Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-88/2024 22.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı İstahsalat firmasının Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi və.s“ tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə5, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı İstahsalat firmasının Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi və.s“ tələbinə iddiası üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı İstahsalat firması Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.1995ci il tarixli sərəncamı ilə “Nissa LTD” Elmi İstehsalat firmasına ayrılmış 0.4416 ha torpaq hissəsindən və 816.9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsindən Cavabdeh MMCnin öz hesabına çıxarılaraq “Nissa LTD” Elmi İstehsalat firmasına təhvil verilməsi, həmin torpaq və qeyri yaşayış sahələrindən istifadə etmək üçün Cavabdeh MMC tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, “Nissa LTD” Elmi İstehsalat firmasının Cavabdeh MMC-yə qarşı çıxarışın ləğv edilməsi, Cavabdeh MMC tərəfindən zəbt etdiyi 4416,7 kv.m torpaq sahəsindən və müvafiq tikililərdən əşyaları ilə birgə öz hesablarına boşaldılması tələbinə dair iş vardır. Bildirik ki, mübahisəsi aparılan torpaq sahəsi sərəncama əsasən bizə ayrılarkən artıq üzərində tikililər mövcud olmuşdur. Həmin ərazidə əlavə tikinti və əsaslı təmir işləri apararaq 1927.1 kv.m olan sahəsi olan qeyri yaşayış sahəsinə istifadə və sahiblik etmişik. Daha sonra ümumi sahəsi 1927.1 kv.m olan qeyri yaşayış sahəsini dövlətdən satın alıb özələşdirmək üçün, 2000-ci ilin may ayında Dövlət Əmlak Komitəsinə müraciət etmişik, lakin həmin vaxt “Nissa LTD” Elmi İstehsalat firmasının maliyyə durumu zəif olduğundan yalnız qeyri yaşayış sahəsinin bir hissəsi yəni 1110 kv.m-ni dövlətdən satın alaraq özəlləşdirmişik. Mübahisəsi aparılan qeyri yaşayış sahəsinin yalnız 1110 kv.metrinin “Nissa LTD” Elmi İstehsalat firmasına məxsus olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xüsusi mülkiyyət hüququ əsasında “Nissa LTD” Elmi İstehsalat firmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən müvafiq çıxarış verilmişdir. İşin sənədlərindən göründüyü kimi, “Nissa LTD” Elmi İstehsalat firması çıxarışda əks olunan 1110 kv.m qeyri yaşayış sahəsi və istifadə olan 0.0187 torpaq sahəsi bank qarşısında ipotekada yüklü edilmiş və sonradan mübahəsisi aparılan qeyri-yaşayışının 1110 kv.m "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Məhkəmə qətnaməsi icra olunandan sonra qeyri yaşayış sahəsinin 1110 kv.m "xxxx" ASC təhvil verilmiş, özəlləşdirilməmiş 816.9 kv.m qeyri yaşayış sahəsi və 0.3314 ha torpaq sahəsi isə yenədə “Nissa LTD” Elmi İstehsalat firmasının istifadəsində və sahibliyində olmuşdur. Lakin "xxxx" ASC özünə məxsus 1110. kv.m torpaq sahəsini Cavabdeh MMC yə satdıqdan sonra, cavabdeh 0.3314 ha torpaq sahəmizi və 816.9 kv.m qeyri yaşayış sahəmizi zəbt edərək, giriş qapısına mühafizəçi qoymuş bizi həmin əmlakdan istifadə hüququndan məhrum etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə5 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi Nümayəndə3 iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 241.3-cü maddəsinə əsasən bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. - 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. - 243.2-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.
7. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: - 88-ci maddəsinin 1-ci hissəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. - 88-ci maddəsinin 2-ci hissəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir. - 88-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. - 89-cu maddəsinin 5-ci hissəsinə əsasən Bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.
9. İş materiallarında olan (1-ci cild, səh. 6-7) Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 1019 saylı sərəncamın surətindən görünür ki, “Nissa LTD” Elmi İstehsalat firmasına Bakı şəhəri, Nizami rayonu, Yenikənd küçəsi, 2213-cü məhəllədə torpaq sahəsi ayrılmış və bu barədə 98/219 saylı xx.xx.1988-ci il tarixli akt tərtib edilmişdir.
10. İş materiallarında (1-ci cild, səh. 7-8) olan xx.xx.2000-ci il tarixli “Nissa LTD” Elmi İstehsalat firmasının adına verilmiş texniki pasportdan görünür ki, torpaq sahəsinin ayrılmasına dair sənədlər, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 1019 saylı sərəncamı və 98/219 saylı xx.xx.1988-ci il tarixli akt olmuşdur.
11. Qeyd edilmiş texniki pasportun “Əsas göstəriciləri” bölməsindən görünür ki, tikinti altı sahə 1.290 kv.m, faydalı sahə: ümumi sahə 1110,2, əsas sahə 922,5 kv.m, köməkçi sahə 187,7 kv.m, texniki pasportun “torpaq sahəsinin təsnifatı” bölməsindən görünür ki, ərazinin sənəd üzrə sahəsi 4000 kv.m, faktiki 4.604,4 kv.m, yaşıllıq sahəsi 488 kv.m, açıq torpaq sahəsi 2.189,3 kv.m,ümumi tikinti altı sahə 1.927,1 kv.m təşkil edir.
12. İş materiallarına ( 1-ci cild, səh. 10) əlavə edilmiş xx.xx.2007-ci il tarixli ******* saylı çıxarışdan görünür ki, Nizami rayonu, Yenikənd küçəsi, 2213-cü məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisə “Nissa LTD” Elmi İstehsalat firması tərəfindən "xxxx" ASCdə ipoteka ilə yüklü edilmişdir.
13. İş materiallarında (1-ci cild, səh. 173) olan Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Nizami rayonu, Yenikənd küçəsi, 2213-cü məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2017ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə, 24/04 nömrəli xx.xx.2017-ci il tarixli hərrac protokoluna əsasən AG Bank” ASC-nin adına qeydiyyatdan keçmişdir.
14. İş materiallarına (1-ci cild, səh. 11) əlavə edilmiş xx.xx.2017-ci il tarixli ******* saylı çıxarışdan görünür ki, Nizami rayonu, Yenikənd küçəsi, 2213-cü məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisə "xxxx" ASC-nin mülkiyyətində olmuşdur.
15. İş materiallarına (1-ci cild, səh. 42) əlavə edilmiş xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Nizami rayonu, Yenikənd küçəsi, 2213-cü məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisə "xxxx" ASC tərəfindən 847.700 manata Cavabdehnə satılmışdır.
16. İş materiallarına (1-ci cild, səh. 12) əlavə edilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Nizami rayonu, Yenikənd küçəsi, 2213-cü məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisə Cavabdeh mülkiyyətindədir.
17. İş materiallarına (1-ci cild, səh. 30-37) əlavə edilmiş xx.xx.2019-cu il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş Cavabdehnə verilmiş texniki pasportunun “torpaq sahəsinin təsnifatı” adlı bölməsindən görünür ki, faktiki istifadədə olan sahə 0.46044 ha, əsas tikili altında 0.129 ha, digər tikili və qurğular altında 0.06371 ha, sərbəst örtüksüz torpaq 0.21893 ha, digər 0.0488 ha təşkil edir.
18. İş materiallarından həmçinin görünür ki, “Nissa LTD” Elmi İstehsalat firması tərəfindən "xxxx" ASC ilə bağlanmış ipoteka müqaviləsi mübahisələndirilmiş sonda iddiası rədd edilmiş, hərracın yekunları mübahisələndirilmiş sonda iddiası rədd edilmişdir.
19. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: Dövlət Əmlak Komitəsi tərəfindən İddiaçı Elmi İstehsalat firmasına verilmiş 00279 qeydiyyat nömrəli, xx.xx.2000-ci il tarixli şəhadətnamə, 31,05.2000-ci il tarixli texniki pasportda əks olunmuş tikililər və torpaq sahələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh MMC-nin adına xx.xx.2019- cu il tarixli vəziyyətə əsasən tərtib olunmuş Texniki pasportda əks olunmuş tikililər və torpaq sahələrinin üst-üstə düşməsini, eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 19 fevral 2024-cü il tarixli, 3-21-3-30/2- 5998/2024 saylı mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, Dövlət Əmlak Komitəsi tərəfindən İddiaçı Elmi İstehsalat firmasına verilmiş 00279 qeydiyyat nömrəli, xx.xx.2000-ci il tarixli şəhadətnamə, xx.xx.2000-ci il tarixli texniki pasportda əks olunmuş tikililər və torpaq sahələri ilə hal-hazırda Cavabdeh istifadəsində olan tikililər və torpaq sahələri üstüstə düşdüyü müəyyən edilmişdir. Qeyd olunur ki, yuxarıda qeyd olunan texniki pasportlara əsasən əmlak kompleksinin ümumi sahəsi 1110,2m2 (“A” liyerli - 235,Om2, “B” liyerli - 792,8m2, “C” literli - 76,6m2, “D” literli - 5,8m2) təşkil edir. Sözügedən həmin tikililərin tikintialltı sahəsi isə 1290m2 təşkil edir. Texniki pasportda öz əksini tapmış “Digər sahələr” kimi qeyd olunan 637,1 m2 (48,2m2 və 412,4m2 talvar, “İ” literli daş hasar 4,4m2), “İİ” literli boya qurğusu 161,6m2), “İİİ” su hovuzu 9,Om2) və “İV” literli metal darvaza 1,5m2) sahə çıxarışlarda və mülkiyyət hüququna dair şəhadətnamədə əks etdirilmir. Qərardadın ikinci sualı üzrə: Dövlət Əmlak Komitəsi tərəfindən İddiaçı Elmi İstehsalat firmasına verilmiş 00279 qeydiyyat nömrəli, xx.xx.2000-ci il tarixli şəhadətnamə və 31;06.2000-ci il tarixli texniki pasportda əks olunmuş torpaq sahəsinin ölçülərinə əsasən r^əmin torpaq sahəsinin ********** qeydiyyat nömmrəli və **********98-10301 reyestr nömrəli çıxarışa əsasən X2 məxsus torpaq sahəsi, ********** qeydiyyat nömrəli və **********00 reyestr nömrəli çıxarışa əsasən X1 məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Lakin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 19 fevral 2024-cü il tarixli, 3-21-3-30/2-5998/2024 saylı mütəxəssis rəyinə əsasən, xx.xx.2000- ci il tarixli texniki pasportda əks olunmuş torpaq sahəsinin BŞİH-nin 0xx.xx.1995-ci il tarixli sərəncamı və 98/219 saylı, xx.xx.1998-ci il tarixli Ayrıc Aktında qeyd olunan perimetrik ölçü və bucaqlara əsasən ayrılmış 4000 kv.m torpaq sahəsinin bir hissəsində yerləşdiyi, yerdə qalan digər hissələrinə isə ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli, və ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışların verildiyi müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Baxış zamanı əldə olunmuş məlumatlar əsasənda aparılmış hesablamalara əsasən, Cavabdeh istifadəsində verilmiş 4604kv.m torpaq sahəsində yerləşən tikililərin ümumi tikintialtı sahəsi 2408 kv.m müəyyən edilmişdir. Belə ki, Cavabdeh MMC-nin adına xx.xx.2019-cu il tarixli vəziyyətə əsasən tərtib olunmuş Texniki pasportun məlumatlarını aparıldıqda müəyyən olunmuşdur ki, Texniki pasportda qeyd olunmuş “A” literli tikilinin arakəsmələri sökülmüş, əlavə ikinci mərtəbə və terras tikilmişdir. “B” literli tikilinin qarşısında mövcud olmuş talvar hissəsi faktiki bağlanaraq “B” tikilisinə birləşdirilmiş və rekonstruksiya işləri aparılaraq əlavə mərtəbə tikilmişdir. “C” literli tikilinin eni və uzunu istiqamətində əlavə artırmalar edilmiş, “D” literlli tikili sökülərək “B” literli tikiliyə birləşdirilmişdir. Əlavə olaraq yaşıllıq sahənin bir hissəsində iki mərtəbəli bina tikilmiş, ümumilikdə mövcud olan bütün tikililərin dam hissələri yenilənmişdir. Aparılmış tikinti və genişləndirmə işləri Cavabdeh MMC-nin istifadəsində olan torpaq sahəsinin hüdudlarında aparılmışdır.Qərardadın dördüncü sualı üzrə: Baxış zamanı müəyyən edilmiş məlumatlara və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 19 fevral 2024-cü il tarixli, 3-21-3-30/2-5998/2024 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində İddiaçı X4 məxsus tikilinin mövcud olmadığı müəyyən edilmişdir.
20. Məhkəmə qeyd edir ki, göründüyü kimi, qeyd edilmiş Nizami rayonu, Yenikənd küçəsi, 2213-cü məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisə xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə, 24/04 nömrəli xx.xx.2017ci il tarixli hərrac protokoluna əsasən AG Bank” ASC-nin mülkiyyətinə keçmiş, bundan sonra Bank tərəfindən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdehnə satılmışdır.
21. Bu xüsusda Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli sahəyə hər hansı bir hüququ olmadığından iddia rədd edilməlidir.
VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı İstahsalat firmasının Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi və.s“ tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov