Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1/2024 07.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahələrinin müəyyən edilərək tanıdılması tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Ağdam rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 146 saylı sərəncamı ilə ona ayrılmış Ağdam rayon Nəmirli kənd ərazisində olan cavabdeh tərəfindən zəbt edilmiş 31 ha torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilərək ona tanıdılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli 2(13)-244/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Ağdam rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 146 saylı sərəncamı ilə “X9 Təsərrüfatı”-na icarə hüquqları əsasında 10 il müddətinə verilmiş 31 ha torpaq sahəsinin zəbt olunmuş 16 ha hissəsindən Cavabdehun çıxarılması qət olunmuşdur. İddianın qalan hissəsi təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli 2(104)-1637/2018 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Ağdam Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli 2(13)-244/2018 nömrəli qətnaməsi ləğv edilərək, iş məhkəmə aidiyyətinə görə baxılması üçün Gəncə İnzibatiİ qtisadi Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(083)-451/2018 saylı, 16 iyul 2018-ci il tarixli qərardadı ilə, iddiaçı X2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi” tələbinə dair işin icraatı, iddiaçı Sünbül X5 cavabdeh Ağdam Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Cavabdeh) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2-1(083)-830/2018 saylı qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli e-2-2(115)-1/2022 nömrəli qərardadı ilə iddiaçı X2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi” tələbinə dair işin icraatı təzələnmişdir. Gəncə Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-2(115)-1/2022 saylı qərardadı ilə iddiaçı X2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə kommersiya işinin icraatı xx.xx.2022-ci il tarixdə ölmüş X2 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli e-2-2(115)-1/2024 nömrəli qərardadı ilə iddiaçı X2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi” tələbinə dair işin icraatı təzələnmiş, daha sonra iddiaçı X4 hüquqi varisi İddiaçı ilə əvəz edilmişdir. İddiaçının hüquqi varisi İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, xx.xx.2008-ci ildə Ağdam rayon İcra Hakimiyyəti tərəfindən verilən 146 saylı sərəncama əsasən 10 illik 31 hektar torpaq sahəsi mərhum əri Səfqulu Hüseynova verilib. 2018-ci ildə üst-üstə düşən 17 hektar torpaq sahəsinin boşaldılması barədə qərar çıxardılıb. Yoldaşı torpağı özü əkib becərirdi. Artezianı da onlar təmir etdirmişdir. Onlar torpaqdan istifadə etmək istəyirlər. İddia üzrə hüquqi varis kimi müraciət etməkləri ilə bağlı məktub gəlib, ancaq müraciət etmək istəmişdilər. Torpaq sahəsindən indi istifadə etmirlər. Müqavilənin bitməsinə 8 ay qaldığı üçün, məhkəmə mübahisəsi olduğu üçün müqavilələri uzadılmamışdır. Apellyasiya məhkəməsinin qərarından şikayət verməmişdir. Torpağın Tərtər rayonuna verildiyini indi bilir. Apellyasiya Məhkəməsinin qərarını Ağdam rayon İcra Hakimiyyətinə verdikdə ona deyilib ki, qərarı hansı məhkəmə veribsə, o torpağı boşaltsın. Onlar məhkəməyə müraciət edəndə müqavilənin müddətinin bitməsinə 8 ay qalmışdı. Müqavilənin müddətini uzatmaq istədikdə isə iş məhkəmədə olduğu üçün müqaviləni uzatmamışlar. O, xəstə olduğu üçün məktub göndəriləndə iddiaçı kimi müraciət etməmişdir. Apellyasiya Məhkəməsi qərar vermişdi ki, 13 hektar ərazidə iddiası təmin edilsin. Yenə hara müraciət etməli olduğunu bilmir. Övladlarını bu işə qatmaq istəməmişdir. İddianı müdafiə edərək, torpaq sahəsinin boşaldılmasını tələb edir. “Sünbül” X5 rəhbəri mərhum əri Səfqulu Hüseynov olmuş, o, vəfat edəndən sonra təsərrüfatın fəaliyyəti dayandırılmışdır. Qanuna müvafiq olaraq qərar qəbul edilməsini xahiş edir. Cavabdeh əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, verdiyi izahatında bildirdi ki, Ağdam rayonunun Nəmirli kəndində işğal olunmamış torpaqlardan istifadə üçün torpaq istəyəndə ona torpaq verməmişlər. 2006-cı ildə ona torpaq ölçüb vermişlər. 2010-cu ilin oktyabrında ortancıl oğlu yanan evdəkilərə kömək etmək istəyəndə şikəst olduğu üçün həmin hadisə ilə məşğul olmuşdur. X1 “Sünbül” fermer təsərrüfatını yaratmışdır. Onun qardaşları sonuncuya demişdir ki, torpağını vermə pulu ala bilməyəcəksən. Araya adamlar saldığı üçün torpağı ona icarəyə vermişdir. 2016-cı ildə qarşı tərəf danışığa əməl etməmişdir. Ona görə də, cavabdeh torpağı alıb oğlu ilə yeznəsinə vermişdir. Sonradan sonuncuya demişdir ki, torpağı orada qalmışdır. Cavabdeh isə demişdir ki, icra hakimiyyətinə müraciət et, gəlib torpağını ölçsünlər. Cavabdehdən xəbərsiz torpağı ölçdürüb, özünə torpaq götürübdür. O bildirmişdir ki, prezidentə məlumat verəcək ki, sizin verdiyiniz torpağı əlindən alırlar. Onu başçının qəbuluna çağırmışlar. Orada da torpağı verməmişdir. Bütün sənədlər, sübutlar burada, əlindədir. Torpaq hal-hazırda onun istifadəsindədir. Müqavilədə göstərilən torpaq sahəsi ilə bağlı mübahisə olduğu üçün 2023-cü ilin dekabr ayından sonra müqaviləni artırmamışdır. Ancaq torpağı hal-hazırda istifadə edilir. Torpaqdan çıxarışı da var. Qarşı tərəfin heç çıxarışı da olmayıb. O, torpağından heç kimə verməyəcək. Neçə dəfə qarşı tərəfin övladlarına demişdir ki, gəlib torpaq götürə bilərlər, ancaq götürmədilər. Müqavilənin müddətini uzatmayıblar. O torpaq Ağdam və Tərtər rayonları arasında mübahisəli olduğu üçün müddəti uzadılmayıb. Təxminən 1 il olar ki, torpaq Tərtər rayonuna verildiyi üçün sonuncu da müqaviləni uzada bilməmişdir. Hal-hazırda torpaqdan istifadə edir. Müqavilənin müddətinin uzadılması üçü müraciət etmişdir. Tezliklə müqavilənin müddətinin artırılacağını bildirmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağdam Rayon İcra Hakimiyyəti başçısının 21 avqust 2008-cı il tarixli 146 nömrəli sərəncamından görünür ki, Ağdam rayonu “Nəmirli” təsərrüfatının ərazisindən 31 hektar torpaq sahəsi əkin məqsədilə 10 il müddətinə icarəçi “Sünbül” X5 başçısı X3 icarəyə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 21 avqust 2008-ci il tarixli 325 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən Ağdam rayonu ərazisində “Nəmirli” təsərrüfatının ərazisindən 31 hektar torpaq sahəsi əkin məqsədilə 10 il müddətinə icarəçi “Sünbül” X5 başçısı X3 icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş Ağdam Rayon İcra Hakimiyyəti başçısının 25 dekabr 2006-cı il tarixli 196 nömrəli sərəncamından görünür ki, Ağdam rayonu, “Nəmirli” təsərrüfatının ərazisindən 16 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 10 il müddətinə icarəçi Cavabdeh icarəyə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 30 dekabr 2006-ci il tarixli 402 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən Ağdam rayonu ərazisində “Nəmirli” təsərrüfatının ərazisindən 16 hektar torpaq sahəsi 10 il müddətinə icarəçi Cavabdeh icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş Ağdam Rayon İcra Hakimiyyəti başçısının 26 may 2017-ci il tarixli 87 nömrəli sərəncamından görünür ki, Ağdam rayonu, “Nəmirli” təsərrüfatının ərazisindən 16 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 5 il müddətinə icarəçi Cavabdeh icarəyə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 27 may 2017-ci il tarixli 28 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən Ağdam rayonu ərazisində “Nəmirli” təsərrüfatının ərazisindən 16 hektar torpaq sahəsi 5 il müddətinə icarəçi Cavabdeh icarəyə verilmişdir. İş materiallarına əlavə olunmuş Ağdam rayon İcra Hakimiyyətinin məhkəmənin sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, 21 avqust 2008ci il tarixli 325 nömrəli icarə müqaviləsi əsasında 10 il müddətinə X3 verilmiş 31 ha torpaq sahəsi hazırda Tərtər rayon inzibati ərazisinə daxil olduğu üçün Ağdam rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsinin icarə müqaviləsinin müddəti yenidən artırılmamışdır. İş materiallarına əlavə olunmuş Tərtər rayon İcra Hakimiyyətinin məhkəmənin sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, həmin torpaq sahəsi Tərtər rayonunun inzibati ərazisinə aiddir və Tərtər rayonunda yaşayan imtiyazlı şəxslər tərəfindən istifadələrinə dövlət mülkiyyətində olan torpaq sahəsinin verilməsi ilə bağlı çoxsayı müraciətlər olduğu üçün 2018-ci il tarixdən sonrakı müddət ərzində Tərtər rayon İcra Hakimiyyəti tərəfindən X2 və ya “Sünbül” X5 icarəsinə dövlət mülkiyyətində olan torpaq sahəsi verilməmişdir. İş materiallarına əlavə olunmuş 22 noyabr 1975-ci il tarixli nikahın bağlanması haqqında şəhdətnamədən görünür ki, İddiaçı X2 arvadıdır, həmçinin xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı X2 qanun üzrə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Mülki Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibələrinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda xitam verilir. İşin faktiki hallarından göründüyü kimi, Ağdam rayon İcra Hakimiyyəti ilə X4 arasında 10 il müddətinə bağlanmış xx.xx.2008-ci il tarixli torpaq sahəsinin icarə müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixində bitmiş və yeni müqavilə bağlanmamışdır. Məhkəmə hesab edir ki, torpaq sahəsinin icarəyə verildiyi müddət qurtarmaqla torpaq sahəsi üzrə icarə hüququna xitam verildiyindən, xitam verilmiş icarə hüququna əsaslanan iddiaçının torpaq sahəsindən çıxarılma barədə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahələrinin müəyyən edilərək tanıdılması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahələrinin müəyyən edilərək tanıdılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-1/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1/2024
07.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver