslanaraq və Konstitusiya Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarına istinad edərək müvafiq iddia tələblərini irəli sürmüşdür. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi iddiaçının istinad etdiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxx 2018-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən,zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları,tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. ...Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir”. Beləliklə işin faktiki hallarından göründüyü kimi, Cavabdeh ASC ilə X10 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 117836-1-9130 nömrəli baş kredit razılaşmasından görünür ki, bank borcalana 120 ay müddətinə 5.000.000 ABŞ dolları ekvivalenti məbləğində kredit xətti açmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz hissəsi olan kredit müqavilələri ilə müəyyən edilir. Cavabdeh ASC ilə X12 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 117836-1-9130/1 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC tərəfindən X8 60 ay müddətinə, illik 12% olmaqla 1.910.000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ASC ilə zamin “xxxxx” firması arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 117869-G_RAZ-109 saylı zaminlik müqaviləsindən görünür ki, “xxxxx” firması xx xxxxxxx 2013-cü il tarixli 117836-1-9130 saylı Baş kredit Razılaşmasından və qeyd olunan Baş Kredit Razılaşmasının ayrılmaz hissəsi olan Kredit müqaviləsi, Bank qarntiyasının verilməsinə dair Razılaşması, o cümlədən bərpa olun (may) an Kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən və onlara edilmiş və ediləcək əlavələr üzrə borclu X1 qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. Həmçinin Bankla “xxxxx” firması arasında bağlanmış sonuncunun mülkiyyətində olan Sumqayıt şəhəri, 53-cü məhəllədə icarəsində olan 0.317 ha torpaq sahəsində yerləşən 2 girişli, 4175,92 kv.m ümumi, 2159,01 kv.m əsas, 2016,91 kv.m köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binasının bank qarşısında ipoteka ilə yüklü edilməsinə dair xx xxxxxxx 2013-cü il tarixli 117869-NEDVİJ-1780 nömrəli daşınmaz əmlak ipoteka müqaviləsindən görünür ki,ipoteka ilə təmin edilmiş öhdəliklər Bankla kredit alan arasında Bakı şəhərində bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 117836-1-9130 saylı Baş Kredit Razılaşmasından və qeyd olunan Baş Kredit razılaşmasının ayrılmaz hissəsi olan kredit müqaviləsi, Bank qarantiyasının verilməsinə dair razılaşma, o cümlədən bərpa olun(may) an Kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələb Bankın Kredit alana qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İddiaçı “xxxxx” firması ilə Bank arasında zaminlik və ipoteka müqaviləsinin olması mübahisə doğurmur və tərəflər həmin müqavilələr barədə məlumatlı olmuşlar. X2 “xxxxx” firmasının təsisçisi olmuşdur. Hazırda da “xxxxx” firmasının qanuni təmsilçisi onun oğlu X11r. Bundan əlavə Baş Kredit razılaşmasına uyğun olaraq bağlanan X9 eyni gündə bağlanmışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, mülki iş üzrə ipoteka və zaminliyə xitam verilməsi üçün qanunvericilikdə, habelə Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında nəzərdə tutulan dispozitiv şərtlər müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə cavabdeh tərəfindən verilən iddia müddətinin tətbiqinə dair ərizə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə belə qənaətə gəlir ki, hazırki iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsinə əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “xxxxx” Firmasının Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “xxxxx” Firmasının Cavabdeh ASC-yə qarşı “zaminliyə və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı “xxxxx” Firması tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar