Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-81/2021 04.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin X7 tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli MXD-10505 inventar aktının və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli, ********* saylı hesab-fakturanın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin X7 tərəfindən xx xxxxxx 2018-ci il tarixdə MXD-10505 inventar aktı tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, “Abşeron rayonu, Bakı-Şamaxı yolunda İddiaçı Xudu oğluna məxsus su xəttinə baxış keçirilən zaman məlum oldu ki, su sayğacları abonent tərəfindən su xəttinin üzərindən kəsilərək, götürülüb, su sayğaclarına baxış keçirilməyə şərait yaradılmadı. Qeyd olunun quşçuluq fermasında D=100 mm-lik boru vasitəsi ilə meliorasiya suyundan istifadə olunur. Kanalizasiya şəbəkəsi mövcuddur. Nəticə olaraq kanalizasiya hesabatının bərpa olunması məqsədəuyğundur.” Bundan sonra Cavabdeh ASC-nin X7 tərəfindən iddiaçıya 2019-cu il aprel ayında 37342 manat 37 qəpik (+6721.63 ƏDV), cəmi 44 064.00 manat məbləğinə istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətlərinin haqqının ödənişi üçün xx.xx.2019-cu il tarixli, ********* saylı hesab-faktura təqdim edilmişdir. İddiaçı ilə Cavabdeh ASC-nin X7 arasında x xxxxxx 2012-ci il tarixdə 130239 saylı “Su təchizatı və kanalizasiya xidmətlərinə dair” qeyri-əhali istehlakçıları üçün müqavilə imzalanmışdır. Həmin müqavilənin müddəti xx xxxxxx 2012-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək müəyyən edilmişdir. Qeyd edilən müqavilənin 2.1.2-ci maddəsinə əsasən, şəbəkəyə qoşulmuş borunun diametri D=32 mm. olmuşdur. İddiaçı tərəfindən həmin müqavilə üzrə bütün öhdəliklər vaxtında yerinə yetirilmişdir. Hazırda su təchizatı iddiaçı ilə Azərbaycan Respublikası Su Təsərrüfatı və Meliorasiya ASC-nin X4 arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Həmin İdarə tərəfindən xx xxxx 2014-cü il tarixdə Texniki Şərt verilmişdir. Texniki Şərtin 2-ci bəndinə əsasən, su borusunun diametri D=40 mm. müəyyən edilmişdir. Qeyd edilən İdarə ilə sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə müqavilə bağlanmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsindən çirkab suların ötürülməsi üçün kanalizasiya xətti keçir. Lakin iddiaçının sahəsindən həmin xəttə birləşmə yoxdur və oraya hər-hansı çirkab su axıdılmır. Bu hal yerində baxış keçirməklə müəyyən edilə bilər. Həmin boru ilə gedən çirkab sular iddiaçının torpaq sahəsindən kənarda yerləşən Atyalı kəndinin sakinləri tərəfindən axıdılır. Bakı-Şamaxı yolunun altından, həmin yolun 17-ci kmdə D=1000 mm.-lik boru keçir, iddiaçının sahəsindən keçən hissəsinin diametri D=100 mm-dir. İddiaçının təsərrüfatında sudan az istifadə edilir. Belə ki, iddiaçının təsərrüfatında toyuq kəsimi yoxdur, yalnız damcı vasitəsi ilə toyuqların içməsi üçün istifadə olunur. Bundan başqa onun ərazisində çirkabların yığılması həcmi 50 kub metr olan yeraltı bunker var və bu bunker ildə bir neçə dəfə xüsusi təyinatlı avtomobillər vasitəsi ilə təmizlənir. İddiaçının qeyd edilən çirkab suyu axan borunun qarşısını kəsməyə imkanı yoxdur, buna, həmçinin qanunla da ixtiyarı yoxdur. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı hesablanmış 37342,37 manat olmaqla cəmi 44064 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rısmi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - xx.xx.2012-ci il tarixli 130239 saylı su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqaviləyə əsasən müəssisəsinin su təchizatı sistemində abonentin tələbaatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə uyğun, məişət-içməli və istehsalat məqsədli suyun təchizatə, tullantı du kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən etmişdir. Müqavilənin 2.1.2-ci maddəsinə əsasən, şəbəkəyə qoşulmuş borunun diametri D=32 mm. müəyyən edilmişdir. - X5 İdarəsinin xx.xx.2014-cü il tarixli texniki şərtinin 2-ci bəndinə əsasən təsərrüfat daxili şəbəkənin sonunda (obyektin şöl tərəfində) d-40 mm diametrli ventil quraşdırılması tələb olunmuşdur. - xx.xx.2018-ci il tarixli MXD seriyalı 10505 saylı inventar aktına əsasən Abşeron rayonu, Bakı-şamaxı yolunda İddiaçı məxsus su xəttinə baxış keçirilən zaman məlum olmuşdur ki, su sayğacları abonent tərəfindən su xəttinin üzərindən kəsilərək götürülmüş və su sayğaclarına baxış keçirilməsinə şərait yaradılmadığı, qeyd olunan quşçuluq fermasında diametri 100 mm-lik boru vasitəsi ilə melorasiya suyundan istifadə olunduğu, kanalizasiya şəbəkəsinin mövcud olduğu və kanalizasiya hesabatının bərpa olunması məqsədəuyğun olduğu qeyd olunmuş və İddiaçı tərəfindən imzalanmasından imtina edilmişdir. - Cavabdeh ASC Nəzarət ölçü cihazları idarəsi “Suölçən X1”nın xx.xx.2018-ci il tarixli, 48918/0039670 saylı rəyinə əsasən SC-nin hesablanmaz mexanizimində müdaxilə aşkar olunduğu və son impuls tarixi xx.xx.2018 SC təmirə və istismara yararsız olduğu qeyd olunmuşdur. - xx.xx.2019-cu il tarixli “sudan istifadəedənlər birlikləri ilə su istehlakçıları arasında suvarma suyunun verilməsi üzrə” müqaviləyə əsasən 2019-cu ildən suyun verilməsi və qəbul edilməsi məqsədilə müqavilə bağlanmışdır. - Cavabdeh ASC-nin X7 tərəfindən İddiaçı 2019-cu il aprel ayında 37342 manat 37 qəpik (+6721.63 ƏDV), cəmi 44064 manat məbləğinə istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətlərinin haqqının ödənişi üçün xx.xx.2019-cu il tarixli, ********* saylı hesab-faktura təqdim edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Cavabdeh ASC tərəfindən tərtib olunmuş aktın əsasını İddiaçı məxsus sahədə kanalizasiya şəbəkəsinin mövcud olduğu və buna görə də zərər hesablandığından qeyd olunan xüsusatın araşdırılması üçün ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/1022 saylı ekpertiza rəyində baxış zamanı Cavabdeh ASC-yə məxsus kanalizasiya xəttinə qoşulmaq üçün İddiaçı istifadəsində olan torpaq sahəsindən keçən hər hansı boru xətti aşkar edilmədiyi və cavabdehin baxışda iştirak edən nümayəndələri iddiaçının torpaq sahəsindən keçən çirkab suların axıdılması üçün hər hansı su və ya kanalizasiya boru xətlərini təqdim edə bilmədikləri qeyd olunmuşdur. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; - 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər; - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan başqa, xx.xx.2018-ci il tarixli MXD seriyalı 10505 saylı inventar aktına əsasən çirkab su hesabatının aparılmadığına görə 44064 manat zərər hesablanmışdır. Halbuki, tərəflər arasında bağlanmış müqaviləyə Cavabdeh ASC tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi öhdəsinə götürsə də, bu xidmətin dəyəri müqavilədə qeyd olunmamışdır. Bundan sonra isə uzun müddət ərzində təqdim olunmuş hesab – fakturalar əsasında ödənişlər aparılmışdır, yəni, abonentin təqsiri üzündən zərər vurulması faktı mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 44064 manat məbləğində borc silinsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Ekspertizanın keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-81/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-81/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver