Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1198/2025 29.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı cavabeh Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülməsi, icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli 11 nömrəli icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülməsi, icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin (hazırda Meşələrin İnkişafı Xidməti) Tovuz X1 Mərkəzi (hazırda 2 saylı X1 Mərkəzi) Azərbaycan Respublikası Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları”na əsasən vətəndaş Cavabdeh ilə xx.xx.2009-cu il tarixli 11 nömrəli icarə müqaviləsi bağlanmışdır. Tovuz X1 Mərkəzi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli 11 nömrəli müqaviləyə əsasən Mərkəzin Cırdaxan meşəbəyiliyinin 9-cu kvartalında meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən turizm-rekreasiya məqsədi ilə 0.40 ha sahəsi 10 il müddətinə Cavabdeh verilmişdir. 2 saylı X1 Mərkəzinin əməkdaşları tərəfindən icarəyə verilmiş torpaq sahəsinə xx.xx.2025-ci il tarixdə baxış keçirilərkən 13.30x6.70x3.00 m ölçüdə 1 ədəd daşdan tikili əsaslı kotej, 9.00x3.40x3.00m ölçüdə 1 ədəd daşdan əsaslı tikili, 2.40x1.50x2.00 m ölçüdə dəmir dayaqlar üzərində bir tərəfi bitişik manqalxana, 3.60x3.60x2.30 m ölçüdə 1 ədəd dəmir dayaqlar üzərində söhbətgah yeri beton, 2.50x2.50x1.30 m ölçüdə 1 ədəd dəmir dayaqlar üzərində cücədamı yeri beton, 4.80x3.20x2.30 m ölçüdə 5 ədəd dəmir dayaqlar üzərində söhbərgah yeri dəmir list, 9.70x5.90x2.50 m ölçüdə 1 ədəd altı daş üstü kərpicdən əsaslı tikili, 3.00x3.00x2.50 m ölçüdə 1 ədəd kərpicdən yarımçıq əsaslı tikili, 2.00x2.00x2.50 m ölçüdə mişar daşından yarımçıq əsaslı tikili hamısı bitişik, 16.00x6.00x3.20 m ölçüdə 1 ədəd dəmir dayaqlar üzərində söhbətgah yeri taxta banket üçün dəmir reys üstündə, 4.70x3.00x2.20 m ölçüdə 1 ədəd dəmir dayaqlar üzərində söhbətgah yeri taxta, 1.40x2.20x2.40 m ölçüdə daşdan ayaq yolu əsaslı tikililərin tikilməsi fakları müəyyən edilmişdir. Aşkar edilmiş faklar barədə xx.xx.2025-ci il tarixdə 004803 saylı akt tərtib edilmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılamalıdır. Belə ki, iddia ərizəsi məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməli olduğu halda kağız daşıyıcıda verilmişdir. İddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər, habelə pretenziya məktubu cavabdehə elektron qaydada göndərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələriüzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyrirezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.10-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. İddiaçıya izah olunur ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154 və 155-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabeh Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülməsi, icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək iddiaçıya qaytarılması tələbinə dair iddiası və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-1198/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1198/2025
29.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver