Məhkəmə qərarları › İş №2-2(115)-123/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-123/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-123/2020 16.06.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 oğlu iştirakı ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə və “xxxx” ASC-nin Mərkəzi Aran RETSİ-yə qarşı borcun silinməsi və aktın ləğvi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə və “xxxx” ASC-nin Mərkəzi Aran RETSİ-yə qarşı əsassız olaraq yazılmış 763 manat borc və cərimə məbləğinin silinməsi və həmin borca dair tərtib edilmiş aktın ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəblərini bildirməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,cavabdeh orqanın əməkdaşları tərəfindən iddiaçıya 763 manat borc pul hesablanmışdır, ancaq borcun hansı səbəbə hesablanması izah edilməmişdir. Cavabdehin nümayəndəsi X3 oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdə “xxxx” ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən X2 əməkdaşları tərəfindən iddiaçıya məxsus mağazanı elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacına baxış keçirilərkən sayğacın hesablama mexanizminin keçən enerjinin miqdarını qeyd etmədiyi faktı aşkar edilərək iddiaçı barəsində “X1 Qaydaları’’nın tələblərinə uyğun olaraq akt tərtib edilmişdir. Sayğacdan keçən elektrik enerjisinin yükü xüsusi ölçmə vasitəsi olan ölçülərək 3.2 kvt təşkil etdiyi müəyyən edilmişdir, iddiaçı aktın tərtibatında iştirak etsə də akta imza etməkdən imtina etmişdir. Onun akta imza etməkdən imtina etməsi barədə enerjitəchizatı müəssisəsinin pozuntu faktını aşkar etmiş əməkdaşları tərəfindən aktda imza edilməklə müvafiq qeydiyyat aparılmışdır. xx xxxxxx 2019-cu il tarixdə iddiaçıya məxsus mağazada istismarda olmuş qüsurlu elektrik hesablama sayğacı yeni tipli elektron sayğacla əvəz edilmişdir. Çıxarılan qüusurlu elektrik hesablama sayğacı Laboratorya şəraitində yoxlanılması üçün “Mərkəzi Aran” RETSİ-nin Sayğacquraşdırma bölməsinə göndərilmişdir. Həmin sayğac xx xxxx 2019-cu il tarixdə Laboratoriya şəraitində yoxlanılarkən sayğacın keçen enerjini qeyd etmədiyi faktı öz təsdiqini tapmışdır. İddiaçı barəsində tərtib edilmiş akta əsasən xx.xx.2018-ci il tarixinə 29 gün müddətinə qeydə aldığı dəyəri 138,06 manat təşkil edən 1534 kvt.saat miqdarında elektrik enerjisi 29 günə bölünməklə sayğacın bir günlük enerji sərfiyyatının miqdarı müəyyən edilərək sayğacın qüsurlu olduğu 83 günə vurulmaqla dəyəri 377,46 manat təşkil edən 4194 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bundan əlavə mağazaya yeni quraşdırılmış “smart kart” tipli elektrik hesablama sayğacının 385,41 manat təşkil edən dəyəri də iddiaçı istehlakçı kodu üzrə hesabına borc kimi daxil edilmişdir. Hesablanmış 755,75 manat ümumi borc məbləğindən iddiaçı tərəfindən ödəniş edildiyindən xx.xx.2020-ci il tarixinə borc məbləği azalaraq 44.29 manat təşkil etmişdir. Həmin borc məbləği isə sayğacda yüklənən məbləğlə əvəvzlənmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işə əlavə edilmiş “abune haqqında” çıxarışın surətindən görünür ki, abonent İddiaçı 44,29 manat qalıq borcu qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sonradan baş verən bu hal yaranmış tələbin ləğvinə gətirib çıxarır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə və “xxxx” ASC-nin Mərkəzi Aran RETSİ-yə qarşı borcun silinməsi və aktın ləğvi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar