Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(115)-74/2025 02.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Samux rayonu Samux bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Samux rayonu Samux bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və yolun açılması tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Samux rayonu Samux bələdiyyəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və yolun açılması tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Samux bələdiyyəsinə məxsus olan torpaq sahələrindən cavabdehlərin çıxarılmasına və cavabdehlər tərəfindən zəbt olunmuş həmin torpaq sahəsinə gedişgəliş yolunun açılmasına, 14 hektar örüş sahəsindən, 4,69 ha ehtiyat fond torpağından çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Samux şəhəri ərazisində vətəndaşlardan torpaq sahəsi almışlar və həmin torpaq sahəsini becərərkən bələdiyyəyə məxsus olan yolları zəbt edərək, öz torpaq sahələrinə qatmışlar. Bu isə hal-hazırda vətəndaşların haqlı narazılığına səbəb olmuş və həmin yollar ümumilikdə 8 ha təşkil edir. Bundan başqa ərazilərin alt hissəsində olan örüş sahəsinin 11 hektarını 18 ildir zəbt edərək özlərininki kimi istifadə edirlər. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq zəbt etdikləri torpaq sahəsindən çıxmaqdan imtina etmişlər. Bu hal şəhər əhalisinin kütləvi narazılığına səbəb olmuşdur. Samux Rayon Məhkəməsinin 17 avqust 2024-cü il tarixli 2(058)-530/2024 nömrəli qərardadı ilə iddiaçı Samux rayonu Samux bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və yolun açılması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Samux rayonu Samux bələdiyyəsi iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Samux bələdiyyəsinə məxsus olan zəbt etdikləri 14 ha örüş torpaq sahəsindən və Bələdiyyənin ehtiyat fondu üçün nəzərdə tutulmuş zəbt etdikləri 4,69 ha torpaq sahələrindən çıxarılmaları və həmin torpaq sahəsinə gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Samux rayonu Samux bələdiyyəsi iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmuş 0,55 ha, 1,66 ha, 1,10 ha, 1,38 ha olmaqla ümumlikdə 4,69 ha bələdiyyənin ehtiyat fond torpaq sahəsi, 14,0 ha örüş sahəsi, həmçinin ayrı-ayrı vətəndaşlara islahat dövründə paylanılmış və sonradan cavabdehlər tərəfindən alqısatqı yolu ilə alınmış pay torpaq sahələri arasında gediş-gəliş yolu olan 8,52 ha torpaq sahəsinin tam boşaldılmasını məhkəmədən xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Samux bələdiyyəsi tərəfindən iddia tələbi mütəxəssis rəyi və ekspert rəylərinə əsaslanmış, həmin rəylərdən də məlum olur ki, 0,55 ha, 1,66 ha, 1,10 ha, 1,38 ha olmaqla ümumlikdə 4,69 ha bələdiyyənin ehtiyat fond torpaq sahəsi, 14 ha örüş sahəsi, həmçinin ayrı-ayrı vətəndaşlara islahat dövründə paylanılmış və sonradan cavabdehlər tərəfindən alqı-satqı yolu ilə alınmış pay torpaq sahələri arasında gediş-gəliş yolu olan 8,52 ha torpaq sahəsi faktiki olaraq cavabdehlər tərəfindən tutulmuşdur. Hazırda həmin torpaq sahələrinin quruluşu belədir ki, örüş sahəsi cavabdehlərin istifadəsində olan torpaq sahəsindən sonra başlayır, həmin örüş sahəsinə gediş-gəliş yoxdur, əhali həmin örüş sahəsindən istifadə edə bilmir və cavabdehlər də bundan istifadə etməklə örüş sahəsindən də istifadə edirlər. Eyni zamanda gediş-gəliş yolunu da heç bir əsas olmadan tutumuşlar və yol kimi deyil, həmin torpaq sahəsini də əkin sahələrinə qatmaqla, həmin yoldan da belə gəlir əldə edirlər. Samux rayonu kənd təsərrüfatı rayonudur və Samux bələdiyyəsinin ərazisində yaşayan vətəndaşların əksəriyyəti mal-qara saxlamaqla məşğuldur və bunun üçün də örüş sahəsi lazımdır. Lakin göründüyü kimi cavabdehlər tərəfindən qeyd olunan örüş sahəsi, həmin örüş sahəsinə gediş-gəliş yolları heç bir əsas olmadan tutulduğundan, həmin örüş sahəsi, örüş sahəsinə gedən və Samux şəhərinin ərazisində cavabdehlər tərəfindən alqı-satqı yolu ilə ayrı-ayrı vətəndaşlardan alınmış pay torpaq sahəsinin torpaqlararası yolları xəritədə göstərilən qaydada açılmalı, eyni zamanda bələdiyyənin fond torpaq sahəsi bələdiyyəyə təhvil verilməlidir. Məhkəmə iddia ərizəsini, iddia tələblərinə dəqiqləşdrilmələri və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin149.2.1-149.2.3-cü maddələrinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbindən, habelə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizələrin məzmunundan və iddiaçının nümayəndələrinin məhkəmədə verdikləri izahatlardan görünür ki, iddiaçı cavabdehlərin bələdiyyəyə məxsus 0,55 ha, 1,66 ha, 1,10 ha, 1,38 ha olmaqla ümumlikdə 4,69 ha bələdiyyənin ehtiyat fond torpaq sahəsinin, həmin torpaq sahələrinə aid gediş-gəliş yollarının, habelə bələdiyyəyə məxsus 14 ha örüş sahəsinin, həmin torpaq sahəsinə aid gedişgəliş yollarının, cavabdehlərin mülkiyyətində olan torpaq sahələri arasında olan gediş-gəliş yolu olan 8,52 ha torpaq sahəsinin zəbt edilməsindən narazıdırlar. Lakin iddia tələbinin xahiş etdi hissəsi iddia tələbinə uyğun tərtib edilməmiş, iddiaçı konkret olaraq məhkəmədən nəyi tələb etməsini göstərməmişdir. Həmçinin tələbləri ümumilikdə hər iki cavabdehə qarşı qaldırmışdır. İddia tələbi bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb göstərilməli olduğu halda göstərilməmişdir. İddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya kifayət qədər vaxt verilmiş, dəfələrlə hazırlıq iclası təxirə salınmışdır. Lakin iddiaçı tərəfindən göstərilən nöqsanlar aradan qaldırılmamışdır. Ona görə də iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələblərinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Samux rayonu Samux bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və yolun açılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Samux rayonu Samux bələdiyyəsinə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə (Gəncə şəhəri, F.Əmirov küçəsi 104) şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-74/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(115)-74/2025
02.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver