Məhkəmə qərarları › İş №2-2(115)-450/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-450/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-450/2022 14.07.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğluna, Cavabdeh3 Əliyəddin oğluna, Cavabdeh4 Əliyəddin oğluna, X3, Cavabdeh6 Əliyəddin oğluna, Cavabdeh7 Əliyəddin oğluna və X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğluna, Cavabdeh3 Əliyəddin oğluna, Cavabdeh4 Əliyəddin oğluna, X3, Cavabdeh6 Əliyəddin oğluna, Cavabdeh7 Əliyəddin oğluna və X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək X1 İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyətinin xeyrinə xx.xx.2016-cı il tarixli, 132- 16 B saylı kredit müqaviləsi üzrə 4676,8 manat əsas borc, 6490,14 manat hesablanmış faiz, 8329,29 manat hesablanmış dəbbə pulu olmaqla cəmi 19496,21 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, kredit müqaviləsi üzrə tələbin Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğlu, Cavabdeh3 Əliyəddin oğlu, Cavabdeh4 Əliyəddin oğlu, X6, Cavabdeh6 Əliyəddin oğlu, Cavabdeh7 Əliyəddin oğlu və X2 paylı mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində olan 0,26 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 89,2 kv.m yaşayış, 19,8 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə ( RX seriyalı, ******* nömrəli, **********02- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013 qeydiyyat tarixli çıxarışa əsasən) və Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 2,2521 ha ( RX seriyalı, ******* nömrəli, **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015 qeydiyyat tarixli çıxarışa əsasən) və 0,81 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinə (RX seriyalı, ******* nömrəli, **********49 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015 qeydiyyat tarixli çıxarışa əsasən) yönəldilməsi, fərdi yaşayış evinin dəyərinin 14000 manat, 0,81 ha torpaq sahəsinin dəyərinin 2500 manat və 2,2521 ha torpaq sahəsinin isə 1000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, fərdi yaşayış evində yaşayanların-Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğlu, Cavabdeh3 Əliyəddin oğlu, Cavabdeh4 Əliyəddin oğlu, X6, Cavabdeh6 Əliyəddin oğlu, Cavabdeh7 Əliyəddin oğlu və X2 fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, fərdi yaşayış evinin məcburi boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-126/2022 saylı qərardadı ilə İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğluna, Cavabdeh3 Əliyəddin oğluna, Cavabdeh4 Əliyəddin oğluna, X3, Cavabdeh6 Əliyəddin oğluna, Cavabdeh7 Əliyəddin oğluna və X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X7 ilə əvvəlki "xxxx" ASC (indiki «Para Bokt ASC) arasında xx.xx.2016-cı il tarixli, 132-16B saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2016-cı il tarixli, 132-16B saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 6 faiz olmaqla, 12 ay güzəşt müddəti ilə 10 000 manat məbləğində kredit verilmişdir. xx.xx.2016cı il tarixli, 132-16B saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğlu, Cavabdeh3 Əliyəddin oğlu, Cavabdeh4 Əliyəddin oğlu, X6, Cavabdeh6 Əliyəddin oğlu, Cavabdeh7 Əliyəddin oğlu və X7 ilə xx.xx.2016-cı il tarixli, 132-16B saylı və xx.xx.2016-cı il tarixli ipoteka müqavilələri bağlanmışdır. xx.xx.2016-cı il tarixli, 132-16B saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğlu, Cavabdeh3 Əliyəddin oğlu, Cavabdeh4 Əliyəddin oğlu, X6, Cavabdeh6 Əliyəddin oğlu, Cavabdeh7 Əliyəddin oğlu və X2 paylı mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində olan 0.26 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 89.2 kv.m yaşayış, 19.8 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi(RX seriyalı, ******* nömrəli çıxarışa əsasən) və Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 2.2521 ha (RX seriyalı, ******* nömrəli, **********121 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015 qeydiyyat tarixli çıxarışa əsasən) və 0.81 ha kənd təsərrüfatlı torpaq sahələri(RX seriyalı, ******* nömrəli, **********9 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən) ipoteka ilə yüklü edilmişdir. xx.xx.2016-cı il tarixli, 132-16B saylı kredit müqaviləsi üzrə cavabdehin BOKT-a 4676.78 manat əsas borc, 6490.14 manat hesablanmış faiz, 8329.29 manat hesablanmış dəbbə, cəmi 19496.21 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyətinə və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğluna, Cavabdeh3 Əliyəddin oğluna, Cavabdeh4 Əliyəddin oğluna, X3, Cavabdeh6 Əliyəddin oğluna, Cavabdeh7 Əliyəddin oğluna və X4 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehər məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, tələb qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2016-cı il tarixli, 132-16B nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyəti tərəfindən borcalan X4 10000 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – X7 isə 12 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. xx.xx.2016-cı il tarixli, 132-16B nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli, 132-16B nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğlu, Cavabdeh3 Əliyəddin oğlu, Cavabdeh4 Əliyəddin oğlu, X6, Cavabdeh6 Əliyəddin oğlu, Cavabdeh7 Əliyəddin oğlu və X2 ümumi birgə mülkiyyətlərindəki Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 2.2521 ha və 0.81 ha kənd təsərrüfatlı torpaq sahələri ipoteka predmeti kimi yüklü edilmişdir. xx.xx.2016-cı il tarixli, 132-16B nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli, 132-16B nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğlu, Cavabdeh3 Əliyəddin oğlu, Cavabdeh4 Əliyəddin oğlu, X6, Cavabdeh6 Əliyəddin oğlu, Cavabdeh7 Əliyəddin oğlu və X2 ümumi birgə mülkiyyətlərindəki Bərdə rayonu, Bəcirəvan kəndində olan 0.26 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 89.2 kv.m yaşayış, 19.8 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışların surətlərindən görünür ki, Bərdə rayonu, Bəcirəvan kəndində olan 0.26 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 89.2 kv.m yaşayış, 19.8 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi və Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 2.2521 ha və 0.81 ha kənd təsərrüfatlı torpaq sahələri İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə yüklü edilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli, 70 nömrəli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğlu, Cavabdeh3 Əliyəddin oğlu, Cavabdeh4 Əliyəddin oğlu, X6, Cavabdeh6 Əliyəddin oğlu, Cavabdeh7 Əliyəddin oğlu qeydiyyatdadılar. xx.xx.2021-ci il tarixli, 412 nömrəli, 413 nömrəli və 414 nömrəli bildirişlərdən görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2016-cı il tarixli, 132-16B saylı kredit müqaviləsi üzrə cavabdehin BOKT-a 4676.78 manat əsas borc, 6490.14 manat hesablanmış faiz, 8329.29 manat hesablanmış dəbbə, cəmi 19496.21 manat borcu təşkil etmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekpertiza rəyində ipoteka ilə yüklü edilmiş "xxxx" MMC tərəfindən Bərdə rayonu, Bəcirəvan kəndində olan 0.26 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 89.2 kv.m yaşayış, 19.8 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 17 000 manat, likvid dəyəri 14 000 manat, Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 0.81 ha kənd təsərrüfatlı torpaq sahəsinin bazar dəyəri 1800 manat, likvid dəyəri 1500 manat, Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 2.2521 ha kənd təsərrüfatlı torpaq sahəsinin bazar dəyəri 3000 manat, lkivid dəyəri 2500 manat qeyd edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına dair ekspertiza rəyində "xxxx" MMC tərəfindən X2 İddiaçı Bank Olmayan Kredit X12 Cəmiyyətinə əsas kredit borcu üzrə 4880.03 manat, faiz borcu üzrə 580.72 manat qeyd edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 132-16B nömrəli kredit müqaviləsinin şərtlərinə görə X8 10000 manat məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (AR MM-in 449.1-ci maddəsi). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (AR MM-in 449.3-cü maddəsi). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:

1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya

2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 xx.xx.2016-cı il tarixli, 132-16B saylı kredit müqaviləsinə əsasən 4776,78 (dörd min yeddi yüz yetmiş altı manat yetmiş səkkiz) manat əsas borc, 580,72 (beş yüz səksən manat yetmiş iki qəpik) manat faiz, 329,29 (üç yüz iyirmi doqquz manat iyirmi doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə 5764,01 (beş min yeddi yüz altmış dörd manat bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc tələbi likvid dəyəri 14 000 manat olan ipoteka qoyulmuş X7, Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğlu, Cavabdeh3 Əliyəddin oğlu, Cavabdeh4 Əliyəddin oğlu, X6, Cavabdeh6 Əliyəddin oğlu və Cavabdeh7 Əliyəddin oğlunun paylı mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində 0,26 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 89.2 kv.m yaşayış, 19.8 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə və Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən likvid dəyəri 2500 manat olan 2.2521 ha və likvid dəyəri 1500 manat olan 0.81 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinə yönəldilməli, həmin əmlak açıq hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməlidir. İpoteka qoyulmuş, əmlaka tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər X7, Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğlu, Cavabdeh3 Əliyəddin oğlu, Cavabdeh4 Əliyəddin oğlu, X6, Cavabdeh6 Əliyəddin oğlu və Cavabdeh7 Əliyəddin oğlu çıxarılmaqla əmlak boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2016-cı il tarixli, 132-16B saylı kredit müqaviləsinə əsasən 4776,78 (dörd min yeddi yüz yetmiş altı manat yetmiş səkkiz) manat əsas borc, 580,72 (beş yüz səksən manat yetmiş iki qəpik) manat faiz, 329,29 (üç yüz iyirmi doqquz manat iyirmi doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə 5764,01 (beş min yeddi yüz altmış dörd manat bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Borc tələbi likvid dəyəri 14 000 manat olan ipoteka qoyulmuş X7, Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğlu, Cavabdeh3 Əliyəddin oğlu, Cavabdeh4 Əliyəddin oğlu, X6, Cavabdeh6 Əliyəddin oğlu və Cavabdeh7 Əliyəddin oğlunun paylı mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində 0,26 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 89.2 kv.m yaşayış, 19.8 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə və Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən likvid dəyəri 2500 manat olan 2.2521 ha və likvid dəyəri 1500 manat olan 0.81 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinə yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin. İpoteka qoyulmuş, əmlaka tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər X7, Cavabdeh1, Cavabdeh2 Əliyəddin oğlu, Cavabdeh3 Əliyəddin oğlu, Cavabdeh4 Əliyəddin oğlu, X6, Cavabdeh6 Əliyəddin oğlu və Cavabdeh7 Əliyəddin oğlu çıxarılmaqla əmlak boşaldılsın. İş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdeh X1 tutularaq "xxxx" MMC, "xxxx" ASC Yevlax filalı, Kod: 509299, VÖEN **********, SWİFT kod BRESAZ722, M/h: AZ80NABZ********************, VÖEN **********, AZ16BRES**********0373194601 saylı hesaba ödənilsin. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci cavabdeh X1 tutlaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər.

Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar