Məhkəmə qərarları › İş №2-2(115)-211/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-211/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-211/2020 09.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Hüsyenzadə Leyla Vəliyəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yazılmış xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktının ləğv edilməsi, 7797,60 manat məbləğin silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək cavabdeh “Cavabdeh” İB tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən ona əsassız olaraq yazılmış 7797,60 manat qalıq borcun silinməsi və ona dair tərtib edilmiş aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(021)-1977/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, bundan sonra cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən iş üzrə apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3444/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə mülki iş aidiyyatı üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları xx.xx.2019-cu ildə Bərdə rayonu Əyricə kəndində yerləşən iddiaçıya məxsus çörək sexinə baxış keçirilərək G-6 markalı qaz sayağacının sərfıyatı keçməsi ilə bağlı 7797,60 manat qalıq borc yazılmışdır. “Cavabdeh”İB-nin əməkdaşları tərtib etdikləri ******* saylı, xx.xx.2019-cu il tarixli aktda qeyd etmişlər ki, iddiaçı iki kürə və əlavə təndir işlədir. Halbu ki cavabdeh idarənin əməkdaşları sexdə olarkən aktda qeyd etdikləri avadanlıqlar işə salmamışdır. Onların işə salınması ilə bağlı xx xxxxxx 2019-cu il tarixində Cavabdeh Layihə İnşaat QSC-nin büdcə hesabına layihələşmənin təsdiqinə 350 manat pul ödəmiş olsa dalakin lahiyə sexə baxış keçirlən ərəfədə təsdiq olunmadığından Cavabdeh İB-nin əməkdaşlarının öz aktlarında artıq sərfıyata səbəb olaraq göstərdikləri kürə və təndir işə salınmamışdır və onlardan iş prosesində istifadə edilmirdi. Elə Cavabdeh İb-nin sexə gələn əməkdaşları da buna şahid olub, əyani şəkildə görərək əvvəlcə real vəziyyətlə razılaşsalar da, lakin sonradan nədənsə yuxarıda bəhs etdiyim aktlarında bu faktı başqa cür qeyd ediblər. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə keçirilən məhkəmə iclaslarına gəlməmişdir. xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 izahat verərək iddia tələbini qəbul etmədiklərini, iddiaçı tərəfindən layihədənkənar əlavə cihazlar quraşdırıldığı üçün artıq qaz sərfiyyatının hesablandığını bildirmişdir. Məhkəmə iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus sexdə G-6 markalı sayğac sərfiyyatı keçmiş, kürə xronometraj olunmuş, bir kürənin saatlıq qaz sərfi təqribən 9,18 kub metr hesablanmışdır, cihazların qaz sərfi təqribən 28,86 kub metrdir, çörək bişirən sobanın qaz sərfi təqribən 7,8-19,4 kub metrdir. xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, sayğacın giriş və çıxış borusuna kamera vasitəsilə baxış keçirilmiş, nöqsan aşkar edilməmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli abonentin saldosundan görünür ki, abonentin son borcu 7797,60 manatdır. İşə əlavə olunmuş “Cavabdeh” İB-nin “Cavabdeh Layihə İnşaat” MMC tərəfindən verilmiş razılaşdırılmış texniki şərtdən görünür ki, Bərdə rayonu, yeni Əyricə kəndində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin qazlaşdırılmasına razılıq verilmişdir. Beləliklə, qeyd edilən iş materiallarından göründüyü kimi iddiaçıya məxsus qeyriyaşayış sahəsi normativ tələblərə uyğun qazlaşdırılmış, obyektə olan sayğaca baxış keçirilərkən onun nöqsanı müəyyən olunmamışdır. Belə olan halda qaz sərfiyyatının normadan artıq hesablanması və yaxud səhvən hesablanması halları istisna edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf mübahisələndirdiyi aktın ləğv olunması əsaslarını və hesablanan borcun əsassız olması hallarını sübut edə bilməmişdir.Odur ki, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yazılmış xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktının ləğv edilməsi, 7797,60 manat məbləğin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına verilə bilər. Hakim:Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar