Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-1427/2023 18.09.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı1 qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və kompensasiya tələbinə dair qarşılıqlı iddiası üzrə iş materiallarını nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu, Ceyrançöl adlanan ərazidə yerləşən 250 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı1 qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və kompensasiya tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, Ceyrançöl adlanan ərazidə yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi, həmçinin vurulmuş 10000 manat maddi ziyanın və 120 manat dövlət rüsumunun alınması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(076)-1617/2023 saylı qərardadı ilə mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin 23 avqust 2023-cü il tarixli 2(102)-3662/2023 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(076)-1617/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizələr məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir. Ərizələrə əlavə olunmuş sənədlərdən göründüyü kimi, ilkin və qarşılılqlı iddialr üzrə iddiaçılar məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı təsdiq edən sənədi iddia ərizələrinə əlavə etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı1 qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və kompensasiya tələbinə dair qarşılıqlı iddiası üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı1 qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin zəbtdən azad edilməsi və kompensasiya tələbinə dair qarşılıqlı iddiası üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İlk iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə İddiaçı1, qarşılıqlı iddia üzrə ödənilmiş 120 manat məbləğində dövlət rüsumu isə Cavabdeh qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-1427/2023
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-1427/2023
18.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver