Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-776/2020 24.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı QSC X11 Təşkilatının Cavabdeh X2rşı borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair iddia ərizəsi üzrə işə Bakışəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasındabaxaraq, müəyyən etdi: İddiaçı QSC X11 Təşkilatı Cavabdeh İstehsalKommersiya Müəssisəsinə qarşı kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydiyyatı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X3 cəmi 2.914.250ABŞ dolları məbləğində əsas kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC X11Təşkilatının xeyrinə tutulması, borc tələbinin Cavabdeh X1 “ZİL” 431410 yük markalı **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə,eyni zamanda Cavabdeh X5 məxsus digər daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə, texnikalara və avadanlıqlara) yönəldilməsi, Cavabdeh X4 həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Baş Dövlət X9, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC BOKT-un qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyataalınması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxx 2017-ci il tarixli müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatına keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı “xxxx” ASC-nin Cavabdeh X2rşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx.xx.2018-ci il tarixli, S-128 saylı təhvil-təslim aktı (bundan sonra - Akt) əsasında İddiaçı QSC X11 Təşkilatına təhvil verilmişdir (Aktın surəti əlavə oluxxxx). Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “xxxx” ASC-və cəmi 2.914.250,00 ABŞ dolları (əsas borc 2.914.250,00 ABŞ dolları; faiz borcu 0 ABŞ dolları) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “xxxx" ASC arasında bağlanmış xx.xx.1995-ci il tarixli 131 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır (Müqavilənin surəti əlavə oluxxxx). xx xxxxxx 2018-ci il tarixə Cavabdeh X4 qeyd olunan kredit müqavilələri üzrə cəmi ümumi borcu 2.914.250,00 ABŞ dolları (əsas borc 2.914.250,00 ABŞ dolları; faiz borcu 0 ABŞ dolları) təşkil edir. Cavabdehlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də, qeyd edilən borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara, o cümlədən “ZİL 431410 yük” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirdi ki, iddiaçı öz tələblərinin əsası kimi cavabdehin əvvəlki adı ilə imzalanmış xx.xx.1995-ci il tarixli, 131 nömrəli müqaviləyə istinad edir. Məhkəmə tərəfindən təqdim olunan Saziş və onun qoşması hər hansı mötəbərliyə malik deyil. İddiaçının təqdim etdiyi sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə uyğun deyil və onlar sənədin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti deyil. Hətta həmin sənədlər də cavabdehə verilməmişdir. Kredit sazişində göstərilən tarixdən 25 il keçmişdir Həmin Müqavilədən onun Cavabdeh adından kim tərəfindən imzalandığı məlum olmur. Həmin dövrü əhatə edən, eləcə də iddia ərizəsinin predmetinə və əsaslarına dair Cavabdehdə heç bir sənəd, məlumat aşkar olunmamışdır. İddiaçı Sazişlə müəyyən edilən mübahisənin həlli qaydasına, razılaşma olmadıqda mübahisənin həllinin arbitraja verilməsi qaydasına əməl etməmişdir. İddiaçı mübahisənin qanunla müəyyən olunmuş qaydalarına əməl etməmiş və bununla da Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3 maddəsinin “qanunla müəyyən kateqoriya iqtisadi mübahisələr üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər” - müddəası kobud surətdə pozulmuşdur. Sazişin tələbkar tərəfinə aid olan xxxx bu günədək Cavabdehdən hər hansı borc tələb etməmişdir. İddiaçı məhkəməyə borcu xx xxxxx 2018-ci ildə qəbul etdiyini bildirmişdir. Məhkəməyə isə iddia ərizəsi ilə xx xxxxxx 2019-cu ildə müraciət etmişdir.Borcun əldə edilməsi zamanı Cavabdehin heç bir razılığı və iştirakı olmamışdır. xxxxnın və İddiaçının hansı məntiq və hüquq əsasında hərəkət etdiyi müəmmalı xarakter daşıyır. Sazişdən və ona əlavə olunmuş qoşmadan məlum olur ki, borclu hesab edilən Cavabdeh üzərinə düşən öhdəlikləri 1998-ci ilin iyul ayının 30-dək icra etməli idi. Lakin iddiaçı bu günədək borcun ödənilməməsi və tələb olunması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərlə yanaşı, İddiaçının xxxx ilə imzaladığı problemli aktivlərin satınalınması ilə bağlı müvaviq sənədlərin təhvil-təsliminə dair xx xxxxx 2018-ci il tarixli, S-128 saylı aktın 6-cı bəndində digər məlumatlar kimi, həm də, 1) kredit müqaviləsinin müddətinin 1996-cı ildə bitdiyi; 2) borcun tələbi ilə bağlı görülən hüquqi tədbirlər barədə heç bir məlumat təqdim olunmadığı; 3) kredit üzrə iddia müddətinin bitməsi, 4) kreditin problemli deyil, toksik aktiv kimi ötürüldüyü; 4) kreditin tələb olunması ilə bağlı tərəflər arasında yazışmalar və məhkəmə mübahisəsi olmadığı qeyd olunmuşdur. Qanunvericilik başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş 1964-cü il 11 sentyabrda qəbul olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddiaçı hüququnun pozulması ilə bağlı olaraq Cavabdehə qarşı bir il ərzində - 1999-cu ilin iyul ayının 30-dək müraciət edə bilərdi. Yəni İddiaçı tərəfə aid subyektlər qanunla müəyyən olunmuş həm ümumi, həm də xüsusi iddia müddətində hər hansı tələblə məhkəməyə müraciət etmədiyindən tələb hüququnu itirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında izah oluxxxx ki, iddia müddəti: birinci, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri- mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. xx xxxxxxxx 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1 maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Bu Məcəllənin 7.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsində göstərilən istisnalardan başqa, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunverici eyni məzmunlu mülki hüquq münasibətlərini tənzimləyən yeni normativ hüquqi akt qəbul etdikdə, əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edir. İddiaçının istinad etdiyi tələb hüququna əsas verən hüquq münasibətləri xx xxxxxxxx 2000-ci ilədək yarandığından tələb hüququnu realizə etmək üçün ümumi iddia müddəti 2001-ci il iyulun 30-da başa çatmışdır. Həmin münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətlərinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurduğundan və ya onların vəziyyətini pisləşdirdiyindən geriyə qüvvəsi ola bilməz. Məhkəmə tərəfindən iddia müddəti 1964-cü il Mülki Məcəlləsinin 77-ci maddəsinə əsasən tərəfin bildirməsindən asılı olmayaraq, 2000-ci il Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 maddəsinə görə yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (1964-cü il MM-nin 82-ci maddəsi; 2000-ci il MMnin 375.2 maddəsi). Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan xx.xx.1995-ci il tarixdə Bank “xxxx” ASC və borcalan Cavabdeh İKM arasında bağlanmış 131 nömrəli Kredit Müqaviləsinə və 131 nömrəli Kredit Razılaşmasına əsasən borcalan Bankdan xx.xx.1994-cü il tarixli müqaviləyə əsasən “Şərq” kompleksinin yenidən qurulmasını həyata keçirmək üçün 3.000.000 ABŞ dolları məbləğində krediti illik 6% dərəcəsi ilə 36 ay müddətinə kredit almışdır. İş materiallarında olan “xxxx” ASC və Cavabdeh İKM arasında bağlanmış xx.xx.1995-ci il tarixli 131 nömrəli Kredit Sazişinə xx.xx.1996-cı il tarixli 1 nömrəli Əlavəyə əsasən tərəflər razılığa gəlmişlər ki, əlavənin qüvvəyə minməsi üçün 192000 ABŞ dolları məbləğində ödənilməmiş faizlər ödənilsin. İş materiallarında olan “xxxx” ASC və Cavabdeh İKM arasında bağlanmış xx.xx.1995-ci il tarixli 131 nömrəli Kredit Sazişinə xx.xx.1998-ci il tarixli 2 nömrəli Əlavəyə əsasən, tərəflər qeyd edirlər ki, götürülən kredit “Şərq” hoteli və “Şərq” Bazarının yenidən qurma işlərinə sərf olunmuşdur, hazırda kompleksdə tamamlama işləri aparılır, həmçinin tərəflər nəzərə alırlar ki, hazırda İngiltərənin “Morrison” şirkəti tərəfindən dekorasiya işləri aparılır və yaxın zamanlarda kompleksin təkrar icarəyə verilməsi və ya özəlləşdirilərək satılması məsələsi həll ediləcəkdir, İngiltərənin “Atilla LTD” şirkətinin kompleksi təkrar icarəyə (subarenda) götürüb, daha sonra kompleks özəlləşdirildikdən sonra 75% hissəsi satın almaq arzusunu bankın rəhbərliyinə üz-üzə görüşdə bildirməsi və ödəməni bəyan etməsi və bu səbəbdən kredit borcunun həmin qrafikə uyğunlaşdırılması haqda xahişini nəzərə alaraq tərəflər kredit borcunun aşağıdakı qaydada uzadılmasını razılaşdılar: xx.xx.1998- 1.000.000+ hesablanmış faizlər; xx.xx.1998-1.000.000+ hesablanmış faizlər; xx.xx.1998- 914,250+hesablanmış faizlər. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının (bundan - sonra Sərəncam) icrası ilə əlaqədar olaraq, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxx 2017-ci il tarixli müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X11 Təşkilatına keçmişdir. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının 1-ci hissəsinə əsasən, İddiaçı QSC BOKT, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X6 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt edir. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx.xx.2018-ci il tarixli S-128 nömrəli akta əsasən “xxxx” ASC-nin Cavabdeh X2rşı müqavilə öhdəliklərindən irəli gələn əsas borc 2.914.250,00 ABŞ dolları məbləğində problemli borcu üzrə tələb hüququ təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli pretenziya məktubuna əsasən İddiaçı QSC BOKT Cavabdeh X5 2.914.250,00 ABŞ dolları məbləğində əsas kredit borcunun 5 gün ərzində ödənilməsini təklif edərək, əks təqdirdə ümumi borcun Cavabdeh X5 məxsus olan əmlaklara və pul vəsaitləri hesabına məcburi qaydada ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan AR DİN Baş Dövlət X8 xx.xx.2018-ci il tarixli 132183-1218 nömrəli arayışına əsasən, DİN-in Baş Dövlət X8 Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə Cavabdeh X4 adında xx.xx.2005-ci il tarixdən “Zil 431410 Yük” markalı **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımınca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh X3 cəmi 2.914.250,00 ABŞ dolları məbləğində əsas kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC X11 Təşkilatının xeyrinə tutulmalı, borc tələbinin Cavabdeh X5 məxsus “ZİL” 431410 yük markalı **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, eyni zamanda Cavabdeh X5 məxsus digər daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə, texnikalara və avadanlıqlara) yönəldilməli və Cavabdeh X4 həmin əmlaklar üzərində mülkiyyət hüquqlarına xitam verilməli, İddiaçı QSC-nin həmin əmlaklar üzərində mülkiyyət hüquqları tanınsın və müvafiq olaraq Azərbaycan Respublikası Baş Dövlət X9, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanlarının üzərinə İddiaçı QSC X11 Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyi qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 cəmi 2.914.250,00 ABŞ dolları məbləğində əsas kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC X11 Təşkilatının xeyrinə tutulsun. Borc tələbinin Cavabdeh X5 məxsus “ZİL” 431410 yük markalı **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, eyni zamanda Cavabdeh X5 məxsus digər daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə, texnikalara və avadanlıqlara) yönəldilsin və Cavabdeh X4 həmin əmlaklar üzərində mülkiyyət hüquqlarına xitam verilsin. İddiaçı QSC-nin həmin əmlaklar üzərində mülkiyyət hüquqları tanınsın və müvafiq olaraq Azərbaycan Respublikası Baş Dövlət X9, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanlarının üzərinə İddiaçı QSC X11 Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-776/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-776/2020
24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver