Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-299/2020 20.08.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bərdə rayon məhkəməsinə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, onun icarəsində olan Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 0,0036 ha və Bərdə rayonu, kolxoz bazarında yerləşən 0,010 ha torpaq sahəsindən cavabdehin çıxarılması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Bərdə rayon məhkəməsinin 2(021)-1042/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş maxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Bərdə rayon bələdiyyəsinin 31 saylı, xx xxxx 2002-ci il tarixli qərarına və xx xxxx 2002-ci il tarixli icarə müqaviləsinə əsasən Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 0,0036 ha torpaq sahəsi və Bərdə rayon bələdiyyəsinin 142 saylı, xx xxxxxx 2001-ci il tarixli qərarına və xx xxxxxx 2001-ci il tarixli icarə müqaviləsinə əsasən Bərdə rayonu, kolxoz bazarı ərazisində yerləşən 0,010 ha torpaq sahəsi iddiaçıya sahibkarlıq məqsədi ilə icarəyə verilmiş, həmin vaxtdan torpaq sahələrini təyinatı üzrə istifadə etmişdir.Hazırda Cavabdeh torpağı zəbt edərək istifadə etməsinə imkan verməmiş, cavabdehin qanunsuz hərəkətlərinə görə hüquqları pozulmuşdur. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini, istifadə etdiyi torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, aşağıdakılara görə iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə olunmuş; xx xxxxxx 2007-ci il tarixli torpaq sahəsinin icarəsi haqqında müqavilənin surətindən görünür ki, Bərdə rayon bələdiyyəsinin xx xxxxxx 2001-ci il tarixli, 142 saylı qərarı ilə 100 kv.metr torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. JN 4299, KOD 61001004 saylı “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 31 saylı qərarı və xx.xx.2002-ci il tarixli icarə müqaviləsi ilə Bərdə rayon bələdiyyəsinin mülkiyyətində olanşəhər torpağından mağaza binasının tikintisi üçün 15 il müddətinə, 0,0036 ha torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. JN 4300, KOD 61001004 saylı “torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 142 saylı qərarı və xx.xx.2001-ci il tarixli icarə müqaviləsi ilə Bərdə rayon bələdiyyəsinin mülkiyyətində olan şəhər torpağından mağaza binasının tikintisi üçün 15 il müddətinə, 0,010 ha torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 94 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bərdə rayonu, kolxoz bazarındayerləşən mağaza bütünlükdə X2 adına qeyd edilmişdir. xx xxxxxx 2007-ci il tarixli aktın surətindən görünür ki, Bərdə şəhər İİMB-nin balansında olan Ü.Hacıbəyov küçəsində yerləşən 6 saylı yeməkxana binası koorperasiya üzrə X4 400 manat qiymətə satılmışdır. xx xxxxxx 2007-ci il tarixli satış müqaviləsinin surətindən görünür ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Azərittifaq” idarə heyətinin xx xxxxxx 2007-ci il tarixli, 193 saylı və Bərdə RKC-nin xx xxxxxx 2007-ci il tarixli, 09 saylı qərarlarına müvafiq olaraq qiymətləndirilən 6 saylı yeməkxana X1. İşin hallarından göründüyü kimi mübahisə predmetinə aid torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuşdur. İddia ərizəsinin məzmunundan məlum olduğu kimi tələbin kökündə iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması və torpaq sahəsi üzərində cavabdeh tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi kimi məsələlər dayanır. Zəbt dedikdə torpaq sahəsinə hüququ olmayan şəxsin oradan qanunsuz istifadə etməsi başa düşülür. Zəbt olunma aşkar hərəkətlərlə müşahidə olunmalıdir. Yəni, torpaq sahəsi hüququ olmayan şəxs tərəfindən hasara alınmaqla, orada özbaşına tikinti aparmaqla və ya qanuni sahibin istifadəsinə mane ola biləcək digər hərəkətlərin edilməsi nəticəsində zəbt oluna bilər. İddiaçı torpaq sahəsinin hansı hissəsinin, hansı üsulla tam və ya qismən zəbt olunmasını ərizəsində göstərməmiş, bu barədə dəlilləri məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı baş verənləri tam təqdim etməmiş, həmçinin iş üzrə keçirilən məhkəmə iclaslarında iştirak etməyərək bu kimi hallara aydınlıq gətirməmişdir. Cavabdeh X3 iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi məhkəməyə təqdim edilən sübutlarda öz əksini tapmamışdır. Qanunvericilyin tələbinə görə iddiaçı sübutetmə vəzifəsinə əməl etməklə iddia tələbinin əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. İddiaçının təqdim etdiyi hallar tam deyildirsə, iddia tələbi elə bu səbəbdən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 216-220, 222 və 360-cımaddələrinirəhbərtutaraqməhkəmə, Q ə t e t d i: İddiaçı cavabdeh X4 qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, onun icarəsində olan Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 0,0036 ha və Bərdə rayonu, kolxoz bazarı ərazisində yerləşən yerləşən 0,010 ha torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kolegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №2-2(115)-299/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-299/2020
20.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver