Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1018/2023 26.09.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil İnqilab oğlunun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh (üçüncü şəxs Şəmkir rayonu Düyərli bələdiyyəsinə) qarşı ümumi istifadədə olan yolda aparılan tikintinin cavabdehin hesabına sökülməsi, tikinti materiallarının götürülməsi və həmin tikinti altındakı olan küçəyə aid torpağın zəbtdən azad edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək Şəmkir rayonunun Düyərli kəndində, ümumi istifadədə olan, ona məxsus obyektin yanından keçən yolun ərazisində qanunsuz inşa edilmiş tikintinin və tikinti materiallarının cavabdehin vəsaiti hesabına sökülüb götürülməsi və həmin tikinti altında olan yola aid torpağın zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX, ******* nömrəli, xx.xx.2018-ci il tarixli mülkiyyət hüququna dair çıxarışa əsasən Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Düyərli kəndindən keçən 410-cu (419) kilometrliyinin sağ tərəfində 0.10 ha torpaq sahəsi onun mülkiyyətindədir. O, həmin torpaq sahəsində maşın təmiri sexi kimi fəaliyyət göstərən obyektdən istifadə edir. Obyektinə gələn nəqliyyat vasitələri cavabdehin obyektinin yaxınlığından keçməklə hərəkət edirlər. Lakin cavabdeh ümumi istifadədə olan yolun onların obyektinin bərabərliyindən keçən hissəsinin altına düşən torpaq sahəsini zəbt etmiş, yolun hərəkət hissəsində tikinti inşa etdirmiş, yola tikinti materialları tökməklə nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmış, onun və qonşu obyektlərin sexlərinə avtonəqliyyat vasitələrinin yolunu bağlamışdır. Bu hal isə onun sahibkarlıq fəaliyyətini dayandırmış, ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətində olan torpaq sahəsindən sərbəst şəkildə, təyinatına uyğun istifadə edə bilmir. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz tikilini sökməkdən, tikinti materialını yoldan çıxartmaqdan və ümumi istifalərində olan yolun altına düşən torpaq sahəsini zəbtdən azad etməkdən imtina etmişdir. Şəmkir Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(076)-1821/2023 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh tərəfindən ümumi istifadədə olan torpaq sahəsi zəbt edilmişdir. İş materillarına əlavə edilmiş foto şəkillərdən və ekspert rəylərindən də aydın olur ki, ümumi istifadədə olan torpaq sahəsi zəbt edilmiş və həmin ərazidə tikinti işləri aparılmış, tikinti materillarını həmin əraziyə tökmüşdür. Ümumi istifadədə və bələdiyyə mülkiyyətində olan yol cavabdeh tərəfindən tikinti materilları ilə bağlanmışdır. Buna görə də iddiaçının öz əmlakına giriş-çıxışı məhdudlaşdırılmışdır. Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, 1995-ci ildə həmin ərazidə dam və talvar tikmiş, çayçı kimi obyek işlədir. Onun tikilisi və tikinti materialları iddiaçının əmlakının giriş-çıxışını məhdudlaşdırılmamışdır. Ümumiyyətlə tikili yolun ərazisində deyil. Heç kəsin yolunu bağlamamış, mübahisəli yolda heç bir tikinti işləri aparmamış, heç kəsin ərazisini zəbt etməmişdir. İddiaçı yoldan sərbəst istifadə edir. Ona görə də iddia tələbinə etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs Şəmkir rayonu Düyərli bələdiyyəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxs Şəmkir rayonu Düyərli bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018–ci il tarixli, Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından görünür ki, Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0441 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 180 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 257611 saylı “X3 və Ölçüsü”ündən görünür ki, Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0441 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 01 may 2018-ci il tarixli Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/06759 saylı arayışdan görünür ki, Şəmkir rayonunun Düyərli kəndində yerləşən 0.0441 ha torpaq sahəsinin 01 may 2018-ci il tarixə bazar dəyəri 2800 manat təşkil edir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat X2 Cəmiyyətinin mütəxəssis rəyindən görünür ki, Seriya RX ******* saylı, xx.xx.2018–ci il tarixli Çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0948 ha torpaq sahəsinə giriş-çıxış yolu açıqdır, o cümlədən ümumi istifadədə olan yola cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. Cavabdeh tərəfindən ümumi istifadədə olan yolun 0.0108 ha torpaq sahəsində tikinti materialları tökülmüş, tikinti inşa edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli 10/5656 saylı ekspertiza rəyindən görünür ki, Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu Düyərli kəndində yerləşən 0,0948 ha torpaq sahəsində giriş-çıxış yolu açıqdır, o cümlədən ümumi istifadədə olan yola cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. Cavabdeh tərəfindən ümumi istifadədə olan yolun 0,0108 ha torpaq sahəsinə tikinti materialları tökülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2023-cü il tarixli 10/1834 saylı ekspertiza rəyindən görünür ki, Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli çıxarış əsasında iddiaçının mülkiyyətində olan və Şəmkir rayonu Düyərli kəndində yerləşən 0,0441 ha torpaq sahəsində giriş-çıxış yolu açıqdır, yol kimi iddia edilən həmin ərazi bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir. Cavabdeh tərəfinfən faktiki ümumi istifadə olan yolda tikinti inşa edilməmişdir, iddia edilən və inşa edilmş 201.0 kv.m tikili kompleks yerquruluşu xəritəsinə əsasən hazırda yeri dəyişdirilmiş arxın üzrərində tikilmişdir. Faktiki yol kimi iddia edilən 0.0108 ha torpaq sahəsinə cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. Ümumi istifadədə olan yol kimi idda edlilən əraziyə tikinti materiallarının tökülməsi iddiaçının torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən obyektinə gediş-gəliş üçün, habelə nəqliyyat vasitələrinin gediş-gəlişi üçün müəyyən məhdudiyyətlər yarada bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin üçüncü hissəsində göstərilmişdir ki, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin birinci yarımbəndinə görə, bələdiyyə avtomobil yolların şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrinin ərazisində yerləşən və onların mülkiyyətində olan küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, digər yollar və yol qurğuları aiddir. Həmin Qanunun 7-ci maddəsinin üçüncü yarımbəndinə görə bələdiyyə yollarında istifadə qaydalarını bələdiyyə bu qanunun tələblərinə uyğun olaraq müəyyənləşdirir. Həmin Qanunun 13-cü maddəsinin altıncı yarım bəndinə görə, ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan yolun açılmasını tələb edir. Belə ki, Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.0441 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddiaçıya məxsus torpaq sahəsinə gedən və ümumi istifadədə olan yolun 0,0108 ha torpaq sahəsinə cavabdeh tərəfindən tikinti materialları tökülmüşdür. İddiaçı dəfələrlə həmin materialları könüllü olaraq götürməsini təklif etmiş, lakin cavabdeh ümumi istifadədə olan yoldan tikinti materiallarını götürməmişdir. Mübahisəli torpaq sahəsi isə ümumi istifadədə olan yola aid torpaq sahəsi olmaqla bələdiyyə mülkiyyətidir. Ona görə də bələdiyyə işə üçüncü şəxs qismində cəlb olunmuşdur. Lakin bələdiyyə qanunvericiliklə müəyyən olunmuş funksiyalarına uyğun olaraq yolun açılması ilə bağlı heç bir mövqe bildirməmişdir. Məhkəmə hesab edir ki, yolun bələdiyyə mülkiyyətində olmasına və bələdiyyənin yolun açılması üçün münasibət bildirməməsinə baxmayaraq, iddiaçı bu barədə iddia vermək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə manelər yaranmışdır. Cavabdehin isə həmin ümumi istifadədə olan torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Belə olan halda cavabdehin həmin gedişgəliş yolu üzərində heç bir mənafe üstünlüyü yoxdur və onun hərəkətləri qanunsuzdur. Bununla da cavabdeh tərəfindən iddiaçının subyektiv hüququ pozulmuşdur. Ona görə də iddia qismən təmin edilməli, Şəmkir rayonu Düyərli kəndində yerləşən, iddiaçının mülkiyyətində olan 0.0441 ha torpaq sahəsinə gedən və ümumi istifadədə olan yola cavabdeh tərəfindən tökülmüş tikinti materialları cavabdehin vəsaiti hesabına götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş materialları və ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikili ümumi istifadədə olan yola düşmür və iddiaçının torpağına giriş-çıxışa heç bir maneə törətmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsi ilə bağlı 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli, Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.0441 ha torpaq sahəsinə gedən və ümumi istifadədə olan yola Cavabdeh tərəfindən tökülmüş tikinti materialları cavabdehin vəsaiti hesabına götürülsün. İş üzrə məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-1018/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1018/2023
26.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver