Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-157/2022 13.07.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 qarşı Bərdə rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 “Para“ BOKT ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 137-16B nömrəli kredit müqaviləsinə əsasən 5101,86 manat əsas borc, 7230,52 manat hesablanmış faiz, 7387,49 manat hesablanmış dəbbə, cəmi 19719,87 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, xx.xx.2016-cı il tarixli, 137-16B nömrəli kredit müqaviləsi üzrə tələbin Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh2 məxsus Bərdə rayonu, Şahvəlilər kəndində yerləşən 0,22 ha torpaq sahəsində olan 78,7 kv.metr yaşayış, 72,3 kv.metr köməkçi sahədən ibarət olmaqla ümumilikdə 151 kv.metr, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla) yönəldilməsi, fərdi yaşayış evinin dəyərinin 10000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, evdə yaşayanların fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları, fərdi yaşayış evinin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-627/2021 saylı qərardadı ilə İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə əvvəlki "xxxx" ASC (indiki «Para Bokt ASC) arasında xx.xx.2016-cı il tarixli, 137-16B saylı kredit müqavilələri imzalanmışdır. Müvafiq olaraq xx.xx.2016-cı il tarixli, 137-16B saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 6 faizlə, 8400 manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli, 137-16B saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh6, İsmayılova(Şərəfxanova) Gülbəniz Nəsib qızının, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətdə olan Bərdə rayonu, Şahvəlilər kəndində yerləşən 0.22 ha torpaq sahəsində yerləşən, 78.7 kv.m yaşayış, 72.3 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 151 kv.m, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin(həyətyanı tikili və qurğularla) ipoteka ilə yüklü edilmişdir. (Rx seriyalı, ******* nömrəli, **********58-10304 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013 qeydiyyat tarixli çıxarışa əsasən). Sonrakı ipoteka(girov) müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2016-cı il tarixli, 137-16B saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit Təşkilatına 5101.86 manat əsas borc, 7230.52 manat hesablanmış faiz, 7387.49 manat hesablanmış dəbbə, cəmi 19719.87 manat kredit borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə və cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehər məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2016-cı il tarixli, 137-16B nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən borcalan Cavabdeh1 8400 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli, 137-16B nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh6, İsmayılova(Şərəfxanova) Gülbəniz Nəsib qızının, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətdə olan Bərdə rayonu, Şahvəlilər kəndində yerləşən 0.22 ha torpaq sahəsində yerləşən, 78.7 kv.m yaşayış, 72.3 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 151 kv.m, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi(həyətyanı tikili və qurğularla) ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışların surətindən görünür ki, Cavabdeh6, İsmayılova(Şərəfxanova) Gülbəniz Nəsib qızının, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətdə olan Bərdə rayonu, Şahvəlilər kəndində yerləşən 0.22 ha torpaq sahəsində yerləşən, 78.7 kv.m yaşayış, 72.3 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 151 kv.m, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi(həyətyanı tikili və qurğularla) İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə yüklü edilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şahvəlilər kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli arayışından görünür ki, Bərdə rayonu, Şahvəlilər kəndində yerləşən 0.22 ha torpaq sahəsində yerləşən, 78.7 kv.m yaşayış, 72.3 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 151 kv.m, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evində Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 qeydiyyatdadılar. 10 sentyabr 2020-ci il tarixli 427 nömrəli və 23 iyul 2020-ci il tarixli 403 nömrəli bildirişlərdən görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 10 avqust 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2016-cı il tarixli, 137-16B nömrəli kredit müqaviləsi üzrə banka 5101.86 manat əsas borc, 7230.52 manat hesablanmış faiz, 7387.49 manat hesablanmış dəbbə, cəmi 19719.87 manat kredit borcu təşkil etmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekpertiza rəyində ipoteka ilə yüklü edilmiş “Məhkəmə Xidmətləri MMC” tərəfindən daşınmaz əmlakın bazar dəyəri 18 000 manat, likvid dəyəri isə 15 000 manat kimi qeyd edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına dair ekspertiza rəyində "xxxx" MMC tərəfindən Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə əsas kredit borcu üzrə 5118.29 manat, faiz borcu üzrə 669.97 manat qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 137-16B nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 8400 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 137-16B saylı kredit müqaviləsinə əsasən 5101,86 (beş min yüz bir manat səksən altı qəpik) manat əsas borc, 669,97 (altı yüz altmış doqquz manat doxsan yeddi qəpik) manat faiz, 387,49 (üç yüz səksən yeddi manat qırx doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə 6159,32 (altı min yüz əlli doqquz manat otuz iki qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc tələbi likvid dəyəri 15 000 manat olan ipoteka qoyulmuş Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh2 məxsus Bərdə rayonu, Şahvəlilər kəndində yerləşən 0,22 ha torpaq sahəsində olan 78,7 kv.metr yaşayış, 72,3 kv.metr köməkçi sahədən ibarət olmaqla ümumilikdə 151 kv.metr, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka qoyulmuş,əmlaka tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 çıxarılmaqla əmlak boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2016-cı il tarixli, 137-16B saylı kredit müqaviləsinə əsasən 5101,86 (beş min yüz bir manat səksən altı qəpik) manat əsas borc, 669,97 (altı yüz altmış doqquz manat doxsan yeddi qəpik) manat faiz, 387,49 (üç yüz səksən yeddi manat qırx doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə 6159,32 (altı min yüz əlli doqquz manat otuz iki qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi likvid dəyəri 15 000 manat olan ipoteka qoyulmuş Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh2 məxsus Bərdə rayonu, Şahvəlilər kəndində yerləşən 0,22 ha torpaq sahəsində olan 78,7 kv.metr yaşayış, 72,3 kv.metr köməkçi sahədən ibarət olmaqla ümumilikdə 151 kv.metr, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş,əmlaka tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 çıxarılmaqla əmlak boşaldılsın. İş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərci Cavabdeh1 tutularaq „Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, „Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h:AZ37NABZ********************,VÖEN**********,AZ90AİİB******************** saylı hesaba ödənilsin. İş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh1 tutlaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər.
Sədrlik edən: Kənan Vəliyev