Məhkəmə qərarları › İş №2-2(115)-2895/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-2895/2025

24.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-2895/2025 24.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı Ağdam Rayonu Çəmənli Bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Ağdam Rayonu Çəmənli Bələdiyyəsinin sədri İddiaçı iddia ərizəsi ilə Ağdam rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 Ağdam rayonu Çəmənli bələdiyyəsinə məxsus 1,50 ha, Cavabdeh2 Nərman oğlunun 2 ha, Cavabdeh5 2,20 ha, Cavabdeh4 2,50 ha və Cavabdeh3 Heydər oğlunun 1,0 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra Ağdam Rayonu Çəmənli Bələdiyyəsi tərəfindən Ağdam rayon Məhkəməsinə ərizə göndərilərək bildirilmişdir ki, iddia ərizəsində iddiaçı kimi texniki səhv olaraq Ağdam rayonu, Çəmənli Bələdiyyəsinin sədri İddiaçı qeyd edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(013)-2770/2025 nömrəli qərardadı ilə iddiaçı Ağdam Rayonu Çəmənli Bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsindən çıxarılma tələbi barədə 2(013)-2770/2025 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarında olan portaldan çıxarışlardan göründüyü kimi iddiaçı hüquqi şəxs olmaqla adına VÖEN, Cavabdeh1 adına VÖEN var, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adlarına VÖEN olmuş, hazırda isə dayandırılmışdır. İddiaçı ilə cavabdehlər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə yaranmışdır. Daha sonra iddiaçı Ağdam Rayonu Çəmənli Bələdiyyəsinin sədri İddiaçı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin qərardadı ilə iş baxılması üçün aiddiyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Hazırda mülki işin baxılmasının dayandırılmasına zərurət yaranmışdır. Ona görə də iddiaçı Ağdam Rayonu Çəmənli Bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ərizənin baxılmamış saxlanılması və ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçını xahişi nəzərə alınmaqla ərizə baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152 və 267-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Ağdam Rayonu Çəmənli Bələdiyyəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar